Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə91/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   87   88   89   90   91   92   93   94   ...   156

 

275 


hərbçi vəzifəsində xidmət göstərmiĢ, xüsusi polis konvoyunun pra-

porĢiki olmuĢdu. 

Ġ.  Heydərov  hələ  1915-ci  ildə  Dərbənddə  general-leytenant 

BalakiĢi  bəy  Ərəblinskinin  (1828  Tala  kəndi,  Zaqatala  -  3  yanvar 

1905, Dərbənd) oğlu Cahangir bəyin qızı Nisə xanımla (1900-1943) 

ailə  qurmuĢdu.  (Qeyd:  B.Ərəblinski  Qafqazın  müsəlman  əhalisin-



dən Rusiyada ali hərbi təhsil almış ilk azərbaycanlı idi. O, düz 50 il 

çar Rusiyasının ordusunda nümunəvi xidmət göstərmiş, çoxlu orden 

və  medallarla  təltif olunmuşdu. General-leytenant  B. Ərəblinskinin 

Azərbaycan milyonçularının lideri Hacı Zeynalabdin Tağıyevlə qo-

humluğu  vardı.  Belə  ki,  hacı  general  B.  Ərəblinskinin  kiçik  qızı 

Sona  xanımı  almışdı.  Üçüncü  Dumaya  Azərbaycandan  deputat 

seçilmiş  oğlu  Ağa  İsmayıl  bunun  üstündə  atasından  birdəfəlik 

küsmüş, heç Dumaya  da  getməmişdi). 

Ġbrahim  bəy  Heydərovun  generai-leytenant  B.  Ərəblinskinin 

nəvəsi Nisə xanımla izdivacından 4 övladı dünyay gəlmiĢdi. Bunun 

3-ü  qız,  1-i  isə  oğlan  idi.  Oğlanın  adını  Minnətullah  qoymuĢdular. 

Minnətullah  5  sentyabr  1918-ci  ildə  Bakıda  doğulmuĢdu.  Sonralar 

ali  hüquq  təhsili  almıĢ  vəkil  Minnətullah  Heydəroğlu  Türkiyənin 

tanınmıĢ Ģəxslərindən, hüquqĢünaslarından və siyasətçilərindən biri 

olmuĢdu. Minnətullah bəy hələ uĢaq ikən atasından mükəmməl öy-

rəndiyi Ģahmatı 80 yaĢından sonrada oynayır, hətta turnirlərədə qatı-

lırdı.  Bu  gündə  Ġzmirdə  onun  adına  Ģahmat  turnirləri  düzənlənir. 

Minnətullah bəy Heydəroğlu 88 illik ömrünün son 15 ilini Ġzmir Ģə-

hərində yaĢayıb, ancaq 16 avqust 2006-cı ildə Bürhanədə yay evin-

də dünyasını dəyiĢib. 

Ġbrahim bəy  Heydəroğlunun  böyük qızı  Leyla xanım Heydə-

roğlu  1920-ci  ildə  Dərbənddə  anadan  olmuĢ  və  1955-ci  ildə  Ġstan-

bulda vaxtsız, cəmi 35 yaĢında vəfat etmiĢdi... Ortancıl qızı Fatma 

xanım Alpenqin 21 noyabr 1921-ci ildə Tiflisdə doğulmuĢ, Ankara-

da  yaĢamıĢ və indi də orada qəzet  sahəsində çalıĢan qızı Mina xa-

nım  Tansellə  yaĢamaqdadır...  Kiçik  qızı  ġermin  xanım  Özgen  22 

aprel  1926-cı  ildə  Ġstanbulda  anadan  olmuĢ,  85  il  ömür  sürmüĢdü. 

O,  24 yanvar 2011-ci ildə Ġstanbulda vəfat etmiĢdir... 

 

 




 

276 


ŞƏFİ bəy RÜSTƏMBƏYLİ 

(1893 – 1960) 

 

Dövrünün  görkəmli  ictimai-si-



yasi xadimlərindən olan ġəfi bəy Mus-

tafa  bəy  oğlu  Rüstəmbəyli  (Rüstəmbə-

yov)  1893-cü  ildə  QutqaĢenin  (indiki 

Qəbələ) AydınqıĢlaq kəndində əsilzadə 

ailəsində  anadan  olmuĢdu  (Bəzi  tarixi 

ədəbiyyatda  onun  Qəbələnin  Mamaylı, 

digərində  isə  AğdaĢ  qəzasının  Məm-

mədli  kəndində  anadan  olduğu  yazıl-

mıĢdır. Son tədqiqatlar göstrərir ki, ġə-

fi  bəy  AydınqıĢlaq  kəndində  dünyaya 

gəlmiĢdir...). 

ġəfi bəyin atası Mustafa bəy varlı   

Ģəxs - mülkədar idi. (Böyük M.Ə. Rəsulzadə özünün  “Azərbaycan  

Cümhuriyyəti”  kitabında  Mustafa  bəyi    “Ġstiqlal  ġəhidi”  adlandır-

mıĢdır...).Onun  bir  neçə  kənddə  evi  və  mülkü  vardı.  Çox  vaxtda 

Pirəlli  kəndində  yaĢayırdılar.  ġəfi  bəyin  anasının  adı    Ülkər  xanım 

idi.  ġəfi  bəy  orta  təhsilini  Gəncə  klassik  gimnaziyasında  baĢa 

vurduqdan  sonra  1911-ci  ildə  Kiyev  Universitetinin  hüquq 

fakultəsinə daxil olmuĢdu. 1916-cı ildə oranı bitirərək, hüquq təhsili 

diplomu alaraq, Gəncəyə dönmüĢ və dairə məhkəməsində iĢləməyə 

baĢlamıĢdı.ġ. Rüstəmbəyli “Müsavat” partiyasının və onun Mərkəzi 

Komitəsinin fəal üzvlərindən birinə çevrilmiĢdi... 

ġ. Rüstəmbəyli 1917-ci  il noyabrın 15-də  yaranmıĢ Zaqafqa-

ziya  Komissarlığının,  Zaqafqaziya  Seyminin  Müsəlman  fraksiyası-

nın da fəal üzvlərindən idi. O, Tiflisdə Azərbaycan Milli ġurasının 

və  Azərbaycan  Xalq  Cümhuriyyətinin  də  yaranmasında  yaxından 

iĢtirak etmiĢdi. ġəfi bəy 1918-ci il sentyabrın 16-dan dərc edilməyə 

baĢlayan və Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan “Azər-

baycan”  qəzetinin  (rus  dilində)  redaktoru  idi  (Azərbaycanca  çıxan 

nəĢrin  redaktoru  isə  Ceyhun  bəy  Hacıbəyliydi).  ġ.Rüstəmbəyli 

1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılan Azərbaycan 



 

277 


Parlamentinə üzv seçilmiĢdi.O, Parlamentdə Etimad Komissiyasının 

sədri idi. 

ġ. Rüstəmbəyli qəzet redaktoru olmaqla bərabər, Azərbaycan 

Xalq Cümhuriyyəti Daxili ĠĢlər Nazirliyinin Dəftərxanasının müdiri 

iĢəyirdi. Azərbaycan Parlamenti və Hökumətinin qərarı ilə o, 1920-

ci il martın 10-dan daxili iĢlər naziri Məhəmməd Həsən Hacınskinin 

müavini təyin edilmiĢdi. ġ. Rüstəmbəyli bu vəzifədə həmin tarixdən 

ondan əvvəlik nazir müavini Ġbrahim bəy Heydərovu əvəz etmiĢdi. 

ġ.  Rüstəmbəyli  daxili  iĢlər  naziri  vəzifəsində  Azərbaycan  Xalq 

Cümhuriyyətinin süqutunadək qətiyyətlə xidmət etmiĢdi.O,çox vaxt 

faktiki  nazir  rolunu  oynayırdı...Müstəqil  Azərbaycan  polisi  or-

qanlarının  möhkəmləndirilməsində,  respublikada  asayiĢin  qorun-

masında və cinayətkarlıqla mübarizədə ġ. Rüstəmbəyli müstəsna rol 

oynamıĢdı.  ġəfi  bəy  Azərbaycan  Cümhuriyyəti  əleyhinə  baĢ  verən 

qanunsuz  fəhlə  və  kəndli  çıxıĢlarının  “qəddar  düĢməni”  kimi  ad 

çıxarmıĢdı.  Azərbaycan  hökumətinin  10  mart  1920-ci  il  tarixli  46 

nömrəli qərarına və DĠN-in müvafiq  əmrinə əsasən ġ. Rüstəmbəy-

linin nazir müavini təyin edilməsi barədə Nazirliyin Ģəxsi heyətinin 

tanıĢ olması üçün bu haqda rəsmi dövlət orqanı olan “Azərbaycan” 

qəzetində də bəyanat dərc olunmuĢdu . 

Qeyd  etmək  lazımdır  ki,  M.H.  Hacınski  daxili  iĢlər  naziri 

olarkən Bakıdakı ingilis komandanlığının apardığı  “siyaasətə” “uy-

ğun” gəlmədiyinə görə Böyük Britaniya hərbi rəhbərliyi onun baĢ-

qasıyla əvəzlənməsinə və  yerinə xüsusilə, müavini ġ. Rüstəmbəyli-

nin  təsdiq  olunmasına  çalıĢırdı.  Beləki,  ġ.Rüstəmbəyli  daxili  iĢlər 

nazirinin  müavini  təyin  edildikdən  sonra  onun  əmrləri  ilə  polis 

orqanlarının  fəhlə  kvartallarında,  müxtəlif  klublarda  bolĢeviklərin 

təbliğat-təĢviqatına qarĢı  apardığı  həbs  əməliyyatlarının sayı  artmıĢ 

və ümumiyyətlə, kommunistlərə qarĢı xüsusilə sərtləĢmiĢdiki, bu da 

bolĢevikləri sevməyən ingilislərə sərf edirdi. 

ġ.  Rüstəmbəyli  Azərbaycan  Parlamentindəki  çıxıĢlarında  milli 

istiqlalımızın, müstəqil dövlətimizin müdafiəsi istiqamətində Ə.H. Qa-

rayev,  H.K.Sanılı,  A.Malxazyan  və  baĢqalarına  kəsərli  cavabları  ilə 

yadda qalmıĢdı. 1920-ci ilin yazında 11-ci ordu tərəfində Bakının iĢğalı 

təhlükəsi yarandıqda o, bolĢeviklərə qarĢı mübarizənin axıradək davam 

etdirilməsinin tərəfdarı mövqeyində qəti olaraq qalmıĢdı.  




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə