Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə94/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   90   91   92   93   94   95   96   97   ...   156

 

284 


Nağı bəyin ailə üzvləri və qohumları da sovet hakimiyyəti qu-

rulduqdan sonra repressiyaya məruz qalmıĢlar. Ortancıl qardaĢı  Ġsra-

fil  bəy    ġeyxzamanlı  (1882-1956)  ixtisasca  mühasib  idi  və  heç  bir 

siyasi    prtiyaya    mənsubluğu  yoxuydu.  O  və  oğlanlarından  SSRĠ 

Kənd Təsərrüfatı Nazirliyində subtropik meyvə və üzümçülük Ģöbə-

sinin  müdiri  vəzifəsində  çalıĢan  Nizami,  dəfələrlə  təqiblərə  məruz 

qalmıĢdı  və  Qazaxıstana  sürgün  olunmuĢdu...  Həyat  yoldaĢı  Səlma 

xanımda    Azərbaycan    SSR    FK-nın    əməkdaĢları    tərəfindən  həbs 

olunaraq  istintaqa  və iĢgəncələrə məruz qalmıĢdı. Günahı olmadığ-

ından  buraxılsada,  təqiblərdən    yaxa  qurtarmaq    üçün  Türkiyəyə 

ərinin yanına gedə bilmiĢdi... Onlar Ġstanbulda birlikdə yaĢamıĢdılar. 

Nağı  bəy  ġeyxzamanlının  “Mənim  xatirələrim.  Ġstiqlal  mücadiləsi” 

adlı  kitabı  1967-ci  ildə  Bakıda  nəĢr  olunmuĢdu.  Nağı  bəy  ġeyx-

zamanlı    ABġ-da  olarkən  1967-ci  ildə  84  yaĢında  (bəzi  məlumata 

görə 1969-cu ildə) vəfat etmiĢ, lakin Türkiyəyə gətirilib... Ġstanbulda 

azərbaycanlı  siyasi  mühacirlərin  dəfn  olunduğu  məĢhur  “Fəri  köy” 

qəbristanlığında  torpağa  tapĢırılmıĢdı.  Onun  məzarı  Xəlil  bəy  Xas-

məmmədovun yanındadır. Hərçənd, bəzi bilgilərdə Nağı bəyin Ġstan-

buldakı  Qaraca  Əhməd  qəbristanlığında  dəfn  olunduğu  yazılır... 

Ancaq  Nağı  bəyin  Ġstanbulda  yaĢayan  oğlu  Yavuz  bəyin  “Fəri 

köy”də onun qəbrinin baĢı üstündə mərhum jurnalsit Xanlar  Bayra-

movla  birgə  Ģəkili  vardır.  X.Bayramov  hələ  1992-ci  ildə  Ġstanbulda 

olarkən  məhz  Yavuz  bəyin  müĢayiətilə  “Fəri  köy”də  uyuyan 

görkəmli ictimai-siyasi xadimlərimizi ziyarət etmiĢ və xatirə Ģəkilləri  

çəkmiĢdir... 

Nağı    bəyin  nəvəsi  Tomris  Azəri  hazırda  ABġ-da  fəalliyyət 

göstərən Amerika-Azəribaycan Mədəni Əlaqələr Cəmiyyətinin sədri-

dir... 


Gəncədə  Nağı  bəy  ġeyxzamanlının  vaxtı  ilə  yaĢadığı  evin 

önünə  onun  baralyefi  - xatirə  lövhəsi  vurulmuĢdur... 

 



 

285 


YUSİF ZİYA TALIBZADƏ 

(1877 – 1923) 

 

Yusif  Ziya  Talıbzadə  Azərbay-



can  Respublikası  DĠN-in  hazırkı 

Daxili  QoĢunlarının  yaradıcısıdır. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Kö-

nüllü  Əskərlər  Dəstəsinin  ilk  rəisi 

olan “Axund Yusif” ləqəbli Yusif Zi-

ya Mustafa oğlu Talıbzadə 1877-ci il 

yanvar  ayının  20-də  Tiflisdə  anadan 

olmuĢdu.Əvvəlcə 

Tiflisdə,sonra 

Xorasan  (Ġran)  və  Bağdadda    (Bağ-

dad ərəbcə “Allahın vergisi”, ”Sülh Ģəhəri - “Mədinat əs-Səlam” de-

məkdir.  Ġraqda Dəclə  çayının  hər iki sahilində  yerləĢən, 9-cu  əsrdə 

özünün çiçəklənmə dövrünü  yaĢayan, Yaxın  ġərqin məhtəĢəm  elm 

və  mədəniyyət  mərkəzi  olan  bu    Ģəhərin  əsasını    xəlifə  əl-Mənsur  

762-ci ildə qoymuĢ və o vaxtdan 508 il Abbasilər Xilafətinin  (750-

1258) paytaxtı olmuĢdu) yüksək təhsil almıĢ Yusif Ziya 20-ci əsrin 

əvvəllərində  türkçülük,  islamçılıq,  azərbaycançılıq  ideoloqlarından 

biri,  publisist,  maarrifçi,  Ģair,  dramaturq,  hərbçi  idi.  O,  ömrünün 

sonuna qədər milli istiqlal hərəkatımızın fəal iĢtirakçısı olmuĢdu... 

...Hələ  uĢaqlıq  və  yeniyetməlik  çağlarından  farslaĢdırma  və 

ruslaĢdırma siyasətrinin türkçülüyə vurduğu zərərləri görmüĢ, daim 

buna  qarĢı  mübarizə  aparmıĢdı...  Tədqiqatçıların  fikrincə,  Y.Z.  Ta-

lıbzadə Azərbaycanda ilk xəritə tərtib etmiĢ azərbaycanlıdır. ”Ġslam 

tarixi və tarixi müqəddəs ənbiyayə dair məkanların nəqĢəsi və islam 

məmləkətlərinin  xəritəsi”  adlanan  bu  nadir  xəritə,  1904-cü  ildə 

Bakıda,  A.M.  Promislyanskinin  tipoqrafiyasında  litoqrafiya  üsulu 

ilə çap olunmuĢdu. Ġndi biblioqrafik xarakter daĢıyan bu nadir divar 

xəritəsi, ötən əsrin əvvəllərində rus-tatar məktəblərində bir dərs və-

saiti kimi kütləvi Ģəkildə istifadə olunurdu. 

1912-ci  ildə  Yusif  Ziya  həyat  yoldaĢı  Cənnət  xanım  və  oğlu 

Tələtlə  Türkiyəyə  köçmüĢ,  orada  hərbi  təhsil  almıĢ,  Birinci  Dünya 

müharibəsində Qars-Ərdəhan türk ordusu sıralarında ruslara, ermə-

nilərə  qarĢı  döyüĢlərdə  binbaĢı  (mayor)  rütbəsində  iĢtirak  edətək, 



 

286 


qəhrəmanlıqlar  göstərmiĢdi.  Yusif  Ziya  Osmanlı  ordusunda  albay 

(polkovnik) rütbəsinədək yüksəlmiĢdi... 

1918-ci il sentyabrın 15-də Yusif  Ziya  Nuru paĢanın koman-

danlıq  etdiyi  türk  ordusu  sırasında  Bakıya  gəlmiĢdi.  Bu  vaxt  o, 

Qafqaz  Ġslam  Ordusunun  Könüllülərdən  Ġbarət  Yardım  Alayının 

rəisi idi... 

Əhalini hərbi iĢlə tanıĢ etmək, ölkədə sabitliyin, ictimai asayi-

Ģin və nizam-intizamın saxlanması üçün baĢ nazir və eyni zamanda 

daxili iĢlər naziri olan N.Yusifbəylinin baĢçılıq etdiyi hökumətin 1 

iyun 1919-cu il tarixli qərarı və Parlamentin razılığı ilə Azərbaycan 

Cümhuriyyətinin  mobil  Könüllü  Əsgərlər  Dəstəsi  yaradıldı.  Bu, 

Bakı  Ģəhərinin  komendantı,  general-mayor  Firidun  bəy  Vəzirovun 

(1850-1925)  7  sentyabr  1919-cu  il  tarixli  raportundan  bəlli  olur. 

Dəstə  əvvəlcə  ancaq  Bakı  Ģəhərinin  14  rayonu  (Sabunçu,  Mərkəzi, 

Balaxanı,Zabrat,Suraxanı,Xil, AĢağı Bibiheybət, Yuxarı Bibiheybət, 

Qara  Ģəhər,  Ağ  Ģəhər,  Z.  Tağıyev  fabriki,  Binəqədi,  MaĢtağa  və 

Nardaran)  ərazilərini  əhatə  edirdi.  Azərbaycan  hökumətinin  qərarı 

ilə  Könüllü  Əsgərlər  Dəstəsinin  rəisi  vəzifəsinə  məhz  peĢəkar 

hərbiçi, polkovnik Yusif Ziya Talıbzadə təyin edilmiĢdi. 1919-cu il 

iyunun  10-da  N.Yusifbəylinin  sədr  olduğu  Azərbaycan  Cümhuriy-

yəti  Dövlət  Müdafiə  Komitəsinin  əmri  ilə  Bakı  Ģəhəri  və  onun 

inzibati  rayonlarının  ərazisində  yaĢayan hərbi çağırıĢ  yaĢına çatmıĢ 

Ģəxslər  üçün  hərbi  hazırlıq  iĢinin  təĢkili  baĢlanmıĢdı.  Bununla 

əlaqədar  olaraq  könüllü  dəstələrin  təĢkili  üzrə  komissiya  yaradıl-

mıĢdı. Komissiyaya ictimai asayiĢi mühafizə edən Bakı TəĢkilatının 

Yardım Alayının rəisi Y.Z.Talıbzadə sədr təyin edilmiĢdi. O, 5 min 

rubl  əmək  haqqı  verilməklə  bu  vəzifəyə  təyin  olunmuĢdu.Ġctimai 

AsayiĢi Mühafizə üzrə Bakı TəĢkilatının Yardım Alayı da Könüllü 

Əsgərlər  Dəstəsi  kimi  əvvəlcə  DMK-ya  tabe  idi.  Lakin  çox 

keçmədən  DĠN-in  tabeliyində  olan  çevik  bir  quruma  çevrilmiĢ  və 

DMK-nın  1919-ci  il  27  mart  tarixli  qərarı  ilə  Daxili  ĠĢlər 

Nazirliyinin  sərəncamına  verilmiĢdi...Beləliklə,  xalqımızın  milli 

istiqlalı  üçün  xeyli  iĢlər  görmüĢ  Ģəxslərdən  biri  olan  Yusif    Ziya 

Talıbzadəni həm də Azərbaycan Respublikası DĠN-in indiki Daxili 

QoĢunlarının yaradıcısı saymaq olar... 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə