Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə92/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   88   89   90   91   92   93   94   95   ...   156

 

278 


27 aprel 1920-ci il. Səhər saat 9-da bütün partiya liderləri Nəsib 

bəy  Yusifbəylinin  mənzilinə  toplaĢıb  11-ci  ordunun  Azərbaycan 

sərhədlərini  keçməsini  müzakirə  edirlər.Müxtəlif  fikirlər  irəli 

sürülür... ġəfi bəy Rüstəmbəyli deyirdi: “...Gəlin, hökuməti Gəncəyə 

köçürək və oradan bolĢeviklərə qarĢı mübarizə aparaq”. Lakin onun 

təklifi  qəbul  olunmamıĢdı.  Azərbaycan  Cümhuriyyəti  Parlamentinin 

son  iclasının  (27  aprel  1920-ci  il)  stenoqrammı:  dinməz-soyləməz, 

bircə  güllə  açılmadan  hakimiyyəti  bolĢeviklərə  təslim  haqda  qəbul 

edilən iclas. Orada bir cümlə də var: ” ġəfi bəy Rüstəmbəyli ağlayır”. 

1920-ci il 27 aprel iĢğalından sonra ġ. Rüstəmbəyli qardaĢı oğlu 

Bəhramla  birlikdə  Azərbaycanı  tərk  edərək,  əvvəlcə  Tiflisə  köçməyə 

məcbur  olmuĢdu.  Lakin  orada  təqiblərə  məruz  qaldığı  üçün  1921-ci 

ilin  fevralın  25-dən  sonra  Ġstanbula  köçmüĢdü...ġ.Rüstəmbəylinin 

Ġstanbul Ģəhəri yaxınlığında Ģəxsi südçülük təsərrüfatı vardı... 

1921-ci il iyulun 17-də Ġstanbulda erməni muzdlu qatili Misaq 

Torlaqyan  tərəfindən  Azərbaycan  Xalq  Cümhuriyyətinin  sabiq  da-

xili  iĢlər  naziri  Behbud  xan  CavanĢir  qətlə  yetirilmiĢdi.  Bu  iĢin 

məhkəmə  prosesində  iĢtirak  edən  ġ.  Rüstəmbəyli  tutarlı  dəlillərlə 

çıxıĢ edərək qatilin qəti surətdə cəzalanmasını tələb etmiĢdi... 

ġ.  Rüstəmbəylinin  müxtəlif  mötəbər  jurnallarda  Azərbaycanın 

siyasi  tarixinə  dair  məqalələri  çap  edilmiĢdi.”Mətbuat”  haqqında 

qanunun  müəllifi  olan    ġ.  Rüstəmbəyli  “Azərbaycan  Xalq  Komitə-

si”nin də qurucularından biri idi. 1943-cü il noyabrın 6-da  Almaniya-

nın Berlin Ģəhərində mühacir azərbaycanlıların Milli Azərbaycan Qu-

rultayı keçirilmiĢdi. Qurultayda ġ. Rüstəmbəyli onun Rəyasət Heyəti-

nin  fəxri  üzvü  seçilmiĢdi.  Qurultayda  “Azərbaycan  Milli  Birlik  Məc-

lisi” yaradılmıĢdı ki, onun da təsisçilərindən biri ġ. Rüstəmbəyli idi. 

ġəfi  bəy  Rüstəmbəyli  1960-cı  ildə  67  yaĢında  Ġstanbulda  

“Vətən!”,”Azərbaycan!”,-  deyə-deyə  vəfat  etmiĢdi.  Hərçənd,  Adil 

Ziyadxanovun  1993-cü  ildə  nəĢr  olunmuĢ  “Azərbaycan”  adlı  kita-

bında  oxuyuruq:  ...”Əli  Bayramovun  məsələsi”ində  (öldürül-

məsində)  daxili  iĢlər  naziinin  müavini  kimi  heç  bir  günahı 

olmamasına baxmayaraq, Azərbaycanın Ġstiqlalının ikinci ildönümü 

günü  -  1920-ci  il  Mayın  28-də  ġəfi  bəy  Rüstəmbəyli  Azərbaycan 

SSR  Ali  Ġnqilabi  Tribunalın  hökmü  ilə  güllələnmiĢdi...Fikrimizcə, 

A. Ziyadxanov bu  faktı yazarkən  tələsmiĢdir... 




 

279 


 

 

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN  



XİDMƏT RƏİSLƏRİ 

 

 



 

 

ÖMƏR FAİQ NEMANZADƏ 



(1872-1938) 

 

Ömər  Faiq  əfəndi  Nemanzadə 



1872-ci  il  dekabrın  24-də  Gürcüsta-

nın  Tiflis  quberniyasının,  Ahıska 

(Axalsıx)  qəzasının  Azqur  kəndində 

anadan  olmuĢdu.  Təhsilini  kənd  ca-

mesində  almıĢ,  sonra  anasının  təki-

dilə Türkiyəyə,Ġstanbula getmiĢ, ora-

da  “Fateh”  məktəbində  təhsilini  da-

vam etdirmiĢdi. Ö.F. Nemanzadə Cə-

nub-Qərbi  Qafqaz  Türk  Respublika-

sının  (27  mart  1917  -  30  noyabr 

1918)  Nazirlər  ġurasının  1-ci  sədri 

olmuĢdu... Ö. Faiq Nemanzadə Azər-

baycan  milli-demokratik  fikir  cərəyanının  rəhbərlərindən  biri, 

məĢhur ədib C. Məmmədquluzadə (1866-1933) ilə birlikdə  “Molla 

Nəsrəddin” jurnalının yaradıcılarından idi... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Dövlət  Müdafiə 

Komitəsinin  (DMK)  1919-cu  il  16  sentyabr  tarixli  qərarı  ilə  polis 

məmurlarının  qanunçuluğa  necə  əməl  etməsinə  nəzarəti  həyata 

keçirmək  məqsədilə  Daxili  ĠĢlər  Nazirliyi  yanında  Xüsisi  Ġnzibati 

Polis  Ġnspeksiyası  (Xüsusi  Polis  MüfəttiĢliyi)  yaradılmıĢdı.  DĠN-in 

bu qurumu o zaman Nikolayev (indiki Ġstiqlaliyyət) küçəsi 7 nöm-

rəli  evdə  yerləĢirdi.  Azərbaycan  Cümhuriyyəti  DMK-nın  qərarı  və 

daxili  iĢlər  naziri    N.Yusifbəylinin  müvafiq  əmri  ilə  görkəmli 



 

280 


yazıçı-jurnalist  Ömər  Faiq  əfəndi  Nemanzadə  (“faiq”  ərəb  sözü 

olub,  ”baĢqalarından  irəli”,  “əla”,  ”seçmə”  deməkdir)  yeni  təsis 

olumuĢ Xüsusi Polis Ġnspeksiyasının ilk baĢ inspektoru (rəis hüqu-

qunda) təyin edilmiĢdi. Onun aylıq məvacibi 5 min rubl idi. DĠN-in 

Xüsusi  Ġnspeksiyasının  ayrıca  Əsasnaməsi  qəbul  edilmiĢ  və  həmin 

qurumun  fəaliyyətini  tənzimləyən  hüquqi  akt  rolunu  oynamıĢdı. 

DĠN-in  Xüsisi  Ġnspeksiyası  Ömər  Faiq  Nemanzadənin  rəhbərliyi 

altında daxili iĢlər orqanlarında qnunçuluğun möhkəmləndirilməsin-

də və həyata keçirilməsində səmərəli fəaliyyət göstərmiĢdi... Bir xa-

rakterik misal.Ömər Faiq Nemanzadənin tapĢırığı ilə DĠN-in Xüsusi 

Polis  MüfəttiĢliyinin  inspektoruı  daxil  olmuĢ  məlumat  əsasında 

Bakı  polismeysteri  Rüstəm  bəy  Mirzəyevin  köməkçisi,  polkovnik 

Bayrambəyovun  xidməti  fəaliyyətini  təhqiq  etmiĢdi.  Təhqiqat  nəti-

cəsində Bayrambəyov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 

cinayət 

hərəkətlərinə 

yol  verdiyi  üçün  DĠN-in  Xüsusi  

MüfəttiĢliyinin    29  sentyabr  1919-cu    il  tarixli  əmri  üzrə  Bay-

rambəyov tutduğu vəzifəsindən azad  olunmuĢ və ona  qarĢı  cinayət  

iĢi  qaldırılmıĢdı. 

...Ömər Faiq  əfəndi  Nemanzadə  Gürcüstanda hələ menĢevik 

hökuməti elan olunanda Ahıska və Axalkələk əyalətlərinə muxtariy-

yət  tələb  etməyə  baĢlamıĢdı.  Buna  görə  3  dəfə  həbsə  alınnmıĢ, 

Tiflisdəki  Metex qalasında  yatmıĢdı.  Lakin  xalqın hər dəfə tələbilə 

yenidən azadlığa buraxılmıĢdı.1921-1922-ci illərdə Gürcüstan   SSR  

Müvəqqəti    Ġcraiyyə  Komitəsinin  üzvü,  1922-1923-cü  illərdə  Gür-

cüstan    SSR  Müsəlman    ĠĢləri    üzrə  ġuranın  1-ci  sədri  seçilmiĢdi. 

Ö.F.  Nemanzadə  sovet  dövründə  repressiyanın  ilk  qurbanlarından 

biri olmuĢdu. O, 1937-ci ildə doğulduğu Gürcüstan SSR-in Axalsıx 

qəzasının  Azqur  kəndində  ikinci  dəfə  həbs  edilərək,  bir  müddət 

Tiflisdə saxlanmıĢdı. Azərbaycanın  istiqlal fədailərindən biri  Ömər 

Faiq Nemanzadə 1938-ci il oktyabrın 10-da Tiflisdə Xüsusi  Ġstintaq  

Komissiyasının  nəzdindəki  “Üçlüyün”  qərarı  ilə  güllələnmiĢdi... 

 

 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə