93
- Qərar: - Daxili iĢlər naziri yoldaĢ general-mayor Sadıq bəy
Ağabəyzadənin təqaüdə çıxması qəbul edilsin.
23 yanvar 1920-ci il”.
...General-mayor M.S. Ağabəyzadə Azərbaycan Parlamenti
və Hökumətinin tapĢırığı ilə 1919-cu il oktyabrın 4-10 arasında
Batumidə (Gürcüstan) ezamiyyətdə olmuĢ, ABġ prezidenti Vudro
Vilsonun (Tomas Vudro Vilson. 1856-cı il dekabrın 28-də ABġ-ın
Virginiya Ģtatının Stoaunton Ģəhərində anadan olmuĢ, 3 fevral 1924-
cü ildə VaĢinqtonda 68 yaĢında vəfat etmiĢdir.V.Vilson 4 mart
1913-4 mart 1921-ci illərdə ABġ-ın prezidenti olmuĢdur) nüfuzlu
Ģəxsi elçisi, general Ceyms Harbortu (21 mart 1866 - 20 avqust
1947) qarĢılamıĢ, Azərbaycana müĢayiət və mühafizə etmiĢdi. Bu
fakt ilk müstəqil milli dövlətimizin hələ o vaxt Amerika ilə mövcud
olmuĢ əlaqələrindən xəbər verir...C.Harbort general Məhəmməd
Sadıq bəyin müĢayiəti ilə Bakıya gəlmiĢ, məĢhur milyonçu mese-
nat Hacı Zeynalabdin Tağıyevin (1823-1924) evində gecələmiĢdi.
(“hacı” ərəb sözüdür, hər hansı Ģəxsin adının əvvəlində deyilir.
”Hacı” Səudiyyə Ərəbistanında müqqəddəs Məkkə Ģəhərindəki Kə-
bəni ziyarət edən müsəlmanlara verilən dini addır.Həmin adı öz
xeyriyyəçilik və savabkeĢ əməlləri ilə doğruldan Hacı Zeynalabdin
Tağıyev 1823-cü il yanvarın 25-də Bakıda ĠçəriĢəhərdə anadan
olmuĢ, 1924-cü il sentyabrın 1-də Mərdəkandakı mülkündə 101 ya-
Ģında vəfat etmiĢdir).
...General C.Harbortun Ģərəfinə yüksək səviyyəli mərasim dü-
zəldilmiĢdi. Azərbaycan Parlamenti üzvlərinin də iĢtirak etdiyi mə-
rasimdə general Ceyms Harbort qısa müddətdə ünsiyyətdə olduğu
general-mayor M.S. Ağabəyzadənin sağlığına Ģəxsən badə qaldır-
mıĢ və demiĢdi: ”...Məni təəccübləndirir ki, Azərbaycan Daxili ĠĢlər
Nazirliyində belə bir yüksək səviyyəli Ģəxsiyyət vardır... ”.
General-mayor M.S. Ağabəyzadə Azərbaycan milli müstəqil
polisimizin təĢəkkülü və inkiĢafında, onun hüquqi bazasının, nor-
mativ qanunvericilik aktlarının hazırlanmasında mühüm xidmət
göstərmiĢdir. M.S. Ağabəyzadə tərəfindən hazırlanmıĢ və fəaliyyət
üçün qəbul edilmiĢ ”Polis idarələrinin təĢkili haqqında”, ”Polis
Departamenti haqqında”, ” Ümumi, qəza və Ģəhər polisi haqqında”
və s. kimi normativ sənədlər bu qəbildəndir. M.S. Ağabəyzadənin
94
hazırladığı Azərbaycan Cümhuriyyəti polisində islahatlar konsepsi-
yası xüsusilə əhəmiyyətli olmuĢdu. Bu konsepsiya üzrə polis or-
qanlarında islahatların həyata keçirilməsi 3 mərhələdə nəzərdə tutul-
muĢdu. Birinci mərhələ 1918-ci ilin iyulundan həmin ilin de-
kabrınadək olan dövrü əhatə edirdi. Buraya daxil idi:
-
polisin milliləĢdirilməsi;
-
daxili iĢlər orqanları üçün kadrların hazırlanması;
-
polis orqanlarının bütün strukturlarının yenidən qurulması.
Ġkinci mərhələyə aĢağıdakılar daxil idi:
- polis təĢkilinin daxildən planayuğun surətdə gücləndirilməsi;
- Bakı polisinin qatı cinayətkarlıqla, habelə siyasi və trans-
milli (olkədənkənar) cinayətkarlıqla mübarizədə müttəfiq dövlətlə-
rin müvəqqəti Polis Komissarlığı ilə əməkdaĢlığı və birgə əlaqəli
fəaliyyəti;
- Ayrı-ayrı polis məmurlarının vəzifə cinayətləri və sui-
istifadə,həmçinin inzibati pozuntu halları ilə mübarizənin səmərəli-
liyinin artırılması, bu iĢin təkmilləĢdirilməsi.
Üçüncü mərhələ aĢağıdakıları əhatə edirdi:
- bütün polis qüvvələrinin respublika Daxili ĠĢlər Nazirliyi
ətrafında mərkəzləĢdirilməsi;
- Bakı və Balaxanı-Sabunçu polisinin respublika DĠN-ə tabe-
çiliyinin baĢa çatdırılması;
- ölkədə qanunçuluğun və ictimai asayiĢin gücləndirilməsi;
- vətəndaĢların Ģəxsi təhlükəsizliyinin və əmlakının qorunma-
sının təmin edilməsinin gücləndirilməsi; vəzifə cinayətləri ilə müba-
rizənin artırılması;
- yerlərdə polis iĢinin (xidmətinin) təĢkili və inkiĢaf etdirilmə-
sində qubernatorlara və qəza rəislərinə ən geniĢ səlahiyyətlərin ve-
rilməsi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-
lərin təzyiqlərindən yaxa qurtarmaq üçün M.S . Ağabəyzadə 1920-
ci il noyabrın 22-də Ġstanbula gedib orada bir müddət görkəmli mü-
təfəkkir, tərcüməçi, jurnalist, ədib, həkim və rəssam olan Əli bəy
Hüseynzadənin (Turan) (1864, Salyan - 1940, Ġstanbul) yanında ya-
ĢamıĢdı. Əli bəy onun əmisi oğlu idi. Özünün övladı olmadığından
Əli bəyin övladlarına xüsusi məhəbbətlə yanaĢırdı...Məhəmməd Sa-
95
dıq bəyin taleyi uğurlu olmayıb...M.S. Ağabəyzadənin həyat və fəa-
liyyətinin elmi tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülər
Abdillabəyova yazır ki, Məhəmməd Sadıq bəy hələ Türkmənistanda
xidmət edərkən, orada AiĢə adlı bir özbək qızı ilə ailə həyatı qur-
muĢdu. Lakin AiĢə cavankən rəhmətə getmiĢdi...
Məhəmməd Sadıq bəy 1921-ci ilin əvvəlində Ġstanbuldan
Parisə getmək istəyərkən maneələrlə rastlaĢmıĢdı. Fransaya Yuna-
nıstandan keçərək getmək lazım idi. Onun Fransaya getmək cəhdi
Türkiyə - Yunanıstan müharibəsi dövrünə təsadüf etdiyindən, sər-
hədi keçərkən yunan əsgərləri sənədlərini və ali məktəbi bitirməsini
təsdiq edən diplomunu əlindən almıĢdılar.Əlində heç bir rəsmi
sənədi olmayan Məhəmməd Sadıq bəy Fransada çox acınacaqlı
həyat tərzi keçirmiĢdi...Bu haqda Məhəmməd Sadıq bəyin Əli bəyə
yazdığı məktublardan və Əli bəyin ona ünvanladığı iki cavab
məktubundan bəlli olur (Ümumiyyətlə, Sadıx bəyin Əli bəyə və
digər Ģəxslərə yazdığı 31 məktub Salman Mümtaz adına Azərbay-
can Dövlət Ədəbiyyat və Ġncəsənət Arxivində hifz olunur). Bu mək-
tublarda general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin sırf
hərbçi olmaqdan savayı, həm də yüksək mədəniyyət və elm
sahibliyi aydınlaĢır...
Azərbaycan Ġstiqlal Muzeyində (keçmiĢ V. Lenin adına muzey)
Sadıq bəyin həyatının mühacirətdə keçirdiyi hissəsinin qayğıları və
düĢüncələri öz əksini tapmıĢdır... Bunlar insanın ən ağır Ģəraitdə belə
bəĢər övladına nümunə ola biləcək həyat yolunun keĢməkeĢləridir...
Diqqətə, hörmətə və təqdirə layiq, həmdə örnək olan həmin ömrün
bəzi anlarını Sizlərə təqdim etməyi də özümüzə borc bilirik.
1921-ci ildən Parisdə yaĢayan M.S. Ağabəyzadə orada ilk
öncə öz həmvətənləri ilə əlaqə yaratmaq istəyirdi. Lakin keçirdikləri
sarsıntılar, düĢdükləri yeni Ģərait, vəziyyətlərinin qeyri-müəyyən-
liyi, inamsızlıq, qorxu hissi əksər mühacirləri pərakəndə salaraq
onları tənhalığa düçar etmiĢdi. Odur ki, onları tapıb ünsiyyət bağla-
maq da çətin idi...Vətəndən uzaqda çox darıxan, günbə-gün özünə iĢ
tapmaq ümidilə yaĢayan Sadıq bəy bir-birinə bənzər yalqız günlə-
rinin acı dəqiqələrində yaĢadığı evin yaxınlığındakı “Lamartin”
bağçasına gedir, skamyada oturur, uĢaqların Ģən oyunlarına baxaraq
fikrə dalır, qayğısız uĢaqlıq anlarını xatırlayırdı...
Dostları ilə paylaş: |