96
...Sadıq, oğlum, çaya getmə ha, batarsan... Yox, anacan, mən
burada nar bağında olacam. Gör, bir nar ağacları nə gözəl çiçəklə-
yib...Payız xəzəlinin xıĢıltısı onu fikirlərindən ayırır. Xəzan ətrafı
təbiətin bütün rənglərinə boyamıĢdı. Havada insanın içinə yayılan
gözəl bir təmizlik var idi...Bəli, Paris onun bənzərsiz Bulon meĢəsi
ilə çox gözəldir, fəqət, qulaqlarıma nə üçünsə hər an öz çinarları-
mızın pıçıltısı gəlir...Bətən...Adını çəkməyə qorxduğum Vətən...,
baĢı bəlalı Vətən...Görəsən, Ankarada vəziyyət necədir? Qəzetlər
yazır ki,yunanlar Ankaraya yaxınlaĢır... Bakıda da aclıqdır...ĠĢə
düzələ bilsəydim. Belə getsə, vəziyyətim çox pis olacaq...
...Yenə həmin bağça, həmin skamya. Havalarda çox soyuqdur.
UĢaqlarda həmiĢəki kimi bağçada oynayırlar. Onlar necə də Ģən və
qayğısızdırlar. Bu qızcığazın saçları necə də AiĢə xanımın saçlarına
bənzəyir...Nə yazıq ki,bizim övladımız olmadı...Onun da belə
saçları ola bilərdi...Görəsən, qardaĢlarım nə edir? Onlar üçün lap
burnumun ucu göynəyir. Sən dem, insan darıxanda burnunun ucu
həqiqətən göynəyir... Onları, heç olmasa, ölüm ayağında görə bil-
səydim... Pulum da qurtarmaq üzrədir. ĠĢə düzəlməsəm, gərək, yaĢa-
yıĢı ucuz olan baĢqa Ģəhərə köçüm... Ah,nələr olur bu həyatda... Al-
lah insanlara sözünə görə deyil, əməllərinə görə qiymət verir. Nə
zamansa hər Ģey düzəlməlidir... Onda hamımız - Əli bəy, qardaĢları-
mız, uĢaqlarımız köhnə vaxtlardakı kimi Göyçaya gedərik...Görə-
sən, çinarlarımız indi nə boydadır?...Cəfər bəy də öldü. Heyif, onun
kimi təvazökar və yaxĢı adamdan. Əgər insan ölüm haqqında hər
zaman düĢünsə idi, həyat daha gözəl olardı, bu qədər məkr, bu
qədər cinayət olmazdı...
...Artıq qıĢdır. ĠĢə düzəlmək haqqında bütün ümidlərim boĢa
çıxdı. Bəlkə, Almaniyaya gedim?... Orada yaĢamaq nisbətən ucuz-
dur. Maddi imkanım tamamilə əriyir. Axır ki, nə isə etməliyəm. Gö-
rəsən, Vətənə nə vaxt qayıda bilərəm?...Ġnsan taleyinin qəribəliyinə
bax... Vətənə ən yüksək amalla xidmət arzusu ilə yaĢayan anda, onu
tərk etmək məcburiyyəti qarĢısında qalasan...Görəsən, bu vəziyyət nə
qədər davam edəcək... Bu gecə yuxuda yenə uĢaqlıq çağlarımı gör-
düm... Ürəyim yaman ağrıyır...Vətən, həsrətin necə də içimi göy-
nədir.
97
Qürbət elə getdim, geri dönülməz.Kimlər ölüb, kimlər qalıb,
bilinməz. Ölsəm, qürbət eldə, gözüm yumulmaz. Atam, anam, ağla-
yanım yox mənim...
...1922-ci ilin yazında Sadıq bəy vaxtıiə ġərq Dilləri Ġnstitu-
tunda təhsil aldığı zaman həmkarı olmuĢ baron Novenin Nitsanın
(Fransa) yaxınlığında yaĢadığını öyrənib ona məktub yazdı və bir
iĢə düzülməsinə köməklik göstərməsini xahiĢ etdi. Baron Noven rus
ordusunun polkovniki olmuĢdu...Fransız, ingilis, alman və fars
dillərini mükəmməl bilirdi.1900-cü ildə o, Bakıda qubernatorun
yanında xidmət etmiĢ və burada olduğu müddətdə Ġslama dərindən
inanaraq, müsəlmanlığı qəbul etmiĢdi. Rusiya qanunları ilə o zaman
dinini dəyiĢən adamlar cəzaya məruz qalırdı.Buna baxmayaraq,
baron Noven bu iĢi tutmuĢdu. Onun dinini dəyiĢməsi haqqında rəh-
bərliyə xəbər çatsada, bu hadisənin ağlasığmaz olduğu üçün ona
əhəmiyyət verməmiĢdir. Baron Noven özünə “Mənsur Nikolay-
Muktusu oğlu” adını götürmüĢ və Ģəriət qanunlarına ciddi riayət
edərək müsəlman kəsməyən əti yeməzdi.O, müsəlmanları, xüsusilə,
türkləri çox sevir, özünü onların təbəəsi hesab edirdi. Sadıq bəy
baron Novenin onu lütfükarlıqla Nitsaya dəvətindən ürəklənərək
1922-ci ilin baharında oraya yola düĢmüĢdü. Bir müddət baron
Novenin yanında qalan Sadıx bəy, ev sahibinin qonaqpərvərliyinə
baxmayaraq, baĢqa evə köçmüĢdü...
...Yenə Ramazan bayramı gəldi. Keçən il bu vaxt mən Ġstan-
bulda Əli bəyin ailəsilə birlikdə idim. Ondan bir il öncə isə...Ah, bu
tənhalıq məni necə də üzür...Görəsən, Bakıda bu il Ramazan bay-
ramını necə keçirirlər? Nə yaxĢı ki, Nitsaya gəldim. Almaniyada da
bahaçlıqdır, yaĢamaq dözülməz olub. Burada isə puluma xeyli qəna-
ət edə bilərəm, hələ bəlkə də iĢ tapa bilərəm. Görəsən, qardaĢlarım-
dan Ġstanbula gələn olacaqmı? Görəsən, bu mümkündürmü? Gö-
rəsən, Bakı ilə məktublaĢa bilərəmmi?...Bu təhlükəli olmazmı?
...10 sentyabr 1922-ci il. Bu gün nə gözəl gündür. Türk ordusu-
nun misilsiz hərbi möcüzəsi - azğın düĢməni doğma torpaqlardan qo-
vub çıxarması məni nə qədər sevindirir. Bu sevincimi bölüĢmək üçün
bir adam da tapa bilmirəm. KaĢ ki, doğma xalqımın bu misilsiz qələ-
bəsi günü Ġstanbulda olardım və var səsimlə : “ YaĢasın ,Türkün əs-
gəri!”, - deyərək bağırardım. Allaha çox Ģükür! Dörd ilin nigarançılı-
98
ğına, həyəcanına axır ki, son qoyuldu. Türkiyənin adı və Ģərəfi nəinki
müsəlman aləminə, bütün dünyaya yayıldı. Nə gözəl bir qələbə!
... Bu gün Lozanna (Ġsveçrə) konfransı açılır. Allahım, Sən
türklərin tam qələbəyə nail olmasına kömək ol!...Əli bəyin Ģerləri
böyük hadisılərdən xəbər verərək məni ruhlandırır. Nə yaxĢı ki, mə-
nim tənha, iĢsiz, üzücü həyatımda Əli bəyin məktubları var...Ġstan-
bul...Dünyanın gözü Ġstanbul... KaĢ ki, mən də indi Əli bəy kimi
sənin dar küçələrini dolaĢardım... O il Əli bəyin evində mənim üçün
ayrılmıĢ aĢağıdakı otaqda hər gün axĢam yeməyindən sonra böyüklü-
kiçikli manqalın ətrafında toplaĢıb isti kofe içərdik, böyük söhbətlər
edərdik. Əhdiyə xanım, Səadət xanım, Məmməd Səlim, Səidə, Əndə-
lib xanım, Feyzavər xanım...Nə gözəl günlər idi o günlər...Əli bəy ya-
zır ki, uĢaqlar məni tez-tez xatırlayırlar. Görəsən, onlar yenə də
düĢünürlər ki, mən onların “atasıyam”... Mən də sizi xatırlayıram,
əzizlərim... O zaman kim bilərdiki, mən qürbətdə bu qədər acılı-
ağrılı, tənha günlər keçirəcəm. Torpağına qurban olum, Vətən!...Hər
Ģeyin bir ölçüsü var, amma, görünür,Vətən həsrətinin ölçüsü yox
imiĢ. Yenə də anamın ilıq nəfəsini hiss etdim...Deyəsən, yavaĢ-yavaĢ
ağlımı itirirəm... ĠĢsizlik məni lap üzür. Günbəgün maddi imkan-
larım tükənir... Bəlkə, Əli bəy mənə Ġstanbulda bir iĢ tapar...
...Bu gün mənim doğum günümün 58-ci ilidir. Nitsada artıq
qar ərimək üzrədir. Budaqların baĢında əmələ gələn yaĢıl tumur-
cuqlar, havadakı oyanan torpağın ətri mənə Azərbaycanı xatırladır...
Görəsən, gözlərimi yumsam, özümü ani də olsa orada hiss edə bilə-
rəmmi? Yox... Hanı təndirin iyi? Bu vaxtlar anam Novruza hazırlıq
görərdi. ġəkərbura, paxlava üçün qoz-fındıq təmizlənər, hər Ģey sah-
mana salınardı. Biz də əl-ayağa dolaĢardıq... Qablarda səməninin
zərif cücərtiləri baĢ qaldırar, tonqallar qalanardı. OlmuĢmuydu bu
günlər?... Bu ixtiyar çağımda tənhalıq, iĢsizlik, ehtiyac nə qədər ağır
gəlir...Görəsən, Əli bəyin məktubu niyə gecikir?... Əgər aksiyala-
rımdan bir Ģey alınmasa!... Bu barədə tələsmək lazımdır, bir həftə-
dən, bir aydan sonraya qoymaq olmaz... Bu iĢ alınmazsa, mənim
həyatım daha dəhĢətli olacaq...
... Bu gün Əli bəyə 12 bənd sualdan ibarət məktub yazdım.
Onların yarısına cavab vermiĢ olursa, Azərbaycandakı vəziyyətdən
məlumatım olacaq. Ġçimdəki həyəcanla bacara bilmirəm. Bir yandan
Dostları ilə paylaş: |