87
11-ci dərəcə. Qulluqçular - Bakıda 110, Bakıdan kənar 1000
manat;
12-ci dərəcə. Qulluqçular - Bakıda 1000, Bakıdan kənar 800
manat;
13-cü dərəcə. Qulluqçular – Bakıda 900, Bakıdan kənar 800
manat;
14-cü dərəcə. Qulluqçular – Bakıda 800, Bakıdan kənar 700
manat;
15-ci dərəcə. Qqulluqçular – Bakıda 550, Bakıdan kənar 600
manat;
16-cı dərəcə. Qulluqçular – Bakıda 550, Bakıdan kənar 500
manat.
M. Rəfibəylinin məruzəsindən dərhal sonra Parlamentdə
“DaĢnaksütyun” fraksiyasının təmsilçisi ArĢak Malxazyan söz ala-
raq Daxili ĠĢlər Nazirliyinin müzakirəyə çıxarılmıĢ yeni Ģtatlarının
təsdiq edilməsinin iclasın gündəliyinə salınmasına etirazını bildir-
miĢdi ki, güya bunun hələ vaxtı çatmayıb). Güya bu Parlamentin
Əsasnaməsinin 86, 87 və 103-cü maddələrinə ziddir və s. Zatən
burada bir erməni qısqanclığı vardı ...
General-mayor M.S. Ağabəyzadə kabinet adamı deyildi. O,
tez-tez yerlərə gedir, ərazi polis orqanlarının təftiĢində (...M.S. Ağa-
bəyzadə həm də Parlament tərəfindən yaradılmıĢ hərbi hissələri yox-
layan komissiyanın sədri idi) iĢtirak edir və onlara əməli köməklik
göstərirdi. Ümumiyyətlə, general-mayor M.S. Ağabəyzadənin 1918-
1920-ci illərdə gənc, müstəqil respublikamızın polis orqanlarının
təĢəkkülü və inkiĢaf etdirilməsində müstəsna xidmətləri olmuĢdur.
O zamankı çətin və mürəkkəb vəziyyətdə ölkədə sabitliyi qo-
ruya, dövlətçiliyə sədaqətli, cinayətkarlıqla uğurla mübarizə apara
biləcək polis orqanları üçün ixtisaslı kadrların hazırlanması Məhəm-
məd Sadıq bəyi çox düĢündürürdü. General Məhəmməd Sadıq bəy
islahatçı, yenilikçi idi. Məhz onun təĢkilatçılığı ilə hələ 1918-ci ilin
payızında Bakıda Ġçəri Ģəhərdə qorodovoylar hazırlayan məktəb
açılıb fəaliyyət göstərməyə baĢlamıĢdı...
1918-ci il noyabrın 15-də daxili iĢlər naziri vəzifəsini ifa edən
M.S. Ağabəyzadə əmr vermiĢdi ki, Rusiyanın müxtəlif quberniyala-
rından Azərbaycana gəlib milli hökumətimizə qarĢı əks-təbliğat
88
aparmaqla məĢğul olmaq üstündə polis tərəfindən həbs olunmuĢ si-
yasi dustaqlar – Z.N.Dosser (1882-1938), M.N.MandelĢtamm (Lya-
dov) və F.Aqapov (milliyyətcə erməni idi) həbsdən azad edilib,
onların bir daha Azərbaycana qayıtmayacağı Ģərti ilə noyabrın
17-də Poylu (Ağstafa) stansiyasından öz yerlərinə yola salınĢınlar.
Əmr icra olunmuĢ və DĠN-in Məhkəmə-Ġnzibati ġöbəsi bu haqda
Məhəmməd Sadıq bəyə ayrıca məruzə hazırlamıĢdı...
Artıq yuxarıda qeyd olunduğu kimi 1918-ci il noyabrın
17-dən 1919-cu il martın 30-dək Azərbaycan ərazisində polis orqan-
larının idarəçiliyində ikili tabeçilik sistemu vardı. Bu, Bakıda
yerləĢən müttəfiq qoĢin komandılığı və onların Bakıda yaratdığı
Müvəqqəti Polis Komissarlığıına tabeçilikə əlaqədar idi. Belə ki,
Azərbaycan polisi Respublika DĠN-lə bərabər Bakının general-
qubernatoru V.Tomsona və Müvəqqəti Polis Komissarlığının rəisi,
polkovnik F. Kokkerelə də hesabat verirdi...Vitse-nazir, general
mayor M.S. Ağabəyzadə yazırdı ki, Müvəqqəti Polis Komissarlığı-
nın, Ģəxsən komissar F.P.Kökerelin əmr və göstəriĢlərindən birini
yerinə yetirmədikdə, o, telefonda zəng edib hətta Azərbaycan
Cümhuriyyətinin daxili iĢlər nazirini həbs edəcəyi ilə hədələmiĢdi.
1919-cu il martın 29-da müttəfiq qoĢunların Bakıdakı Polis
Komissarlığı öz fəaliyyətinə xitam vermiĢ, komissar, polkovnik
F.P.Kokkerel öz səlahiyyətlərini bitirərək Ġrana getmiĢ və orada ya-
radılan Xüsusi Müstəmləkə Polisinin Ģefi vəzifəsinə təyin edilib
fəaliyyətini davam etdirməyə baĢlamıĢdı. Müvəqqəti Polis Komis-
sarlığının ləğv edilməsi Bakı Ģəhərində vəziyyətin müsbət təma-
yüldə dəyiĢməsinə təsir göstərmiĢ, ümumilikdə bütün Azərbaycan
polisinə tam nəzarət Azərbaycan Cümhuriyyətinin Daxili ĠĢlər Na-
zirliyinin səlahiyyətinə keçmiĢdi.Hərçənd, yuxarıda göstərilən dövr-
də Azərbaycan və ingilis polisi arasında əməkdaĢlıq təcrübəsi də
vardı...
PeĢəkar hərbçi general Məhəmməd Sadıq bəy Milli Ordumuz-
la sıx əlaqədə fəaliyyət göstərir, Azərbaycan Ordusunun formalaĢ-
masında səylərini əsirgəmirdi. O, ordudan fərarilik edənlərə, Milli
Silahlı Qüvvələrimizdə pozuntu törədənlərə qarĢı xüsusilə amansız
idi. Məhəmməd Sadıq bəy Milli Ordumuzda yaranan belə vəziyyət-
lərə qarĢı qəti tədbirlər görürdü. Bunu 1918-ci ilin noyabrında
89
Azərbaycan Respublikasının hərbi naziri, tam artilleriya generalı
Səməd bəy Mehmandarovun (“səməd” ərəb sözüdür, ”əbədi”,
”daimi”, ”əbədiuyaĢar”, ”əbədi mövcud olan” deməkdir. Səməd
Allahın 99 gözəl adından biridir) daxili iĢlər nazirinə ünvanladığı
aĢağıdakı müraciət də sübut edir. (Həmin vaxt M.S. Ağabəyzadə
hökumətin qərarı ilə rəsmən daxili iĢlər naziri vəzifəsində sayılan B.
CavanĢirin əvəzinə daxili iĢlər vəzifəsini daĢıyırdı. B. CavanĢir isə
yaranmıĢ zərurətlə əlaqədar olaraq, ancaq sənaye və ticarət naziri
vəzifəsini aparırdı).Məktub-müraciətdə deyilirdi:
- Zati-Aliləri Azərbaycan Respublikasının Daxili ĠĢlər
Naziri Cənablarına!
Noyabr, 1918-ci il.
Hərbi xidmətə yeni çağırılmış əsgərlər arasında, hələ türk
komandanlığı vaxtından başlanmış fərarilik indi də davam edir.
Əvvəllər buna əsaslı səbəblər var idi:-məsələn, pis qida, ge-
yim və ayaqqabının verilməməsi, ən başlıcası isə, türk rəisləri gənc
əsgərləri amansızcasına döyürdülər.İndi-Silahlı Qüvvələrə koman-
danlıq mənə taqşırıldığı bir vaxtda, hərbi hissələrdə xidmət şəraiti
əhəmiyyətli dərəcədə dəyişilmişdir, qida yaxşılaşmış, geyim və
ayaqqabı verilir, döyülməyə gəldikdə isə, türk komandanlığı vax-
tında tətbiq olunan döymələrin qanun qarşısında bütün möhkəmliyi
ilə məsuliyyət daşımaq qorxusu altında gələcəkdə təkrar olunmama-
sı barədə ciddi sərəncam verilmişdir və buna hissə komandirləri
nəzarət edir. Lakin bütün bunlara baxmayaraq, yuxarıda qeyd et-
diyimiz kimi,fərarilik davam edir. Mənim aydınlaşdırdığıma görə,
bunun başlıca səbəbləri aşağıdakılardır:
- Birincisi, türk hərbi rəislərinin orduya yeni əsgərləri qeyri-
düzgün və qeyri-bərabər qəbul etməsidir. Onlar çəkinmədən, açıq
surətdə rəhbərlik tərəfindən yeni əsgərləri qəbul etmək üçün verilən
təlimatlara məhəl qoymur, orduya öz istədikləri kimi, xüsusilə, pul
verib qurtula bilməyənləri yığırdılar. Heç bir varlı, tacir oğlu hərbi
xidmətə çağırılmamışdır. Hərbi hissələrdə bəy uşaqları da yoxdur.
Onlardan bəzisi praporşiklər məktəbində oxuyurlar, buraya isə öz
arzuları ilə daxil olmuşlar.
İkincisi, beləliklə, hərbi mükəlləfiyyətin bütün ağırlığı kasıb-
ların çoxluğuna görə kənd cavanlarının üzərinə düşmüşdü, vəzifəli