FƏXRİ VALEHOĞLU
zənin Güney Qafqazdakı sonuncu böyük dayaq nöqtəsi olan
İrəvan qalasının işğalı və rus hökmranlığını Araz çayına qədər
uzatmaq idi. Rusiya hələ çar I Aleksandrın hökmranlığı vaxtın
dan Kür-Araz xəttini İranla sərhəd zolağına çevirməyə çalışırdı.
Yürüşdən qabaq ruslar müharibənin başlanğıcında baş ver
miş üsyandan ibrət dərsi götürərək müəyyən ehtiyat tədbirləri
görmüşdülər. Qafqaz canişininin Borçalı baş pristavma 1827-ci il
22 mart göstərişiylə Borçalı ağabəyləri müharibəylə ilgili Tif
lisə öz uşaqlarından amanatlar (əmanətlər) göndərmişdilər.1
«Tiflisskiye- vedomosti» qəzeti 1828-ci ildə yazırdı: «Hərbi
qubernator, general-adyutant N. M. Sipyagin Tiflisdə amanatlar
üçün m əktəb təsis etdi, indi burada islam qanunlarını, hesabı, rus
və tatar dillərini öyrənən 32 müsəlman şagird təhsil alır».1
2
Aprel ayında rus qoşunlarının general N. Benkendorftm rəh
bərliyi altındakı avanqard (öncül) dəstələri Pəmbəkdən İrəvan
xanlığının ərazisinə girdi. 8 iyunda Paskeviçin əsas qüvvələri
Cəlaloğlu - Hamamlı - Əştərək yolu ilə Eçmiyədzinə (Üç-
kilsəyə) ulaşdı.
Rus ordusuna irəliləm ədə əsas maneəni şahın qoşunları
deyil, köçəri türk tayfaları yaradırdı. M ənbələr təsdiqləyir ki,
İrəvan yürüşü zamanı və ümumiyyətlə bütün müharibə boyunca
ruslara ən çox ziyan yetirən tayfa q a ra p a p a q la r idi. Tarixçi,
general V. Potto yazırdı: «Rus ordusunun gəlişinə qədər İrəvan
vilayətində 20-yə yaxın tatar tayfası həyat sürürdü. Bütün bu
tayfalardan ciddi əhəm iyyət kəsb edən yeni düşmən təşkil olu
nurdu. Xüsusilə qarapapaqlar nəzərə alınmaması qeyri-müm
kün olan düşmənlər idilər... Onlar içərisində qeyri-adi igidlər
vardı. Onların qanadları altına özləri kimi qoçaqlar yığını axışıb
gəlirdi və onlar çox təhlükəli ola bilirdilər. Rus qoşunlarının on
lara yaxın vilayətlərə daxil olması onlar üçün olduqca xoşagəl-
1 Ş. Məmmədli, göstərilən əsəri, s. 66.
2 «Тифлисские ведомости», 1828,19 sentyabr (№ 12).
102
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXt
məz idi».1 Potto daha sonra yazdıqlanna qarapapaqlann bu mü
haribədə N a ğ ı x a n və İ s m a y ı l a ğ a n ı n başçılığında müstə
qil hərəkət etməyə hazırlaşdıqlarını əlavə edirdi.
14 mayda rus polkovniki Qurko Arazın sağ sahilində çox
saylı alaçıqlar görür. Cəsusluq edən ermənilər xəbər gətirirlər
ki, bu alaçıqları Q arapapaq Nağı xa n qurub.2 Başkomandan
general İ. Paskeviçin bununla bağlı qraf Nesselroda göndərdiyi
rəsmi məktubundan bəzi sətirləri nəzərinizə çatdinnq: «İrəvan
v ilay ətin d ən 100 qarapapaq ailəsi T ü rk iy əy ə keçdi. Başqa
qarapapaqlar (800 a ilə ) öz d ü şərg ələrin i A razın o tayında
salıblar və N a ğ ı x a n ilə İ s m a y ı l a ğ a n ı n rəh b ərliy i al
tında onların ə n yaxşı m iniciləri H əsən x an a x idm ət edir.
R əisləri İ s g ə n d ə r x an 9 mayda b izim lə vuruşda ö ld ü rü l
müş Çoban K ə rə lilə r (20 ailə) də o n la rla d ır...
Q arapapaq xalqı arasında ə tra f v ila y ə tlə rin ham ısında
uğurlu qaçaq çılıq la şöhrətlənm iş çox c əsu r in san lar v ar» .3
Qarapapaqlann anti-rus fəaliyyəti Paskeviç ordusu tərkibin
də İrəvan yürüşünə qatılan məşhur rus diplomatı və yazıçısı
Aleksandr Sergeyeviç Qriboyedovun (1795-1829) yol qeydlərin
də də nəzərə çarpır. 19-20 may qeydi: « Q a ra p a p a q la r türk
sərh əd in ə köçüblər, bizim nüm ay ən d ələri ə lə keçirib öld ü
rürlər. O nları oradan necə sıxışdırm aq o lar?» .4
Q raf Paskeviç şadlılar tayfasının rəhbəri, XX əsrin ikinci
onilliyində Vedibasar mahalında erməni-daşnak işğalçılarına
qarşı mübarizə aparmış xalq qəhrəmanı A bbasqulu bəy Şad-
linskinin ulu babası A slan Sultan Binnətalı Sultan oğlu ilə gö
rüşmək təşəbbüsündə bulunur. «O (Paskeviç - F. V.) Vediba-
sarda məskunlaşan olduqca döyüşkən, əy ilm əz q a ra p a p a q la r
1 В. Потто. Кавказская война в отдельных очерках, эпизодах, легендах и
биографиях, том III, Персидская война 1826-1828 г., вып. 2, СПб, 1887,
с.334-335.
2 Yenə orada, s. 315.
3 АКАК, VIII с., II h., s. 548
4 Полное собрание сочинений А.С.Грибоедова, т.1, СПб, 1889, c.l 11.
103
FƏXRİ VALEHOĞLU
tayfası arasında Aslan Sultanın böyük nüfuz sahibi olduğunu
bilir, onun vasitəsilə qarapapaqları yola gətirm ək istəyirdi».1
Aslan Sultan 200 şadlı və 10 qarapapaq ağsaqqalı ilə Eçmiyəd-
zində Paskeviçlə görüşüb rusların təbəəliyini qəbul edir. Paske-
viçin yazdığına görə bu qarapapaqların üzlərindən ruslara itaət
dən çox etibarsızlıq açıq oxunurdu.
Aslan Sultanın rus himayədarlığını qəbul etməsi müəyyən
nəticələr verməyə başladı. V. Potto: «Şadlılardan 60 nəfər silah
larını atıb Sərdarabaddan qaçdı, N ağı x an ın ən yaxşı atlıların
dan olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu
hələ ki, ayrıca istisnalar idi. Tatar tayfalarını daha təhlükəsiz
etmək üçün müvafiq tədbirlər heyata keçirmək lazım gəlirdi.
Belə tədbirlərdən daha məqsədəuyğunu onlarla dinc münasibə
tin yaradılması idi. Rus tərəfinə keçmiş tatarların sayı az olsa da,
ümid etmək olardı ki, başqaları da onların yolunu seçəcəklər».1
2
Paskeviç şadlılardan bir neçəsini qarapapaqlarla əlaqə yaratmaq
və onlardan mal-qara almaq üçün dağlara göndərir. Əlbəttə ki,
başkomandanm əsas məqsədi qarapapaqlarla ticarət əlaqəsinin
yaradılması deyildi. O qraf Nesselroda ünvanladığı m əktubda
açıqlayırdı ki, əsas məqsəd 30 verst aralıdakı daşınmaların G öy
çə səmtindən «Həsən xan tərəfdə döyüşən soydaşları kimi qa-
çaqçılıqla nəfəs alan oradakı qarapapaq atlılan tərəfdən narahat
edilməməsindən ibarət idi».3 V. Potto Göyçə qarapapaqları haq
qında yazırdı: «iranlıların özləri də onlan köçməyə təhrik etmirdi.
Çünki bilirdilər ki, dağlarda qalmaqla da qarapapaqlar onlar üçün lazımi
işlər görəcəklər. Əla at sürənlər, ancaq tənbəl əkinçilər kimi onlar
ruslann ərzaqla təmininə heç bir kömək edə bilməzdilər, əksinə ruslann
əksinə çevrilməklə hər bir keçiddə, hər bir tərəfdən rus dəstələrinə
ziyan vura bilərdilər».4
1 Ə. Ələkbərli. Abbasqulu bəy Şadlinski, Bakı, 1996, s. 32.
2 V. Potto, göstərilən əsəri, s. 336.
3 AKAK, VIII c„ II h., s.548.
4 Potto, göstərilən əsəri, s. 337.
104
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
General Paskeviçin gördüyü tədbirlər öz müsbət nəticələrini
verirdi. Belə ki, A. S. Qriboyedovun xatirələrindən və Pottonun
bu müharibə barədə yazdıqlarından aydın olur ki, Həsən xanın 9
iyunda Nağı xanın rəhbərliyindəki qarapapaqlarla rus daşınmala
rına hücum etmək, «od və qılıncla Gümrüdən Cəlaloğlu və Baş-
keçid vasitəsilə Zalqaya keçmək niyyətini» Paskeviçin Eçmiəd-
zinə gəlişi və dərhal ətraflardakı türk tayfaları ilə apardıqları
danışıqlar pozmuşdur.
Ruslar iyunun ortasında İrəvan qalasını mühasirəyə alıb
hücum etsələr də heç bir nəticəyə nail ola bilmədilər. Paskeviç
general Krasovskinin 20-ci piyada diviziyasına qalanın müha
sirəsini davam etdirməyi tapşırdı, özü isə əsas qüvvələri ilə Gər-
niçaya doğru istiqamət götürdü. Çünki Abbas Mirzə qoşununu
Arazın sağ sahilində cəmləşdirmişdi və rusİarla əsas döyüşü sa
hildəki Abbasşbad qalasında qəbul etməyi planlaşdırırdı. «Pas
keviç G ərn içay a h ə rə k ə t etm əm işdən qabaq qarapapaq x al
qının G öyçədə yaşayan hissəsi ilə yeni ə la q ə lə r yaratdı.
Ona m əlum idi ki, qarapapaqlar arasında N a ğ ı x a n d a n
sonra öz ağlı v ə m ərd liy i ilə daha çox A razın bu tayındakı
d ağ lard a qalm ış M ə m m ə d ağa tanınır. Paskeviç M əm m əd
a ğ a ilə sıx ə la q ə lə r yaratm ağa çalışdı. Bu m ə q sə d lə o po-
ru çik K orqanovu 3 gürcü zadəganı ilə dağ lara göndərdi.
Şadlı sultanı öz qardaşını v ə oğlunu d ü şərg əd ə girov qoya
raq onların tə h lü k ə siz liy in ə cavabdeh o ld u » .1 Korqanovun
ilkin danışıqları çox uğurlu olur. Ruslar qarapapaqlarla aralarının
düzəldiyini sanıb heç nədən çəkinmədən hərəkət edərək 19
iyunda Gərniçaya çatır. Bu vaxt rus düşərgəsinə gözlənilməz
xəbər yayılır ki, qarapapaqlar yenidən ruslara qarşı ayağa qalxıb
Korqanovla onu müşayiət edən gürcüləri əsir götürüblər və
H əsən xan onların dəvətilə dağlarla Alagözdən Göyçəyə keçib.
Əsir götürülənlər tezliklə azad olunur və qarapapaqlar sakitlə
şirlər, Həsən xanın Göyçəyə gəlməsi xəbəri isə doğru deyildi.
1 Yenə orada, s. 338-339.
105
Dostları ilə paylaş: |