FƏXRİ VALEHOĞLU
meydanında bilərəkdən köməksiz, yalnız qoyması və Həşimoğ-
lunu m əhv etmək üçün apardığı əməliyyatlardan biri, Kamkovun
günahsız insanların ölümü ilə nəticələnən vəhşi aksiyası, Un-
qem-Ştemberqin, Yadigarovun və Baklanovun Gölə və Ərda-
handan Qars şəhərinə gedən yolları nəzarətdə saxlamaq üçün
M əlikköydə birləşmələri Pottonun xatirələrində belə əks olunur:
«2 iyulun axşamı id i.... Ön cərgədə səfər üçün nəzərdə tutulmuş
dəstə (draqunlardan ibarət - F . V.) toplanırdı. Çox keçmədən dü
şərgədən öz süvari batareyası ilə nizami kazak alayı, qarapa-
paqlar, kürdlər və Başkeçid qəzasının yunanlarının yeni forma
laşdırdığı drujina da yaxınlaşdı. Baklanov gəldi və zabitləri ətra
fına yığıb bacardıqca ehtiyatla getmək əmrini verdi. Siqara çək
mək, danışmaq olmazdı, hətta əm rlər belə pıçıltı ilə verilməli
idi. Gecə yarısı biz atlara oturduq və generalın ardınca hərəkət
etdik. H ər yan zülmət qaranlıq içində idi. İrəlidə gedən bələdçi
tatarın atmın ağ sağrısını zorla seçirdik. Çox keçmədən o da bizi
bürüyən zülmətdə gözdən itdi.... Yol çay qırağından keçirdi.
Bəziləri deyirdi ki, bu Qars çayıdır. Başqaları isə Qars çayının
xeyli sağ tərəfdə qaldığını əsaslandırırdılar. Bu çayın sağ sahilin
dəki düzdə başıpozuqlar at çapırdılar. Bunlar bizi izləmək üçün
Qarsdanmı göndərilmişdilər və yaxud sadəcə yaxınlıqdakı dağ
larda daldalanan silahlı tör-töküntülər yığınımı idilər, deyə bil
mərəm. General çayı keçməyi və onlarla atışmağı qəti qadağan
etdi. Dəstənin arxasında gedən qarapapaqlar qadağaya dözə
bilməyib Berdık çayını keçərək başıpozuqlara hücum etdilər,
ancaq çox tez də geri çevrildilər. Aydındır ki, başıpozuqlar tu
tarlı cavab vermişdilər. Bunu görən milislər çayı keçmək istə
dilər, lakin Baklanovun hədələyici səsi onları dayanmağa vadar
etdi. D əstə qarapapaqların qayğısına qalmayaraq yoluna davam
etdi.
Cəzalarını çəkmək üçün öz gücləri ilə təkbaşına qalmış qara
papaqlar isə pis vəziyyətə düşdülər. Berdık çayının sıldırımlı
sahillərinə sıxışdırıldılar. Çayı keçə bilmədilər və atlarından
enib daşların arxasında ağzı üstə yerə yatdılar. Bu onları xilas
etdi. Ehtiyatsız başıpozuqlar yaylım atəşi ilə qarşılandılar və
134
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
meydanda bir neçə ölü buraxaraq geri döndülər. Bizim dəliqanlı
igidlər isə sağ-salamat çayı keçdilər və cəld gəlib dəstəyə
yetişdilər. Baklanov hesab etdi ki, onlar düşüncəsizliklərinə görə
kifayət qədər cəza çəkiblər və heç bir söz dem ədi...
Biz sürətlə hərəkət etdik və tezliklə bir dərədə türklərin
qaynaşdığını gördük. Baklanov bütün qeyri-nizami kavaleriyanı
hücuma buraxdı... Selləm ə yağışa baxmayaraq qarapapaqların
çaxmaqdaşlı tüfəngləri hədəfdən yayınmırdı. Qadın yubkasına
bənzər ağ balaxonlar geyinmiş yunanlar atəş açmırdılar, onlar
qılıncla çapırdılar. K ürdlər havaya yaydıqları kobud hayqırtılan
ilə iş görməkdən çox at çapmaqla məşğul idilər...
Qaranlıq düşəndə geniş çəmənlikdə dayandıq. Yaxında
Qars-Ərdahan v ə Qars-Oltu yolu üzərində yerləşən Susuz kəndi
görünürdü. Təhlükəsiz yer deyildi. Ətrafdakı dağlarda tanınmış
qaçaq H ə ş i m o ğ l u n u n dəstəsi daldalanırdı. B u H ə ş i m o ğ -
lu əcayib şəxsdir. O bir neçə il demək olar ki, böyük yollarla
qaçaqlıq etdiyi bizim müsəlman əyalətlərinin tatarıdır. Keçən il
onu azca qaldılar tutalar. Ancaq o Türkiyəyə qaçdı, orada yeni
dəstə yığdı və qışda duxoborlann sərhədyanı kəndlərinə cürətli
hücum etdi. Düzdür, orada qışlayan Novorossiysk alayı ona öz
məramını həyata keçirməyə imkan yaratmasa da, bizə sadiq olan
Türkiyə ermənilərinin bir neçə kəndi yandırıldı və talan olundu.
İndi onun (H əşim oğlunun - F. V.) başlıca məqsədi dinc
sakinləri qiyama qaldırmaq idi. Həqiqətən, onların (əhalinin - F.
V ) bir qismi öz ev-eşiyini atıb məmnuniyyətlə onun dəstəsinə
qoşulurdu. Qars paşalığının bütün şimal-qərb hissəsi üsyan edir
di. Fəal tədbirlər görmək lazım gəlirdi. Bizim dəstəyə sakitlik
yaratmaq və mümkün olsa, H ə ş i m o ğ l u n u öldürmək tapşırıl
mışdı.
Gecə qaranlıq və soyuq idi, yağış vedrədən tökən kimi
tökürdü.... Dan yeri ağaranda biz Ərdahan tərəfdən Qars
düzənliyini qapayan dağlara tərəf getdik. H ə ş i m o ğ l u burada
dururdu. Nizami kazaklann irəli göndərilmiş güclü süvari
kəşfiyyat bölükləri dindirmədə şöhrətli qaçağın dəstəsinin
üzvləri olduqlarını açıqlayan bir neçə silahlı adam ələ keçirdilər.
135
FƏXRİ VALEHOĞLU
Amma onlar H ə şim o ğ lu n u n yuvasının yerini bilmirdilər, y a da
ki, dem ək istəmirdilər. Biz bütün günü gəzdik və axşamüstü
İncəsu çayma tə rə f geri çəkildik. Sübh tezdən yenidən dağlara
qalxdıq və Ərdahan istiqamətinə getdik. Bizim kəşfiyyatçı
süvarilər keçilməz dərələri keçib daha bir neçə evsiz adam
tutdular və burada daldalanan sakinlərin mal-qarasım əllərindən
aldılar. Ə traf kəndlərin bir neçə ağsaqqalı düşərgəyə gəlib öz
əvvəlki m əskənlərinə köçmək istəyini bildirdilər. Ağsaqqallar
diyarın sakitliyinə boyun olurdular və inandırırdılar ki, H ə
ş im o ğ 1 u dağların dərinliyinə köç edib və Ərdahan-Oltu yolu
arasındakı bütün məkan onun silahlı cinayətkarlarından təm iz
lənib. O nlan əzizlədilər, mühafizə vərəqələri verdilər və h ətta
H ə ş i m o ğ l u y l a vuruşmaq üçün dilə tutdular....
Qarsa gedən yollarda axtarış aparmaq üçün polkovnik Kam -
kov 200 nizami kazakla axşama yaxın (15 iyulda - F. V ) G ölə
sancağına göndərildi.... İrəlidə görünən işıltılar onları dayanm a
ğa m əcbur etdi. Kəşfiyyata göndərilmiş könüllülər işığın y an -
dağılmış kənddən gəldiyini və xarabalarda çox sayda silahlı
adam lann olduğu xəbərini gətirdilər. Kazaklar onların, təbii
olaraq, H ə ş i m o ğ l u n u n dəstələrindən biri olduğunu tə sə v v ü r
edərək bir anda kəndə hücum etdilər və bədbəxtlikdən tü fən g
atəşi ilə qarşılanınca düşməni öldürməyə başladılar. T ə ə sü f ki,
sonradan ölənlər arasında qadın və uşaqların da olduğu m üəyyən
edildi. Döyüş təkcə bizim qarşımızda silahsız sarınmış əsirlər
duranda bitdi və türklər yalnız onda bildirdilər ki, onlar öz
ailələri ilə Qarsdan qaçmış dinc sakinlərdir....
24 iyulda, bizim şanlı xatirə günümüzdə - Kürəkdərə vuruş
masının ildönümündə dəstədə nəhayət ki, H ə ş i m o ğ l u n u n
öldürülməsi barədə şayiələr yayıldı. Ancaq şayiələr doğru çıx
madı, çünki H ə ş i m o ğ l u sağ-salamat idi, Onların yayılmasına
səbəb isə polkovnik baron Unqem-Ştemberqin Axalkələk dəs
təsinin bir hissəsi ilə Ərdahanı ikinci dəfə zəbt etməsi idi. Ona
görə general Baklanov Ərdahan qalası ilə rabitəni açmaq üçün
həmin gecə qeyri-nizami süvarilərin bir hissəsi ilə Qarsın
şimalında yerləşən Məlikköyü tutdu. Bir az əvvəl polkovnik
136
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
Y a d i g a r o v da oraya daxil olmuşdu».1 Mətbuat da Yadigaro-
vun Qars yaxınlığında olmasım təsdiqləyərək onun dəstəsinin 24
iyulda bir neçə türk atı əldə etdiyini bildirirdi.1
2
Baklanovun həyata keçirdiyi başqa bir əməliyyatda Ömər
ağa kəndi yaxınlığındakı dərədə 6 nəfərlik qaçaq dəstəsi tutulur.
Muravyov: «Həmişə mövcud olmuş belə dəstələr bizim Cənubi
Qafqaz diyarındakı tatar distansiyalanmn sakinlərindən ibarət
idi. Onlar qarapapaq əhalisinin tərkibinə daxil olurdular və hər
zaman, hətta sülh vaxtı da basqınları və soyğunçuluqları ilə bi
zim sərhəddə yaşayan əhalini narahat edirdilər».3
1855-ci ilin iyul ayında Qars qalası çevrəsində elə bir ciddi
silahlı toqquşma baş verm əsə də, yörəni bürümüş üsyan dalğası
zirvəyə ulaşır. V. Potto: «Qonşu qarapapaq kəndləri öz artıq
yem tədarüklərini bizimlə bölüşmək arzusunda olmurdular və bu
da çox vaxt bizim əsgərlərlə o kəndlərin sakinləri arasında bir
tərəfdən yumruqların fəal hərəkəti, digər tərəfdən xəncərlərin
hədə-qorxusu ilə nəticələnən qarşıdurmaya gətirib çıxarırdı.
Bizim zabitlərdən birinə xidmət edən əsgər (denşik) bir dəfə
belə yem tədarükü üçün yola çıxıb geri qayıtmadı. Gecə düşər
gəyə yalnız xamıtsız və arabasız atı gəlib çıxdı, hamiyi ciddi
narahat edən bu m əsələ məni sehərisi gün 2 zabit və 2 draqunla
bir hadisə baş verib-vermədiyini öyrənmək məqsədi ilə qarapa
paq kəndlərinə gizli səfər etməyə məcbur etdi. Dözülməz dərə
cədə isti gün idi. Biz sıx və biçilmiş taxıl zəmilərinin arası ile
gedirdik. Draqunlar yarımsəslə oxuyurdular: «başdan-başa türk
tarlası, biz səni nə vaxt keçəcəyik». Tappıltı səsləri gəldi. Bizə
qarşı iki kazak qaçırdı.
- Dayanın! Haradan belə, qardaşlar?
- Kəndlərdən, mənim cənabım! - deyə onlar atlarını saxla
yaraq cavab verdilər.
- Orada nə olub ki?
1 «Военный сборник» məcmuəsi, XIX cild, 1863, fevral, s. 476-483.
2 «Кавказ» qez., 13.10.1855; «Закавказский вестник» qəz., 18.08.1855.
3 N. Muravyov, göstərilən əsəri, I cild, s. 136.
137
Dostları ilə paylaş: |