KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

FƏXRİ VALEHOĞLU
T
tapşırığın öhdəsindən uğurla gəlir.  Türklər meşəli təpələrə sıxış-; 
dırılırlar.
27  iyunda  Şimal-Şərqi  Anadolunun  ən  böyük  şəhəri  Ərzu­
rum döyüşsüz ruslara təhvil  verilir.  Ərzurumu işğal  etmiş Paske- 
viçin  ordusu tərkibində dahi  rus  şairi A.  S.  Puşkin də  olur.  O öz 
səfər təəssüratlarını  «Ərzuruma  səyahət»  əsərində  təsvir etmiş­
dir.  Ərzurumu Pəkəriç tərəfdən mühafizə  etmək üçün polkovnik 
Miklaşevskinin  başçılığı  altmda  İ l i   atlı-müsəlman  alayının  4 
sotnyası,  42-ci yeger (xüsusi nişançı) alayının 6 bölüyü və 8  top­
dan  ibarət  nəzarətçi  dəstəsi  Aşqalada  saxlanılır.  Ərzurumdan 
sonra Xıms,  Tərcan,  Oltu  və  Bayburt zəbt edilir.  Bayburtda rus­
lara  qarşı  baş  vermiş  üsyanı  yatızdırmaq  üçün  24  sentyabrda 
oraya  ikinci  dəfə  hücum  edən  rus  qoşunlarının  tərkibində  3-cü 
atlı-müsəlman alayının sotnyası da olur.
Balkan  cəbhəsində  rus  ordusunun  İstanbulun  həndəvərinə 
qədər  yaxınlaşması  Osmanlı  sultanı  II  Mahmudu  2  sentyabrda 
(1829-cu  il)  Ədime  sülh  sazişini  imzalamağa məcbur  edir.  Sazi­
şə  əsasən  Osmanlı  İmperiyası  Yunanıstanın  müstəqilliyini  tanı­
yır,  Moldaviya,  Valaxiya  və  Serbiyaya  isə  muxtariyyət  verir, 
Axısqa,  Axılkələk,  Xırtız,  Əspincə,  Azqur,  Abbastuman qalaları 
ve  Suqumqala  (Suxum),  Redutqala  (Anakliya),  Sucuqqala  (So- 
ğucaq, Novorossiysk),  Gəlincik,  Mamayqala (Soçi) daxil olmaq­
la  Kuban//Kuman  çayından  Çürüksuya  (Kobuletə)  qədər  Qara 
denizin  şərq  sahili  Rusiya  İmperiyasının  əlinə  keçir,  Türkiyə 
ermənilərinə  18 ay ərzində daşman əmlakları ilə birlikdə Rusiya 
himayədarlığı altına keçmək hüququ verilir.
1829-30-cu  illərdə  Ərzurum,  Qars  və  Bəyaziddən  Cənubi 
Qafqaza  90  mindən  artıq  erməni  köçür.  Onlardan  Ərzurum  er­
məniləri  əsasən Mesxet-Cavaxetdə  (7300  ailə),  Qars  erməniləri 
(2500  ailə)  Gümrü  və  Talın  bölgələrində,  bəyazidlilər  (4215 
ailə) Göyçə  gölünün  sahilində,  qalanlar isə  Sürməli,  Dərəçiçək, 
Abaran və Pəmbək mahallarında yerləşdirilirlər. Ərzurum erm ə­
niləri  ilə bərabər köçmüş urumlar (yunanlar)  isə  Gümrü və  Bar- 
maqsız (Zalqa) yörələrində məskunlaşırlar.
118
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Ermənilərin Cavaxda (Cavaxetdə) yerləşdirildikləri  yaşayış 
m əskənlərindən  biri  də  məşhur  qarapapaq  aşığı  Xəstə  Hasanm 
doğma kəndi  Dırqına olur.  Dırqmaya Türkiyə  ermənilərinin  kö­
çürülməsi  xəbərini  Xəstə  Hasan  sakit  qarşılayır,  onlarla  mehri­
ban  qonşu  olacaqlarını  düşünür.  Lakin  bir  gün  səhər  təzə  qon­
şularının  aşıqdan  xəbərsiz  onun  ot  sahəsini  biçdiklərini  görən 
Xəstə  Hasan  bunun  səbəbini  soruşduqda  onlar:  «sənə  nə?»  -  
deyib Xəstəni hədələyirlər. Aşıq bu işə məəttəl qalıb:
Adına deyirlər Tigrən 
Üzündəki ətdən irgən 
Əlindəki dəmir dirgən 
Çalhaçaldı Dırqınada.
Çayırları düz gördülər,
Özlərini yüz gördülər,
Xəstəni yalqız gördülər,
Qalmağaldı Dırqınada -
deyir və bir neçə gündən sonra ailəliklə Lebisə köçür.1
Rus  başkomandanının  1830-cu  il  16  mart  əmri  ilə  1828-29- 
cu  illər rus-türk müharibəsindəki  mərdliklərinə  və  cəsarətlərinə 
görə  III  atlı-müsəlman  alayının  döyüşçülərindən  sultan  podpo- 
ruçik  Əbdül  ağa  Kəlbəli  bəy  oğluna,  naib  podporuçik  Əli  ağa 
Abdul ağa oğluna, naib praporşik Usub ağa Müssəli oğluna, naib 
praporşik  Mehralı  ağa  Təhməzqulu  oğluna,  Əliağa  Bababəy 
oğluna,  Əsədulla  bəy  Ləl  Vəli  ağa  oğluna  və  bu  alaya  ezam 
olunmuş  valantyor  praporşik  Məmməd  oğluna üzərində  «igidli­
yə  görə»  yazısı  olan  4-cü  dərəcəli  «Müqəddəs  Anna»  ordeni 
verilir.2
1  Valeh  Hacılar.  Gürcüstanda  türk xalq  ədəbiyyatı  ənənələri,  Bakı,  2005,  s. 
167-168.
«Тифлисские ведомости» qəz.,  1830,10 aprel, № 29.
119


FƏ XRİ VALEHOĞLU
2 .4 .  K R IM   M Ü H A R İB Ə S İ  V Ə   QARAPAPAQLAR
XIX  yüzilin  ortalarında  Rusiya  İmperiyası  Balkan yarımada­
sında mövqelərini  möhkəmləndirməyə,  İstanbul  (Bosfor) və Ça- 
naqqala (Dardanel) boğazlarını nəzarət altma almağa, bununla da 
Aralıq  dənizinə  sərbəst  çıxış  yolu  əldə  edib  Yaxın  Şərqdə yeni 
ərazilərə  sahib  olmağa  can  atırdı.  Böyük  Britaniya,  Fransa  ve 
Türkiyə  (Osmanlı)  isə,  əksinə,  Rusiyanı  Qara  dəniz  sahillərin­
dən  sıxışdırmağa,  Krım  və  Qafqazı  ondan  ayırmağa  çalışırdı. 
Fələstindəki  «M üqəddəs  torpaqlar»  uğrunda pravoslav  və  kato­
lik  ruhaniləri  arasında  gedən  mübahisə  tarixə  «Krım  müharibə­
si» və ya «Şərq m üharibəsi» adı altında keçən  1853-1856-cı illər 
türk-rus savaşının başlanması üçün bəhanə oldu.
1853-cü  il  iyunun  26-da  Rusiya  Osmanlıya  bağlı  olan  Mol­
da viya  v ə  Valaxiyanın  işğalına  başladı.  Buna  cavab  olaraq  Os­
manlı  İmperatorluğu  oktyabrın  4-də  Rusiyaya müharibə  elan et­
di.  Qafqaz  cəbhəsində  türk  qoşunları  Abdi  Paşa  komandanlığın­
da Qarsdan Aleksandropol  (Gümrü) istiqamətində  hərəkətə keç­
di.  Noyabrın  2-də  Bayandur  kəndi  uğrunda  rusların  ağır  itkiləri 
ilə nəticələnən ilk döyüş  baş  verdi.  Bu  döyüşdə  1852-ci  ildə rus 
ordusu  tərkibindəki  Qafqaz  müsəlman  süvari  alayına komandir 
vəzifəsinə  təyin  olunmuş  T iflis li  p o lk o v n ik   H ə s ə n   b ə y  
A ğ a l a r o v u n   əsgərləri  xüsusilə  fərqlənirdilər.1  31  noyabrda 
isə  Başgədiklərdə  osmanlılar  məğlubiyyətə  düçar  oldu.  Dörd 
cildlik  Şərq  müharibəsi  tarixini  qələmə  almış  general-leytenant 
M.  Boqdanoviç  Başgədiklər  vuruşmasının  nəticələrinin  Güney 
Qafqaz  bölgəsi  üçün  böyük  əhəmiyyətə  malik  olduğunu  qeyd 
edirdi.  Onun  sözlərinə  görə  rusların  məğlub  olacağı  dəqiqəni 
gözləyən  bölgənin  müsəlman  əhalisi  hər  yanda  üsyana  qalxıb 
rus  vilayətlərinə  hücum  etməyə  hazır  idi.1
 2  «Qaçaqlıqlar haqqın­
da  hekayələrlə  tərbiyə  olunmuş  Qafqaz  tatarları»nın  bu  müha­
1 Ş. Nəzirli. Azərbaycan generalları, Bakı,  1991, s. 47.
2  M.  И.  Ъотдщоът.Восточная  война  1853-1856 годов,  том  1,  СПб,  1877, 
с. 252.
120
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
ribədə tutduqları  mövqeni  görkəmli rus tarixçisi,  bu savaşın  No­
vorossiysk  draqun  alayının  yüksək  rütbəli  zabiti  qismində  işti­
rakçısı  V.  Potto  isə belə açıqlayırdı:  «Bizim  bu  və ya digər mən­
təqədə  kiçik  bir  uğursuzluğumuz  nəinki  ordumuz  üçün,  bütün 
Cənubi Qafqaz diyarı  üçün qorxulu bir şəkildə əks oluna bilərdi. 
Biz yaxşı  bilirdik ki,  döyüş zəfərindən  sonra  türk bayraqlarının 
Arpaçayın  sağ  sahilində  görünməsi  Cənubi  Qafqaz  diyarının 
əhalisinin  demək  olar ki,  hamısının  silahlarını  bizə  qarşı  çevir­
məsi  üçün  kifayətdir».'  Başgədiklər  döyüşündən  sonra  cəbhə 
bölgəsində  sərt  qışın  düşməsi  ilə  əlaqədar hərbi  əməliyyatlar 6 
ay müddətinə dayandırılır.  Bu fasilədən rus komandanları  səm ə­
rəli  istifadə  etməyə  çalışırdılar.  Onlar  hər  bir  vəchlə  Qafqaz 
türklərini  öz  tərəflərinə  çəkməyə  səy  göstərir  və  qismən  istə­
diklərinə nail olurdular.
1854-cü  ilin  əvvəlində  Qafqaz Əlahiddə Ordusunun koman­
dam  general-leytenant  Vasiliy  Iosefoviç  B ebutov  (1791-1858) 
Türkiyədə  sığınacaq  tapmış  qaçaqları  rus  ordusunda  xidmət 
etmək  şərtilə  əfv  edir.  Bundan  sonra  Borçalı  mahalının  qaçaq 
sakinlərindən  L ə m b ə l i   Əl i   Süleym an  oğ lu   (1843-cü  ildə 
qaçaq  düşmüşdür2)  ve  B a b a c a n   T an rıv erd i  o ğ lu   Bebutovun 
şəxsi  dəstəsinə  yazılır  və  müharibənin  sonuna  qədər  sədaqətli 
qulluqda bulunurlar.3 Bunların əksinə B o r ç a lı   H ə ş i m o ğ l u   və 
Q azax-Q arapapaqlı  D ə l i   a ğ a   kimi  məşhur  qaçaqlar  isə  öz 
qan  qardaşları  ilə  bir  sırada,  yəni  türk  ordusu  cərgələrində  dö­
yüşmək qərarına gəlirlər.
1854-cü  il may ayının  sonunda rus  ordusuna yazılmış  könül­
lülərdən  təşkil  olunmuş  300  nəfərlik  milis  dəstəsi  polkovnik 
M.T.Loris-Melikovun  başçılığı  altında  Gümrüyə  göndərilir.  Bu 
milislərin milli tərkibi qarapapaq, erməni,  urum (türkdilli yunan) 
və  Rusiya müsəlmanlarından  ibarət  idi.  Boqdanoviçin  yazdığına 
görə,  bunlar  arasında  nizam-intizam  saxlamaq  çətin  m əsələ  idi;
«Военный сборник» dərgisi, XI cild,  1860-cı il, yanvar, s.  180-181.
2 V. Hacılar. XIX yüzillikdə Borçalıda qaçaqlıq hərəkatı,  s.  13.
3 AKAK, XI cild, Tiflis,  1888, s.  635.
121


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə