KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

FƏXRİ VALEHOĞLU
şıları  idilər».1  Qafqazdakı  rus  ordusunun  rəhbəri  N.  Muravyov 
isə  öz  əsərinin  «Türk  qoşunlarının  rəisləri»  bölməsində  Qars- 
dakı türk  qarnizonunun könüllü hissələrinin ən yaxşı komandan­
ları arasında Kərim Paşa və çərkəz Hüseyn Paşa ilə yanaşı, əslən 
M alatya-Diyarbəkir  yörələrindən  olub  «təmtərağı  sevən»  Hacı 
T eym ur  ağa  və  laz könüllülərinin başçısı  Əli  bəyin  də  olduğu­
nu  vurğulayaraq  əlavə  edirdi:  «Nə  vaxtsa  türklər  tərəfə  qaçmış 
və  cari  müharibədə  onlardan  ştab-ofiser  rütbəsi  almış  bizim 
Borçalı  distansiyasının  keçmiş  sakini  H ə ş i m o ğ l u   da  Qars 
qarnizonunun  şöhrətlilərindən  hesab  olunurdu.  O  mərdliyi,  ba­
carığı  və  ərazini  tanıması  ilə  məşhur  olan  qaçaqlar  sırasına 
məxsus idi.  Uzun müddət bizim  Cənubi Qafqazın hüdudda ya-şa- 
yan  əhalisinin  (mənbə  və faktların  göstərdiyi  kimi,  qeyri-türk­
lərin — F.  V.) qənimi olubdur.  Özünün çevik basqınları ilə bizim 
sərhəddə və ordunun arxasında peyda olub qarətlər etməsinə  və 
əsirlər  aparmasına  baxmayaraq  ona  qarşı  heç  bir  cəza  tədbiri 
görülə  bilmirdi.  Qaçaqlıq  şücaətinə  dair  anlayışlar,  qədim  
zamanların  cəngavərləri  haqqında xalq mahnılarında  tərənnüm 
edilən  sözə  və  dostluğa  sədaqət  onun  bütün  Gürcüs-tanda  tanı­
nan  adı  ilə  bağlı  idi.  H ə ş i m o ğ l u   bizim  tatarlarla  qohumluq 
və başqa əlaqələri olduğuna görə türklər üçün dəyər-li idi».1
 2
1855-ci  il  iyun  ayının  əvvələrində  Qars  rus  qoşunlarının 
əhatəsinə  düşür.  B əlgələr  düşmən  tərəfindən  dövrəyə  alınmış 
qarslıları  ərzaqla  Şürəgəl  və  Zərşad  qarapapaqlarının  təmin 
etdiyini  bildirirdi.  Həm  Muravyovun  yazdıqlarından,  həm  də 
Qafqaz Arxeoqrafıya Komissiyasının topladığı  sənədlərdən  bəlli 
olur  ki,  «tanınmış  Həşimoğlu»nun  qaçaq  dəstəsi  20  iyunda 
mühasirədə  olan  Qars  qalasından  çıxaraq  Böyük  Yahnı  dağı 
yaxınlığında  rus  hərbi  düşərgəsində  mallarını  satıb  Gümrüyə 
qayıdan  alverçilərə  məxsus  30  içiboş  yük  arabasını  ələ  keçi­
1  M.  И.  Богданович.  Восточная  война  1853-1856  годов.  Ill  том,  СПб, 
1876, с.  246.
2  Н.  Н.  Муравьев.  Война  за  Кавказом  в  1855-ом  году,  том  I,  СПб,  1877, 
с.  51.
130
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
ribdir.  Bu  zaman  arabaçıların  və  tacirlərin  bir  qismi  öldürülüb, 
qalanları  isə  Qarsa  aparılıb  şəhər  rəhbərliyinə  təhvil  verilibdir. 
Bir müddət sonra  əsirlər yaralı  olduqları  üçün  «türklərin  qədim 
adətlərinə» uyğun olaraq rus düşərgəsinə qaytarılıbdır.
İyunun  ikinci  yarısında  Qafqaz  Əlahiddə  Korpusunun  ko­
mandanı Muravyov ordusunun bir hissəsinə  Qarsın mühasirəsini 
davam  etdirmək  əmrini  verir,  özü  isə  qalan  hərbi  bölmələrlə 
türklərin  ehtiyat  ərzaq  anbarlarını  məhv  etmək  məqsədilə  So- 
ğanlı dağlarına yürüş  edir.  O  günlərdə  III süvari-müsəlman  ala­
yının  350  döyüşçüsü  Çildir  sancağında  mövqe  tuturdu.  Alayın 
komandiri  V.  Orbeliani  20  iyunda cəsuslardan  öyrənir ki,  Çildir 
sancağının  rəisi  Aslan  Paşanın  dəstəsi  onlara  hücum  edəcək. 
Buna görə də  o,  sancağın  ərazisində  qalıb qorunmaq üçün  özlə­
rində kifayət qədər güc  görmür və Göydağ tərəfdən geri çəkilib 
Axalkələk-Ərdahan  yolu  üstündəki  Sulda  (Suldinsk)  kazak 
postunda  möhkəmlənir.  23  iyunda,  Muravyov  Soğanlı  dağların­
dakı  Əngiköyə  ekspedisiya  edərkən,  Sulda  kəndi  yaxınlığında 
Aslan Paşanın 500 başıpozuğu, yəni qeyri-nizami dəstəsinin 500 
üzvü  ilə  III  süvari-müsəlman  alayının  atlıları  arasında  qanlı 
vuruşma  baş  verir.  Başıpozuqlar  geri  çəkilir.  Bu  vuruşmada 
göstərdikləri igidliklərə görə Muravyovun  13  sentyabr əmrilə III 
süvari-müsəlman  alayına  daxil  olan  Q azax  sotnyasının 
(yüzlüyünün)  kom andanı,  kapitan  M a n s u r  a ğ a   V ə k ilo v a  
«ig id liy ə  görə»  yazısı  ilə   IV  d ə rə cə li  «M üqəddəs  A nna» 
ordeni,  Qazax  bəy  yarım yüzlüyünden  m ilis  praporşiki 
M irz ə   M əşəd i  Ş ə rif  o ğ lu n a  podporuçik  rü tb əsi,  B orçalı 
b ə y   yarım yüzlüyünün  v ək illəri  M ə m m ə d şa h   b ə y   A ğ a su l- 
ta n o v a   gümüş  tem lyak  qılınc  d əstin d ə  qo tazlı  qaytan  tax ­
m aq  hüququ  ilə   yunker  rütbəsi,  Q açağanlı  Süleym an  ağa 
M əm m əd h ə sə n   o ğlu  T o p çu y ev ə  «ig id liy ə  görə»  yazısı 
olan  gümüş  m edal  v erilir,  həm çinin  vəkillər İbrahimxəlil ağa 
İlyas  ağa  oğlu  (Qazax  bəy  yanmyüzlüyü),  Mustafa  ağa  Mirzəli 
ağa  oğlu  Vəkilov  (Qazax  yüzlüyü),  Ağacan  bəy  Cəlil  bəy  oğlu
131


FƏXRİ  VALEHOĞLU
Altukov  (Yelizavetpol  yüzlüyü)  və  Əli  Kərim  oğlu  (Qazax 
yüzlüyü)  m ü k a fa tla n d ırılırlar.1  Aslan  Paşanın  könüllülərinin 
öz  doğma  diyarlarını  -   Çıldırı  rus  qüvvələrindən  təmizləmək 
m əqsədi  ilə  etdikləri  hücumun  d əf  olunmasının  ruslar  üçün 
böyük  əhəm iyyətini  general  Muravyov  belə  izah  edirdi:  «D u- 
xobor  k ən d ləri  talandan  q u rtu ld u ...  B undan  başqa  zorla  v ə  
tə rə d d ü d lə   yığılm ış  III  alayın  m üsəlm an  süvariləri  bu 
vuruşm ada  iç lə rin d ə   qohum luq  və  h ə r  cür  başqa  ə la q ə d ə  
bulu n d u q ları  soydaşları  qarapapaqların  da  olduğu  d in d aşla­
rın ın   qanım   töküb  o  zam andan  etibarən,  onlardan  g ö z lə n ­
m əsi  m üm kün  olm ayan  səd a q ə tlə   xid m ət  edirdilər».1
 2
İyunun  sonlarında  polkovnik  İ.Yadigarovun  komandanlığm- 
dakı  II  Şirvan  süvari-müsəlman  alayı  korpus  komandanının 
düşərgəsinin  yerləşdiyi  Qanıköylə  Gümrü  arasındakı  yolun 
təhlükəsizliyini  təmin  etmək  üçün  Oğuzlu  kəndində  dururdu.  O 
sırada  Yadigarovun  müavini,  keçmiş  Şirvan  xanı  Mustafa  xanın 
yaxm  qohumu  podpolkovnik  Ö m ər  ağa  31  nəfərlə  Qarsa  qaçıb 
türklərə  birləşmişdi.  Onlardan  19-u  geri  qayıtsa  da  bu  hadisə 
rusların  müsəlman  milislərinə  qarşı  onsuz  da  az  olan  güvənini 
daha  da  azaltdı.  V.  Pottonun  qeydlərindən  bir  parça:  « B izim  
m ilislər  xüsusi  döyüş  ruhu  ilə  şövqləniblər.  B ir  neçə  g ü n  
qabaq  onların  kiçik  dəstəsi  qaranlıq  gecədə  türk  süvarilərinin 
qoruqçu  piketlərini  yan  ötüb  düşərgələrindən  iki  şiştə p ə li 
çadır  apardı.  D eyirlər  ki,  onlar  hətta  gizlicə  Qarsa  girib  b a rıt 
anbarını  partlatmaq  üçün  icazə  istəyiblər.  Ancaq  rədd  cavabı 
alıblar.  Onların  bu  istəyində  başqa  niyyət  gizlənmirdimi?  O n ­
larla  ehtiyatlı  olmaq  lazımdır.  Polkovnikləri  ö m ə r  bəyin  bu 
günlərdə  12  m ilislə  birlikdə  Qarsa  keçməsi  istər-istəm əz 
onunla  eyni  xidm ətdə  olanları  da  şübhə  kölgəsində  qoyur».3 
Bu  savaşda  iştirak  edən  rus  zabitlərindən  İrəvan  dəstəsinin  qə­
1  «Кавказ»  qez.,  1855-ci  il,  24  sentyabr,  №75  və  «Закавказский  вестник» 
qəz.,  1855,29 sentyabr, №39.
2 N. N.  Muravyov, göstərilən ə sə r i, I cild, s.  119.
«Военный сборник» dərgisi,  1863, yanvar, XXIX c.
132
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXt
rargah rəisi, polkovnik (1861-ci  ildən general-mayor) M.  Lixutin 
d ə  rus  ordusundakı  müsəlman  milislərinin  öz  din  qar-daşlarına 
qarşı biganə olmadıqlarını xüsusi qeyd edirdi:
«Soldat  (rus  əsgəri)  və  kazaklar  müşahidə  və faktlara  əsas­
lanaraq  belə  bir  nəticəyə  gəlmişdilər  ki,  müsəlman  milisləri 
türklərə rəhm  edir və döyüş əsnasında hərdən  bir gah göyə atəş 
açır,  gah  da  ki,  boş  güllələrlə  atışırdılar.  Başıpozuq  kazak  və 
y a x u d  soldatın  əlindən  yaxasını  qurtaranda  geyiminə  və  xarici 
görkəm inə görə  ermənidən  ayırd edilməsi  mümkün  olan  müsəl­
m an  milisinin  himayəsi  altına  qaçırdı.  Ermənilər  müsəlmanları 
öldürm ək  üçün  böyük  arzu  və  istəkdə  olsalar  da,  onların  açıq- 
aşkar ölümə getməyə ruhları çatmırdı».1
Muravyov  30  iyunda  düşərgəsini  Qamköydən  Qars  çayının 
soluna,  Tikmə  kəndinə  keçirir.  Burada ona rus  ordu korpusunun 
C ənubi  Qafqaz-Şərqi  Anadolu  serhədindəki  bütün  qeyri-nizami 
süvarilərinin rəisi  general-mayor Baklanovun dəstəsi də birləşir. 
B u   vaxt  Ərzuruma  gedən  əsas  yollar  kəsilmişdi.  Qarslılar  Ər­
zurum la  əlaqəni  yalnız  dolama yollar  və  cığırlar  vasitəsilə  sax­
lay a  bilirdilər.  Ərdahan  tə rə f Qarsın  müdafiəçilərini  ərzaqla  və 
canlı  qüvvə  ilə  təchiz  edən  yeganə  istiqamət  idi.  Bunu  da  kəs­
m ə k   üçün  Muravyov  fəal  tədbirlər  həyata  keçirir.  O  polkovnik 
Unqem-Ştemberqin  rəhbərliyi  ilə  yeni  çevik  dəstə  yaradır  və 
Q arsla  Ərdaham  birləşdirən  yollara  Axalkələk  tərəfdən  hücum 
etm əyi  o  dəstəyə  həvalə  edir.  Eyni  zamanda  Ərzurum-Qars 
yollarında kəşfiyyatlar aparmaq üçün polkovnik  Kamkovun  baş­
çılığı  altında  başqa  bir  çevik  dəstə  yaradılır.  Soğanlı  dağlarının 
ətəyində  dolaşan  qaçaq  dəstələrinə  qarşı  mübarizə  aparmaq  isə 
general  Baklanova  tapşırılır.  Bölgənin  işğalçılara  qarşı  üsyana 
qalxm ış  dinc  əhalisinin  sakitləşdirilməsi  də  rus  komandanının 
çiyninə  düşən  çətin  problemlərdən  biri  idi.  Yeni  formalaşdırıl­
m ış  özəl  çevik dəstələrin hərbi  fəaliyyətlərindən bəzi məqamlar 
-   Baklanovun  öz  dəstəsinin  heyətində  olan  qarapapaqları  döyüş
1  M.  Д .  Лихутин.  Русские в Азиатской  Турции в  1854  и  1855 годах,  СПб, 
1865,  с.  110-111.
133


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə