KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

FƏXRİ VALEHOĞLU
təchizatçıları  yerli  ermənilər  idi  və  qarapapaqlar  əm in  id ilə r M, 
bu  savaşda  da  ermənilər  rusların  bir  qolu  olan  duxöborlarla 
birlikdə  eyni  mövqeni  tutub  keçmiş  savaşda  türkün  düşməninə 
göstərdikləri  sədaqəti  yenidən  təkrarlayacaqlar.  Polkovnik 
S.  O.  Kişmişov yazırdı:  «1853-cü ildə,  müharibədən üç ay qabaq 
qarapapaqlann bizim  hüdudlarda qarətləri  hiss  olunacaq  dərəcə­
də  gücləndi.  Bundan  keçmiş  Axalkələk  nahiyəsinin  cənub-şərq 
hissəsi  daha çox zərər çəkdi.  40-cı  illərdə buralara duxobor sek­
tasına  aid  6  rus  kəndi  köçürülmüşdü.  Nahiyənin  bu  hissəsinin 
yüksəklikdə  (dəniz  səviyyəsindən  6000  futa  qədər  yüksəkdə) 
yerləşməsi köçkünlərə  əkinçiliklə məşğul  olmağa  imkan vermir. 
Ancaq zəngin otlaqlar duxoborlara çoxlu sayda mal-qara və qoş­
qu atları saxlamağa şərait yaradır.
1853-cü  ildə  müharibədən  əvvəl  düşmən  qoşunlarında  artil­
leriya atlarına böyük ehtiyac duyulurdu.  Türklər bu boşluğu yerli 
atlarm  cinsi  alçaqboylu  olduğu  üçün  Kiçik  Asiyadakı  ilxıların 
hesabına  doldura  bilmirdi.  Duxobor  kəndlərinə  qonşuluqdakı 
Çildir sancağında  yaxşı  bilirdilər ki,  rus  köçkünləri  əla  qoşquya 
gedən atlara sahibdirlər.  Elə qarapapaqları  da özünə  ən çox cəlb 
edən bu atlar idi.
Qarapapaqlann  zərbəsinə  ilk  olaraq  Orlovka  kəndi  məruz 
qaldı.  İyunun  sonlarında  50  nəfərlik  qarapapaq  dəstəsi  kordon- 
dakı  (sərhəd  mühafizə  xəttindəki)  kazakların  başlarının  biçinə 
qarışmasından  faydalanaraq  Orlovka  kəndinə  soxulub  buradakı 
bütün  atları  apardı...  Soyğunçuların  Orlovkada  törətdikləri 
haray-vəlvələ  yaxın  postlardakı  kazakları  ayağa  qaldırdı.  Onlar 
geri  çevikcə  at  çapan qarapapaqları  izləyən  vaxt başqa bir dəstə 
həmin  gün  Troitskoye  kəndinə  hücum  etdi...  Avqustda  Axal­
kələk  nahiyəsində  duxobor  kəndlərinin  hamısı  viran  edildi. 
Canlarını  qurtaran  duxoborlar  Pərvana  gölü  sahilinə  qaçıb  Ro- 
dionovka  və  Tambovka  kəndlərində  müvəqqəti  sığınacaq  tap­
dılar.
Axalsıx hüdudlarında həyata keçirilmiş  qarətlər Aleksandro- 
pol  sunurlarında  da təkrarlandı.  Burada əsasən  Arpaçay qırağın­
dakı  erməni  kəndləri  ziyan  gördü.  Qarapapaqlar kürd atlıları  ilə
126
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
birlikdə  avqust  ayı  boyunca demək  olar ki,  hər  gün hücum  edib 
mal-qara aparır və bizim qoşunlar istifadə etməsin deyə çörək və 
digər taxıl məhsulları ehtiyatlarım məhv edirdilər.
Aleksandropol  v ə  Axalsıx  kordonlannda  bizim  qoşunların 
gücləndirilməsi  buralarda  qarətlərə  son  qoysa-da,  İrəvan  kor- 
donu açıq qalırdı.  Burada  qarapapaqlann həm lələri  digər bölgə­
lərlə müqayisədə  heç  də  az  olmayan  güclə  müşahidə  olunurdu. 
İrəvan  sərhəd  xəttində  ən   çox  əsasən  ermənilərin  yaşadığı 
Sürməli nahiyəsi ziyan gördü».1  Sürməli nahiyəsinə ilk hücumu 
21 avqustda Bəyazid paşasmın həbsxanadan azad etdiyi tanınmış 
qaçaq B a ğ ı r   x a n ı n   rəhbərliyi  altında qarapapaq və kürdlərin 
birləşmiş  200  nəfərlik  dəstəsi  edir.  Onlar  sərhəd  mühafizə 
dəstələrinin  diqqətini  yayındırmaq üçün  İran  üzərindən  hərəkət 
edib  Araz  çayını  keçərək  əvvəlcə  sərhəd  yaxınlığında  otlayan 
kazak  atlarından  ibarət  tabunu  ələ  keçirir,  sonra  isə  Sürməlinin 
erməni kəndi Qaraqanlıya hücum edib geri Türkiyəyə qayıdırlar. 
Tezliklə  B a ğ ı r   x a n ı n   dəstəsinin sayı  bir neçə dəfə artır.  Onun 
əsas  köməkçisi  əslən   Sürməlidən  olub  Türkiyədə  daldalanan 
qaçaq C ə f ə r  x an   idi.
1855-ci  il  2  martda  Krım  cəbhəsində  -   Gözləvədə  (indiki 
Yevpatoriyada)  ruslar  Osmanlı,  Sardiniya  Krallığı  və  düz  bir  il 
əvvəl -   1854-cü ildə Rusiyaya savaş elan etmiş Böyük Britaniya 
və  Fransa  dövlətlərinin  müttəfiq  ordusu  qarşısında  məğlub 
olurlar.  Bu  arada  çar  I  Nikolay  intihar  edir  və  onun  yerinə  II 
Aleksandr keçirilir.  Bundan  sonra,  may ayında Əlahiddə Qafqaz 
Korpusunun komandanı vəzifəsinə təcrübəli general,  1826-28-ci 
illər  Rusiya-İran  müharibəsi  zamanı  İ.  F.  Paskeviçin  ordusunun 
qərargah rəisi,  1828-29-cu  illər rus-türk müharibəsində qrenader 
(seçmə  əsgər)  briqadasının  rəhbəri  olmuş  yeni  Qafqaz  canişini 
Nikolay  Nikolayeviç  M uravyov  (1794-1866)  təyin  olunur.  O 
bu savaşa dair öz xatirələrini  1877-ci ildə Sankt-Peterburqda çap 
etdirdiyi  iki  cildlik  «1855-ci  ildə  Qafqaz  arxasında  müharibə»
1 C. О. Кишмишев.  Война в  Турецкой Армении  1877-1878  гг.,  СПб,  1884, 
с. 54-55.
127


FƏXRİ VALEHOĞLV
kitabında  ifadə  edir.  Osmanlılarda  da  komandan  dəyişdirilir. 
Z ə r if  P aşan ın  yerinə Şükrii  Paşa təyin edilir.
Artıq  1855-ci  il  hərbi  kampaniyasının  başlanğıcında  ru s  or­
dusunun Qafqaz cəbhəsində döyüşən hər üç bölməsinin -  Alek- 
sandropol, İrəvan v ə Axalsıx bölmələrinin tərkibinə Azərbaycan 
türklərinin  ağa-bəylərdən  və  onların  nökərlərindən  ibarət qeyri- 
nizami atlı alayları və könüllü dəstələri daxil idilər:
I  Qarabağ  süvari-müsəlman  alayı  (500  atlı),  Şamaxı  quber­
niyasının  3  uyezdinin  (qəzasının)  sakinlərindən  formalaşnıij 
polkovnik  İ s r a f i l   b ə y   Y a d i g a r o v u n   komandanlığındakı  D 
Şirvan  süvari-müsəlman  alayı  (500  atlı)  və  Daşdəmir  a ğ a m  
başçılığı  altında  Borçalı  distansiyasmdan  yığılmış  300  atlı 
Aleksandropol (Gümrü)  bölməsinin;
Q azax,  B o rç alı,  Ş ə m şəd d il  distansiyalarmm və qismən  de 
Yelizavetpol  (Gəncə)  quberniyasının  sakinlərindən  təşkil  olun­
muş  polkovnik  knyaz  V a x ta n q   O r b e lia n in in   başçılığındakı 
I I I   s ü v a r i - m ü s ə l m a n   a la y ı   (500  atlı)  və  tərkibində  türklə­
rin də olduğu Axalkalak milis dəstəsi ordunun sağ cinahmı təşkil 
edən Axalsıx bölməsinin;
İrəvan quberniyasının  sakinlərindən təşkil  olunmuş IV süva­
ri-müsəlman  alayı  (500  atlı)  ordunun  sol  cinahmı  təşkil  edən 
İrəvan  bölməsinin tərkibindəydilər.
Bunlardan  başqa  Türkiyənin  sərhədyanı  əhalisindən  ibarət 
200 nəfərlik Qarapapaq süvari milisi həm Muravyovun, həm  də 
Boqdanoviçin  bu  müharibəyə  həsr  etdikləri  əsərlərdən  bəlli 
olduğu  kimi,  rus  qoşunlarının  avanqard  dəstələrini  təşkil  edirdi 
və  Qars  səmtindəki  qarovul  postlarını  qoruyurdu.  Onlar haqqın­
da  Potto  yazırdı:  «Q arapapaqlardan  təşkil  olunmuş  milis  x ü ­
susi  d iq q ə tə   layiq  idi.  Bu  milis  bizim   Aleksandropol  d ə stə ­
sində  görm əyə  alışdığım ız  m ilislərdən  kəskin  fərqlənirdi. 
Q arapapaqlar  təm iz  və  gözəl  geyinm işdilər,  əla  silahlan­
m ışdılar,  ön  qovalam a  xidm əti  üçün  etibarlı,  kök  və  cəld 
atlara  süvar  olm uşdular.  Bizim  tatarların  qarapapaqlara  çat­
m asına  çox  var,  b ir  də  ki,  onlar  o  döyüşkənliyi  harada  əldə 
edə  b ilə rd ilə r?   Q arapapaqlar  Türkiyənin  sərhəd  bölgəsində
128
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
yaşayan  nadinc,  azadlığı  sevən  xalqdır  və  başdan  ayağa  ha­
mısı  m in icid iler» .1 Yeri  gəlmişkən qeyd edək ki, bəzi rus mən­
bələrində,  o  cüm lədən V.  Pottonun yazılarında  qarapapaqlar de­
dikdə  yalnız  Türkiyənin  Rusiya  imperiyası  sərhədində  yaşayan 
qarapapaq  türkləri  nəzərdə  tutulurdu.  Onların  Qazax-Borçalı 
türkləri  ilə,  yəni  rus  təbəəliyinde  olan  qarapapaqlarla qohumluq 
telləri  vurğulansa  da,  bu  ya  bilməyərəkdən  və  yaxud  da  ki, 
bilərəkdən, rusların əskilərə dayanan «bölüb hökmranlıq etmək» 
prinsipinə uyğun olaraq belə edilirdi.
1855-ci  il  may  ayının  sonunda  Ərdahan  qalası  rus  ordusuna 
təslim  olur.  Bundan  sonra  Qafqaz  cəbhəsində  döyüşlər  əsasən 
Qars  üzərində  gedirdi.  Strateji  Qars  qalası  rusların  Ərzurum 
səmtinə  yollarım  kəsir,  türk  ordusunun  isə  Tiflis  istiqamətinə 
yollarım  açırdı.  Türklər  rus  qoşunları  qarşısına  qoyulmuş  əsas 
məqsədin  Qarsın  işğal  edilməsi  olduğunu  yaxşı  bilirdilər  və 
buna  görə  də  qalanın  müdafiəsini  mükəmməl  təşkil  etmişdilər. 
Qaladakı  istehkamların  gücləndirilməsi  üçün  əcnəbi  mühəndis­
lər də işə cəlb olunmuşdular.  Çildir sancağının rəisi Aslan Paşa­
nın  toplayıb  özü  başçılıq  etdiyi,  əksəriyyəti  Çildir  sancağı  və 
ətraf nahiyələrin  qarapapaqlanndan  ibarət  olan  könüllülər  də  o 
zaman Qarsda idilər.
Qarsı  mühafizə  edən  türk  qoşunlarının  qeyri-nizami  bölmə­
lərinin  komandanları  haqqında  general  M.  Boqdanoviç  yazırdı: 
«Türk  ordusunun  rəislərinə  gəldikdə,  heç  bir  təhsili  olmayan, 
ancaq  döyüşlərdə  sınanmış  və  onu  Baba  Kərim   adlandıran 
tabeçiliyində  olanların  sevimlisi,  özünü  köhnə  türk  adlandıran 
Ərəbistan  diviziyasının  komandiri  (keçmiş  komandiri  —  F.  V.) 
Kərim  paşa; fövqəladə  cəsur  və  hər  şeylə  maraqlanan,  əslən 
çərkəzlərin  ubıx  tayfasından  olan  H üseyn  paşa;   qəfil  hücum­
ları,  yırtıcılığı  və  ərazini tanımasıyla  bizim sərhədyanı  əyalətlər 
üçün  olduqca  təhlükəli  olan  Borçalı  distansiyasının  Türkiyəyə 
qaçmış  keçmiş  sakini  H ə ş i m o ğ l u   onların  içərisində  ən yax-
«Военный сборник» məcmuəsi, XXVIII cild,  1863-cü il, yanvar, s.  182-183.
129


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə