KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

FƏ XRİ VALEHOĞLU
hücuma  keçirlər.  Türklər  sərt  müqavimət  göstərirlər.  13  saatlıq 
amansız  və  qanlı  döyüşdən  sonra  Axısqa  süqut  edir.  Rus  hərb 
tarixçisi  Uşakovun  qeydlərindən:  «Axalsıx  alınandan  sonra baş- 
komandan  bir  q a ra p a p a q   starşinasından  (kəndxudasından)  sor 
ruşdu:  «B izim   atlı  d ə stə lə ri  indi  necə  h ə rə k ə t  edir?».  Sonun­
cu cavab  verdi:  «Biz  ə v v ə llə r  kazakları  kələm   təki  doğrayır­
dıq,  indi  isə  on lar  balaxona  (gen  v ə  uzun  x ə lə tə )  oxşar  b ir 
şey  gey in ib lər,  qorxm adan  irəli  d ü rtü lü rlər  və  onlara  qarşı 
tablam aq  olm ur».  Q a ra p a p a q   starşinası  öz  sadəlövhlüyündən 
elə  bilirdi  ki,  bizim  süvarilər  yalnız  kazaklardan  ibarətdir  v ə  
kitel  (yay  pencəyi)  geymiş  draqunlar  (seçmə  atlılar)  ona  eyni 
qoşun birləşmələri kimi təsəvvür olunurdu».1
Paskeviç  zəbt  etdiyi  Axısqa  bölgəsinin  başçısı  və  buradakı 
rus  qarnizonunun  rəisi  vəzifəsinə  general  B.  Beybutyanı  təyin 
edir.  30000  əhalisi  olan  Axısqa  şəhəri  işğaldan  sonra  kiçik  b ir 
qəsəbə halına düşür.
22  avqustda  v ruslar  heç  bir  müqavimətə  rast  gəlm ədən 
Ərdahana  daxil  olurlar,  sentyabr  aymda  isə  Topraqqalam  (Ə ləş- 
girdi)  ələ  keçirirlər.  9  sentyabrda Topraqqalanın  15  verstliyində 
yerləşən  erməni  kəndi  Çilkana hücum  olunur.  General  Paskeviç 
1828-ci  ildə  23  sentyabr  raportunda  Çilkana  basqın  edənlərin 
başında qarapapaq  Q azı  xanın  durduğunu və onların rus dəstə­
ləri  ilə  toqquşması  nəticəsində  sonuncular  tərəfdən  2  kürdün 
öldüyü,  1  kürd və  1  erməninin yaralandığı, 20 erməninin isə əsir 
tutulduğu  məlum  olur.1
 2  Başqa  bir  mənbə  isə  Çilkanı  basanın 
1826-28-ci  illər rus-İran savaşının iştirakçısı  Q a ra p a p a q   N a ğ ı 
x a n   olduğunu yazır və onun  10 sentyabrda Yepifenovun rəhbər­
liyi  altında  60  kazak,  60  İrəvan  könüllüsü  və  80 kürdlə  vuruşda 
kürdlərin biri tərəfindən nizə ilə yaralandığım bildirirdi.3
Müharibənin  əvvəlində  Osmanlı  dövlətini  parçalamaq  istə­
yən və buna görə də ruslara yardım  edən İngiltərə  və Fransatək
1 Uşakov, gösterilən əsəri, I h., s.  281.
2 AKAK, VIII cild, II hissə,  s.  769.
3 Uşakov, göstərilən əsəri, I h., s.  361.
114
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Avropa  dövlətləri  daha  sonra  Rusiyanın  nüfuzunun  güclənmə­
sindən  narahat  olub  İranı  da  onun  əleyhinə  müharibəyə  cəlb 
etməyə, yeni ki,  İranı Türkiyəyle Rusiya qarşı vahid blokda bir­
ləşdirməyə  can  atırdı.  Rusiyanın  irandakı  səfiri  A.  S.  Qribo- 
yedovun  30  yanvar  1829-ildə  Tehranda  öldürülməsi  Rusiya  və 
iran  dövlətləri  arasında  vəziyyəti  gərginləşdirir.  General-mayor 
Pankratyev  1829-cu  il  19  fevralda Bəyaziddən bildirirdi:  «Abbas 
Mirzənin  inanılmış  adamları  Xudadat  xan  və  N a ğ ı   x a n   gizli 
təlimatlarla  səraskərlə  görüşmək  üçün  bir-birinin  ardınca  Təb­
rizdən Ərzuruma göndəriliblər».1
Qış  aylarında  səngimiş  hərbi  əməliyyatlar  1829-cu  ilin  ya­
zında  yenidən  başlanır.  Başkomandan  Paskeviç  tatar distansiya- 
lan  və  müsəlman  vilayətlərinin  sakinlərindən  üç  süvari-müsəl­
man  alayının  toplanmasını  əmr  edir.  19  mayda  N.  Muravyovun 
Axalkələk  yaxınlığındakı  Gendərə  kəndində  yerləşən  düşərgə­
sinə gələn baş qərargahın zabitləri burada digər qoşun birləşmə­
ləri  ilə  yanaşı  Qazax,  В or çalı  və  Şəmşəddil  distansiyalanndan 
yığılmış  500  süvaridən  ibarət  olan  I I I   atlı-m ü səlm a n   alayını 
da görürlər.  Bu barədə Uşakov yazırdı:  «Yeni yığılmış atlılar öz 
milli geyimlərində idilər, yaxşı silahlanmışdılar,  saz atlara sahib 
idilər və sonradan  həqiqətən də təsdiqlədikləri alpvlu canfəşan­
lıqla  ruhlanmıb-şövqlənmişdilər.  III atlı-müsəlman  alayının  sü­
variləri  sivriuclu milli papaqlarının  üz tərəfinə bərkidilmiş sa n  
rəngli mahud ulduzla seçilirdlər. Atlılar vəkil və  bəylərin başçı­
lıq etdiyi sotnyalara (yüzlüklərə) bölünürdülər».2
1829-cu  il  iyun  ayının  1-də  türklər  Posxov  çayı  yaxınlığın­
dakı  Diqur kəndində olan rus bölmələrinə həm lə edir,  ancaq rus 
ordusunun  avanqard  dəstələrini  təşkil  edən  III  atlı-müsəlman 
alayının  köməyə gəlməsi  onları  geri  çəkilmək  məcburiyyətində 
qoyur.  2  iyulda  ruslar  Diqurdan  türk  düşərgəsinə  əks  hücum 
təşkil edirlər. Baş verən döyüşdə üstünlüyü türklərin ələ aldığını 
görən  başkomandan  yubanmadan  III  atlı-müsəlman  alayına  pi-
' AKAK,  VIII с., II h.,  s.  676.
2 Uşakov, göstərilən əsəri, II hissə, s. 61-62.
115


FƏXRİ VALEHOĞLU
yadalann  önünə  keçm ək  əmrini  verir.  Türklər  Acara  tərəfdən 
rusların  sağ  cinahını  əhatəyə  alırlar.  Q raf Paskeviçin  nişançılan 
türk süvarilərinin hücumuna məruz qalır.  «Bu vaxt özünü yetirən 
müsəlman  polku  (III  a tlı- m ü s ə lm a n   a la y ı  -   F.  V.)  hücuma 
buraxılır.  Düşmən  süvariləri  və  piyadaları  döyüş  meydanında 
düşərgədən çıxardıqları iki topu atıb qaçmağa üz qoyurlar».*
 1
10  iyunda  Qars  ətrafında  olan  rus  qoşunları  (12340  piyada, 
5770  süvari)  Kotanlı  kəndi  yaxınlığındakı  geniş  düzənliyə 
toplanılır.  Buradakı  qeyri-nizami  süvarilər  içərisində  dörd  atlı- 
m üsəlm an alayı və  Naxçıvan mahalının Kəngərli  adlanan xüsusi 
atlılar  dəstəsi  də  olur.  I  atlı-müsəlman  alayı  qarabağlılardan,  II 
atlı-müsəlman  alayı  Şirvan  və  Şəki  mahalının  sakinlərindən, III 
atlı-müsəlman alayı «tatar distansiyalammın əhalisindən,  IV atlı- 
müsəlman  alayı  isə  «erməni  vilayətinin»  müsəlman  və  kürdlə­
rindən  təşkil  olunmuşdu.  Onlar  hamısı  yaxşı  silahlanmışdı.  B u 
alaylarda  komandir  vəzifəsinə  rus  kavaleriya  (süvari)  zabitləri, 
onların  köməkçiləri  vəzifəsinə  isə  həmin  əyalətlərdən  nüfiızlu 
bəylər  təyin  edilmişdi.  H ər  bir  alay  500  atlıdan  ibarət  idi  və  5 
sotnyaya  bölünürdü.  Sotnyalarm  hərəsində  2  vəkil,  yəni  uryad- 
nik,  sotnyalarm başçısı  və onun yardımçısı  (naibi) olan 2 bəy v a r 
idi.  Alay  komandirinin  aylıq  maaşı  qida  parası  ilə  birlikdə  37 
rubl  50  qəpik,  sotnya  başçısının  25  rubl,  onun  köməkçisinin  20 
rubl,  vəkilin  və  sıravi  atlının  3  rubl  gümüş  puldan  ibarət  idi. 
Bundan  başqa  onların  hamısı  gündəlik  ərzaq  payı  olaraq  4  funt 
un və  1  funt ət (alay komandirinin köməkçisi  2  funt ət) alırdılar. 
Müsəlman  alaylarının  hər  birinə  dini  ayinləri  yerinə  yetirmək 
üçün  1  molla,  yazışmalar  üçün  1  mirzə,  kvartirmeyster  (ərzaq 
təchizatçısı),  adyutant  vəzifəsini  icra  etmək  üçün  1  kavaleriya 
zabiti və Nijniy Novqorod draqun alayının  15  aşağı  rütbəli  zabiti 
ezam  olunmuşdu.  Bu  alaylarda  arabalar  yox  idi,  ancaq  onların 
əvəzinə  hər üç  nəfərdən  birinə  1  yük atı,  hər  2  yük  atından  bi­
rinə  1  çodar  düşürdü.  Uşakov  müsəlman  süvarileriləri  haqqında 
yazırdı:  «H əm in  bu  adam lar  3  il  qabaq  İranla  q əflətən   baş
'  Yenə orada,  s.  69,71.
116
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
verən  m ü h a rib ə d ən   istifad ə  ed ərək   silahlarını  bizə  qarşı 
çev ird ilər,  H ə tta   Y elizavetpol  işində  iran lılar  tə rə fd ə   dö­
y üşdülər.  E tira f e tm ə liy əm   ki,  başkom andanm   d ə v ə tilə   rus 
ordusu  sıra ların d a   x id m ə t  etm ək  q ərarın a  gəlm iş  m ü səl­
man  k ö n ü llü lə rin   silahlandırılm ası,  o  zam ankı  hökum ətin 
h əm işə  b iz ə   dü şm ən   olan  xalqın  beyninə  bizim   üçün  ə l­
verişli,  m ü sb ət  tə sirin i  isbat  edir».1
13  iyunda  podpolkovnik  Fomin  don  kazakları  və  III  atlı- 
müsəlman  alayının  150  döyüşçüsü  ilə  türk  düşərgəsinə  çaxnaş­
ma  salmaq  üçün  Millidüzə  göndərilir.  Gecənin  zülmət  qaranlı­
ğından  istifadə  edib  meşə  ilə  tez  və  maneəsiz  irəliləyən  dəstə 
türklərin  öndəki  qaravul  postlarını keçib  səhərə yaxın  Millidüzə 
yaxınlaşır  və  Həqqi  paşanın  düşərgəsinə  böyük  vəlvələ  salır. 
Verilən  tapşırığı  müvəffəqiyyətlə  yerinə  yetirən  dəstə  türklərlə 
toqquşmadan  yayınıb  geri  çəkilir.  «Kiçik ordu  hissəsinin  gözlə­
nilməz  cəsarətindən əsəbiləşən türklər bizim kazakları və tatar­
ları hərarətlə təqib edirdilər, ancaq onların geri çəkilməsi soyuq- 
qanlılıq və şücaətlə müşaiət olunurdu...  Onun (Fominin -  F.  V.) 
az  saylı  dəstəsi  bir  neçə  dəfə  bataqlıq  ərazilərə  sıxışdırıldı, 
ancaq  kazak  və  tatarlar  bir  dəfə  de  olsun  özlərini  mühasirəyə 
almağa qoymadılar».2
General-mayor Muravyovun komandanlığındakı qoşunun ön­
cül bölmələri  19  iyunda Soğanlı dağlarının Çaxırbaba yoxuşunda 
idi.  Onun  sağ  qanadını  podpolkovnik  Fominin  rəhbərliyi  altında 
don-kazak  alayı  (322  nəfər),  sol  qanadını  isə  III  atlı-müsəlman 
alayının  325  süvarisi  təşkil  edirdi.  Həmin  gün Kayınlı  (Yeniköy) 
kəndi  yaxınlığında  türk  atlıları  görünür.  Şiddətli  döyüş  olur. 
Türklər  mərdlik  və  qorxmazlıq  örnəkləri  nümayiş  etdirirlər. 
Başkomandan  Paskeviç  general-mayor  Rayevskiyə  iki  draqun 
diviziyası,  Karpovun  kazakları,  III  atlı-müsəlman  alayı,  iki 
sotnya  seçmə  nizami  alay  (lineynıy  polk)  və  altı  topla  türk 
qüvvələrinin  m ərkəz  xəttini  dağıtmaq  təlimatını  verir.  Rayevski
1 Yenə orada,  s.  97.
1 Yenə orada,  s.  83-84.
117


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə