FƏXRİ VALEHOĞLU
Iərdə göstərdikləri şücaətə görə onlara verilən bir neçə gümüş
medalı sevinclə qəbul etdiklərini yazırdı.
1855-ci il payızın başlanğıcında Trabzona yardımçı türk qüv
vələrinin gətirilməsi Ərzurumda olduğu kimi, uzun müddət
mühasirədə olan qarslılar və Qarsdakı türk əsgərlərində də b ö
yük ruh yüksəkliyinə səbəb olur. Bu barədə general Muravyov
hərbi nazir knyaz Dolqorukova 13 sentyabrda Çivtliqaya k ə n
dindən göndərdiyi rəsmi məktubunda yazırdı: «Bu xəbər Qarsda
11 sentyabrda süvarilərimizin yanından sıyrıla bilmiş cəsur və
tanınmış qaçaq, bizim əyalətdən çoxdan qaçmış H ə ş i m o ğ l u
tərəfindən yayılıb».
Sentyabrın 13-də 349 gün davam edən mühasirədən sonra
müttəfiq qoşunları Sevastopol şəhərini ələ keçirməyə nail o lu r
lar. O zamanlar Qarsda olan ingilis yazan doktor Sandvit S e v a s-
topolun fəthi xəbərini Qarsa rusca bilməsindən istifadə e d ə rə k
kazaklara rus ordusunun polkovniki olduğunu söyləyib, o n ların
postlarından şəhərə adlaya bilən A sla n ağa adlı bir G ü n e y
Qafqaz türkünün çatdırdığını bildirirdi. Bəlkə də Dr. Sandvitin
söylədiyi A sla n a ğ a ilə H ə ş im o ğ lu eyni adamdırlar, yəni o la
bilər ki, H ə ş im o ğ lu n u n adı A slan ağadır.
Krım yanmadasındakı uğursuzluqlarının əvəzini çıx m aq
məqsədilə 17 sentyabrda 50 minlik rus ordusu Muravyovun k o
mandanlığı altında iyunun əvvəlindən mühasirədə saxladıqları
Qars qalasına həlledici hücum edirlər. 7 saat yarımdan çox sürən
amansız və qanlı döyüş baş verir. Ruslar ağır itkilər verərək
(2278 ölü, 3823 yaralı, 961 kontuziyalı, 164 itkin düşən, cemi
7226 nəfər) geri çəkilm əyə məcbur edilirlər. Bu vuruşmada
ruslar Qafqaz cəbhəsində savaş başlayandan bəri qarşılaşdıqları
ən böyük məğlubiyyətə düçar olurlar. Aym 17-də Şorax is
tehkamları tərəfdə yaralanan yüksək rütbəli rus komandanları
arasında Əlahiddə Qafqaz Ordusunun Axalsıx bölməsinin ko
mandanı, bundan əvvəlki Osmanlı-rus və rus-lran savaşlarının
iştirakçısı, bu savaşlarda Aslandüz, Lənkəran və Axılkələyi zəbt
etmiş general Pyotr Petroviç Kovalevski (4 gün sonra aldığı
yaradan dünyasını dəyişir) və general Maydel də vardı.
146
QARAR AP AQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
Qars vuruşmasında türklərin qazandığı parlaq qələbədən
sonra Osmanlı sultanı Məcid Qars şəhərinə «Qazi» ünvanı verir
və qarslılan 3 il əsgəri xidmətdən və vergidən azad edir. 17
sentyabr gecəsində Qarsın qəhrəman müdafiəsində şəhid olan
Osmanlı zabitlərinə gəldikdə isə onlar arasında sinəsindən nizə
ilə vurulmuş m ətin qarapapaq türkü Borçalı Həşimoğlu da var
idi.1 «Ştabs-ofiser rütbəli tanınmış qaçaq, Borçalı distansiyasıhın
tatarı, Güney Qafqaz diyarının Türkiyə sərhədindəki kəndlərinin
qənimi H ə ş i m o ğ l u n u n » həlak olmasını faktını rus başko-
mandanı general-adyutant Muravyov belə ifadə edirdi: «O Qar
sın girəcəyində öldürülmüşdür. Bu xəbər bizim təbəəliymizdə
olanların şadlığına və sevincinə səbəb olacaq»?
Bu uğursuz hücumdan sonra Muravyov Qarsı təcrübəli ge
nerallar Baklanov və Kovalevskinin lap başdan təklif etdikləri
kimi döyüşsüz, yəni blokada yolu ilə işğal etm ək qərarına gəlir.
Qars ətrafında hərbi əməliyyatlar dayandırılır və şəhərin müha
sirəsi gücləndirilir.
General Lixutin rusların Qarsdakı yenilgilərinin əsas səbəb
lərindən birini ermənilərdə görürdü. O rus qoşunlarının Bəyazid
həndəvərində dayandıqları günləri xatırlayarkən bu haqda yazır
dı: «Mən erm ənilərdən tez-tez eşidirdim: — «Hücum edin, hü
cum edin! Siz türkləri bir anda darmadağın edəcəksinizl Bəyazid
sizin olacaq!» Ancaq bu sözləri peyğəmbərin dedikləri kimi qə
bul etmək olmazdı; onlar 1855-ci il Qars hücumunun müvəffə
qiyyətlə sonuclanacağına da ümid verirdilər. Amma...».1
2
3
17 sentyabrda qarşılaşdığı ağır itkilər rus ordusunda ruh
düşgünlüyünə səbəb olur. Oktyabr ayının əvvəllərində Qafqaz
dağlılarının könüllü süvari dəstələri (başçısı - polkovnik Musa
Kunduxov) general Baklanov vasitəsilə başkomandana ordudan
azad olunub vətənlərinə dönmək arzusunda olduqlarını bildirir
lər. Baklanova onları dilə tutub savaş bölgəsində saxlamaq tap-
1 Muravyov, gösterilən eseri, II c., s. 32.
2 Muravyov, gösterilən eseri, I c., s. 51.
3 M. Лихутин. Русские в Азиатской Турции в 1854 и 1855 годах, s. 76.
147
FƏXRİ VALEHOĞLU
şınğı verilsə də, bu mümkün olmur. Dağlıların yalnız əldə
etdikləri qənim ət üçün vuruşduqlarını yazan Muravyov onların
saylannm qış çıxdıqdan sonra, yəni 1856-cı ilin baharında həyata
keçirməyə hazırlaşdığı hərbi yürüşdə ikiqat artacağına ümid
edərək duz-çörəklə vətənlərinə yola salmağa məcbur olur.
Dağlılardan sonra gürcü dvoryanlarından (zadəganlarından) iba
rət olan könüllü dəstə də eyni xahişlə müraciət edir və evə
buraxılır. Onların ardınca osetinlərden ibarət atlı sotnya və 2 №-
li kürd alayı ordudan tərxis olunurlar. Loris-Melikovun qvardiya
sından da çox sayda süvari öz evlərinə qayıtmışdı. Süvari-müsəl
man alaylarının da vətənə qayıtmaq istəyində olmalarına baxma
yaraq, 3 № -li alay istisna olmaqla onlar azad olunmurlar. Çünki
bu halda avanpostlan qorumaq və kəşfiyyatla məşğul olmaq
yalnız kazakların üzərinə düşürdü. Qarapapaq milisinin tərkibi
zəifləsə də öz fəaliyyətini davam etdirirdi.1 1
1855-ci il 20 oktyabrda Osmanlı ordusunun Bəyazid bölmə
sinin rəisi Vəli Paşaya xəbər çatdırılır ki, ruslar Ərzuruma hü
cum etm ək m əqsədilə Qars ətrafından böyük bir dəstə göndə
riblər. Buna görə də o dərhal geri, Ərzuruma çəkilir. Muravyov:
«Sorağı Vəli paşaya çatan və onu Ərzuruma çəkilməyə məcbur
edən dəstə Zivinə və ondan o tərəfə kəşfiyyata göndərilmiş
Loris-Melikovun 20 nəfər könüllüsündən ibarət idi. Bu uzaq
k ə şfiy y at s ə fə rin ə göndərilm iş k ö n ü llü lər ə n yaxşı minici-
lə r v ə ən am an sız b a şk ə sən lə r sırasına daxil olan B o rçalı
və Q a z a x n a h iy ələrin in tatarları idilər. Onlar geri qayıdanda
öz təhlükəsizliklərini təmin etmək üçün yolları üzərində olan
türk kəndlərində şayiələr yayırdılar ki, arxalannca Qarsdan Veli
paşanın Ərzuruma çəkilməsininin qarşısım almaq üçün qoşun
gelir.
Bu könüllülər Zivini keçib Ardosta gəldilər. Burada düşmə
nin geri çəkilməsini eşidib Əngiköy kəndinə qayıtdılar. Oradan
da onlara verilən əm rə əsasən Oltudan Ərzuruma aparan Nər-
1 Boqdanoviç, göstərilən əsəri, III c., s. 377; Muravyov, göstərilən əsəri, II c.,
s. 130.
148
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
man yoluna çıxdılar. Bardusu Nərman sancağından ayıran İx-Sal
aşırımım keçəndə Trabzon və Gümüşxana lazlarından ibarət
olan silahlı kömürçülər dəstəsi ilə qarşılaşdılar. Bu dəstəni dağı
dıb iki üzvünü öldürdülər və üçünü, o cümlədən dəstə rəisini
əsir götürdülər. Bundan başqa onlar daşıyıcı heyvanlarla bərabər
176 tay kömür v ə 6 at əldə etdilər.
Bu mərd insanların türk mühafizə dəstələrinin bir neçə gün
əvvəl olduqları bölgəyə çevik hücumu, Oltu arxasındakı soyğun-
çuluqlan və bizim yaxınlaşmamız barədə yaydıqları şayiələr
Ərzurumun özündə qorxu yaratdı. Burada əhaliyə müdafiəyə
hazırlaşmaq əmri verildi. Bundan başqa tatarlar düşərgəyə sakin
arabaları gətirdilər. Bu arabalarla qoşunlara baraklar tikmək
üçün Ərzuruma yerli müdiriyyətin göstərişi ilə meşə tikinti
materialları göndərilirdi».1
Bu uğurlu əməliyyat Soğanlı dağlan arxasına və ümumiyyət
lə daha uzaq m əsafələrə silahlı kəşfiyyat dəstələri göndərməyin
mümkünlüyünü ortaya qoyurdu. Bu səbəbdən Loris-Melikovun
taqımından 65 nəfər cəsarətli süvari seçilir və 27 oktyabrda Çift-
liqayadan Osmanlı qoşunlannm mövqelərinə tə rə f göndərilir.
Onlara Zivini yan ötüb bacardıqca Körpüköy kəndinə yaxınlaş
maq və qarşı tərəfdə nələr baş verdiyini dəqiq öyrənmək məq
sədilə canlı əsir gətirmək əmri verilmişdir. Aym 29-dan 30-na
keçən gecə könüllülər artıq Arazın o tayında yerləşən Komasur
kəndinə yaxınlaşırlar və burada öyrənirlər ki, Körpüköy yaxınlı
ğındakı Əmirəqum kəndində 350 başıpozuq var. Onlar saylarının
az olmasına baxmayaraq, qəflətən Əmirəquma hücum etmək qə
rarına gəlirlər. Gözlənilməz hücumdan özlərini itirən başıpozuq-
lar bir neçə nəfəri ölü itirirlər. Altı başıpozuğu əsir götürüb, bir
neçə at və çeşidli silahlar ələ keçirən kəşfiyyatçılar bu döyüşdə
heç bir itki vermirlər2.
Əlahidde Korpusun tərkibinə daxil olan q a ra p a p a q könüllü
lərinin bir-birinin ardınca apardıqları uğurlu əməliyyatları rus
1 Muravyov, gösterilən eseri, II c., s. 156.
2 Muravyov, gösterilən eseri, II c., s. 157.
149
Dostları ilə paylaş: |