KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

FƏXRİ VALEHOĞLU
tapıldı,  o,  unter-ofiserin  üzərinə  atılıb  atəş  açdı,  ancaq  güllə ya­
yındı.  Bundan  bir  anlığa  pərt  olmuş  minici  atını  geri  çevirdi,  bu 
zaman  Vasyuçenko  tüfənginin çaxmağını  çəkdi  və  tatar yerə yı­
xıldı.  Başqa  tatarlar  öz  yoldaşlarını  tutana  qədər  Vasyuçenko 
tüfəngini yenidən güllələrlə doldurdu.
Bununla yanaşı,  Ş.  artıq  qalib  gəldiklərini  düşünüb  iki  güllə 
atdı.  Elə  bunu  gözləyən  tatarlar  hamısı  bir  yerdə  onun  üstünə 
cümdu.  O  elə  qılıncını  (şaşkasını)  yenicə  çıxarmışdı  ki,  tərk­
silah edilmiş halda tatarların əlinə keçdi.  Vasyuçenko öz zabitinə 
tüfənginin qundağı ilə yol  açaraq kömək etmək istəsə də tezliklə 
əlbəyaxa  döyüşdə  yerə  sərildi  və  əsir  düşdü.  Enlikürək  tatar 
xəncərlə  onu  vurmaq  istədi,  amma  xoşbəxtlikdən  bu  zərbənin 
qarşısı  yaxasında  Georgi  lenti  asılmış  boz  çuxalı,  deyəsən  dəs­
tənin başçısı olan milis tərəfindən alındı.
Tatarlar əsirləri  arabaya  otuzdurub  onlarla birlikdə keçilməz 
uçuruma endilər və orada əldə etdiklərini bölməyə başladılar.... 
Onlar erməniləri  evlərinə  buraxdılar,  rusları  isə  öldürmək qəra­
rına  gəldilər  [Yalnız  arabaçıya  tatarlar  heç  nə  etmədilər,  onun 
üstündən 5  qəpik gümüş puldan savayı bir şey tapmadılar. Tatar­
lar  ona  «bayquş-qardaş»  (kasıb  qardaş  mənasında -  F.  V.) dedi­
lər  və  bu  hadisənin  sonuna  qədər  atları  tutmağı  tapşırdılar].  ... 
Onları  diz üstə  çökdürdülər və  döşəkağını  üstlərinə  sərdilər. Bu 
tatar  «adətinə»  görə  ölüm  hökmünün  elanı  demək  idi.  Üzünə 
döşəkağı örtülmüş Ş. dedi:
-  Vasyuçenko!  Gör tatarlar nə edir?
-  Allaha dua edin, cənabım, tüfənglərini doldururlar!  -  deyə 
Vasyuçenko cavab verdi və pıçıltı ilə dua oxumağa başladı.
Ölümlərini gözləyən hökmlülər üçün dəqiqiələr ağır keçirdi. 
Beləcə dörd saat keçdi və Vasyuçenko üstünə örtülmüş parçadan 
başını çıxarıb baxanda gördü ki, uçurumda heç kəs yoxdu.  Uzaq­
dakı  dağlarda  tatarlar  görünürdü,  ancaq  onlar  da  çox  keçmədən 
gözdən  itdilər.  Ş.  və Vasyuçenko  azad  olmalarına zorla inanaraq 
ayaq üstə qalxdılar və tələsik yola çıxmağa başladılar».1

«Военны й сборн и к
»  m ə c m u ə s i,  1 8 6 4 ,  X X X V I I I   c .,  s.  4 3 7 - 4 3 9 .
154
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Əsirlikdən  azad  olunmuş  rus  zabitləri  özlərini  ermənilərin 
yaşadığı kəndlərdən Qayqulu-Düzkənde  yetirirlər.  Rus düşərgə­
sində bu əhvalatı  sentyabrın 26-sı  axşamı bilirlər.  Əslən qafqazlı 
olan  yaşlı  və  təcrübəli  alay  komandanı  4-cü  eskadronu  götürüb 
dərhal  hadisə  baş  vermiş  bölgəyə  hərəkət  edir.  Onlar  arasında 
V.Potto  da  olur.  Dağlara  çatanda  onları  qar  yağmuru,  çovğun 
tutur.  V.Potto:  «Eskadron  lap  yavaş-yavaş  hərəkət  edirdi  və 
yalnız  səhərə  yaxın  Qayqulu-Düzkənd  auluna  çatdı.  Gecəyarısı 
olmasına baxmayaraq aulda heç kəs yatmırdı, hər yanda qorxuya 
düşmüş əhalinin təlaşla ora-bura vurnuxduğu nəzərə çarpırdı.
Burada məlumat toplamağa başladıq.  Ehtimala görə  soyğun­
çular  geri  kəndlərinə  köçməyi  çatdırmamış  yaxınlıqdakı  dəyə­
lərdən  idilər.  Vaxt  itirmədən  polkovnik  Ş.  eskadronla  birlikdə 
dəyələri  gəzm əyə başladı.  Onlar dəyələri zəncirvarı mühasirəyə 
alıb tatarları  tərk-silah edirdi  və dəyələrində axtarış  aparırdı,  an­
caq qarət olunmuş əşyalardan heç birini tapa bilmirdi.
N əhayət  dəyələrdən  birində  yaxasında  Georgi  lenti  asılmış 
ağ  çuxalı  alçaqboy,  enlikürək  bir  tatar  diqqəti  özünə  cəlb  etdi. 
Onun  boz  rəngli  gözləri  qaşı üstünə  qoyulmuş  papağın  altından 
tutquncasına baxırdı. Vasyuçenko onu o saat tanıdı.
-  Bu idi, cənabım, onda boz çuxa geyinmişdi, deyə o polkov­
niki məlumatlandırdı.
Çuxanı axtarmağa başladılar.
-  Çuxanı  axtarmağa dəymir,  çünki  mən  başqa dəyədənəm  -  
dedi qaşqabaqlı tatar.
-  Onda bizi oraya apar.
-  «Yaxşı!»
Yola düşdük.  Bir  saat,  İki  saat,  tatar bizi  xeyli  dolaşdırandan 
sonra  dedi  ki,  yolu  itirib.  Dağlıq  ovalıqlarda  dənizdəki  kimi, 
yolu ulduzlarla müəyyən edirsən.  Ancaq hava pis olduqda, payız 
yağışı  yağdıqda  neyləmək  olar?  H ər  halda  çıxış  yolu  tapıldı. 
Tatara naqayka (qırmaq) göstərdilər və o səssizcə yoluna davam 
etdi.  Onun hər iki tərəfində draqun gedirdi.  Onlardan biri  əlində 
naqayka tuturdu....Nəhayət tatar bizi hansısa bir dəyənin yanma 
getirdi.
155


FƏXRİ VALEHOĞLU
-  Bu səninmi dəyəndir?
-  Mənimdir.
-  Sənin adm nədir?
-  Ö m ər  ağa!
Polkovnik  Ş.  onu  eskadronun  yanında əyləyib  zabitlərlə bir­
likdə dəyəyə yaxınlaşdı.
Biz rastımıza gələn ilk tatardan soruşduq:
-  Bunlar kimin alaçıqlarıdır?
-  Filan kəsin.
-  Ö m ər  ağ an ı  tanıyırsan?
-   Ö m ər  ağ an ı  kim  tanımır.  Onun  dəyəsi  buradan qırx Verst 
uzaqlıqda, Yaş dağlar tərəfdədir.
Qırx verstlik yolu qayıtmağa ehtiyac yox idi.  Ona görə də biz 
hörmətli  ağaya  bizi  düşərgəmizə  aparmağı  əm r  etdik.  Bir sutka 
ərzində  heç  yanda  dayanmadan,  atları  yedizdirib-içirmədən  120 
verst yol  qət etdik və  gecəyarısı usanmış halda düşərgəyə qayıt­
dıq.  Buna baxmayaraq artıq bilirdik ki,  əlimizdə törədilmiş cina­
yətin üstünün açılmasına köməklik göstərə biləcək adam var.
İstintaq  başlandı.  Ö m ər  ağayla  bərabər Əli  adında bir uşaq 
da  həbs  olundu.  O,  əfv  olunacağına  ümid  bəsləyərək  soyğunda 
iştirak  edən  25  nəfərin  adını  açıqladı.  Əli  danışırdı  ki,  tatarlar 
böyük  miqdarda  pulla  bir  zabitin  yolla  keçəcəyini  eşidib  tez bir 
dəstə yaratdılar.  Dağlarda tatar dəstəsinə başçılıq edən Ə h m ə d  
S u l t a n   (Dəmirçihasanlı  -   F.V.)  bu  riskli  tədbirdə  iştirak  et­
məkdən  imtina  etdi.  Onda  bizim  milisdə  xidmət  etmiş  və  türk 
başıpozuqlanna  qarşı  mübarizədə  göstərdiyi  igidliyə  görə  qızıl 
medal  və  Georgi  lenti  ilə  təltif olunmuş  Ömər  ağa  onun  yerinə 
bu  dəstənin  rəhbəri  seçildi.  Əli  çoban  idi.  Tatarlar  hücuma  ge­
dərkən  onun  otardığı  sürüdən  bir  neçə  qoyun  kəsib  yedilər, 
özünü  isə  özləri  ilə  apararaq  qarət  vaxtı  atları  tutmağa  məcbur 
etdilər.  Əli  əldə  olunan  qənimətin  bölgüsündə  ona  heç  nə  ver­
məmişdilər deyə  onlardan  gileylənirdi.  O dedi  ki,  ələ  keçirilmiş 
əşyalar B o rç a lı  nahiyəsinin K o sa lı  kəndinə aparılıb.  ...  Əli öz 
sözlərinin sübutu kimi, hücum zamanı baş verənləri təfərrüatı  ilə 
anlatdı  və  dağlarda  öldürülmüş  atın  basdırıldığı  yeri  göstərdi.
156
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Bütün  bunları  o  baş  verənlərdən  xəbəri  olmadığını  söyləməyə 
davam edən Ömər ağanın üzıınə də dedi.
İstintaq  düz  altı  il  uzandı.  Bizim  alay  Rusiyaya  qayıtdı,  Ş. 
öldü,  hücumda  iştirak  edən  tatarların  hamısı  xaricə  qaçdı  və 
Öm ər  ağa  isə  bütün  baş  verənlərə  məsuliyyət  daşıyan  yeganə 
adam  oldu.  Onu  da deyək ki,  Ömər ağanın  qarət  edilmiş  pulları 
dövlət xəzinəsinə qaytarmaq üçün kifayət qədər varı-halı var idi. 
Ancaq  onun  axırı  nə  oldu?  «Allah  bilir»  -  Allah  bilir!  Bu  haqda 
heç bir məlumatımız yoxdur».1
1854-cü  ildə  türklər tərəfdə  savaşa qatılan  Qazax  mahalının 
Q a ra p a p a q   kəndinin  sakini,  tanınmış  qaçaq D əli  ağa  Ə li  ağa 
oğlu  müharibədə  göstərdiyi  igidliyə  və  rəşadətə  görə  yüzbaşı 
rütbəsi  alır və medalla tə ltif olunur.  Savaş sonrası da türk ordusu 
sıralarında xidmətini  davam  etdirən D əli ağa  1858-ci  ildə  ordu­
dan  5  aylıq məzuniyyət götürür və asudə vaxtdan istifadə edərək 
20  nəfərlik dəstə yığıb  qaçaqçılıqla məşğul olur.  O,  1858-ci  ilin 
may  ayında  9  nəfər  silahdaşı  ilə  birlikdə  Qazax  mahalına  gəlir 
və  5  iyunda,  gecə  saat  12-də  Kəmərli  kəndində  İs m a y ıl  ağa 
Y u s i f   ağa  o ğ lu n u n   bir nökərini  öldürüb,  o  birisini  isə yarala­
yaraq qızı  Q ız x a n ım ı  Türkiyəyə qaçırdır.  Bir müddət sonra 20 
silahdaşı  ilə  birlikdə  yenidən  vətəninə  dönən  Dəli  ağa  iyulun 
12-den  13-nə  keçən  gecə  Ağstafa  və  Uzuntala  stansiyaları 
arasında podpolkovnik A.P.Kulqaçovu qarət edib bir ara Borçalı- 
da gizlənir, sonra isə Türkiyəyə keçir (Qeyd edək ki, Don kazak- 
larından  olan  bu  Kulqaçov  Krım  savaşında  rusların  Qafqaz 
korpusunda  7  №-li  Don  süvari-artilleriya  batareyası  divizyonu- 
nun  komandiri  olmuş,  Kürəkdərə döyüşündə  fərqləndiyinə  görə 
IV dərəcəli «Müqəddəs Georgi» ordeni ilə təltif edilmiş,  1870-ci 
ildə general-mayor rütbəsi almışdır).
Rus  hökumətinin  türk hökumətinə  rəsmi  müraciətindən  son­
ra D əli ağa  Qarsda həbs  olunur.  Bunu  eşidən  İsm ayıl  ağa  qızı­
nın arxasınca Qarsa yola düşür və onu geri qaytarır.  1859-cu ildə

«В оенн ы й  сб о р н и к
»  m ə c m u ə s i ,  1 8 6 4 ,  X X X V I I I   c,  s.  4 4 0 - 4 4 2 .
157


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə