KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

FƏXRİ VALEHOĞLU
dində də tam təəssüratı  ilə  əks olunur (6 cildlik bu kitabın |  və II 
cildləri  Sankt  Peterburqda,  qalan  cildləri  isə  Tiflisdə  nəşr ölü­
nüb):  « ...1 0   d ek abrda  bizi  n ə z a rə td ə   saxlam aq  üçün  Muxtar 
paşa  qaladan  (Ə rzurum   qalasından -  F. V.)  Tuvançı  kəndi*is­
tiq am ətin ə  p artizan   M e h r a l ı n ı n   başçılığı  altında  ğüblü 
süvari  d əstəsi  g ö n d ə rir...  Türk  sü v ariləri  Tuvançı  kəndini, 
h əm çin in   k ə n d d ən   b ir  v erstlik  m ə sa fə d ə   yerləşən  Fərat 
çayının  axarlarından  b irin in   ü zərin d ək i  dəyirm anı  tutub hü­
cum a  k eçm əy ə  cəh d   e d ird i...  B izim   p iy ad aların   görünməsi 
tü rk ləri  T uvançıya ç ək ilm əy ə  m əcb u r etdi.  O nlar bu kənddə 
m öhkəm lənib  güclü  tü fən g   atəşi  a ç d ıla r...  Bu  vuruşda  bi­
zim  itkim iz  12  n ə fə rd ə n   ib arət  idi.  Y aralı  tü rk lərin   arasında 
M e h r a l ı   da v ar  id i» .1
Dekabrın  10-da  Tufanə  kəndində  yaralanmış  Mehralı  bəyin 
sonrakı  taleyi  barədə  g e n e r a l - l e y t e n a n t   H e y m a n   korpus ko­
mandirini davamlı  olaraq  məlumatlandırmağa  çalışırdı.  Heyma- 
nın  Tafta kəndində  10 dekabr  1877-ci  il gecə  saat  11-də yazdığı 
və  korpus  komandirinə  ünvanladığı  41  №-li  rəsm i  məktubunda 
deyilir:  «...  Tuvançı  kəndinin  sakinləri  b ild ird ilə r  ki,  kənd­
dən  araba  tələb   olunub  və  onda  M e h r  a l ı n ı   aparıblar.  B ə ­
ziləri  deyir  ki,  o  ağır  yaralanıb,  bəziləri  isə  onun  ayağının 
sındığını  söyləyirlər.  H ər  halda  onun  başına  n ə sə   qəza  g ə ­
lib».1
 2
12  dekabrda Hesənqaladan göndərdiyi  növbəti  42 №-li  m ək­
tubunda  general  H eym an  yazırdı:  « M e h r a l ı n ı   Ərzuruma 
aparan  arabaçı  bildirib  ki,  M e h r a l ı   atdan  d ü şərk ən   öz  ay a­
ğını  sındırıb;  M e h r a l ı n ı   şəh ərə  çatdıranda  xalq  və  ə sg ə r­
lə r  onu  dərhal  d ö v rəy ə  alıb  və  ucadan  d ey ib lər:  «Ka ş  k i ,  
M e h r a l ı   k i m i   b e l ə   b a c a r ı q l ı   a d a m ı n   y e r i n ə   h a n s ı s a
1  Материалы  для  описания русско-турецкой  войны  1877-1878  г.г.,  III  т., 
Тифлис,  1907, s.  149-150.
2 Yenə orada, s.  292-293.
188
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
b i r  p a ş a n ı   g ü l l ə l ə y ə y d i l ə r » .   N eyləyək,  sözsüz  ki,  onlar 
düz d e y ird ilə r» .1
H eym anın  korpus  komandirinə  14  dekabrda ünvanladığı 44 
saylı  daha  böyük  bir  məktubun  ilk  cümləsi  belədir:  «Ərzurum­
dan gələn xəbərlərə görə, M e h r a l ı   ölübdür»2.  Göründüyü kimi, 
ruslar  Mehralı  bəy  haqqında  düzgün  bilgilərə  sahib  deyildilər. 
1877-ci  ilin dekabnnda Balkan  cəbhəsində  vəziyyət gərginləşir. 
Ruslar Balkan dağlarını keçib İstanbulu həd əf seçərək  Ədiməyə 
yaxınlaşır.  «Bu səbəbdən  24 dekabr  1877-ci  ildə başkomandan 
Əhməd  Muxtar  Paşa  təcili  olaraq  İstanbula  çağrılır.  Bu  barədə 
kimsənin xəbəri olmur, əks halda düşmən Ərzurumdan çıxılacaq 
yolları  kəsə  bilərdi.  Dərhal  Qurd  İsmayıl  Paşa  çağrılır,  ona lazı­
mi  yazılı  və  şifahi  təlimat verilir və  yol  tədarükü  görülür.  Meh- 
met A rif bəy  yazır:  «M e h r a 1
1
  yaralı  olaraq  savaşdan  döndüyü 
zaman,  işdi  şayət komandanpaşanın  Ərzurumdan  bir  tərəfə  çıx­
ması  lazım  gələrsə,  özünün də birlikdə çıxarılmasını  rica etmiş­
dir.
Çünki,  həm  düşmənin zəfərini  görmək  istəmir,  həm  də  mü­
haribədən  əvvəl  və  sonra Moskova qarşı  etdiklərinin cəzası çox 
ağır olacağını bildiyi üçün diri-diri düşmən əlinə düşməkdən son 
dərəcə çəkinirdi.  M e h r a l ı   üçün bir xizək hazırlandı, axşamnan 
xeyli  keçmiş  yatağı  ile  bərabər xizəyə  yatırılaraq  yola  çıxanldı. 
Gecə  saat  8-də  Əhməd  Muxtar Paşa  da  Allaha  təvəkkül  edib... 
Ərzurumdan ayrıldı».
Əhməd  Muxtar Paşa getdikdən  sonra başkomandanlığa Qurd 
İsmayıl  Paşa  təyin  olunur.  Əhməd  Muxtar  Paşa  İstanbula  get­
məkdə ikən M e h r a l ı   b ə y   də öz qəfiləsi  ilə  Sivasa doğru hə­
rəkət edir.  O,  Sivasm Ulaş  ilcəsinə  bağlı bugünkü Acıyurd kən­
dinin yerləşdiyi  torpağı  özünə məskən seçir.  Digər q a r a p a p a q -  
lar da ona yaxın olan kəndlərdə yerləşirlər».3 Xatırlayaq ki, Mu-
Материалы для описания русско-турецкой войны 1877-1878 г.г., III т., s. 294.
2 Yenə orada, s. 297.
3 V. Hacılar. Borçalı Mehralı bəy ..., s.  127-128.
189


Mehralı  bəy və oğlu Rüşdü bəy (1877-1932)
Mehralı  bəyin tüfəngi 
və qılıncı
Qars şəhərində  Mehralı  bə 
adına məktəb
Marşal Qurd  İsmayıl  Paşa
Mehmet Arif bəy
General-leytenant Heyman
General-mayor Komarov
General-leytenant Heyman
General-mayor Komarov


FƏ XRİ VALEHOĞLU
sa  P a şa   K u n d u x o v   və  onun  tabeliyindəki  çərkəzlərin çoxu  da 
Mehralı  Paşanın  özünə  yurd  seçdiyi  Sivas  vilayətində yaşayır­
dılar. H ətta M ehralı Paşa  öz yeganə oğlu R ü ş d ü   b əy i. (1877- 
1932)  Sivaslı  çərkəz  Ə m ir  Paşanın  oğlu  H əm id  bəyin  qızı 
P əm b ə  xanım a nişanlamışdı.
1878-ci  ilin  yanvar ayının  əvvəllərində  Ə dim ə  süquta uğra­
yır.  19  yanvarda  atəşkəs  elan  olunur.  8  fevralda  başkomandan 
Qurd İsmayıl Paşa m ühasirədə olan şəhər əhalisinin vəba xəstə­
liyinə  yoluxması  dolayısıyla  Ərzurumu  düşm ənə  döyüşsüz təs­
lim  edir.  B.N.Şelkovnikov Ərzurum  vilayətinin hərbi qubernato­
ru  təyin  olunur.  Onun  ölümündən  sonra  bu  vəzifəni  müvəqqəti 
olaraq general-mayor S.O.Kişmişov icra edir.
1878-ci  il  3  martda  San-Stefano  (Yaşılköy)  anlaşması  imza­
lanır.  Anlaşmaya  görə  Osmanlı  İmperatorluğunun  Balkan  ya- 
rımadasındakı  torpaqları,  eləcə  də  Quzey-Doğu  Anadolunun 
Qars,  Batum,  Ərdahan,  Artvin bölgələri Rusiya hakimiyyəti altı­
na düşür.
M üharibədən  sonra  Qars  sancağında  yaşayan  qarapapaqla- 
rın böyük bir bölümü Bəyazid sancağına köçüb orada xüsusi An- 
tab qəzasım (indiki Tutak elçesi) təşkil edirlər.1
Rus mətbuatının  1877-78-ci  illər  müharibəsindən qabaq və 
müharibənin gedişatmda Osmanlıda ermənilərin  sıxışdırılmasma 
dair  yaratdığı  əsassız  ajiotaja  Rusiyada  çap  olunan  «Obzor» 
qəzetinin  müxbiri,  savaşın  ən  qızğın  çağında,  Qars  hələ düşmən 
işğalı  altına  düşməmişdən  cəbhə  bölgəsinə  gedib  vəziyyətlə 
yaxından  ətraflı  tanış  olan N.  Axvledianinin «Q ars  sancağında 
e rm ə n ilə r»   adlı  böyük  bir  məqaləsi  tutarlı  cavab  verirdi.1
 2 
N.Axvlediani  məqalədə  Qars  sancağının  ermənilərinin  əhalinin 
müsəlmanlardan  ibarət  olan  bölümündən  daha  yaxşı  yaşayıb 
gözəl  ev-eşiyə  sahib  olduqlarının,  türklərdən  razılıq  etdiklərinin 
canlı  şahidi  olduğunu  söyləyir  və  rus  mətbuatının  bu  mövzuda
1  Грязнов,  Военый  обзор  передового  театра  в  Азиатской  Турции,  т.  II, 
СПб,  1897, s. 30,49,  50.
«Обзор» qəzeti,  1878,12 fevral, s. 3.
192
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
bilməyərəkdən səhv xəbərlər yaymlamasmı  anlaşılmazlıqla qar­
şılayırdı.  [Sözgəlişi:  Ermənilərin hiyləgər olmalarını vurğulayan 
digər bir  rus  tarixçisi  T.Qryaznov  isə  Konstantinopol  (İstanbul) 
erməni  patriarxatımn  1880-ci  ilə  aid  statistik  göstəricilərində 
Van, Bitlis, Xarput (Əlazıq), Diyarbəkir, Sivas və H ələb vilayət­
lərində  türklərin  sayının  həqiqətdə  olduğundan  4  dəfə  az  veril­
diyini qeyd edirdi].1


*
Rus  tarixçisi  N.  Dubrovin  «Rusların  Qafqazda  savaş  və 
hökmranlıq  tarixi»  («История  войны  и  владычества  русских 
на  Кавказе»)  kitabında yazırdı  ki,  ermənilər olmasa  «tatar»larla 
ruslar  mehriban  olarlar  və  ruslann  «gözəl  səslənən-məlahətli 
tatar dilini»  tez  və  çətinlik çəkmədən  öyrənə  bilmələrini,  «dilə 
yatmayan  kobud»  erməni  dilini  isə  əksinə,  öyrənə  bilməmələri 
faktını  dediklərinə sübut kimi göstərirdi.
Türk  əsgərlərinin  müharibələrdə  göstərdiyi  mərdlik  və  cə­
sarət  rus  yazarları  tərəfindən  özəlliklə  vurğulanırdı.  Məsələn, 
Qryaznov  XIX  yüzilin  sonuncu  türk-rus  müharibəsi  çlan  1877- 
78-ci  illər  müharibəsinə  həsr  etdiyi  əsərində  yazırdı:  «Bizim 
Türkiyə ilə müharibələr tariximiz türk əsgərinin igidliyi, fərasəti 
və  nəhayət önəmli dərəcədə intizam  hissinə malik olmasına dair 
çoxlu sayda dəlillər verir».2
Qryaznov, göstərilən əsəri,  s. 22. 
2 Yenə orada, s.  53.
193


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə