KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

FƏ XRİ VALEHOĞLU
Ərdahan  tutulduqdan  sonra  Ərdahan  sancağının  yeni  qəzaların­
dan  birinin  rəisi  təyin  olunmuş  Hacı  Vəli  ağanı  ələ  keçirdi. 
M e h r a l ı   onun  mal  və  mülkünü  əlindən  aldı,  özünü  isə  Qarsa 
gətirdi. Ümumiyyətlə, zirək və bacarıqlı M e h r a l ı   bizim qoşun­
ları  və  mövqeləri  tez-tez  narahat  edirdi  və  bununla  da bizim sa­
vaş kampaniyasının başlanğıcında h ər biri M e h r a lın ı n   məslək- 
daşı  ola bilməyə  hazır olan nəzərə  çarpacaq  sayda qarapapaq ve 
kürdü  öz tərəfim izə  çəkm əklə nə dərəcədə ağıllı  iş gördüyümü­
zü əyani surətdə  sübut edirdi».1
Mehralının  mühasirədə  olan  Qarsdan  tez-tez  çıxıb  uğurlu 
əməliyyatlar  həyata  keçirməsi  qarslıların  və  şəhərdəki  türk qo­
şunlarının döyüş ruhunun yüksəlməsinə səbəb olurdu.
Muxtar  Paşa  düşmənin  Qars  istiqamətində  irəliləməsinin 
qarşısını almaq üçün  13  (25)  -16 (28) iyunda Xalyaz//Xalıyazı və 
Zivin  yaxınlığında  general  Heymanm  hərbi  hissələrinə  hücum 
edib  ağır  zərbələr  vurur  və  nəticədə  rus  ordusunun  L.-Melikov 
rəhbərliyindəki  mərkəzi  cəbhədəki  bölmələrini  1  iyulda  Qarsın 
mühasirəsini  qaldırıb  Gümrüyə  doğru  geri  çəkilm əyə  məcbur 
edir.  Həmin  gün  Muxtar  Paşa  Qarsa  daxil  olur.  Mühasirə  təhlü­
kəsindən  sovuşmaq  üçün  rusların  general  Ter-Qukasov  başçılı- 
ğındakı  sol  cinahdakı  qüvvələri  də  geri  çəkilir.  İyul  ayının  3-də 
günorta saat  1-de  Qars  çayım keçən rus  qoşunu  axşam  saat  7-də 
Parqetdən  şərqdə,  geniş  ovalıqda  əylənir.  General  Kişmişovun 
xatirələrindən:  «Qarsdan  alman  xəbərləri  bizə  vaxtında  çatdır- 
maları  üçün  II  süvari  diviziyasını  çayın  sol  sahilində  saxlamış­
dıq.  X əbər  gəldi  ki,  türklər  general  Heymanm  qoşunlarını  təqib 
etmək  niyyətində  olsalar  da,  bizim  süvarilərin  Şamçautda  oldu­
ğunu  eşitmiş  və  fikirlərini  dəyişmişlər.  Cəsus  xəbər  verdi  ki, 
bizim sərhəd məntəqələrinə hücum etmək üçün  Qarsdan Bəndə- 
vana M e h ra lın ın   rəisliyində  böyük süvari  qoşunu  göndərməyə 
hazırlaşırlar.  Belə  bir zamanda bizim süvarilərimizi  Qars çayının 
sol  sahilində  saxlamaq  çox  təhlükəli  idi.  Doğrudan  da,  Qarsın
1  Война  1877 u  1878  гг.,  том  III,  Война в Азиатской  Турции,  СПб.,  1882, 
с.81.
170
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
komendantı  M e h r a lın ı  həmin  gün  göndərdi.  Ancaq  M e h ra lı 
nədənsə,  tam  imkanı  olsa  da  bizim  dəstələri  saxlamadı.  Bizim 
dəstələr  Parqetin  şimalında  görünəndən  sonra  o  Qarsa  qayıtdı. 
Ancaq düşmən nədənsə, tam imkanı  olsa da, bizim başqa kolon- 
nanı da saxlamağa risk etmədi».1
Hətta,  cəbhə  müxbirləri  arasında  öz  qeyri-obyektivliyi  və 
qərəzli  mövqeyi  ilə  fərqlənən  Sankt-Peterburqda  nəşr  olunan 
«Qolos»  qəzetinin  müxbiri  Qamma  Qradovski  (Sonralar  «Rus- 
skoye obozreniye» qəzetinin redaktoru olubdur) belə Mehralının 
döyüşkənliyini  inkar  edə  bilmirdi:  « M e h ra lı  q a ra p ap a q   q a­
çaq   d ə s tə lə ri  a ra sın d a   böyük  n ü fu z a   m a lik d ir.  E şitd ik lə­
rim izə  görə  m üharib ən in   əv v əlin d ə  M e h ra lı  neytral  rol 
oynayırdı  ...  M e h ra lı  Öz  əl-ayağına  dolaşanları  düşm ən 
gözündə  görürdü.  O nun  dəstəsi  50-60  n ə fə rd ə n   ib arət  idi, 
həm   Rusiya,  h əm   də  T ürkiyə  hökum ətinə  ondan  şik ay ətlər 
e d ilird i...
M üharibə  ə rə fə s in d ə   qəbul  olunm uş  sistem ə  ə sa sən   bi­
zim   hərbi  hökum ət  ölk ən i  M e h ra lın ın   qaçaqlıq  rə ş a d ə tlə ­
rin d ə n   xilas  etm ək  üçün  iki  üsula  e l  atdı:  1)  onu  ə le   k eçir­
m ə y ə   səy  gösterdi;  2)  bütün  cinayət  və  günahları  ə fv   olun­
m aqla,  bizim  tə rə fə   keçm iş  qarapapaqlarm   sırasına  qoşul- 
m ağ a  dəv ət  etdi.  B ütün  çalışm alar  boşa  çıxdı.  K ifay ət  q ə ­
d ə r  cəld   və  cəsarətli  M e h ra lın ı  tə lə y ə   salm aq  m üm kün 
d ey ild i.  Onu  könüllü  olaraq  bizim   tə rə fə   keçm əsi  üçün 
tam ahlandırm aq  da  mümkün  olm adı.  Ə ksinə,  o,  get-gedə 
m ə şh u r  türk  partizanına  və  Q arsın  m ü d afiəçisin ə  çevrildi. 
M e h r a l ı   ön  cəb h əd ə  d ə fə lə rlə   bizim  sü v arilərlə   toqquşdu 
və  b ir  neçə  d ə fə   ə sirlik d ən   ve  ölüm dən  qurtuldu.  M ənim  
özüm   d ə  bizim   qoşunların  düşm ən  q ü v v ə lə rilə   ilk  döyüşü­
nü  v ə  ilk  atəş  sə slə rin i  m əhz  Tver  draqun  polkunun  M e h - 
r a l ı n ı n   d əstəsi  ilə   döyüşündə  gördüm   və  eşitdim .  Bu,  may 
ayının  21 -də  baş  v erm işd i...
Kişmışov, göstərilən əsəri, s.  208.
171


FƏ XRİ VALEHOĞLU
M e h r a l ı   tü r k ə   x id m ə ti  ü s tü n   tu td u   və  ona  minnətə 
g ö n d ərd iy im iz  şə x s lə rin   v ə d lə rin ə   tabe  olm adı,  ona  görə 
ki,  onun  a ilə si  Q arsd a  id i...  İndi,  ə lb ə ttə ,  bizim   geri  çəkil­
diy im iz  b ir  zam an d a  M e h r a l ı n ı n   türk  xidm ətindən uzaq­
laşm asına  heç  n ə   sə b ə b   ola  bilm əz.  O na  g ö rə   ki,  biz  indi 
o n u   o ld u q c a   b ö y ü k   s ü v a ri  q o ş u n u n u n   k o m an d an ı  kimi 
g ö rü rü k   -   o  a r tıq   tü r k   k a v a l e r i y a   (s ü v a ri)  generalı 
k im i,  ə h ə m iy y ə tli  ro l  o y n a y ır.
B elə  q açaq ların   bizim   qoşun  d ə s tə lə rin ə   qoşulmaq mə­
sə lə s in ə   n ecə  baxm aq  lazım   olduğuna  d a ir  artıq  söhbət aç­
m ışıq.  B ununla  b elə,  m ə n   M e h r a l ı n ı n   tü rk   tə rəfə  sadiqli­
y in d ən   şik ay ə tlə n m irə m .  A ncaq  onu  da  e tir a f  etmək  lazım­
d ır  k i,  daha  m ə q sə d ə u y ğ u n   fə a liy y ə t  sah ə sin ə   istiqamət­
lən d irilm iş  o lsa la r  b e lə   qaçaqlar  arasına  igidlikləri  sayə­
sində  böyük  şa n -şö h rə tə   sahib  ola  b ilə c ək ,  taleləri  enerji 
və  fa c iə lə rlə   silə lə n m iş  şə x siy y ə tlə r  də  d ü şü r» .1
1877-ci  il  4  iyulda Yahnı  dağının  cənub ətəklərində dillərini 
bilməsindən  istifadə  edərək  öz  qəfil  həm lələri  ilə  osmanlıları 
Qars  altında  bir  neçə  dəfə  narahat  etmiş  Səm əd  ağanın  30 
nəfərlik dəstəsiylə Osmanlı  birləşmələri  arasında vuruşma olur.1
 2 
Yahnı  vuruşmasında  qohumunu  itirmiş  Səm əd ağa  bir Osmanlı 
zabitini  əsir  götürür  və  IV  dərəcəli  hərbi  döş  nişanı  ilə  mü­
kafatlandırılır.3
Bu  arada  Çeçenistan,  Abxaziya  və  Dağıstanda  Rusiya höku­
mətinə  qarşı  üsyanlar  baş  verir.  Ruslar  Qara  dənizdə  türklərin 
önəmli  limanlarından  olan  Şuxumu  işğal  edir.  İyulun  əvvəllə­
rində rus düşərgəsində xəbər yayılır ki,  türk qoşunları  Ərdahana 
hücum  etməyə  hazırlaşır.  «1877  və  1878-ci  illərdə  müharibə» 
kitabından  oxuyuruq:  «Muxtar  paşanın  qoşun  bölmələrinin  Ər­
dahana  irəliləməsi  haqqında  iyulun  əvvəlində  aldığımız  m ə­
lumat  yalan  çıxdı.  Türklər  yalnız  Ərzurumu  Oltu  və  Pənək  tə~
1 Г.  К. Градовский. Война в Малой Азии въ  1877 г ., СПб.,  1879, с.  190-191.
Война 1877 и 1878 гг., III с., s.  230.
3 V. Hacılar. XIX yüzillikdə Borçalıda qaçaqlıq hərəkatı, s.  50-51.
172
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
rəfdən  qorumaq  üçün  Gürcüboğaz  keçidinə  kiçik  bir  dəstə 
göndərdilər.  Ərdahan  sancağında türklərin bütün  fəaliyyəti  Qars 
altında  bizim  öndə  olan  süvari  bölmələrimizlə  toqquşmalarda 
fərqlənmiş  məşhur  qarapapaq  qaçağı  M e h r a lın ın   rəhbərliyi 
altında  önəmli  sayda  qeyri-nizami  süvari  dəstənin  təşkil  olun­
ması  ilə məhdudlaşdı,  in d i  o  ( M e h r a l ı -   F.  V .)  böyük  m üs­
tə q il  d ə stə n in   rə isi  idi  v ə  bizim   Ə rdahan  d ə stə sin in   he­
sablaşm ağa  m əcb u r  olduğu  türk  süvari  g e n e ra lı  rolunu 
oynayırdı» (III cild, s. 235).
Yay  aylarında  baş  vermiş  qanlı  silahlı  toqquşmalarda  Meh- 
ralının  başçılığındakı  qarapapaqlar  böyük  igidliklər  göstərərək 
xüsusilə  fərqlənir.  «1877-ci  ilin  iyul-avqust  aylannda  müharibə 
şiddətlənir,  döyüşlər  getdikcə  qızışır.  Elə  M e h r a lın ın   igidlik­
ləri  də  məhz  bu  aylarda  özünü  daha  çox  büruzə  verir və  şöhrəti 
Anadolunu  bürüyür.  Avqustun  əvvəllərində  onun  rəhbərlik  et­
diyi  könüllü  süvari  alayı  təkcə  Gölə  tərəflərdə  bir  neçə  dəfə 
kəşfiyyata  getmiş  və  hər  dəfə  də  düşmənlə  üzləşərək  qanlı 
döyüşlər  aparmış  və  rəqib  tərəfə  zərbələr  endirmişdir.  Belə 
döyüşlərdən  birində  M e h r a lın ı n   atı  köksündən  bir  güllə 
alaraq yerə  sərilir.  M e h r a lı  yıxılmır,  xeyli  irəli  atılıb  ayaq üstə 
qalxır,  qalxan  kimi  də  tüfəngini  tuşlayıb  atını  vuran  əsgəri 
alnından  odlayır.  Ona  yaxınlaşan  digər  bir  əsgəri  də  qılıncı  ilə 
qanına  qəltan  edərək  rəqibin  atına  minir,  təkrar  düşmən  səf­
lərinə  baş  vurur.  Düşmən  süvariləri  bir  müddət  sonra  qaçmağa 
başlayır.
M e h r a lın ın   döyüşlərindən  biri  haqqında  baş  komandan, 
marşal  Əhməd  M uxtar  Paşanın  özü  də  məlumat  vermişdi.  O 
yazırdı:  «1877-ci  il  avqustun  4-də  M e h r a lı  b ə y   beş-altı  yüz 
qarapapaq  süvarisilə  Gölə  cəhətində  (Dəmirqapı  qəryəsi  civa- 
nnda)  ...  rus  süvarilərinə  çataraq  adəta  müharibə  edib  ruslan 
qaçırmış,  arxalarından  təqib  etmiş  ve  sonra  iki  toplu  iki  rus 
taboruna rast  gələrək  geriləmişlərsə  də,  əvvəlcə  ep  eycə  iş  gör­
müş imiş».
M e h ra lı  b ə y in   Gölədə göstərdiyi  qəhrəmanlıqlardan birini 
M.  A rif  bəy  də  qələm ə  almışdır.  Onun  «Başımıza  gələnlər»
173


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə