KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

FƏXRİ VALEHOĞLU
kefləri  istəyəndə  dəstəni  tərk  edir,  istədikləri  zaman  isə  geri 
qayıdırdılar və  çox  vaxt onlar arasındakı  anlaşılmazlıqlar ölümlə 
nəticələnirdi.  Bütün  bunlara  baxmayaraq,  müharibənin  getdiyi 
coğrafi  ərazini  yaxşı  tanıdıqları  üçün  onların  bələdçi  və 
kəşfiyyatçı  kimi  xidmətləri  əvəzsiz  idi.1  Bu  milis  dəstəsində 
qarapapaq  könüllülərinin  rəhbəri,  eyni  zamanda  dəstə  başçısı 
Loris-Melikovun köməkçisi  olan qeyrətli  Borçalı  ağası D a ş d ə -  
m i r   a ğ a   M ə h ə m m ə d   ağ a  oğlu,  onun  müavini  isə əmisi Qa­
sım   a ğ a n ı n   o ğ l u   O s m a n   a ğ a   idi.
Daşdəmir ağa  19  iyulda  Qarayal  dağları  çevrəsində Osmanlı 
süvariləri  ilə  baş  vermiş  atışmada  fərqləndiyi  üçün  mükafatlan­
dırılır.  Bu  barədə  «Kavkaz»  qəzetində  oxuyuruq:  «1854-cü  il  9 
dekabr  əmri  ilə  Baş  Aleksandropol  otıyadı  tərkibindəki  iki 
yüzlük  dəstənin  komandir  müavini  D a ş d ə m i r   a ğ a   Q a s ı m 
a ğ a   o ğ l u   (Qasım  ağa Daşdəmir ağanın  dədəsinin  adı  olub -  F. 
V.)  1854-cü  il  19  iyulda  Qarayal  dağları  yaxınlığında  türk 
kavaleriyasına qarşı  göstərdiyi  mərdliyə  və  igidliyə  görə  bantlı 
III dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif olunubdup>.1
 2
24  iyulda  Qarsın  Kürəkdərə  kəndi  ətrafında  Ərzurum  valisi 
Z ərif Mustafa  Paşanın  ordusu  ilə  ruslar  arasında  qızğın  döyüş 
oldu.  5-8  km  radiusunda  gedən  bu  döyüşün  şahidlərindən  biri 
«Kavkaz»  qəzetinin  1854-cü  il  60-cı  sayında yazırdı:  «Osmanlı­
lar  köhnə  əsgərlərin  heç  vaxt  onlardan  görmədiyi  həddə  m ü­
qavimət  göstərirdilər».  Döyüş  əsnasında  L.-Melikovun  könüllü 
sotnyası  və  Şürəgəl  sancağının  qarapapaqlarından  təşkil  olun­
muş  milislər  Hacıvəli  yaxınlığındakı  Osmanlı  düşərgəsini  tutur­
lar.  Sərt müqavimət v ə şücaət göstərmələrinə baxmayaraq türk­
lər  Qarsa  çəkilirlər.  Kürəkdərə  döyüşündə  göstərdiyi  rəşadətə 
görə süvari-müsəlman briqadasının komandir müavini,  B orçalılı 
podpolkovnik  İ s r a f i l   b ə y   Y a d i g a r o v   polkovnik  rütbəsinə 
yüksəldilir.  Ruslar  1854-cü  ildə  ən böyük  qələbələri  sayılan  bu
1 M. İ. Boqdanoviç.  1853-1856-cı illər Şərq müharibəsi,  III cild,  SPb,  1876,/
s.  238  (rusca). 
1
«Кавказ» qəzeti,  1855-ci il, 20 aprel, №30.
122
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
vuruşmadan sonra müharibəni davam etdirmək iqtidarında olmur 
və Gümrüyə  dönürlər.  Qafqaz cəbhəsində uzunmüddətli  sakitlik 
hökm sürür.
O  dövrün  mətbuatından  məlum  olur  ki,  rus  komandanının 
qeyri-riizami  qoşunlara  aid  olan  1854-cü  il  4  dekabr  əmriylə 
Naxçıvan milisinin rəisi, İrəvan Hərbi Qubematorluğunda xüsusi 
işlər üzrə  baş m əm ur podporuçik Kəlbalayı  xan  Ehsan xan oğlu 
Kəngərliyə  v ə  A xalkələk  atlı  milisindən  praporşik  Fərhad  bəy 
Mutu bəy oğluna poruçik (yüzbaşı) rütbəsi verilir.’
1854-cü  ilin başlarında cəbhə xəttinə yollanan  Novorossiysk 
draqun  alayı  martın  ortalarında  Başkeçidə  çatır  və  təqribən  bir 
ay  orada  qalmalı  olur.  Bu,  alayın  zabiti  Vasili  Pottoya  Başke- 
çiddə  ömür  sürən  qarapapaq,  erməni  və  duxoborların  yaşayış 
tərzi  və  mentaliteti  ilə  yaxından  tanış  olmaq  imkanı  verir. 
«Tatar»,  yəni  qarapapaq  və  ermənilərin  m ənəvi  cəhətdən  bir- 
birlərinə əks qütblərdə dayandıqlarını və bunun hətta onların ev, 
məişət  tərzində  də  nəzərə  çarpdığını  müşahidə  edən  Potto  bu 
barədə  öz  düşüncələrini  1860-cı  ildə  nəşr  olunmuş  «Voyennı 
sbomik»  məcmuəsinin  IX  cildində  (səh.  170-171)  «Cənubi 
Qafqaz yürüşü haqqında xatirələr» başlıqlı m əqaləsində bölüşür. 
O,  qarapapaqlarm  var-dövlətinin  az  saylı  mal-qaradan,  əsasən 
qoyun  sürüsündən  və  atlardan  ibarət  olduğunu,  onların  bu  ev 
heyvanlarım  yemləmək  üçün  hər  yay  öz  evlərini  qoyub  yay­
laqlara köç etdiklərini və açıq səma altında dəyələr qurduqlarını, 
bu  zaman  kəndlərinin  boşaldıqlarını  qeyd  edir  və  çox  nadir 
qarapapağın  əlverişli  şərait,  gözəl  yaşayış  naminə  köçəri  həyat 
tərzini  ata  biləcəyini  vurğulayırdı.  Ermənilərə  gəldikdə  isə, 
Potto  onlann kirli  və natəmiz olduqlarını,  tək-tük  erməninin ka­
pitalı-pulu  olmadığı  halda  hamısının  özlərini  kasıb  göstərməyə 
çalışdıqlarını  yazır  və  onları  Rusiyanın  qərb  quberniyalarında 
yaşayan yəhudilərlə müqayisə edir:  «Erm əni  v ə  yəhudinin  x a ­
siyyəti 
eynidir. 
Erm əni 
də  yəhudi 
ki mi  
satqındır, 
qorxaqdır v ə  Q afqaz  ad ət-ən ən əsin ə  görə  sila h la   g əzsə  d ə,
1«Кавказ» qəz.,  1855,  19 yanvar.
123


FƏ XRİ VALEHOĞLU
o,  silah ı  sev m ə k d ə n   çox  ondan  qorxur.  Erməni  de  ona 
eh tiy acı  o lan ların   q a rşısın d a   lovğa,  tək əb b ü rlü ,  gücün  və 
q ızılın   q arşısın d a  n ö k ə r  kim i  sə d a q ə tlid ir.  O,  həmçinin 
m ə h a rə tlə   y a lta q lan m a ğ ı,  süni  şə k ild ə   özünü  yoxsul, 
«bayquş»  tək i  ap arm ağ ı  bacarır».
M ənbələrə istinadən deyə bilərik ki,  savaşın gedişində hüdu­
du  keçib  qəfil  həm lələri  ilə  rusları  ən  çox  narahat edən Borçalı 
Həşimoğlu  və  onun  başçılıq  etdiyi  dəstə  olur.  Onlann  hücum­
larının  qarşısını  almaq  üçün  Cavaxetin  sərhəd  kəndlərində 
xüsusi gözətçi postları qurulur.  V. Pottonun xatirələrindən:
«X əbər  yayıldı  ki,  Duxoboriyaya  (Cavaxetin  rus-duxobor 
kəndləri  yerləşən  əraziyə  -   F.V.)  hücum  gözlənilir.  Bilmək 
lazımdır ki,  sərhədə  və  türk  gölü  Çıldıra  uzaq  olmayan  duxobor 
kəndləri  düşmənin  hücumu üçün tamamilə  açıqdır.  Bütün Duxo- 
boriya  boyunca  qurulmuş  bir  neçə  don  kazak  postu  döyüşkən 
güruhun qarşısını almaq üçün kifayət deyildi.  İndiki müharibənin 
ilk  zərbələri  həqiqətən  Duxoboriyanın  üzərinə  düşdü.  Bu  1853- 
cü ilin qışında baş verdi.  Duxoborların kəndləri yandırıldı,  evləri 
dağıdıldı....
1855-ci  ilin  aprelində  türklər  hücumu  təkrarlamaq  fikrinə 
düşdü.  Tanınmış  «qaçaq»  H ə ş i m o ğ l u   da  onlarla  idi.  H ə ­
ş i m o ğ l u   ilə -  ətalətli və yuxulu türk naturası  deyil, od və suyu 
bizim  Qafqaz  məktəbində  keçmiş  təcrübəli  və  dəhşətli  qaçaqla 
isə  zarafat  etmək  olmazdı.  Deyiridlər  ki,  onun  dəstəsində  çox 
sayda  laz,  kürd,  qarapapaq  və  ən  çox  da  bizim  müsəlman  ə y a ­
lətlərindən olan qaçaqlar var idi.
Dəstənin toplanması  barədə şayiələr sakinləri yazın əvvəlin­
dən  narahat  etməyə  başlamışdı.  Duxoborlar öz kəndlərini  dağıl­
mağa məhkum  edirdilər,  ermənilər silahlansalar da,  öz var-döv- 
lətlərini  yerin  altında  gizlədirdilər.  Yalnız  tatarlar  bu  həyəcanlı 
xəbəri  laqeydliklə  qarşılayırdılar,  daha  da  şən  idilər  və  öz  din­
daşlarına  birləşmək  üçün  onları  gözləyirdilər.  Xoşbəxtlikdən 
türklərin  niyyəti  tez  bilindi  və  onda  Duxoboriyada  qərar  tutan 
Novorossiysk  alayı  Şestopamla  Axalkalak  arasındakı  bütün 
məkanı  mühafizə  etmək  əmrini  aldı.  Biz  öz  sayıqlığımızı  ikiqat
124
QARAPAP AQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB  TARİXİ
artırdıq,  gündüz  və  özəlliklə  də  gecə  qarovullarını  gücləndirdik. 
Hava  işıqlaşana  yaxın  isə  eskadronlar  həyəcan  təbilinin  çalın­
masını  gözləyirdilər.  Çünki  düşmən  qəfil  hücumlarını  səhər 
açılana  yaxın  saatlarda  etməyi  xoşlayırdı.  Avanpostlarda  təcrü­
bəli  olduqları  üçün  kazaklan  saxlayırdıq.  Məlum  məntəqələrdə 
bir  unter-ofıserdən  və  altı  sıravidən  ibarət  olan  böyük  atlı  post­
ları  qoyuldu.  Bu  sıravilərdən  biri  həmişə  at  belində  otururdu, 
qalanları isə dincəlirdi. Gecələr postlarda adamların sayı iki dəfə 
artırılırdı.  Bu postlar kəndlərin düşmən sərhədi  tərəfində yerlə­
şən yüksəkliklərində bir-birindən  elə  bir məsafədə qurulmuşdur 
ki,  tüfəng atəşi  yalnız kənddə deyil,  qonşu postlarda da eşidilsin 
və  bu  sonuncular  bir-birlərinə  şərti  işarələr  verməklə  təhlükə 
siqnalını (işarəsini) bütün müdafiə xətti boyunca yaya bilsinlər.
Sakinlər  soyğunçuların  hansı  istiqamətdən  gələ  biləcəkləri 
barədə  həvəslə  geniş  bilgilər verirdilər.  Beləliklə,  biz  öz  ətrafı­
mızda  kəsilm əz piketlər  zənciri  quraşdırdıq.  H ə ş i m o ğ l u   sağ 
olsun ki, yarı yaddan çıxmış avanpost xidmətini yenidən yadımı­
za salmağa məcbur etdi....
Vaxt  ötürdü,  bununla yanaşı,  H ə ş i m o ğ l u   bizim  sərhədlə­
rə  yaxınlaşırdı.  Bu  «qaçaq»  cürətlə  bizim  toxunulmaz  sərhədi 
keçib  dayandı.  Birdən  onu  bizim  avanpostlann  qoxusu  vurdu. 
H ə ş i m o ğ l u   öz  dəcəllərinə  dedi:  «Burada  bizlik  bir  şey  yox­
dur» və Ərdahan dağlarına döndü».1
Qarapapaqlarm müharibə  astanasında,  eləcə  də  müharibənin 
ilk  başlarında  duxobor  və  ermənilərin  yaşadığı  Cavaxetə  və 
ümumiyyətlə  sərhəddəki  erməni  məntəqələrinə  hücumları  iki 
əsas  amildən  qaynaqlanırdı.  Birincisi  qarapapaqlar tarixən  onla­
nn yaylaqları,  ovlaqlan  olan Cavaxetdə oraya daha öncəki  1828- 
29-cu  illər  rus-türk  savaşından  sonra  köçürülən  ermənilərin  və 
XIX əsrin 40-cı illərində yerləşdirilən duxoborların ağalıq etm ə­
lərini,  at  oynatmalarmı  qəbul  edə  bilmirdilər.  İkinci  amil  isə 
bundan  əvvəlki  rus-türk  müharibəsinin  acı  nəticələrindən  irəli 
gəlirdi.  O müharibədə rus qoşunlarının əsas bələdçiləri  və ərzaq
«Военный сборник» məcmuəsi, XVIII cild,  1864- cü il, mart, s. 209-211.
125


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə