FƏXRİ VALEHOĞLU
T
tapşırığın öhdəsindən uğurla gəlir. Türklər meşəli təpələrə sıxış-;
dırılırlar.
27 iyunda Şimal-Şərqi Anadolunun ən böyük şəhəri Ərzu
rum döyüşsüz ruslara təhvil verilir. Ərzurumu işğal etmiş Paske-
viçin ordusu tərkibində dahi rus şairi A. S. Puşkin də olur. O öz
səfər təəssüratlarını «Ərzuruma səyahət» əsərində təsvir etmiş
dir. Ərzurumu Pəkəriç tərəfdən mühafizə etmək üçün polkovnik
Miklaşevskinin başçılığı altmda İ l i atlı-müsəlman alayının 4
sotnyası, 42-ci yeger (xüsusi nişançı) alayının 6 bölüyü və 8 top
dan ibarət nəzarətçi dəstəsi Aşqalada saxlanılır. Ərzurumdan
sonra Xıms, Tərcan, Oltu və Bayburt zəbt edilir. Bayburtda rus
lara qarşı baş vermiş üsyanı yatızdırmaq üçün 24 sentyabrda
oraya ikinci dəfə hücum edən rus qoşunlarının tərkibində 3-cü
atlı-müsəlman alayının sotnyası da olur.
Balkan cəbhəsində rus ordusunun İstanbulun həndəvərinə
qədər yaxınlaşması Osmanlı sultanı II Mahmudu 2 sentyabrda
(1829-cu il) Ədime sülh sazişini imzalamağa məcbur edir. Sazi
şə əsasən Osmanlı İmperiyası Yunanıstanın müstəqilliyini tanı
yır, Moldaviya, Valaxiya və Serbiyaya isə muxtariyyət verir,
Axısqa, Axılkələk, Xırtız, Əspincə, Azqur, Abbastuman qalaları
ve Suqumqala (Suxum), Redutqala (Anakliya), Sucuqqala (So-
ğucaq, Novorossiysk), Gəlincik, Mamayqala (Soçi) daxil olmaq
la Kuban//Kuman çayından Çürüksuya (Kobuletə) qədər Qara
denizin şərq sahili Rusiya İmperiyasının əlinə keçir, Türkiyə
ermənilərinə 18 ay ərzində daşman əmlakları ilə birlikdə Rusiya
himayədarlığı altına keçmək hüququ verilir.
1829-30-cu illərdə Ərzurum, Qars və Bəyaziddən Cənubi
Qafqaza 90 mindən artıq erməni köçür. Onlardan Ərzurum er
məniləri əsasən Mesxet-Cavaxetdə (7300 ailə), Qars erməniləri
(2500 ailə) Gümrü və Talın bölgələrində, bəyazidlilər (4215
ailə) Göyçə gölünün sahilində, qalanlar isə Sürməli, Dərəçiçək,
Abaran və Pəmbək mahallarında yerləşdirilirlər. Ərzurum erm ə
niləri ilə bərabər köçmüş urumlar (yunanlar) isə Gümrü və Bar-
maqsız (Zalqa) yörələrində məskunlaşırlar.
118
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
Ermənilərin Cavaxda (Cavaxetdə) yerləşdirildikləri yaşayış
m əskənlərindən biri də məşhur qarapapaq aşığı Xəstə Hasanm
doğma kəndi Dırqına olur. Dırqmaya Türkiyə ermənilərinin kö
çürülməsi xəbərini Xəstə Hasan sakit qarşılayır, onlarla mehri
ban qonşu olacaqlarını düşünür. Lakin bir gün səhər təzə qon
şularının aşıqdan xəbərsiz onun ot sahəsini biçdiklərini görən
Xəstə Hasan bunun səbəbini soruşduqda onlar: «sənə nə?» -
deyib Xəstəni hədələyirlər. Aşıq bu işə məəttəl qalıb:
Adına deyirlər Tigrən
Üzündəki ətdən irgən
Əlindəki dəmir dirgən
Çalhaçaldı Dırqınada.
Çayırları düz gördülər,
Özlərini yüz gördülər,
Xəstəni yalqız gördülər,
Qalmağaldı Dırqınada -
deyir və bir neçə gündən sonra ailəliklə Lebisə köçür.1
Rus başkomandanının 1830-cu il 16 mart əmri ilə 1828-29-
cu illər rus-türk müharibəsindəki mərdliklərinə və cəsarətlərinə
görə III atlı-müsəlman alayının döyüşçülərindən sultan podpo-
ruçik Əbdül ağa Kəlbəli bəy oğluna, naib podporuçik Əli ağa
Abdul ağa oğluna, naib praporşik Usub ağa Müssəli oğluna, naib
praporşik Mehralı ağa Təhməzqulu oğluna, Əliağa Bababəy
oğluna, Əsədulla bəy Ləl Vəli ağa oğluna və bu alaya ezam
olunmuş valantyor praporşik Məmməd oğluna üzərində «igidli
yə görə» yazısı olan 4-cü dərəcəli «Müqəddəs Anna» ordeni
verilir.2
1 Valeh Hacılar. Gürcüstanda türk xalq ədəbiyyatı ənənələri, Bakı, 2005, s.
167-168.
2 «Тифлисские ведомости» qəz., 1830,10 aprel, № 29.
119
FƏ XRİ VALEHOĞLU
2 .4 . K R IM M Ü H A R İB Ə S İ V Ə QARAPAPAQLAR
XIX yüzilin ortalarında Rusiya İmperiyası Balkan yarımada
sında mövqelərini möhkəmləndirməyə, İstanbul (Bosfor) və Ça-
naqqala (Dardanel) boğazlarını nəzarət altma almağa, bununla da
Aralıq dənizinə sərbəst çıxış yolu əldə edib Yaxın Şərqdə yeni
ərazilərə sahib olmağa can atırdı. Böyük Britaniya, Fransa ve
Türkiyə (Osmanlı) isə, əksinə, Rusiyanı Qara dəniz sahillərin
dən sıxışdırmağa, Krım və Qafqazı ondan ayırmağa çalışırdı.
Fələstindəki «M üqəddəs torpaqlar» uğrunda pravoslav və kato
lik ruhaniləri arasında gedən mübahisə tarixə «Krım müharibə
si» və ya «Şərq m üharibəsi» adı altında keçən 1853-1856-cı illər
türk-rus savaşının başlanması üçün bəhanə oldu.
1853-cü il iyunun 26-da Rusiya Osmanlıya bağlı olan Mol
da viya v ə Valaxiyanın işğalına başladı. Buna cavab olaraq Os
manlı İmperatorluğu oktyabrın 4-də Rusiyaya müharibə elan et
di. Qafqaz cəbhəsində türk qoşunları Abdi Paşa komandanlığın
da Qarsdan Aleksandropol (Gümrü) istiqamətində hərəkətə keç
di. Noyabrın 2-də Bayandur kəndi uğrunda rusların ağır itkiləri
ilə nəticələnən ilk döyüş baş verdi. Bu döyüşdə 1852-ci ildə rus
ordusu tərkibindəki Qafqaz müsəlman süvari alayına komandir
vəzifəsinə təyin olunmuş T iflis li p o lk o v n ik H ə s ə n b ə y
A ğ a l a r o v u n əsgərləri xüsusilə fərqlənirdilər.1 31 noyabrda
isə Başgədiklərdə osmanlılar məğlubiyyətə düçar oldu. Dörd
cildlik Şərq müharibəsi tarixini qələmə almış general-leytenant
M. Boqdanoviç Başgədiklər vuruşmasının nəticələrinin Güney
Qafqaz bölgəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd
edirdi. Onun sözlərinə görə rusların məğlub olacağı dəqiqəni
gözləyən bölgənin müsəlman əhalisi hər yanda üsyana qalxıb
rus vilayətlərinə hücum etməyə hazır idi.1
2 «Qaçaqlıqlar haqqın
da hekayələrlə tərbiyə olunmuş Qafqaz tatarları»nın bu müha
1 Ş. Nəzirli. Azərbaycan generalları, Bakı, 1991, s. 47.
2 M. И. Ъотдщоът.Восточная война 1853-1856 годов, том 1, СПб, 1877,
с. 252.
120
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
ribədə tutduqları mövqeni görkəmli rus tarixçisi, bu savaşın No
vorossiysk draqun alayının yüksək rütbəli zabiti qismində işti
rakçısı V. Potto isə belə açıqlayırdı: «Bizim bu və ya digər mən
təqədə kiçik bir uğursuzluğumuz nəinki ordumuz üçün, bütün
Cənubi Qafqaz diyarı üçün qorxulu bir şəkildə əks oluna bilərdi.
Biz yaxşı bilirdik ki, döyüş zəfərindən sonra türk bayraqlarının
Arpaçayın sağ sahilində görünməsi Cənubi Qafqaz diyarının
əhalisinin demək olar ki, hamısının silahlarını bizə qarşı çevir
məsi üçün kifayətdir».' Başgədiklər döyüşündən sonra cəbhə
bölgəsində sərt qışın düşməsi ilə əlaqədar hərbi əməliyyatlar 6
ay müddətinə dayandırılır. Bu fasilədən rus komandanları səm ə
rəli istifadə etməyə çalışırdılar. Onlar hər bir vəchlə Qafqaz
türklərini öz tərəflərinə çəkməyə səy göstərir və qismən istə
diklərinə nail olurdular.
1854-cü ilin əvvəlində Qafqaz Əlahiddə Ordusunun koman
dam general-leytenant Vasiliy Iosefoviç B ebutov (1791-1858)
Türkiyədə sığınacaq tapmış qaçaqları rus ordusunda xidmət
etmək şərtilə əfv edir. Bundan sonra Borçalı mahalının qaçaq
sakinlərindən L ə m b ə l i Əl i Süleym an oğ lu (1843-cü ildə
qaçaq düşmüşdür2) ve B a b a c a n T an rıv erd i o ğ lu Bebutovun
şəxsi dəstəsinə yazılır və müharibənin sonuna qədər sədaqətli
qulluqda bulunurlar.3 Bunların əksinə B o r ç a lı H ə ş i m o ğ l u və
Q azax-Q arapapaqlı D ə l i a ğ a kimi məşhur qaçaqlar isə öz
qan qardaşları ilə bir sırada, yəni türk ordusu cərgələrində dö
yüşmək qərarına gəlirlər.
1854-cü il may ayının sonunda rus ordusuna yazılmış könül
lülərdən təşkil olunmuş 300 nəfərlik milis dəstəsi polkovnik
M.T.Loris-Melikovun başçılığı altında Gümrüyə göndərilir. Bu
milislərin milli tərkibi qarapapaq, erməni, urum (türkdilli yunan)
və Rusiya müsəlmanlarından ibarət idi. Boqdanoviçin yazdığına
görə, bunlar arasında nizam-intizam saxlamaq çətin m əsələ idi;
1 «Военный сборник» dərgisi, XI cild, 1860-cı il, yanvar, s. 180-181.
2 V. Hacılar. XIX yüzillikdə Borçalıda qaçaqlıq hərəkatı, s. 13.
3 AKAK, XI cild, Tiflis, 1888, s. 635.
121
Dostları ilə paylaş: |