KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

FƏXRİ VALEHOĞLU
«900 ailə rus təbəəliyini qəbul etdi,  150 qarapapaq atlısı Pas- 
keviçə  təqdim  olunmaq  üçün  dağlardan  endi.  Onların  arasında 
başkomandamn  ruslar  tərəfə  çəkməyə  çox  çalışdığı  M əm m əd 
ağa  da  var  idi.  Paskeviç  oradaca  onu  köçəbələrin  vəkili,  yeni 
rəisi  təyin  etdi.  Beləliklə  tayfanın  yarısı  Rusiyanın  barışmaz 
düşməni N ağ ı  x a n d a n   ayrıldı.
21  iyunda, artıq sakitlik yaranandan sonra rus ordusunun yolu 
açıq  idi,  qoşun  birləşm ələri  nəhayət ki,  Gəmiçaydan Naxçıvana 
hərəkətə keçdi».1 A.  Qriboyedov M əm m əd  ağa  ilə birlikdə Pas- 
keviçin  hüzuruna  gəlmiş  qarapapaqlar  arasında  Pəmbəkli  Hüm­
bət ağanın olduğunu da qeyd edirdi.
1827-ci  il  21  iyunda  Hamamlı  yaxınlığındakı  Baş  Abaran 
düzündə  Cəlaloğludan  Eçmiədzinə  gedən  rus  dəstəsi  ilə  baş 
vermiş  toqquşmada Nağı xanın  oğlu  öldürüldü.  Paskeviçin ordu­
su  Vediçayı  və  Dəvəlini  keçib  26  iyunda  Naxçıvana girdi.  Qanlı 
döyüşlərdən  sonra  ruslar  7  iyulda Abbasabad  qalasını  ələ keçir­
dilər.  Bu  məğlubiyyət  nəticəsində  Abbas  Mirzə  ruslara  sülh 
danışıqları  aparmağı təklif etdi.  Bu təklifi  Paskeviç qəbul etdi və 
bunun üçün şahzadənin Qaraziyəddindəki  düşərgəsinə A.  Qribo- 
yedovu göndərdi.  M ənbələrdən məlum olur ki, 21  iyulda başlan­
mış  danışıqlarda Abbas  Mirzə  ile  yanaşı  onun  əsas  əyanları  Al- 
lahyar  xan,  Əlinağı  Mirzə,  qarapapaqların  başçısı  Nağı  xan  və 
ruslarla  istənilən  yaxınlaşmanın  qəti  əleyhdarı  H əsən  xan  Sarı 
Aslan  da  iştirak  edirdi.  Abbas  Mirzə  Qriboyedovun  İrəvan  və 
Naxçıvan  xanlıqlarının  Rusiyaya  verilməsi  və  İranın  təzminat 
ödəməsi  təklifini  rədd  etdi.  Bir neçə gün  davam  edən  sülh danı­
şıqları  nəticəsiz  qaldı.  Qriboyedov  25  iyulda  Paskeviçin  yanına 
qayıtdı.
Hərbi  əməliyyatlar  yenidən  qızışdı.  Abbas  Mirzə  Ağrıdağ- 
Sürməli  istiqamətindən  İrəvana  doğru  irəliləm əyə  başladı.  O 
gürcü Söhrab xanı 2 batalyon əsgər və 2  topla hücum  məqsədiy- 
lə  Eçmiyədzinə  göndərdi.  Özü  isə  əsas  qüvvələri  ilə  Avaranla 
üzbəüzdəki dağda mövqe tutdu.  Söhrab xan Eçmiədzini mühasi­
Potto, göstərilən əsəri, s.339-340.
106
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
rəyə  aldı.  Eçmiədzindəki  500 əsgərlik rus qarnizonu Alagöz da­
ğının  ətəyindəki  general  Krasovskidən  yardım  istədi.  Krasovski 
4000  əsgər və 4 topla yardıma tələsdi.  Bunu eşidən Abbas Mir­
zənin  bütün süvari  qoşunlarını  Eçmiyədzinə  gedən yolun  kəna­
rında  yerləşdirdi.  General  Krasovskinin  gündəliyindəki  10  av­
qust  1827-ci  il  tarixli  qeyddən:  «Bu  gün  mən  Qarababadan,  ge­
neral qraf Suxtelinin 2  avqustda yazdığı  və göndərdiyi  aşağıdakı 
məzmunlu bildirişi aldım:
1)  İrəvan sərdarı  Hüseynqulu xan  İran  hökümətindən  üz  çe­
virib və öz ailəsini və var-dövlətini İrəvan və Maku qalalarından 
götürüb  bir  neçə  yüz  q a ra p a p a q   ailəsi  ilə  Koroğlu  qalasına 
gedib.
2)  Abbas  Mirzə  bu  məlumatı  alan  kimi,  Allahyar xanın  rəh­
bərliyi  ilə  3000  sərbazı  və N a ğ ı  x a n ın   başçılığı  altında  2000 
süvarini,  bu  sonuncuya  H əsən  xanın  iqamətgahını  vəd  edərək 
İrəvan qalasını tutmaq üçün yolladı.
3)  Deyirlər ki,  Həsən xan Çarçıda Abbas  Mirzənin ciddi  qa­
rovulu altındadır.
Bu  cür məlumatlar hər bir mənada həqiqətdən  uzaq olsa da, 
ordu mənzil qərargahında Abbas Mirzənin özünün əsas qüvvələ­
ri  ile  İrəvan  əyalətində,  mənim  qarşımda  olduğu  haqqında  heç 
nə bilmədiklərinin bariz sübutu idi».1
17  avqustda Eçmiyədzin və Uşaqan yolu üstündə  Krasovski­
nin  dəstəsi  ilə  iranlılar  arasında  dəhşətli  döyüş  oldu,  general 
Krasovski yaralandı.  Abbas Mirzə əsirləri  şahın yanına göndərib 
Xoy şəhərinə tə rə f yollandı.
XIX  əsrin salnaməçilərindən olan Mirzə Yusif Nersesov Qa­
rabaği  farsca yazdığı  «Tarixi-safı»  əsərində  Krasovskinin  dəstə­
sində  olan  qarapapaq  süvariləri  ilə  Abbas  Mirzənin  atlıları  ara­
sındakı  döyüşü  belə  təsvir edirdi:  «Qazax,  Borçalı  və Qarapapaq 
atlılarından  ibarət  rus  qoşunlannı  dövrəyə  almış  qızılbaşlar 
vuruşmağa başladılar. O gün güclü müharibə və vuruşma oldu.  O 
gün gündüz saat ikidən günbatana kimi  top və tüfəngin atəşi hər
1 M. Kotsebu, göstərilən əsəri, s.  10-11.
107


FƏXRİ  VALEHOĞLU
yeri  bürümüşdü,  dava  və  müharibənin  odu  isə  alovlanırdı.  Hər 
iki tə rə f qurban verm əkdən çəkinmirdi.
Ruslar  (rus  ordusundakı  qarapapaqlar  -   F . V )   ətrafinda  qı­
zılbaş  atlılarının  güc  gəldiyini  hiss  etdikdə,  arabaları  mahud və 
başqa  şeylərlə  doldurub  orada  qoyaraq  özləri  qabağa  getdilər. 
Qızılbaş  qoşunu  arabalarda  xəzinə  və  ya  parça  olduğunu  zənn 
edib,  qarətlə  m əşğul  oldular.  Bu  vaxt  ruslar  toplarını  seçmə ilə 
doldurub  onların  üstünə  atdılar.  Beləliklə,  qızılbaşların  çoxu 
məhv oldu».1
Bu  müharibədə  qacar  türkləri  ilə  döyüşlərdə  göstərdikləri 
igidliklərə  görə  bir  neçə  Borçalı  qarapapağı  medallarla  təltif 
olundu.  Onların  arasında  Bolus-Kəpənəkçili  Məmməd  ağa  Ab­
dulla ağa oğlu da var idi.1
 2
Sentyabrın əvvəllərində  Paskeviçin ordusu Eçmiyədzine çat­
d ı,'20  sentyabrda  Sərdarabadı  tutdu,  24  sentyabrda  40  topla İrə­
vana  hücum  etdi.  İrəvanın  müdafiəsinə  Həsən  xan  rəhbərlik 
edirdi.  Bir həftə  davam  edən  şiddətli  döyüşlərdən  sonra  1827-ci 
il  oktyabrın  1-də  rus  qoşunları  İrəvan  qalasını  işğal  etdi.  İrəvanı 
aldığına görə general Paskeviçə «qraf Erivanski» titulu verildi.
1827-ci ilin sonu  1828-ci ilin əvvəllərində rusların bir-birinin 
ardınca  Təbriz,  Xoy,  Urmiyə,  Selmas,  Ərdebil  şəhərlərini  işğal 
edib Tehrana yönəlm əsi Abbas Mirzəni sülhə vadar etdi.  1828-ci 
il  10  fevralda  Təbriz-Tehran  yolu  üzərində  yerləşən  Türkmən- 
çay kəndində İrəvan və Naxçıvan xanlıqları  ərazilərinin Rusiya­
ya  verilməsi,  İranın  20  milyon  rubl  təzminat  ödəməsi  və  İran­
dakı  ermənilərin  Qarabağ  və  İrəvan  mahalına  köçürülməsi  ilə 
nəticələnən sülh müqaviləsi imzalandı.
Türkmənçay sazişindən sonra, yəni Araz çayı  İran və Rusiya 
arasında sərhədə çevrildikdən sonra müharibə ərəfəsində İrəvan 
xanlığına  və  Qarabağa  köçən  və  Abbas  Mirzənin  qoşununda 
olan  qarapapaqların  əksəriyyəti  Güney  Azərbaycana  yerləşmək
Qarabağnamələr, II kitab, Bakı,  1991, s.  88.
2  V.  Hacılar.  Ulu  baban  kim  olub?,  I  kiiab,  Bolus-Kəpənəkçi  kəndi  —  XIX 
yüzil, Tiflis, 2005, s.  56.
108
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
məcburiyyətində  qaldılar.  Abbas  Mirzəyə  ildə  12000  tümən  və 
gərəkəndə  400  atlı  əsgər  vermək  şərti  ilə  Arpalı,  Saral,  Tərka- 
vün,  Canəhmədli,  Çaxarlı  və  Ulaşlı  kimi  6  uruqdan  ibarət  olan 
800  qarapapaq  ailəsi  Nağı  xanın  böyük  oğlu  M ehdi  xanın 
rəhbərliyi  altında  Urmiyə  gölünün  cənub  sahillərində  -   Sulduz 
mahalında məskunlaşdı.  «Bu  uruqlar  içində  ən  güclü  və  sayqını 
Tərkavünlər  idi.  Xan  sülaləsi  əsasən  bu  ailədən  gəlirdi.  N ağı 
  M ehdi  x a n d an   başqa Tərkavün uruğu içindəki ağa ailəsinin 
də  sayqın  bir  yeri  olub,  A raz  ağanın  800  atlısı  var  idi.  Qazax- 
lılarm  Şəmsəddinli  uruğu  isə  rəisləri  M əsum   bəyin  öndərli- 
yində  Sulduzun  cənub-şərqinə  pənah  apardılar».1  Yeni  yurdu 
Qulu xan Borçalı idarə edirdi.
2.3.  1828-29-CU   İL L Ə R  R U SİY A -O S M A N L I 
SA V A ŞIN D A   Q A R A P A P A Q L A R
Türklərin  quruda  və  dənizdə  (ingilis,  fransız  və  rus  hərbi 
gəmilərinin  Navarin  limanında  Osmanlı  donanmasını  sıradan 
çıxartdıqları üçün) ən tutarsız qaldığı bir zamanda -   1828-ci il 26 
apreldə Rusiya Türkiyəyə  müharibə  elan  edir.  H ər iki  tərəf mü­
haribəyə  hazırlıq  işlərinə  başlayır.  Qafqazda  Rusiya  İmperiyası 
sərhədlərindən  Osmanlı  kəndlərinə  aparan  bütün  yollar  türk 
süvari  dəstələri  tərəfindən  nəzarət altına alınır.  Sərhəddəki  türk 
kəndlərindən  könüllü  dəstələri  toplanır.  Gümrü  yaxınlığındakı 
Arpa  çayı  sahilində,  əsas  yolların  kəsişdiyi  yerdə  M ağazberd 
kəndinin sahibi,  « c ə sa rə tli  q a ra p a p a q   rə isi»   Ş ə r i f  a ğ a n ı n  
başçılığı  altında  m inə  yaxın  atlıdan  ibarət  olan  kavaleriya  dəs­
təsi  mövqe  tutur.2  Hərbi  sənədlərdən  aydın  olur  ki,  Qars  paşası 
Emin  Paşa ruslar hüdudu keçəcəyi təqdirdə əlavə türk qoşunları 
gəlib  yetişənə  qədər onların  irəliləməsini  hər bir vasitə  ilə  lən-
10 . Yeniaras, göstərilən əsəri, s.  52.
2  Ушаков.  История  военных  действий  в  Азиатской  Турции  в  1828-1829 
годах, СПб, часть I, с.  150.
109


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə