KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

FƏXRİ VALEHOĞLU
qayıdanda  xəbər  gətirdi  ki,  Y usuf  Paşa  Ərzurumdadır  və  o, 
şahzadədən  (İran  şahzadəsindən  -   F.  V.)  İrəvan  bölgəsində 
yaşayan Q ara  b əy i  onlara verməsini tələb edibdir».1
Bu  arada  Y usuf  Paşa  Abdul  Paşanı  Qars  paşası  təyin  edir. 
Qara bəy Abdul Paşaya tabe olmaqdan imtina edir.
1807- 
ci  ilin  avqust  ayında  Fransanın  vasitəçiliyi  ilə  Rusiya 
və  Osmanlı  barışıq  imzaladılar.  Bu  barışıq  1809-cu  ilin  mart 
ayınadək  davam  etdi.  Bu  zaman  aralığında  osmanlılarla  ruslar 
arasında  hərbi  əm əliyyatlar  səngisə  də  Osmanlı  qarapapaqlan 
rus  ordusuna  ziyan  yetirm əyə  davam  edirdilər.  Canişin general 
Qudoviç  qraf  Rumyantsevə  1808-ci  il  6  iyulda  yazdığı  rəsmi 
məktubda  sonuncuya  Axalsıx  paşalığmm  tərkibinə  daxil  olan 
Çildir  qarapapaqlarının  sərhədi  pozub  Şürəgəldən  alay və  artil­
leriya atları apardığını qeyd edirdi.1
 2
1808- 
ci  ilin  17  noyabrında  təkrar  İrəvana  hücum  edən  cani­
şin  qraf  Qudoviç  başçılığındakı  rus  ordusu  ağır  itgilər  verib, 
1806-cı ilin yayında olduğu kimi Tiflisə qayıtmaq zorunda qaldı.
1809- 
cu ildə general  Ivan  Vasilyeviç  Qudoviçin yerinə gene­
ral Aleksandr Petroviç Tormasov canişin təyin edildi.
Bu  dövrdə  türklər  arasındakı  qarşıdurma  getdikcə  güclənir. 
Qars Paşası Abdul Paşa yazılı  surətdə ruslara Qara bəylə döyüşə 
hazırlaşdığını  bildirir  və  onlardan  pəmbəklilərin  və  şürəgəllilə- 
rin sərhədi  keçib  Qara  bəyə  yardım  etmələrinin  qarşısını  almağı 
xahiş edir.
Tormasov  Qara  bəyin  Abdul  Paşa  və  Ərzurum  səraskəri  ilə 
düşmən  münasibətdə  olmasından  bəhrələnib  onu  və  tabeliyin- 
dəki  qarapapaqlan  öz himayəsi  altına keçirmək  istəyirdi.  Bunun 
üçün  o  mayor  Kananovu  1809-un  aprelində  qarapapaq  kəndxu- 
dalan ile görüşmək,  onları Rusiyaya köçmək üçün dilə  gətirmək 
və  ümumi  vəziyyətlə  yaxından  tanış  olmaq  məqsədilə  Qarsa 
ezam  edir.  Qars  səfərindən  qayıdan  Kananov  Tormasova  raport 
yazaraq qarapapaqların  Qara  bəyə  sadiq olduqlarını  və  ohlann  5
1 AKAK,  III c., s. 618.
2 Yenə orada, s. 479.
90
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
nüfuzlu ağalannm paşanın yanında girov  saxlandığı üçün paşaya 
qarşı  açıq-aşkar üsyan  edə  bilmədiklərini  qeyd  edir,  qarapapaq- 
lann  Rusiyaya  köçmək  məsələsinə  gəldikdə  isə  onların  cavab 
vermək üçün  12 gün vaxt istədiklərini və müsbət cavab verəcək­
ləri  təqdirdə  yalnız  Loru  düzündə  məskunlaşmaq  arzusunda  ol­
duqlarını  bildirirdi.1  Fəqət  bu  arada  Ərzuruma  yeni  səraskərin 
təyin  edilməsi  Qara  bəyin  sakitləşməsinə  səbəb  olur.  Bununla 
da Qars qarapapaqlannın Loruya köçməsi barədə danışıqlar təbii 
olaraq dayandırılır.
M ayor  Kananov  general  Tormasova  1809-cu  ilin  iyulunda 
Gümrüdən hazırladığı raportunda iranlıların Pəmbəkli Nağı bəyə 
500  atlıyla  Pəmbək-Şürəgəl  yolunu  kəsmək  əmrini  vermələrini 
m əruzə  edirdi.  Tormasov  isə  mayor  Corayevə  15  avqustda 
(1809-cu  il)  Ağstafa  çayı  sahilindəki  düşərgədən  yazdığı  mək­
tubda  Qazax  distansiyasınm  qorunmasında  qazaxlılann  xüsusi 
cəsarət  göstərdiklərini  vurğulayıb  2-3  etibarlı  ağanın  başçılığı 
altında  saylan  60-dan  çox  olmayan  say-seçmə  qazaxlı  süvari 
tələb edirdi.
Şahzadə  Aleksandr Mirzə  1809-cu  il  avqust  ayının başlanğı­
cında Abbas Mirzə tərəfindən Axısqaya göndərilir.  Axısqaya ge­
dən  şahzadə Aleksandr yolüstü qarapapaqlarla da  görüşüb  onları 
tran  təbəəliyini  qəbul  etməyə  çağırır.  Bundan  sonra  6  avqustda 
qarapapaq  kəndxudaları  şəxsən  Abbas  Mirzənin  özünə  300  qo­
yun  və  200  batman  inək  yağı  aparırlar,  əvəzində  şahzadə  də 
onlara  hədiyyələr  verir.  Tormasov  Aleksandr  Mirzənin  Axısqa 
paşası Səlim Paşa ile görüşüb birgə qoşunlarla onların nəzarətin- 
dəki bölgələrə  basqın etmək razılığı əldə etdiyini, hətta bu məq­
sədlə  bir  neçə  min  ləzginin  (Dağıstanlmın)  kirayələndiyini  eşi­
dib öz düşərgəsini  Borçalmın mərkəzinə,  Axısqa paşalığı  sərhə­
dinə  yaxın m əsafədə  yerləşən Göyəc  (Kveş) kəndinə,  Maşavera 
çayının  qırağına  keçirir.  Bundan  istifadə  edən  İran  şahı  Fətəli 
xanın  (Baba  xanın)  oğlu  Məmmədəli  Mirzə  Borçalıya  soxulub 
buradakı  qarapapaq  kəndlərini  tar-mar  edir,  8  kəndin  əhalisini
1 Yenə orada, s. 778-779.
91


FƏXRİ VALEHOöLU
isə  əsir  götürərək  İrəvana  qayıdır.  O  bu  kəndlərin  mal-qarasını 
da  özü  ilə  bərabər  aparmaq  istəsə  də  Borçalıdakı  soydaşlarına 
köm əyə  tələsən  qazaxlı  süvarilərin  igidlikləri  sayəsində  buna 
nail  ola  bilmir.  M əm m ədəli  Mirzə  əsir  götürdüyü  borçalılan 
satmaq  istəyir  v ə  bu  m əqsədlə  onları  ilk  öncə  Qars  paşasına 
tək lif edir.  Paşa  onun  bu  təklifini  rədd  edir.  General  Tormasov 
bu  m əsələ  ilə  əlaqədar general Portnyaginə verdiyi  sərəncamın­
da  deyirdi:  «M əlum at  almışam  ki,  əsirləri  1  çervonetsə  satırlar. 
Bir halda ki,  iranlılar İrəvana qayıdanda yolu kəsib Borçalı tatar­
larını  azad  edə  bilmədiniz,  onda  mən  onları  pul  verərək  geri 
qaytarmağa razıyam,  təki hamısını ailəliklə qaytara bilək. Ancaq 
bu  sonuncu  üsula  əl  atmadan  öncə  İrəvan  sərdan  Hüseynqulu 
xana  məktub  yazıb  əsirlərin  azad  olunmasını  tələb   edin,  bəlkə 
bu da bir nəticə verir».
.  M əmm ədəli  M irzənin böyük qardaşı Abbas  M irzə bu zaman 
Gəncəbasarda  idi  və  o  qardaşından  fərqli  olaraq  dinc  əhaliyə 
dəyib-toxunmurdu.  Abbas  Mirzə  də  Borçalıda  baş  verənlərdən 
xəbərdar  olan  kimi  atası  Baba  хайа  məktub  yazıb  ondan  əsir 
götürülmüş  Borçalı  qarapapaqlannın  hamısının  bir  nəfər  kimi 
azad olunmasını istəyir.1
M əmmədəli  Mirzənin  Borçalı  kəndlərinə  qarət  hücumu  ilə 
əlaqədar öz ev-eşiyini atıb təhlükəsiz yerlərə uzaqlaşmış Borçalı 
ağaları  canişin Tormasova müraciət edərək,  ondan öz yurdlarına 
qayıdıb taxıllarını rahatlıqla yığmaq üçün  silahlı  gözətçilər  ayır­
masını  xahiş  edirlər.  Ağalara  ünvanlanmış  cavab  məktubunda 
canişin  onlara Borçalı  kəndlərini  düşmən  hücumundan  qorumaq 
üçün  15-ci  yeger  alayının  şefi  Peçerskiyə  yeger  batalyonu  ilə 
Sadaxlıda  yerləşmək  əmrini  verdiyini  bildirir  və  heç  nədən  çə­
kinmədən öz torpaqlarına qayıtmağı tövsiyə edir.1
 2
1810-cu ilin yay aylarında Hüseynqulu xan  Qara  bəy başçılı- 
ğındakı  qarapapaqlarla  və  Hüseyn  xan  başçılığındakı  kürdlərlə 
birləşib  Açıqbaşa  (İmeretə)  hücum  etmək  istəyir.  Bu  məqsədlə
1 AKAK, IV c.,  s.  698.
2 Yenə orada, s. 476.
92
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
o,  böyük bir qoşunla Axısqaya tərəf istiqamət götürür. Avqustun 
8-i  gecə yarısı  saat  8-də  İrəvan sərdan və qarapapaqlann  birləş­
miş dəstələri piketlər qurmaq üçün yola çıxmış rus bölmələri ilə 
qarşılaşırlar.  Aralarında baş vermiş döyüşdə  5  rus əsgəri  ölür, 4- 
ü  isə itgin düşür.
18  avqustda  Qara  bəyin  göndərdiyi  qarapapaq  atlılan  Güm- 
rü y ə  gələrək  oranın  post  rəisindən  Arpaçay  yaxınlığındakı  tar­
lalarda  işləyərkən  ruslar  tərəfindən  incidilməyəcəklərinə  dair 
yazılı  təminat  istəyirlər.  Qarapapaqlar  eyni  m əsələ  ilə  bağlı 
İrəvan sərdanna da müraciət edirlər.
H əm  İrəvan sərdan, həm  də canişin Tormasov əməksevər və 
m ərd  Osmanlı  qarapapaqlannı  öz himayələrindəki  ərazilərə  kö­
çürm ək  üçün  çox  səy  göstərirdilər.  General  Tormasov  31  av­
qustda  general  Portnyaginə  verdiyi  təlimatda  yazırdı:  «Mayor 
Kananovdan və yaxud sizin daha məqsədəuyğun hesab etdiyiniz 
başqa  bir  adamdan  istifadə  edərək  qarapapaqlan  öz  ailələri  ilə 
bizim  ərazilərdə  məskunlaşmalarına  razı  salmağa  cəhd  edin. 
Onları  mənim  adımdan  söz  verib  inandınn  ki,  əkinçilik  və 
heyvandarlıq  üçün  ən  əlverişli  torpaqlarla  təmin  olunacaqlar, 
təhlükəsizliklərini  ordu  hissələrimiz  qoruyacaq  və  onlara  5  il 
ərzində  hər  bir  sahədə  güzəşt  ediləcək».1  Pontryagin  canişinin 
sərəncamını  yerinə  yetirmək  üçün  fəaliyyətə  keçsə  də  heç  bir 
şeyə nail ola bilmirdi.  O, Tormasova 4 sentyabrda hazırladığı ra­
portda  yazırdı  ki,  bütün  çalışmalarına  rəğmən,  qarapapaqlar  on­
ların  tabeliyindəki  torpaqlara  köçməyə  qətiyyətlə  razılaşmırlar 
və  əksinə,  İrəvan  sərdarına  əvvəlkitək,  mütəmadi  olaraq  azuqə 
göndərirlər.
1810-cu il 3 sentyabr gecə saat 2-də general-mayor markiz F. 
O. Pauluççinin kəşfiyyata göndərdiyi polkovnik Peçerskinin dəs­
təsinin  üzvü,  B orçalı  kəndxudası  Ə ly a z   (İ ly a s )  ağa  xəbər 
gətirir ki, Hüseynqulu xan Axalkələk yaxmlığındadır və tezliklə 
oranı  tərk  etməyə  hazırlaşır.  Bunu  eşidən  Pauluççi  gecikmədən 
10-cu  və  15-ci  yeger alayı  tabeliyindəki  kazaklar və  Borçalı  qa-
1 Yenə orada, s.  734.
93


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə