KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.

səhifə1/57
tarix29.01.2018
ölçüsü144 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   57
22929

KƏXRİ  VALEHOĞLU
QARAPAPAQLAR 
VƏ ONLARIN XIX ƏSR 
HƏRB TARİXİ
-  7 Щ -
A »-b * y c .n  Reıpublikası Prezidentinin 
IdöiObi
PREZİDENT KİTABXANASI
BAKWOOS-____


V aleh oğlu F.
Q arapapaqlar v ə onların X IX   əsr h ərb   tarixi, 
Bakı, «Səda» nəşriyyatı, 2 0 0 5 ,2 4 8   s.
Redaktoru: 
Ə ziz Ə lək b ərli,
filologiya elmləri namizədi
R əyçilər: 
Şurəddin M əm m əd li,
filologiya elmləri doktoru, professor; 
Elxan  Poluxov,
tarix elmləri namizədi
Fəxri  Valehoğlunun (Fəxri  Valeh  oğlu  Hacıyevin)  bu  tarixi  mo­
noqrafiyasında  Azərbaycan  türklərinin  etnoqrafik  qruplarından  olan 
qarapapaqlann mənşəyi,  etnik sərhədləri, XIX yüzildəki  durumları  ilə 
bağlı  ətraflı  məlumat  verilir,  XIX  yüzil  qarapapaq  hərb  tarixi  araş­
dırılır.  Monoqrafiyada  oxucu  ilk  dəfə  qarapapaq  ərənlərindən  Qara 
bəy,  Nağı  xan,  Şərif  ağa,  Borçalı  Həşimoğlu,  Daşdəmir  ağa  və  di­
gərlərinin  XIX  əsrdə  Qafqaz  və  Doğu  Anadolu  bölgələrində  baş 
vermiş savaşlarda göstərdikləri  igidliklərdən,  eləcə  də  Borçalı, Qazax 
və  Şəmşəddil  mahallarının  sakinlərindən  təşkil  olunmuş  süvari- 
müsəlman  alaylarının  döyüş  yolundan  xəbər  tutacaq,  şanlı  qəhrəman 
Mehralı  bəyə  dair yeni  bilgilər  əldə  edəcək,  ustad  Aşıq  Məhəmməd 
Sadaxlının bu yenilməz sərkərdəyə  həsr etdiyi  «Mehralı  bəy»  dastanı 
ilə tanış olacaq. Monoqrafiya qarapapaqlann tarixi taleyi  ilə bağlı yeni 
faktlar baxımından zəngindir.
IS B N -586874-032-7
©  «Səda» nəşriyyatı,  2005.
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB  TARİXİ
KİTABIN İÇİNDƏKİLƏR
I  FƏSİL
QARAPAPAQLARIN MƏNŞƏYİ VƏ  ETNİK 
SƏRHƏDLƏRİ
1.1. Gürcüstan və Quzey Azərbaycan qärapapaqlan....................4
1.2. Qarapapaqlann m ənşəyi........................................................... 7
1.3. Tiflis və ətrafındakı qarapapaq elləri Rusiyaya
birləşdirildikdən sonra............................................................ 27
1.4. Cavaxet qarapapaqları............................................................. 59
1.5. Qərbi Azərbaycan (Ermənistan)  qarapapaqlan...................64
1.6.  Türkiyə qarapapaqları............................................................. 68
1.7. Güney Azərbaycan (İran) qarapapaqları................................80
II FƏSİL
XIX YÜZİL QARAPAPAQ HƏRB TARİXİ
2.1. Qarapapaqlar XIX əsrin ilk İran-rus və türk-rus
m üharibələrində.....................................................................85
2.2.  1826-28-ci  illə r R usiya-İran  savaşında
q a ra p a p a q la n n   iştira k ı...................................................... 96
2.3.  1828-29-cu  illə r R usiya-O sm anlı  savaşında
q a ra p ap a q la r.......................................................................109
2.4.  K rım   m ü h arib əsi  v ə  q arapapaqlar................................120
2.5.  1877-78-ci  illə r türk-rus  savaşı  və
M ehralı  b ə y ə   d air yeni  b ilg ilə r..................................... 158
ƏLAVƏLƏR
«Mehralı bəy» dastanı (Aşıq M əhəmməd Sadaxlı)..................195
Bizə qalan əsl borc...  (Zəlimxan Yaqub).................................. 244
Cazibe merkezi Konak («Yeni Ülke» qəzeti,  Sivas)............... 245
Mehralı bəyin (Aşıq İsm əti)........................................................246
3


FƏXRİ VALEHOĞLU
I  FƏ SİL
QARAP AP AQLARIN MƏNŞƏYİ VƏ 
ETNİK SƏRHƏDLƏRİ
Qarapapaqlar  Azərbaycan  türklərinin  daha  çox  tanınmış 
etnoqrafik qrupudur.1 
Onlar dörd  dövlətin  -  Gürcüstan,  A zərbaycan, 
Türkiyə v ə  İranın ərazilərində yığcam  yaşayırlar.
U .  GÜRCÜSTAN  VƏ  QUZEY  AZƏRBAYCAN 
QARAPAPAQLARI
Gürcüstanda  qarapapaqlar  kompakt  halda  ölkənin  cənub- 
şərq  hissəsində  ömür  sürürlər.  Burada yerləşən  M ameul  (1947- 
ci  ilədək Borçalı), Bolnis  (1943-ci  ilədək Lüksemburq),  Dmanis 
(1947-ci  ilədək Başkeçid)  və  Qardaban  (1947-ci  ilədək  Qaraya­
zı) rayonlarının əhalisinin əksəriyyəti qarapapaqlardan ibarətdir.
M am eul rayonunun  qarapapaq  yaşayış  m əntəqələri:  Mameul 
(Sarvan)  şəhəri,  Sadaxlı,  Qızılhacılı,  Məscidli  Görarxı  (Alget), 
Qaçağan,  Sabirkənd  (Mamğallı//Memgəlli),  Keşəli,  Qasımlı, 
Ağaməmmədli,  Təzəkənd,  Əzizkənd  (İvanbəyli),  Qaş  Muğanlı 
(Böyük Muğanlı),  Dəmyə-Görancı, Aşağı  Saral,  Kürtlər,  Yuxarı 
Qullar,  Təkəli,  Birinci  Kosalı,  İkinci  Kosalı,  Lecbəddin,  Şülə- 
ver//Şülöyür,  Daştəpə,  İmir,  Kürüstü  Kəpənəkçi  (Dəmirçihasan- 
lı-Kəpənəkçi), Qırıxlı, Ambarovka//Ambarlı,  Baydar, Mollaoğlu, 
Kirəc  Muğanlı,  Yuxarı  Saral,  Araplı,  İlməzli,  Ulaşlı,  Axıllələ, 
Axılmahmudlu,  Hacıisakənd,  Mamay,  Aşağı  Qullar,  Burma- 
Təzəkənd,  Sop,  Candar,  Seyidxocalı,  Qayaqocalı  (Yenikənd), 
Bəytərəfçi,  Quşçu,  Xancığazlı,  Baytallı,  Bala  Bəylər,  Hallavar,
1  Азербайджанцы.  Большая  Советская  Энциклопедия,  том  I,  Москва, 
1969, с. 278.
4
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB  TARİXİ
Böyük Bəylər,  Xutor-Lecbəddin, Ağqula, Xuldərə,  Şahbuzlu,  ... 
kəndləri;
Bolnis! I Bolus  rayonunun  qarapapaq  kəndləri:  Faxralı,  Bolus- 
Kəpənəkçi,  Arıxlı,  Darvaz,  Saraclı,  Kolagir//  Kolayır,  Zol- 
Göyəc  (Dzveli  Kveşi),  İmirhəsən,  Qoçulu, Bala Muğanlı, Dəllər, 
Ayorta,  Aşağı  Qoşakilsə,  Daşlıqullar,  Həsənxocalı,  Abdallı,  Ba- 
bakişilər  (Musapirian),  Aşağı  Güləver,  İncəoğlu,  Yuxarı  Qo­
şakilsə,  Cəfərli,  Mığırlı,  Yuxarı  Güləver,  Sarallar,  Arakel, 
Şəmşiöyü,  Dəmirli,  Çatax  (Poladaur),  Bəytəkər,  Əsmələr, 
Qaradaş,  Qaratikan,  Mollaəhmədli,  Səyahoğlu  (Sisqala),  Sənəb, 
Sarıməmmədli (Kibircik), A ğ alar,...;
Dmanis  {Başkeçid)  rayonunun  qarapapaq  kəndləri:  Yırğan- 
çay,  Hamamlı,  Yuxarı  Qarabulaq,  M əmişli,  Yuxan  Oruzman, 
Qızılkilsə,  Bəzəkli,  Səfərli,  Qəmərli,  Dağ  Arıxlı,  Aşağı  Oruz­
man,  Gəyliyən,  Yaqublu//Yavıxlı,  Kirovis,  Şindilər,  Dunus,  Ar- 
mudlu,  Gödəkdağ,  Qamışlı,  Qızılhacılı,  Şahmarlı,  Aşağı  Qara­
bulaq,  Dəllər,  Lök-Candar,  Qarakilsə  (Vake),  Mahmudlu,  Su- 
qala,  Örmeşən,  Əngirəvan,  Baxçalar,  Hüseynçay//Hüseyn-kənd, 
Çopuralılar,  Saca,  M əmişlər,  Salamməlik//Salaməleyk,  Boğaz- 
kəsən,  Söyüdlü,...
Qardaban  (Qarayazı)  rayonunun  qarapapaq  yaşayış  m əntə­
qələri:  Qardaban  (Qarayazı)  şəhəri,  Nəzərli//Nazarlı,  Soğanlıq, 
Kosalı,  Ağtəhlə,  Qaracalar,  Sərtcala-Muğanlı,  Candar,  Qaratəh- 
lə,  Vaxtanqis  (Voyovka),  Təzəkənd,  Birlik,  Kalinin,  Axalşen 
(Botanika), Aşağı K əp ən ə k çi,...  kəndləri.
Bu  dörd  rayonla  bərabər  ərazi-inzibati  cəhətdən  əhalisinin 
çox  hissəsini  qarapapaqlarm  təşkil  etdiyi  Kvemo  (Aşağı)  Kartli 
diyarına  (tarixi  Borçalı  mahalı)  daxil  olan  Tetritsğaro  (1943-ci 
ilədək  Ağbulaq)  rayonunun  Kosalar,  Şıxlı,  Namtvrian,  Nəbil- 
lər//Napilnar  və  Zalqa  (1932-ci  ilədək  Barmaqsız)  rayonunun 
Ərcivan-Sarvan,  Culuxlu (Tecis),  Qızılhacılı  (Çölyan), Novruza- 
lılar,  Minasazkənd  və  Gödəklər  kəndləri  də  qarapapaq  kəndlə­
ridir.
Gürcüstanın  gündoğarında  yerləşən  Qaxet  (inzibati  mərkəzi 
-  Telav  şəh.)  və  ortasında bulunan  Şida  (Daxili)  Kartli  (mərkəzi
5




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə