KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

FƏXRİ VALEHOĞLU
təsinə  başçılıq  etdiyinin  şahidi  olduqlarını  heyifs-lənərək  dilə 
gətirdikləri  D a rv a z lı  M e h r a lı  b ə y   isə  1877-78-ci  illər  rus- 
türk  savaşında  türk  ordusu  tərkibində  böyük  qəhrə-manlıqlar 
göstərmişlər.  Borçalı-Qazax  türklərinin  və  bütövlükdə  qarapa- 
paqlann XIX  əsrin rus-İran və  rus-türk  müharibələrində  iştirakı 
barədə  kitabın  növbəti  II  fəslində  tam  təfsilatı  ilə  geniş  bəhs 
edəcəyik.
Hərbi  sərkərdələrə  həsr  olunmuş  kitablara  istinadən  deyə 
bilərik  ki,  rus  ordusunun  19-cu  yüzil  Tiflis  və  Borçalı  doğumlu 
türk-müsəlman komandanlarından beşi general  rütbəsinə yüksəl­
məyə müvəffəq olmuşdur.1 Bu generallardan üçü Yadigarov,  iki­
si  isə Ağalarov  soyadını  daşımışdır.  Onlardan  1816-cı  il  aprelin 
18-də  Tiflisdə  dünyaya  göz  açıb  1880-ci  ildən  sonra  Tiflisdəcə 
dünyasını  dəyişmiş  H ə s ə n   b ə y   A ğ a la r o v   Krım  savaşının 
başlarında  müsəlman  alayına  komandanlıq  etmişdir.  1857-ci  il­
dən  general-mayor rütbəsini  daşıyan  H.  Ağalarov  1877-78-ci  il­
lər  rus-türk  müharibəsində  iştirak  edib  08.05.1877-ci  il  tari­
xində  general-leytenant  rütbəsi  almışdır.  I  dünya  müharibəsinin 
iştirakçısı,  13  №-li  İrəvan  leyb-qrenader  alayının  zabiti  İly a s 
Ə liy a r  oğlu  A ğ a laro v   7  iyun  1860-cı  ildə  Tiflisdə  dünyaya 
gəlmişdir.  1912-ci  ildə Qafqaz sapyor-səngər batalyonunun baş­
çısı  olmuş,  1913-cü  ildə  isə  general-mayor  rütbəsini  almış 
İ. Ağalarov həyatla  1917-ci ildən sonra vidalaşmışdır.
Əsilləri  Borçalının  Təkəli  kəndindən  olan  zadəgan  Yadi- 
garoğullan  nəslinin  ilk  generalı  İ s r a f i l   b ə y   M u s ta f a   b əy 
oğ lu   Y a d ig a r o v   (1818  -   06.02.1884)  Krım  savaşında  Şirvan 
türklərindən təşkil  olunmuş  2  saylı  süvari-müsəlman  alayına ko­
mandanlıq  etmişdir.  Ona  06.11.1866-cı  il  tarixində  general-ma­
yor,  1869-cu ildə isə general-leytenant rütbəsi verilmişdir.  İsrafil 
bəyin  oğlu,  1854-cü  il doğumlu  H ə s ə n   b əy   general-mayor rüt­
bəsinə  1903-cü  ildə  layiq  görülmüşdür.  O,  1877-78-ci  illər  rus- 
türk  və  I  dünya  müharibələrində  döyüşmüş,  Qafqaz  pi-yada
1  Bax:  L.Dolidze  Gürcüstanlı  generallar,  Tiflis,  2003,  s.  24,  52  və  111 
(gürcücə)',  Ş. Nəzirli.  General  Yadigarov qardaşları, Bakı,  2004.
34
QARAPAPAQLAR  VƏ  ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
alaylarından  birinə  başçılıq  etmişdir.  Həsən  bəy  Yadigarov 
1934-cü  ildə  dünyadan  köçmüşdür.  Qeyrətdə  və  xeyriyyəçilik­
də  ad qazanmış Yadigaroğullarınm daha bir general nümayəndə­
si  Ə sə d u IIa   b ə y   1844-cü  ildə  Təkəlidə  anadan  olmuşdur. 
1877-78-ci  illərdə baş vermiş  müharibədə  Balkan cəbhəsindəki 
hərbi əməliyyatlarda fəal iştirak etmiş Ə.  Yadigarov  1881-ci  ildə 
Qafqaz  Hərbi  Teleqraf  parkının  komandiri,  1883-cü  ildə  isə 
Qafqaz  sanitar batalyonunun komandiri  təyin olunmuşdur.  Niza­
mi  orduda  otuz  illik  xidmətdən  sonra  ona  1895-ci  ildə  general- 
mayor rütbəsi  verilmişdir.  Əsədulla  bəy Yadigarov  1901-ci  ildə 
Tiflisdə vəfat etmişdir.
1826-28-ci  illər  Rusiya-İran  və  1828-29-cu  illər  Rusiya-Os- 
manlı  müharibələrində  rus  ordusunda  xidmət  edib  cəsarət  gös­
tərmiş  tanınmış  borçalılardan  biri  Arıxlı  kəndinin  sakini,  adını 
bir az əvvəl yuxarıda xatırladığımız məşhur qaçaq ƏH  a ğ a   E y - 
y u b   a ğ a   oğlu  olubdur.  1843-cü  ilin  kameral  siyahısından  pra- 
porşik Əli  ağanın Eyyub ağa (1815-ci  il təvəllüdlü), Mustafa ağa 
(1819-cu  təv.),  M əmməd  ağa (1821  təv.),  Emin  ağa (1825  təv.), 
Abdulla  ağa  (1828-ci  təv.),  Məmmədəli  ağa  (1833-cü  təv.)  və 
Süleyman  ağa  (1838-ci  təv.)  adlı  7  oğlu  olduğu  aydınlaşır.1  On­
lardan  Emin  ağa  praporşik,  Mustafa  ağa  isə  ştabs-kapitan  rütbə- 
siylə  1873-cü ildə Lori pristavlığında dövlət qulluğunda olublar.
Gürcü tarixçisi  və  etnoqrafı Luka İsarlovun  Əli  ağanın m ərd­
liyini  və  qorxmazlığını  üzə  qoyan  bir  yazısını  maraq  doğuraca­
ğını  nəzərə  alaraq  tam  şəkildə  olduğu  kimi  diqqətinizə  çatdır­
mağı  lazım bildik:
«General  Yermolovun  vaxtında  Cənubi  Qafqaz  diyarında  vəziy­
yət ağır olaraq qalırdı.  İndiki Axalsıx (Axalsixe) və Axalkələk qəzaları 
Türkiyə  tərkibində  paşalıq  idilər.  Axalsıx  paşası  qaçaqlara,  ləzgilərə 
və  ümumən  bizim  dağlılara  himayədarlıq  edərək  sığınacaq  verir  və 
onların vasitəsilə  bizim o  zamankı sərhəd kəndlərimizi narahat edirdi. 
«Qaçaqlar» dəstələrlə bizim oradakı sakinlərimizə hücum edib çoxunu
1 Gürcüstan Mərkəzi Tarix Arxivi, f. 254, s.  1, № 2048, v.  26.
35


FƏXRİ VALEHOĞLU
esir götürərək  Türkiyədə, bizim  qaçaqların  sığınacaq  tapdıqları  Axal- 
sıxda satırdılar.
Suram  istiqamətindən  Yuxan  Kartliyə  v ə  yaxud  Qori  qəzasına 
edilm iş  b elə  hücumlardan  birində  soyğunçuların  əsir  götürdükləri 
sakinlərin  arasında  knyaz P.-nin  (çox  güman ki,  knyaz  Palavandovun- 
F.V.)  xanımı  knyaginya  Maya  da  var  idi.  Qaçaqlar  onların  hamısını 
Borcom  yolu  ilə  Axalsıxa  apardılar.  Bu  hadisə  1818-ci  ild ə  baş 
vermişdi.  Paşa  knyaginya  Mayanı  özünə  arvad  edib  hərəm xanasına 
götürdü  v ə   m üvəqqəti  olaraq  pravoslav  dininə  etiqad  etm əy ə  icazə 
verdi.  Onun  əri  knyaz  P.  v ə  qohumları  bu  hadisəylə  bağlı  çox  k əd ər­
lənirdilər v ə   nəhayət əsir xanımı  müsəlmanların  əlin d ən   ərin ə  qaytar­
maq  üçün  hökumət  yardımı  göstərm əsi  xahişi  ilə  general  Y erm olova 
müraciət  etdilər.  Açıq-aşkar  qüvvə  ile  A xalsıxa  hücum a  keçib  paşam 
knyaginyanı  azad  etm əyə  məcbur  edə  bilm əm əsi  Y erm olova  çox  ağır 
gəlirdi.  Buna görə d ə o orijinal bir üsula ə l  atdı.

zamanlar  Borçalı  distansiyasının  Arıxlı  kəndinin  sakini  Ə li  ağa 
qaçaq  düşmüşdü.  O,  əm əlləri  üzərində  cinayət  işi  aparıldığı  vaxt 
Tiflis  həbsxanasından  qaçmışdı  v ə   Borçalıda  -   M əngilis  v ə   P əm bək 
(Aleksandropol  qəzası)  ətrafında,  eləcə  də  Qars  paşalığınm   hüdudları 
çərçivəsində  qarət  v ə   soyğunçuluqla  m əşğul  olurdu.  Y erli  p olisin   və 
distansiya  pristavlannın  ciddi  axtarışlarına  baxmayaraq  heç  cür  ə lə  
keçirilə  bilmirdi.  Bütün  yerli  sakinlər  qoçaq  qaçaq  kim i  ondan 
qorxurdular.  O həqiqətən ucaboylu, dolu bədənli, zirək m in ici,  cəld  v ə  
yaxşı  nişançı,  cəsur  v ə   çox  güclü  idi.  Əli  bilirdi  ki,  onu  tutsalar  ya 
asacaqlar,  ya da ki,  Sibirə katorqaya göndərəcəklər,  sonuncu  tatarların 
o  dövrdəki  düşüncələrinə  görə  daha  ağır  cəza  hesab  edilirdi  («Y a 
qəbir,  ya  Sibir» deyim i o vaxtdan qalmadır -  F.  V.).
General  Yerm olov  onun arxasınca  öz  müvəkkilini  göndərdi  ki,  Əli 
ağa  şə x sə n ,  xüsusi  işlə  əlaqədar  g izlicə  yanma  g ə lsin .  Əli  ağa 
m üvəkkil  ona  sərdarın  əmrini  çatdırdıqda  təəccübləndi,  Borçalı  tata­
rının  qüruru  üçün  Yermolov  kimi  böyük  sərdarın  onunla  şə x sə n ,  həm  
də  g iz lic ə   görüşüb  danışmaq  istəyi  böyük  fərəh  idi.  Ə li  ağa  sərdarın 
onu  aldadıb 
b elə  ləyaqətsiz  üsulla  cəzalandırmayacağmdan  əm in 
olduğu  üçün  bir  dəqiqə  belə  düşünm ədən  cəsarətlə  Y erm olovun 
yanma  getdi.  Öz  d əstəsinə  isə  əlverişli  bir  iş  üçün  getdiyini  elan  edib, 
onu şərtləşdikləri m əlum  yerdə  gözləm elərini  tapşırdı.
Ə li  ağa  silahlı  vəziyyətd ə  sərdarın  qarşısında  dayananda  onun 
boy-buxunu,  cəsur  görkəmi  v ə   Ə li  ağanın  igidlik  sim asını  daha  da
36
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
artıran  sakit  təvazökarlığı  özü   də  m ərd  olan  Y erm olovu  h eyrətə 
gətirm işdi.  Y erm olov dedi:
-   Salam  Ə li  ağa.
Ə li  ağa  heç  n ə  cavab  verm ədi,  diyarın  ə n ə n ə sin ə   uyğun  olaraq 
əlini  ürəyinə  qoyub  əm r  g ö zləy ən   insan  görkəm ini  alaraq  qurşağına 
qədər tənzim  etdi.
« S ən   bilirsənm i,  Əli  ağa,  d eyə  Y erm olov  sözlərin ə  davam  etdi, 
m ən  bilirəm   sən   n ə  ilə   m əşğul  olursan.  Bu  ə m əllər  senin  kim i  ig id ə 
yaraşmır.  S ən   m ən im   tapşırığımı  yerinə  yetirsən  m ən  sən i  əfv  
ed əcəm ,  yox,  ə g ə r  yerinə  yetirm əsən m en   sən i  asacam!  ...  Eşidirsən? 
M ən  sən i  tanıyıram,  sən   də  m əni;  m ən  ö z  sözüm ü  yerinə  yetirəcəm . 
Bax  iş  n ə  yerdədi:  knyaginya  Maya  P.  soyğunçular  tərəfindən  əsir 
götürülüb v ə  indi  A xalsıx paşasının hərəm xanasm dadı;  sən   onu oradan 
ərinə  qaytarmaq  üçün  m ənim   yanıma  gətirm əlisən!  Eşidirsənm i,  Ə li 
ağa?»  Sonra  əlini  Əli  ağanın  çiyninə  qoyaraq  (bu  sonuncu  üçün böyük 
şə r ə f idi),  Y erm olov  davam  etdi:  «Bax  Əli  ağa!  S ən   bunu m ənim   üçün 
etm əlisən   və  inanıram ki,  yerinə yetirəcək sən ».
Ə li  ağa  tərcüm əçi  ona  sərdarın  sözlərini  çevirdiyi  zaman  sə ssiz  
dururdu.  Sonra o  sərdara dərin tənzim  edib dedi:
-   Sərdar!  m ən im   həyatım   sən in   əlindədir,  ona  görə  d ə  m ən  sən in  
əmrini  yerinə  yetirm ək  üçün  başım ı  qoyacam .  Ancaq  m ən ə  əsirlikdə 
olan  xanım ın  ərinin  kiçik  bir  məktubu  lazım dır  ki,  m ən   A xalsıxda 
olanda  k im liyim ə  v ə   n ə  üçün ora getdiyim ə  inansın.
-  Halal  olsun,  bu düzdür!  -  d eyə  Y erm olov cavab verdi...
Ə li  ağaya  knyaz  P.-nin  məktubunu  verdilər  v ə   o  T iflisdən  y o x  
oldu.  Bütün  bunlar m əx fi  baş  verirdi.  Ə li  ağa  onu  g ö z lə y ə n   d əstəsinin  
yanma  getdi  v ə   bu  d ə stə y lə   bir  yerdə  bizim   türk  sərhədindəki  Zalqa 
kəndlərinə  guya  ki,  uğursuz  olan  bir  n e ç ə   hücum   etdi,  oralarda  hay- 
küy  salıb  guya  onu  iz ləy ən   ruslardan  yaxasını  qurtarmaq  üçün 
A x a lk ə lə y e ,  sonra  da  A xalsıxa  qaçdı.  Orada  o,  ruslardan  qaçm ış  v ə  
sünnü,  y ən i  A xalsıx  türkləri  ilə   eyni  m əzh əb d ən   olan  bir  adam  kimi 
tezlik lə  diqqət  m ərkəzində  oldu.  O,  çevik  v ə   fədakar m inici  kimi  ona 
cıdır  yarışlarında  ən   hirsli  v ə   sürətli  atlar  gətirən  o   dövrdəki  cəsu r 
yeniçərilər arasında tez məşhurlaşdı.
Onun  m inici  v ə   atların  b ilicisi  təki  şöhrəti  paşaya  da  çatdı.  Paşa 
onu  h ərəm i  ilə  birgə  yaşadığı  qalaya  m ehtər  teyin  etdi  v ə   özünün 
atlarının  ham ısını  v ə   tö v lə  işçilərini  ona tapşırdı.  Əli  ağa h əq iq ətən   də 
paşanın  bütün  atlarını,  xüsusilə  də  ərəb  atlarını  m in iy ə,  qoşquya
37


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə