KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   2   3   4   5   6   7   8   9   ...   57

FƏXRİ VALEHOĞLU
abidəsi  «İqor  polku  dastanı»nda  təsvir  edilir)  zamanı  onun  or­
dusunu  məğlubiyyətə  uğradan  və  rus  knyazının  özünü  əsir  gö­
türən  qıpçaq  xanı  Qonçağm  qardaşı  da  Gürcüstan  çar  sarayında 
önəmli vəzifələrdən birini icra edirdi.  Qeyd edək ki,  çar Tamara 
Dağıstanda,  qıpçaq  kəndi  yaxınlığında  dəfn  olunmuşdur.'  Qon- 
çaq  xan  həmyerlilərinin  yaşadığı  Gürcüstan  dövləti  ilə  sıx  əla­
qələr qurmuşdu. Rus məxəzlərində onun ordusunda xidm ət edən 
əsgərlərdən  Gürcüstandan  gətirildiyi  guman  edilən  bir  müsəl­
manın döyüş  zamanı heç kəsin görmədiyi  canlı  od  atan  silahdan 
istifadə etməsi faktı xüsusi vurğulanır.
XII  yüzildə  qıpçaqlar  Azərbaycan  ərazisində  də  mühüm 
mövqeyə  malik  idilər.  Xatırladaq  ki,  o  dövrdə  qurulmuş  Azər­
baycan  Atabəylər  dövlətinin  banisi  Şəmsəddin  Eldəgəz,  eləcə 
də  XII  əsr dahi  Azərbaycan  şairi  Nizami  Gəncəlinin  həyat  yol­
daşı Afaq xanım qıpçaq əsilli idilər.
XI-XIII  əsr  gürcü  mənbələrində  Şərqi  Gürcüstan  əhalisinin 
əksəriyyətinin  türk  tayfalarından  ibarət  olduğu  üçün  «Didi 
Turkoba»  {«Böyük  Türklüb)  adlanırdı.  Son  köçlə  Gürcüstana 
gələn qıpçaqların bir hissəsi onlardan öncə bu bölgədə yerləşmiş 
soydaşlarına qarışıb müsəlmanlaşaraq öz milli kimliklərini,  türk­
lüklərini  qorusalar  da,  bir  hissəsi  zaman  ötdükcə  gürcülərin 
(kartvellərin) içində əriyirlər. Gürcüləşmiş qıpçaqlar barədə Mu­
rad Acı yazıb:  «Onlar əsrlər boyunca gürcü mədəniyyətinin təsi­
ri altına düşdülər,  onunla doğmalaşdılar, gürcü və svan adlanma­
ğa  başladılar.  Köklər  unudulsa  da,  Azərbaycan  və  Gürcüstana, 
qan  qardaşı  olan  iki xalqa öz indiki əlaqələrini  artıq  başqa cür -  
qardaşcasma qurmağa zəmin yaradan tarix unudulmayıb».1
 2
«XII-XIII yüzillərə gəldiyimizdə Borçalı və Qazaxlı uruqları 
artıq  tərəkəmə  olaraq  adlandırılırdı.  Ozan  Əmrah  şerlərində  tə­
rəkəmə  gözəllərindən  söz  edirdi.  Aşıq Qərib  Qazax  çayı  boyla­
rını  tərəkəmə  yaylaqları  deyə  öyürdü».3  Şurəddin  Məmmədli:
1 M. Acı, göstərilən əsəri, s.  316.
2 M. Acı, göstərilən əsəri, s. 256.
3 O. Yeniaras, göstərilən əsəri, s. 33.
22
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB  TARİXİ
«Hələ X II-XIV yüzillərdə qıpçaqların yaylaqları  olmuş Qaraqal- 
xan  dağı  Ağ  Araqvi  (Qaraqalxan)  çayı  boylarındaydı,  onu  Aşıq 
Qərib tərəkəm ə oylağı deyə vəsf edib».1
H.  Çetinkaya  tərəkəm ə  sözünün  etimologiyasının  tərək*  + 
əmə  sözlərindən  doğduğunu  ehtimal  edir.  O  bunu  türk  boyla­
rında  bəzi  ağac  növlərinin  mifoloji  boyutlarmm  varlığı  və  türk 
ellərində  çoxsaylı  tərək-ağac  pirlərin  mövcudluğu  ilə  əsas­
landırır.  Qeyd edək ki,  Borçalıda müqəddəs  sayılan belə  ağaclar, 
yəni  ağac-ziyarətgahlar  çoxdur.  Onlardan  ən  tanınıb-smanmışı 
Mameul şəhəri yaxınlığındakı « Ulu çinar» ziyarətgahıdır.  H ər il 
Novruz bayramında «Ulu çinar» daha qələbəlik olur. H.  Çetinka- 
yamn təxmininə görə, tərəkəm ələr maldarlıqla məşğul olmamış­
dan  əvvəl  ormançılıqla  (meşəçiliklə)  məşğul  olurdular.  O  tarix­
dən  Anadoluda  adları  ormanla-ağacla  əlaqəli  olan  Taxtoç//Tax- 
tacı  və  Ağacəri  kimi  türkmən  boylarının  ömür  sürdüyünün  m ə­
lum  olduğunu  və  türklərin  «tərək»  ismini  mənbəyi  Qafqaz  dağ­
larının  Gürcüstan hissəsi,  mənsəbi X əzər dənizi  olan Terek//Tə- 
rək  çayına  verdiklərini  yazır.2  Bəzi  tədqi-qatçılar bu  sözün  ərəb 
hökmranlığı  zamanı Qazaxlı və Borçalı uruqlannm yaşadığı böl­
gələri idarə edən Tərki-Məkkəlilərin adından törədiyini, bəziləri 
isə  qarapapaqlann  səlcuqlar  döv-ründə  türkmənləşdiyini  və  tə­
rəkəm ə  sözünün  də  türkmənlər  mənasına  gəldiyini  hesab  edir­
lər.  Misal  üçün,  Türkiyəli  filoloq,  professor Əhməd  Bican  Ərci- 
lasun tərəkəm ələrin aşıq ənənələ-rini  qüvvətli  bir şəkildə yaşat­
maqlarını  və  mani  yerinə  bayatı  təbirini  işlətmələrini  türkmən­
lərə  bağlayır.  XVII  əsrdə Bor-çalıya yolçuluq etmiş məşhur türk 
səyyahı  Övliya  Çələbinin  qeydlərindən:  «Dəmirçi  Hasan  qəsə­
bəsinə  gəldik.  Burası  əski-dən  türkmən  şəhri  imiş.  Halən  qış 
aylarında Türkmən qəbilələ-rinə yurd olur».3
1 Ş.  Məmmədli, göstərilən əsəri, s.  55.
* Tərək əski türkcə ağac deməkdir.
«Karadeniz araştırmaları» dərgisi, 2004,  sayı  2, s.  50-51.
3 Evliya Çelebi seyahatnamesi, II cild, İstanbul,  1976,  s.  553.
23


FƏXRİ VALEHOĞLU
Beləliklə,  bütün  deyilənlərdən  və  yazılanlardan  belə  bir 
məntiqi  nəticəyə gəlinir ki,  qarapapaqlar eyni  zamanda  qıp­
çaq  və  oğuz  türklərinin  maddi-mənəvi  dəyərlərini  daşıyan 
və  inkişaf etdirən  bir  türk  boyudur.  Türkiyənin  en  böyük  və 
nüfuzlu təhsil  ocaqlarından sayılan Ərzurum Atatürk Universite­
tinin doktoru Səmra Alyılmaz da qarapapaqlarm  «həm  qıpçaqla­
rın,  həm  də  oğuzların  Qafqazlardakı  təmsilçisi  durumunda»  ol­
duğu  qənaətinə  gəlir:  «Qarapapaqlarm  bu  torpaqlarda  yiizil- 
lərdən  bəri yaşadıqları,  böyük  bir  qisminin  Səlcuqluların  Gür­
cüstanın fəthindən  öncə,  bir qisminin  isə  Səlcuqluların  Gürcüs­
tanı fəthiylə birlikdə müsəlmanlığı qəbul etdiyi və  bu səbəblə  də 
Qıpçaq və Oğuz türkləri  (türkmənlər)  arasında  bir qaynaşmanın 
yaşandığı,  Qarapapaq//Tərəkəmə deyə adlandırılan boyun da  bu 
qaynaşma sonucunda ortaya çıxdığı  (doğduğu) söylənə bilir».'
Bəs  türklərin  Gürcüstan  və  Qərbi  Azərbaycan  ərazilərinə 
məskun olmalarına dair qarapapaq obalarındakı qəbiristanlıqların 
vaxtilə  zəngin  olduğu,  ancaq  çoxunun  baxımsızlıq  ucbatından 
qırılıb parçalandığı və yaxud tarixin izlərini  silmək üçün  qəsdən 
sıradan  çıxarıldığı  qoç  h ey k əlləri  nə  deyir?  Orxon-Yenisey 
yazıları  ilə  bağlı  qədim türk kültür və mədəniyyətinə  dair  dərin 
araşdırma  və  incələmələr  yapan,  Orxundan  tutmuş  Anadoluya 
qədər  (Borçalı  da  daxil  olmaqla)  qoç  heykəllərini  bir-bir  təsbit 
edib  CD-lərini  hazırlayan  türk  alimi  Cengiz  Alyılmaz  qoç  hey­
kəllərinin  tarixini  olduqca  əskilərə  dayandırmaqdadır.  C.  Alyıl- 
maz  igidliyi,  qəhrəmanlığı,  döyüşkənliyi  bildirən  qoç  heykəl­
lərinin  Göytürk  və  Uyğur  dönəmlərində  o  dövrün  daha  çox 
tanımış  insanlarının  məzarlarının  başına  qoyulduğu  görüşünü 
müdafiə  etməkdədir.  Türk  boylarına  aid  qoç  heykəllərinin  ilk 
örnəklərinə türklərin qədim ata-dədə yurdu Monqolustanda sıx - 
sıx  rastlandığını  qeyd  edən Alyılmaz  hazırladığı  əsərlərdə  onla­
rın foto şəkillərinə də yer vermişdir (Bax:  Osman Fikri  Sertkaya, 
Cengiz  Alyılmaz,  Tsendiyn  Battylqa.  Monqolustandakı  Türk
1  S.  Alyılmaz,  Borçalth  bilim  adamı,  eğitimci,  şair  Valeh  Hacılar,  Ankara, 
2003, s. 4.
24
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
anıtlar  projesi  albomu,  Ankara,  2001,  s.  54-56,  249,  256-259, 
262,  263,  271,  300).  Akademik  Budaq Budaqov  da bir çox  araş­
dırıcının  bu  abidələri  Qaraqoyunlu  və  Ağqoyunlu  tayfaları  ilə 
əlaqələndirm ələriylə  razılaşmır  və  hələ  eramızdan  əvvəl  Altay 
türklərinin  qoç  daşları  düzəltdiklərini  qeyd  edərək  yazır:  «Qəri­
bədir,  müsəlman  dininə  görə  qəbir elə  düzəldilməlidir ki,  iki-üç 
ildən sonra qəbir itib batsın.  Ancaq həmin qəbirlərdə qoç daşları 
sinədaşı  qoyulmaqla  bu  ənənə  pozulmuşdur»'.  M.  Acıya  görə 
qədim  türklərdə  qoç  (qoyun) bolluq,  varlılıq, rifah;  aslan isə  güc 
rəmzini  ifadə  edirdi  və  onların  şüurunda  qoç  aslandan yüksəkdə 
dururdu1
 1
 2.  M.  Seyidov:  «Əski  türk  xalqlarında  qoyun  verimliyin- 
məhsuldarlığm,  artımın  (quzulamamn)  zoomorfik  onqonu  sayıl­
mışdır.  Ulu baba Oğuz qağan  da oğlanlarının  gələcəkdə törəyib- 
artmaları,  firavan  dolanmaları  üçün  onlara  elə  qoyunu  onqon 
verir...  Xaqaslarda əskidən qoyun heykəli -  quze-menqir qoyun­
ların  döllənməsinə,  balalaiasına  yardım  edən  onqon  imiş.  Onun 
ümumi  artıma,  məhsuldarlığa  da  yardım  etdiyinə  inanır-mışlar. 
Elə  buna  görə  də  xaqaslar  uğurlu  məhsul  bayramını  (taxıl  biçi­
mindən  sonra)  -   toyu  quze-menqirin  yanında  keçirir,  şərəfi-nə 
qurban kəsir və qurbanlıqdan ona pay verirmişlər»3.
XIII-XVIII  əsrlər  arasında  Qazax  və  Borçalı  mahalları 
müəyyən  zaman  ardıcıllığı  ilə  Xarəzmlilərin,  Elxanilərin  (mon­
qolların),  Teymurilərin,  Qaraqoyunluların,  Ağqoyunluların,  Qı­
zılbaşların,  Osmanlıların  hakimiyyəti  altına  keçir.  Bu  dövrlərdə 
də  Qazax-Borçalı  daxilinə  və  xaricinə  bəzi  türk  tayfalarının 
köçləri  olur.  XVIII  əsrin  ikinci  yarısında  bu  bölgədə  yaşayan 
Kəngərlilərin  bir  çox  qolu,  Cinli,  Səfıkürd,  Dəmirçihəsənli,  Qı­
zılhacılı  və  b.  tayfalar Gəncəbasar,  Şirvan  və  Qarabağ  mahalla­
rına  mühacirət  edirlər.  Bəzi  mənbələr  1757-ci  ildə  Qarabağa 
1500  ailənin  köçdüyünü yazır.  Çox  güman  ki,  hal-hazırda ərazi- 
inzibati  cəhətdən  Goranboy  rayonuna  daxil  olan  Cinli-Boluslu,
1 B. Budaqov.  Çobankərə eli, Bakı,  1996, s. 30.
2 M. Acı, göstərilən əsəri, s.  109.
3 M.  Seyidov, göstərilən əsəri, s.  140-142.
25


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə