KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   2   3   4   5   6   7   8   9   ...   57

FƏXRİ VALEHOöLU
(Dağıstan) qıpçaqlarından Murad Acı Qafqazın şimalındakı tarixi 
Şamxaliya  torpaqlarının  sakinlərinin,  o  cümlədən  kazakların 
əvvəlcə  qıpçaqlar,  xəzərlər,  sonradan  isə  Qafqaz  tatarları 
adlandığını  yazır.1  Onun  sözlərinə  görə,  1863-cü  ildən  sonra 
kazakların əksəriyyəti slavyanlaşır və yalnız rus dilindən istifadə 
edirlər.  Ancaq onların bəziləri  indi də öz ana dilini  qoruyub sax­
layıblar.  Rus  ədəbiyyatının  klassiki  Lev  Tolstoyun  «Kazaklar» 
povestində  kazakların  türk  kökənli  olduğu  açıq  nəzərə  çarpır. 
2002-ci ilin əhali sayımında Don kazakları  öz istəkləriylə sayım 
anketlərinin  «milliyət»  bölümündə  «kazak»  kəlməsini  yazmış­
dılar.1
 2 Rusiyada kazakların toplam sayı 8 milyona yaxındır.
Qarapapaq  və  tərəkəm ə  eyni  uruğa  verilən  cüt  addır.3 
XVIII  əsrin  ikinci  yarısında  Şimal-Şərqi  və  Cənubi  Qafqaza 
səyahət etmiş akademik Hildenştedt buradakı türkmənlərin digəı 
adının  tərəkəmə  olduğunu  yazırdı.4  Qeyd  edək  ki,  qıpçaq  m ən­
şəli  qumuq  türklərinin  üç  ən  böyük  qolundan  biri  tərəkəm ə  ad­
lanır.  Türkiyəli  araşdırıcı,  1995-ci  ildə  Ankarada  nəşr  olunmuş 
«Terekemeler  (Karapapaklar)»  kitabının  yazarı  (Səlahəddir 
Dündarla birlikdə)  Heydər  Çetinkaya Dəmirqapı  Dərbəndin  qu­
zeyində  yerləşən  Bərəkəy,  Vəlikənd,  Cəmikənd,  Padar,  Məm- 
mədqala,  Dəli  Oban,  Selik,  Qaradağlı,  Tatar  və  Ulu  Tərəkəme 
kəndlərində  bugünün  özündə  D a ğ ıs ta n ın   q a ra p a p a q   ta y f a ­
la rın ın   yaşadığını  yazır.5  Əlavə  edək  ki,  Dərbənd  civanndakı. 
12  para  kənddə  ömür  sürən  yurddaşlarımıza  və  Azərbaycan 
türklərinin  Şirvanda  (Hacıqabul,  Şamaxı,  Ağsu  rayonlarında) 
yaşayan etnoqrafik budaqlarından padarlara, eləcə də Qarabağın
1 M.  Аджи.  Европа,  Тюрки, Великая Степь, Москва,  1998,  с.  7-8.
2  Yunis  Nəsibli.  Kozaklar  ve  Kuzey  Kajkasyanın  slavlaşmasındakı  rolleri, 
«Karadeniz araştırmaları» dərgisi, 2004,  sayı 2,  s.l.
3 Ahmet Caferoğlu. Doğu illerimiz ağızlarından toplamalar, I, Kars,  Erzurum, 
Çoruh ilbaylıkları, İstanbul,  1942,  s. XV.
4  И.А.Гильденштедт.  Географическое  и  статистическое  описание  Гру­
зии и Кавказа,  СПб,  1809, с.  109.
5  Haydar  Çetinkaya.  Karapapah  Türklerinde  halk  inançları,  «Karadeniz 
araştırmaları», 2004, sayı 2, s.53.
10
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Arazqırağı  kəndlərində  (Füzuli  və  Cəbrayıl  rayonlarında)  yaşa­
yanların  bir hissəsinə  tərəkəm ələr  deyirlər.  M.  Acı:  «Dillərinə 
və m ədəniyyətlərinə  görə  qaraçaylar,  balkarlar,  qumuqlar,  Krım 
tatarları,  qaqauzlar,  tərəkəm ələr  tamamilə  eynidirlər...».1  Əski 
qıpçaq  ellərindəki  yer-yurd  adlarının  oxşarlığı  da  gözardı  edil­
məməlidir.  M əsələn,  Qaraçay-Çərkəz  Muxtar  Cümhuriyyətində 
və  Qazaxıstanın  Taldı-Kurqan  vilayətində  Təkəli  şəhərləri  var, 
Krımda  19-cu  əsrdə  Baydar kəndi  olub.  Xatırladaq  ki,  Borçalıda 
da Təkəli və Baydar kəndləri mövcuddur.
Ünlü  türk  tarixçisi  Əhməd  Zəki  Vəlidi  Toqan  qarapapaqları 
ərəb  m ənbələrində  qarabörklü,  rus  m ənbələrində  çyom ıe  klo- 
buki  və  monqol  qaynaqlarında siyah  külahan  adı  ilə  tanınan  bir 
qıpçaq  qəbiləsi  hesab  edirdi.  Türk  irqinin  ən  yaraşıqlı  soyundan 
olan cəsarətli qıpçaq tayfalarından,  o cümlədən Qıpçaq çölündə­
ki  Dnepr  çayı  vadisində  yaşayan  «çyom ıe  klobuki»  (qaraşişpa- 
paqlar)  qövmündən  m üxtəlif dövlətlər  öz  sərhədlərini  qorumaq 
və  genişləndirmək  üçün  istifadə  ediblər.  XI-XII  əsrlərdə  rus 
knyazlarına  xidm ətə  keçən  qıpçaqlar peçeneqlər,  berendeylər, 
türpeylər,  kovuylar  və  oğuz  türklərinin  şimal qolunu  təşkil edən 
torklarla  birlikdə  «çyornıe  klobuki»  ümumi  adıyla  Kiyev dövlə­
tinin  hüdudlarını  qoruyurdular  (Qeyd  edək  ki,  qıpçaqlar  rus 
knyazlıqlarmın  sunurlarında  ilk  dəfə  1055-ci  ildə  Boluş//Bolus 
xanın başçılığında görünüblər).
Rus  m əxəzlərində  «çyomıe  klobuki»lərin 
qonşuluğunda 
yaşayan  və  Pridneprovyedə  (Dnepryanı  ərazidə)  ən   döyüşkən 
ordudan  birinə  malik  olan  qıpçaq  tayfa  birliklərindən  «burçe- 
v/ç»lərin  adı  çəkilir.  Rus  tədqiqatçısı  S.  Pletneva  şərq  qaynaq­
larında  burcoğlu,  əl-buri  kimi  göstərilən  «burçeviç»lərin  öz 
adını türkcə qurd anlamı verən börü sözündən götürdüklərini  və 
Dnepr  çayının  sol  axarlarından  Volçye  çayının  (Qurd  çayı)  adı­
nın  da  onlara  bağlı  olduğunu  ehtimal  edir.2  Türk  bəlgələri  orta
1 M. Acı,  göstərilən əsəri, s.  7.
2 C.  А.  Плетнева. Половцы, Москва,  1990, с. 102.
11


FƏXRİ VALEHOĞLU
əsrlərdə  Güney  Anadoluda,  Diyarbəkir//Diyarbakır  tərəflərdə 
borçoğlu boyunun bulunduğunu göstərir.
Ə.  Zəki  V.  Toqan,  Mirzə  Bala Məmmədzadə,  F.  Qırzıoğlu, 
Q.  Qeybullayev  kimi  tarix  bilginlərimiz  m əxəzlərdə  həmçinin 
barsıllar adlanan burcoğlu/Zborçoğlu uruğunun bugünkü borçalı- 
ların əcdadları olduğunu və Borçalı toponiminin də  onların  adın­
dan  doğduğunu  hesab  edirlər.  Mirəli  Seyidov  indiki  Azərbay­
can-Gürcüstan  sərhəd  ərazisində  eramızdan  qabaq  v ə  eranın  ilk 
yüzillərində  Azərbaycan  türklərinin  soykökündə  duran  qəbilə 
birləşmələrindən BasillərinZ/Barsılların yaşadıqları barədə bilgi­
lərin olduğunu yazıb.1 1
M ənbələr təsdiqləyir ki,  ətrafındakı  dövlətlərə nisbətən zəil 
durumda  bulunan  Misirdəki  Əyyubilər  dövlətinə  hərbi  xidmətə 
gedən  qıpçaq  gəncləri  qısa  müddət  ərzində  onu  qüdrətli  bir 
məmləkətə  çevirirlər.  Sultanın  qvardiyasım  təşkil  edən  qıpçaq- 
məmlüklər çox keçmədən hakimiyyəti  ələ  keçirirlər.  1250-ci  il­
də qıpçaqsoylu İzəddin Aybəq Əyyubilərin sultanı olur.  Beləlik­
lə,  Afrika qitəsində ilk türk dövləti -  Memlük türk dövləti quru­
lur. M əmlüklər dövründə Misirdə ünsiyyət dili türk dili idi. Döv­
lətin  adı  «Əd  Dövlət  üq-Türkiyə»,  yəni  türk  dövləti  adlanırdı. 
1260-70-ci  və  1279-90-cı  illərdə müvafiq olaraq bu  dövlətə  sul­
tanlıq  etmiş  Köləmənli  I  Bəybars  və  Seyfəddin  Kala-vun,  eləcə 
də sonuncunun 44 il səltənət sürən oğlu Nəsirəddin  M əhəmm əd 
borçoğlu//burçoğlu  boyu  qıpçaqlardan  idilər  (Qahi-rənin  Ordu 
məhəlləsinin adı bu qıpçaqların Misirdəki izlərin-dəndir).
Tarixi  qaynaqlara istinadən deyə bilərik ki,  Qafqazın güneyi­
nə  türk,  o  sıradan  qıpçaq  tayfalarının  ilk  axım  miladdan  əvvəlki 
yüzilliklərə  təsadüf  edir:  Qədim  gürcü  yazılı  mənbələrindən 
olan  «Moksevai  Kartlisa»  («Kartlinin  xristianlığa  keçməsi») 
salnaməsində  Makedoniyalı  İsgəndərin  eramızdan  əvvəl  330-cu 
ildə  Gürcüstanda Kür  çayı  və  onun  dirsəkləri  boyunda  buntürk- 
lər,  yəni  köklü,  əski  türklərlə  qarşılaşdığı  bildirilir.  XI  əsrin
1  M.  Seyidov.  Azərbaycan  xalqının  soykölcünü  düşünərkən,  Bakı,  1989,  s. 
326-327.
12
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
gürcü  salnaməçisi  Leonti  Mrovelinin  «Kartli  çarlarının  həyatı» 
əsərində  İsgəndərin  Qafqaza  yürüşündən  bəhs  edilərkən  qeyd 
olunur:  «Kür  çayı  ətrafı  məskunları,  amansız  bütpərəst  soylar, 
hansıları  ki,  biz  buntürklər və  qıpçaqlar  adlandırırıq».  Miladdan 
öncəki  qıpçaqların  tərkibindəki  Gəncəklər soyu  Gəncə//Qansak 
şəhərini  salmışdı.  Mahmud  Qaşqarlı  da  öz  «Divan»ında  G əncək 
tayfasını qıpçaq soylarına aid edir.
XVI  əsr ərəb coğrafiyaçısının sözlərinə görə, qıpçaqlar digər 
türk tayfalarından  öz dindarlıqları, mərdlikləri,  cəldlikləri,  gözəl 
bədən quruluşları  və üz cizgiləri ilə seçilirdilər.1  Şanlı tariximiz­
də,  soykökümüzdə  xüsusi  payı  olan  qıpçaqlar yaşadıqları  m əm ­
ləkətlərdə  zəngin  etnik  dil  və  mədəniyyət  izləri  qoyublar  ki, 
onlardan biri də törəm ələri  -  qarapapaq ulusudur.
İstər  toponimlər,  istərsə  də  tarixi  abidələr  və  sənədlər 
qarapapaq,  qazaxlı,  borçalı  təki  qıpçaq  boylarının  birləşm ə­
sindən  əm ələ  gəlm iş  çağdaş  qarapapaq  ulusunun  etnogene- 
zində  ta  qədim dən  Gürcüstanla  Azərbaycanın  hüdud  bölgə­
lərində yaşayan türk oymaqlarının əksərinin izinin olduğunu 
sübut edir. M ənbələr Qazax və Borçalı mahalları ərazisində III- 
IV  əsrlərdən  etibarən  1759-cu  ilə  qədər  Cinli  adlanan  türk 
tayfasının,  IV-V  yüzillərdə  hunların  və  Qafqazın  quzeyindən 
güneyinə  eramızdan  əvvəl  onlarla bərabər  keçməsi  ehtimal  olu­
nan  peçeneq  tayfası  kəngərlilərin  bir  hissəsinin  yaşadığını  gös­
tərir.  Sınıq körpü yaxınlığında yerləşən,  yerli  əhalinin  Qız qalası 
adlandırdığı  Hunan  qalasını  hunlar  inşa  ediblər.  Q.  Qeybullayev 
Kəpənəkçi  toponimini  peçeneqlərin  kapanZ/kəpən  etnonimi  ilə 
əlaqələndirir..2  Şopen XIX  əsrin ortalarında Nax-çıvan  zonasında 
yaşayan  Kəngərlilərin  tirələrindən  Sarbanlar,  Salahlı,  Xalxallı, 
Qaracallı,  Pirhəsənli,  Şabanlı,  Qaradolaq,  Sofulu,  Yurdçu,  Bəy- 
dili,  Kürdmahmudlu,  Qaraxan,  Qarabağlar,  Bolqarlı,  Qızıllı, 
Hacılar,  Qurdlar  və  başqalarının  adını  çəkir.  Buradan  Sarvan, 
Qaracalar,  Qızılhacılı,  Salahlı  kəndlərinin  və  V  əsrdə  Ağstafa
1 Л.  Гумилёв.  Тысячелетие вокруг Каспия»,  Баку,  1991,  с.205.
2 Q.  Qeybullayev, göstərilən əsəri,  s.  107.
13


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə