KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   2   3   4   5   6   7   8   9   ...   57

FƏXRİ VALEHOĞLU
yaxınlığında mövcud olmuş Xalxal şəhərinin Kən-gərlilərlə  bağ­
lılığı  aydın  görünməkdədir.  «Qərbi  Azərbaycanın  tarixi  coğra­
fiyası»  kitabında  1988-ci  ilə  qədər  «əhalisi  m əşhur  qarapapaq 
soyundan  olan»  Ləmbəli  kəndinin  qədim  sakinlərinin  Hacılar 
tayfasından  olduğu  qeyd  edilir.1  V  yüzil  erməni  yazılı  qaynağı 
«Müqəddəs  Qreqorun  həyatı»nda  IV  yüzilin  sonlarında  Sasani 
hökmdarı  II  Şahpurun  yardım  istəyi  ilə  Dəryal  qapısını  keçib 
Alban  ölkəsinə  gəlmiş  hun  hökmdarına  tabe  olan  uruq  və 
boylardan  Tomad.ağların//Təmaların  adı  anılır.  Başkeçid  bölgə- 
sindəki  Dumanıs/ZTəmanıs toponimi bu hun boyunu yada salır.
568-ci  ildə  Sasani  hökmdarı  Keyxosrov  (I  Xosrov  Ənu- 
şirəvan) sabirləri/Zsavirləri məğlubiyyətə  uğradıb  10000  nəfərə 
qədərini  Kür-Araz  bölgəsinə  köçməyə  məcbur  edir,  onların  bir 
bölümü  576-cı  ildə  Msxetaya  qədər  gəlir.  M ənbələrdən  Tu­
randan  Msxetaya  28  sabir  ailəsinin  gəldiyi  və  onların  Kartlidə 
yerləşdikləri  məlum  olur.1
 2  İ.  Şopen  IV  Vaxtanqın  «Kartlis 
Tsxovreba»sına  («Kartlinin  həyatı»)  dair  qeydlərində  Kartliyə 
məskunlaşanların  Cin-Bakur  Orbelianilər  olduğunu  bildirir  və 
cinlilərin türklərlə (turanlılarla) eyni xalq olduğunu təxm in edir.3 
O,  Bizans  və  Sasani  İmperatorluqlarınm  davası  sonucunda  Kür 
sähillərində məskunlaşmış  ən güclü  tayfalar hesab  olunan  sabir­
lərin  585-ci  ildən  sonra  tarix  səhnəsində  tamamilə  görünmə­
diyini  yazır  və  bunun  səbəbini  onların  Gürcüstanın  cənub-qər­
bindəki  Samtsxe  (Axısqa)  bölgəsinə  köçüb  acarlar  və  çanlarla 
qarışması ilə izah edir.4 *
 Araşdırmaçılardan bir çoxu isə sabirlərin 
yerli  türklərlə  qaynayıb-qarışdığını  və  onların  da  bugünkü 
qarapapaqlann etnogenezində iştirakı olduğunu hesab edirlər.
VI  əsrdə  Qazax-Borçalıda  türklərin  yaşadığını  sübut  edən 
maraqlı  faktlardan  biri  Qr.  Qord...  (Q.  S.  Qordeyev)  imzalı
1  C.  Асадов.  Историческая  география  Западного  Азербайджана,  Баку, 
1998, с.  395.
2 Романовский.  Очерки истории Грузии, Тифлис,  1902. с. 3.
31.  Şopen, gösterilən əsəri, s. 327.
4 Yenə orada, s. 292.
14
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
müəllifin,  özünün söylədiyi kimi, monastır m əxəzlərinə və digər 
yazılı  qaynaqlara  istinad  edərək  qələm ə  aldığı  və  «Tiflisskiye 
vedomosti» qəzetinin «Səyahətlər» rubrikasında çap etdirdiyi bir 
məqaləsində əks olunur.1
Buradan  məlum  olur ki,  David  Qareca  çölü  öz  adını  562-  ci 
ildə  xristyanlığı  (xaçpərəstliyi)  yaymaq üçün  Suriyadan  Gürcüs­
tana  gəlmiş  M üqəddəs  atalardan  biri  olan  Davıdm  adından  alıb. 
M əqaləyə  görə,  M üqəddəs  David  əvvəlcə  Msxetada,  sonra  isə 
Tiflisin  qərbində,  İmitru  dağlarında  öz  əli  ilə  tikdiyi  daxmada 
yaşayır.  Burada  onun  üzərinə  şər  atırlar.  M üqəddəs  David 
Allahın köməkliyi  ilə  öz  suçsuzluğunu isbat etsə də,  insanlardan 
ürəyi  dönür  və  özü-özünü  həmişəlik  onlardan  ayn,  tək-tənha, 
yalqız  ömür  sürməyə  məhkum edir.  Bunun üçün  o  yaşadığı  yeri 
tərk  edir.  Bundan  sonra  Müqəddəs  David  xalq  tərəfindən  gürcü 
dilində  «özü-özünü  məhkum  etmiş»  mənasını  verən  Qareca, 
İmitru  dağları  isə  gürcücədən  tərcüməsi  «Müqəddəs  dağ»  olan 
Mtatsminda  adlandırılır.  Onun daxmasının  yerində  sonradan  qa­
dın m onastınna çevrilmiş kilsə inşa edilir.
M üqəddəs David öz şagirdi Lukian ilə birlikdə axtardığı  səs­
siz,  insanlardan  uzaq münasib yeri  bozqırlı  Qarayazı təpələrində 
bulur.  Onlar  burada  özləri  üçün  yeni  bir  daxma  tikirlər.  Uzun 
müddət  otlarla  və  bitki  kökləri  ilə  qidalanırlar,  susuzluq  yanğı­
larını  isə  yağış  suyu  ilə  söndürürlər.  Rəvayətə  görə,  aclıqdan 
zəifləyib  əldən-ayaqdan  düşdükdə  onlara  üç  ana  maral  yaxın­
laşır.  M üqəddəs  David  Lukiana  marallardan  h ər  ikisini  doydu­
racaq  qədər süd  sağmağı tapşırır.  Bundan  sonra  marallar onların 
daxmasından  aralanmırlar (Yeri  gəlmişkən  xatırladaq  ki,  David- 
Qareca  tarixi  abidələr  kompleksinin  yaxınlığındakı  düzənlik 
ərazi  Ceyrançöl  adlanır və əlavə edək ki,  Borçalı-Qarayazı  folk­
lor örnəklərində  maral,  ceyran,  cüyürlə  bağlı  mifik m ətnlərə  də 
rast  gəlinir*).  M əqalədə  daha  sonra  yazılır:  « ...O   zaman  Gür-
«Тифлисские ведомости»,  1832, yanvar, №2.
*  Mövzuyla  ilgili  bax:  S.  Alyılmaz.  Borçalı  mifik  təfəkküründən  poetik 
gerçəkliyə, Tiflis, 2004.
15


FƏXRİ  VALEHOĞLU
cüstanda  Kürün  sağ  tərəfində  yaşayan  tatarların  B a b a k ə r  adlı 
rəisi  və  ya  vəkili  Qarayazı  təpələrində  ovda  olarkən,  təsadüfən 
Müqəddəs Davidin daxması olan çuxura endi  və yaxın m əsafədə 
daş  üstündə  bir  kəklik  gördü.  O  dərhal  özü  ilə  bir  yerdə  olan 
qırğını  kəkliyin  üstünə  buraxdı.  Kəklik  yırtıcı  düşmənindən 
xilas  olaraq  Müqəddəs  Davidin  daxmasına  qondu.  B abakər 
kəkliyin  ovlandığını  təxmin  edib  daxmaya  tərəf  getdi  və  onun 
içərisinə  daxil  olanda çox  heyrətləndi.  O  daşın  üstündə  oturmuş 
mötəbər  görkəmli  bir  insan  və  bu  insanın  ayaqları  altında  ona 
başı  aşağı  şəkildə,  qanadları  düşük  halda  qırğıdan  xilas  olmaq 
üçün yalvarırmış kimi təsir bağışlayan kəkliyi  gördü.
Müqəddəs Davidin Tiflisdə,  hamının  gözü qarşısında ona  şər 
atan  qızla  bağlı  öz  suçsuzluğunu  isbat  etmək  üçün 
etdikləri 
barədə yuxarıda danışmışdıq.  Bu  əhvalat onu  bütün  Gürcüstanda 
şöhrətləndirmişdi.  Babakər  də  onu  görən  kimi  tanıdı  və  dərhal 
diz  üstə  çöküb  göz  yaşları  içində  ölüm  ayağında  olan  tək  oğlu 
üçün  Allahdan  mərhəmət  diləməsini  xahiş  etdi.  Müqəddəs 
David  ona  belə  cavab  verdi:  «Əgər  sən  mənim  Allahıma  şüb­
həsiz  və  tam  ürəkdən  inanırsansa,  evə  qayıdanda  oğlunu  bütün 
xəstəliklərdən uzaq görəcəksən».
Ağıllı  B abakər  inandığı  ehkamların  səhv  olduğunu  çoxdan 
başa  düşmüşdü  və  gizlicə  ürəyində  Yevangelist  nəzəriyyəsinin 
satlığına  inanırdı.  Ona  görə  də  Allaha  tam  səmimiyyətlə  ina­
nırdı.  Bol  ümidlərlə  şən  halda  o  öz  evinə  qayıtdı  və  qapıdaca 
tam  sağlam  vəziyyətdə  onu  qarşılamağa  çıxan  yeganə  oğlunu 
sevnclə  bağrına  basdı.  O  göylərin  möcüzəsini  öz  üzərində  sına­
dı.  Ona  görə  də  heç  bir  tərəddüd  etmədən  ailəliklə  xristianlığı 
qəbul etdi  və ömrünün sonuna qədər bu dinə qulluq etdi.  ...
Ölümündən  bir  az  qabaq  Müqəddəs  David  Allaha  səcdə 
etmək  üçün  Yerüsəlimə  səyahət  etdi.  Oradan  qayıtdıqdan  sonra 
öz daxmasında vəfat etdi  və elə oradaca torpağa tapşırıldı.  ...
B abakər  vəkil  Müqəddəs  Davidin  ölüm  xəbərini  eşidib  öz 
xərci  hesabına onun  daxmasını  kiçik bir kilsəyə çevirdi.  Sonralar 
bu  kilsə  bir  neçə  dəfə  böyüdüldü  və  indi  Davıd-Qareca  çölünün 
ən əsas və böyük məbədidir».
16
м
т
QARAPAPAQLAR  VƏ  ONLARIN X IX  ƏSR HƏRB  TARİXİ
Beləliklə,  m ənbədən  aydın  olur  ki,  VI  yüzildə  Gürcüstanda 
Kürün  sağ  sahilində  yaşayan  türklərin  başçısının  adı 
Babakər 
olub  və  Azərbaycanla  Gürcüstan  dövlətlərinin  sərhəd  zolağında 
ucalan  David  Qareca  monastır  kompleksində  ilk  kilsəni  o  inşa 
etdiribdir.  Şübhəsiz  ki,  Borçalıda  yerləşən 
Babakər
  dağının  adı 
da  o  şəxsin  adı  ilə  ilgilidir.  Qeyd  edək  ki,  Qordeyevin  məqa- 
ləsindəki  faktlar  (Babakərin  türk  mənşəli  olduğu  göstərilməsə 
də)  qısa  formada  Qafqaz  Arxeoqrafiya  Komissiyasının  topladığı 
sənədlərdə də əks olunur (I  cild,  s.  25).
Yeri  gəlmişkən  nəzərinizə çatdıraq ki,  Q.  Qordeyev  1831-  ci 
ilin  sentyabr  ayında  yerli  türklərin  müşayiəti  ilə  haqqında  yaz­
dığı  tarixi  kompleksi  ziyarət  edibdir.  O,  Qarayazı  düzənliyinin 
ətrafındakı  Kür  qırağı  meşələrdə  ayı  və  canavar  təki  vəhşi  hey­
vanların yaşamasına baxmayaraq,  Şəmşəddil,  Qazax,  Dəmirçiha- 
sanlı,  və  qismən  də  Borçalı  mal-qoyun  sürülərinin  soyuqdan 
saxlandığı  ərazi  olduğunu yazıbdır.
İran-Bizans  müharibəsində  iranlılara  qarşı  çıxış  etmək  üçün 
Bizans  qeysərinin  (imperatorunun)  köməyə  çağırışına cavab  ola­
raq  şimaldan  Dəmirqapı  Dərbənd  yolu  ilə  Azərbaycana  keçən 
köçəri  türk  tayfaları 
xəzərlər
 628-ci  ildə  Tiflisi  ələ  keçirirlər.  O 
dönəmdə  Kartlidə  yaşayan  tayfalar  arasında  ünsiyyət  vasitəsi 
olan  6  dildən  biri  xəzərlərin  dili  idi,  kartvellər  də  bu  dildən  ge­
niş  istifadə  edirdilər.'  Tarixdən  məlumdur  ki,  xəzərlərin  tərki­
bində  Qafqaz  güneyinə  gələn  tayfalar  arasında  qıpçaqlar  da  var 
idi.
VII  əsrin  ortalarında  Qafqaz  islam  dininə  sitayiş  edən  ərəb ­
lərin  istilasına  uğrayır.  Toqan ərəb qaynaqlarında  müsəlmanların 
646-cı  ildə  Kür  çayı  boyunda  aldığı  yerlər  arasında  göstərilən 
Tiflis  güneyindəki 
Barşaliyyə
  bölgəsinin  Borçalı  tayfalarının 
yurdu  olduğunu  və  onların  Xəzər topluluğundakı  10  türk  boyun­
dan  birini  təşkil  etdiyini  qeyd  edirdi.2  Q.  Qeybullayev 
Ulaşlı 
etnoniminin  və  toponiminin  xəzərlərin 
kulas
  tayfası  ilə, 
Qullar
Романовский.  Очерки истории 
ı   ( I V . 1 U U .
  ı  и ц т т : .   I УЧУ. 
! F.  Kırzıoğlu.  Kars
işlər İdarəsi
PREZİDENT $ T A B X A N  ASI
c. 3.


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə