KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   2   3   4   5   6   7   8   9   ...   57

FƏXRİ VALEHOĞLU
toponiminin  isə  qədim  ms  bəlgələrində  Qıpçaq  çölünün  cənu­
bunda  yaşayan  qıpçaqlar  tərkibində  göstərilən  qul  tayfası  ilə 
bağlı olduğu mülahizəsini irəli sürür.1
Ərəb  hakimiyyəti  dövründə  Ərəbistandan  yeni  fəth  edilən 
Qafqaz  əyalətlərinə,  o  cümlədən  qazaxlı-borçalı  uruqlarımn  ya­
şadıqları  sahələrə  islamiyyəti  yaymaq  üçün  müsəlmanlar  köçü­
rülürlər.  Dr.  O.Yeniaras bu arada Borçalıya yerləşdirilən  bir qrup 
ailənin Həzrəti Həmzə soyundan olduğunu və  o  vaxt  bu  bölgəni 
Tərki-Məkkələr adlanan həmin ailələrin nümayəndələri-nin  ida­
rə etdiyini yazır (Məhəmməd peyğəmbərin (s) M əkkədən M ədi­
nəyə  Hicrət  olayı  sırasında  Məkkəni  tərk  edənlərə  Qafqaz  mü­
səlmanları  Tərki-Məkkələr  deyirdilər).  Onlar  zaman  keçdikcə 
türkləşərək, etnik kimliklərini itirirlər.1
 2
IX-XI  əsrlərdə  Dəryal  və  Dərbənd  keçidlərindən  Cənubi 
Qafqaza  türkdilli  tayfaların  axını  davam  edir  və  bunların  ara­
sında  qarapapaqlarm  təşəkkülündə  əsas  rol  oynamış 
qıpçaqlar 
çoxluq təşkil edirdi.
IX  əsrin  ortalarında  türk  əsilli  ərəb  sərkərdəsi  Böyük  Buq 
(Buğa  Türk)  300  xəzər  ailəsini  Qafqazın  quzeyindən  gətirib 
Başkeçid  bölgəsində  məskunlaşdırır.  Abbas  Abdulla  Hacaloğlu 
Başkeçid  səmtindəki Kazret/ZXəzəret toponimini  xəzərlərlə  əla­
qələndirir.  M.Seyidov  «Azərbaycan  xalqının  soykökünü  düşü­
nərkən»  adlı  kitabında  eyni  bölgədə  yerləşən  Darvaz  kəndinin 
şivəsində  savir-xəzər  türklərinin  dillərindəki  bəzi  səciyyəvi 
xüsusiyyətlərin  olduğu  görüşündədir  (s.  37).  1877-78-ci  illər 
Osmanlı-rus savaşında şərq cəbhəsində türk qoşunlarının başko- 
mandanı marşal Qazi Əhməd Muxtar Paşa öz xatirələrində  Qars 
könüllü dəstələrinin başçısı Darvazlı Mehralı bəyin cəsarətindən 
və igidliyindən bəhs edərkən onun «Xəzər xaqanlarına qız verən 
pək  əsil  Xəzər  boyu  borçalılardan,  qarapapaq  tayfasından» 
olduğunu vurğulayırdı.
1 Q- 
Qeybullayev, göstərilən əsəri, s.  109,140.
2  O.  Yeniaras.  Karapapak  ve  terekemelerin  siyasi  ve  kültür  tarihine  giriş, 
İstanbul,  1994, s.25.
18
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
XI  yüzilliyin  2-ci  yarısında  Yaxın  və  Orta  Şərq  ölkələri, 
Qafqazın  cənubu  orta  əsrlərin  ən  güclü  dövlətlərindən  biri  olan 
Səlcuq  türk  sultanlığının  tərkibinə  qatılır.  O.  Yeniarasm  yazdı­
ğına  görə,  bu  illərdə  çoxu  Göy  dini  inancına  sahib  olan  və  tər­
kibində müsəlmanların  da bulunduğu Borçalı  boyu arasında xris- 
tyanlıq yayılmaqda idi.  Qüdrətli  Səlcuqlu  sultanı  Alp Arslan Lo­
ru  əmiri,  Borçalı  boyundan  olan  qarapapaq  başbuğu  (sərdarı), 
qriqoryan  xristyanlığı  mənimsəmiş  II  Gurgenin  qızı  ilə  evlənir 
və  bundan  bir  müddət  sonra borçalılar  toplu  olaraq  islam  dinini 
qəbul  edirlər.  («Qarapapaqlarda  başbuğluq  bəlli  şərtlərə  bağlı 
idi.  Başbuğ  ola bilmək  üçün Borçalı  və  Qazaxlı  boylarından  ol­
maq  əsasdı.  Yabançı  bir  boya  mənsub  birinin  bu  məqama  gəl­
məsi  mümkün  deyildi.  Böyük köçləri  və  savaşları  yönətən  baş- 
buğun  hər  əm rinə  uyulurdu...  Ailə,  boy  və  uruq  irəli  gələn­
lərinin oluşdurduğu «Ağsaqqallar məclisi» başbuğu kontrol etmə 
haqqına  sahibdi»1).  Bəzi  tarixçilər  Alp  Arslanın  varisi  Məlik- 
şahm  sultanlığı  dövründə  (1072-92-ci  illər)  Borçalı  və  Qazax 
bölgələrinə  türkmən  (oğuz)  topluluqlannm  yerləşdiklərini  təx­
min edirlər.
Gürcü  tarixi  sənədlərindən  aydın  olur ki,  gürcü  çarı  Qurucu 
David  (IV  David)  XII  əsrin  18-20-ci  illərində  vətənini  səlcuq 
türklərindən  azad  etmək  üçün  Dəryal  dərəsi  vasitəsi  ilə  Şimali 
Qafqazdan Ə trək xanın başçılığı  altında 40  minlik süvari  ordusu 
olan  (bunların  5  mini  xüsusi  döyüşçülər  idi)  təqribən  230-240 
min  qıpçaq  (kuman)  türkünü  Gürcüstanın  gündoğarına  -   Qanıx 
(Alazan) və Qavrı//Qabırrı (Yor) çayları vadilərinə köçürür.2 Hər 
ailənin  çann  ordusuna  bir  əsgər  verməsi  şərtilə  köçürülmüş  bu 
40  min  qıpçaq  ailəsinə  torpaq  sahələri  verilir  və  bu  yolla  kö­
çərilər daimi  sakinlərə  çevrilirlər.  «Gürcüstanın  çar hakimiyyəti
1 O.  Yeniaras, göstərilən əsəri, s. 28.
2  3.  Анчабадзе.  Кипчаки  Северного  Кавказа  по  данным  грузинских 
летописей  11-14-ых  веков,  сб.  «О  происхождении  балкарцев  и 
карачаевцев», Нальчик,  1960,  с.  117;  М.  Лордкипанидзе, История Грузии 
XI — началаXIII в., Тбилиси,1974, с. 97.
19


FƏXRİ VALEHOĞLU
qıpçaqları  təsadüfi  olaraq  seçməmişdi:  onlar  yaxşı  döyüşçü  he­
sab  olunurdular,  onları  dövlət  nisbətən  asanlıqla  saxlaya  bilirdi. 
Bundan  əlavə,  gürcü  çarı  qıpçaq  knyazının  qızı  (Ətrəkin  qızı 
Quranduxt -  F.  V.) ilə evlənmişdi və kürəkənlə qayınata ara-sın- 
da razılıq əldə  edilməsi  asanlaşırdı.  Həmin  dövrdə  qıpçaqlar rus 
knyazı  tərəfindən möhkəm  sıxışdırılırdı.  Buna  görə  də  Gür-cüs- 
tanla  ittifaq  bağlamaq  və  buraya  köçmək  onlar  üçün  əlverişli 
idi»1. S. Pletneva özünün «Qıpçaqlar»  əsərində  yazır:  «Qıp-çaq- 
lar  Gürcüstanda  «çomıye Jdobuk»ların  Kiyev knyazlığmda yeri­
nə  yetirdikləri  vəzifələri  həyata  keçirirdilər» }  Bu  qıpçaq-ların 
Gürcüstanın  yadelli  işğalçılardan  azad  edilməsində  və  vahid, 
qüdrətli  gürcü  feodal monarxiyasının  yaradılmasında  xidmətləri 
əvəzsiz  idi.  Azərbaycan  Respublikasının  Prezidenti  H eydər 
Ə liyevin  1996-cı  il  martın  9-da  Gürcüstana  rəsmi  tarixi  səfəri 
zamanı  Tiflis  şəhərində  Dövlət  Akademik  Opera  və  Balet  Tea­
trının binasında Gürcüstanda yaşayan soydaşlarının nüma-yəndə- 
ləri  ilə  görüşündə  professor  Valeh  H acıyevin  çıxışından  bir 
parça:  « ...  X II əsrdə  Qurucu Davidin  45 minlik qoşunundan  40 
mini  türklərdən  ibarət  idi.  Məhz  həmin  dövrdə  Gürcüstan  özü­
nün  ən yüksək səviyyəsinə  çatmışdı....  Bunu  ərəb  m ənbələri də, 
gürcü  mənbələri  də  təsdiq  edir»?  Bu  fakt  həm  də  tarixçi  olan 
Azərbaycan prezidentinin diqqətindən yayınmır və  həmin görüş- 
deki  nitqində  öz  əksini  tapır:  «Bugünkü  çıxışlarda  deyildi  ki, 
hələ  XII  əsrdə  burada,  Gürcüstanda yaşayan  azərbaycanlı-lar, 
sizin  ulu  babalarınız,  gürcü  xalqı  ilə  Azərbaycan  xalqı  yadell­
ilərə  qarşı  birgə  vuruşublar və  öz  torpaqlarını  müdafiə  ediblər. 
Bu  dostluq XII əsrdən  indiyədək davam  edir.  Ona  görə  də  əziz 
bacılar,  qardaşlar,  bu,  sizin doğma vətəninizdir.  Bu,  sizin doğma 
torpağınızdır/ .
1 V. Quçua, Ş. Mesxia.  Gürcüstan tarixi, Tiflis,  1979, s.  56.
2 S. Pletneva,  göstərilən əsəri, s. 96.
3 Azərbaycan-Gürcüstan:  Dostluğumuzun təntənəsi (tərtibçilər:  H. Orucov və 
Ş. Şahməmmədov), Bakı,  1996, s.  73.
4 Yenə orada, s. 96.
20
QARAPAPAQLAR  VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
Don  çayının  sağ  axarları  sahillərində  yaşayan  Şaraken  oğlu 
Sırçan  Rus  knyazı  Vladimir  Monamax  öldükdən  sonra  Gür­
cüstanda  yaşayan  qardaşı  Ətrəkdən  geri,  öz  doğma  düzlərinə 
qayıtmağı  xahiş  edir.  Bunun  üçün  o  sevimli  xanəndəsi  Orevi 
Ətrəkin yanına göndərərək tapşırır ki,  ona qıpçaq mahnıları oxu­
sun və Qıpçaq çölündə  bitən yovşan otu versin. Mahnılar Ətrəkə 
ucsuz-bucaqsız  çöllərdə  qazandığı  döyüş  şöhrətini,  yovşan  isə 
orada keçirdiyi  uşaqlıq və gənclik çağlarını xatırlatmalı  idi.  Orev 
verilən  tapşırığa  əməl  edir.  Gürcüstan  çar  sarayında  əsas  sima­
lardan  biri  hesab  olunan  Ətrək  xan  mahnıları  dinlədikdən  sonra 
dəbdəbəli  həyatdan  ayrılıb  qayıtmağa  əvvəlcə  tərəddüd  etsə  də 
yovşan  ətrini  duyduqda  dözə  bilmir,  ürəyi  atlanır  və  qardaşının 
xahişini  yerinə  yetirir.  О,  XII  əsrin.20-  ci  illərinin  sonunda  özü­
nün  ailəsi  və  ən  yaxın  döyüçüləri  ilə  geri  köçüb  Kuban//Kuman 
çayı  hövzəsində  binə  qurur.  Onunla  bərabər  Gürcüstana  gəlmiş 
kuman-qıpçaqlarm  çoxu  isə  burada  qalır  və  bundan  sonra  da 
ölkənin  ictimai-siyasi  həyatında fəal  iştirak edirlər.  Qurucu  Da­
vidin nəticəsi  Tamaranın  çarlığı  dövründə qıpçaqlardan Qubasar 
bəy  əmirsəpehsalar  (başbuğ),  Kutlu  Arslan  isə  baş  xəzinədar 
vəzifələrini  icra  edirdilər.  Loru şəhəri  çevrəsiylə  birlikdə  birba­
şa Qubasara tabe  edilmişdi.  Bu dönəmdə,  1177-ci  ildən  etibarən 
qıpçaqların  bir taqımı  boy  və  oymaq bəylərinin  başçılığı  altında 
Taşır-Borçalı  bölgəsinə  yerləşmişdi.1  Fəxrəddin  Kırzıoğlu  Qa- 
zax-Borçalıdakı  yer-yurd  adlarında  Qaracalar,  Kəmərli,  K ə s ə ­
mənli,  Qarabulaq,  Qaraağac, Axtala,  Kəpənəkçi,  Çubuqlu,  Quş­
çu,  Saral//Sarıel,  Saraçlı//Sarıcalı//Sarıhacılı  və  Borçalı-Qazax- 
ların ən güclü qolu  olan Padar/ZBaydar kimi  Qafqazın gü-neyinə 
XII  əsrdə  köçürülmüş  və  adaşları  Qara  dəniz  quzeyində  və 
Tuna//Dunay  boylarında  da  təsbit  edilmiş  qıpçaq  boylarının  izi­
nin qaldığını yazır.1
 2 3
 4
Novqorod knyazı İqor Svyatoslaviçin  1185-ci  ildə qıpçaqlara 
qarşı həyata keçirdiyi hərbi yürüşü (bu tarixi fakt XII əsrin  ədəbi
'  M. F.  Kırzıoğlu.  Yukarı-Kür və Çoruk boylarında KIPÇAKLAR, s.  130-131. 
2 Yenə orada,  s.  137-138.
21


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə