KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

FƏXRİ VALEHOĞLU
Moskvada  çap  olunmuş  «Этнографическое  обозрение»/ 
«Etnoqrafıçeskoye  obozreniye»  dərgisinde  1891-ci  ildə  dərc 
etdirdiyi  «Samtsxe-Cavaxetin  tarixi  xronikasmın  səhifələri»  adlı 
m əqaləsində  A.  Xaxanişvili  Axalsıx  qəzasının  əhalisinin  3,9  %- 
nin  tərəkəm ə,  1,1  %-nin  türkmən  olduğunu  qeyd  edirdi.  Başqa 
bir mənbə  Axalsix qəzasında yaşayan yerli  əhalinin  türkmənləri 
tərəkəm ələr adlandırdığını yazırdı1.
1917-ci  ilin  əhali  sayımına  görə,  Axalsix  qəzasında  34776, 
XIX  əsrin  ilk  qərinəsində  əhalisinin  əksəriyyəti  qarapapaq- 
tərəkəm ə  türklərindən  ibarət  olmuş  Axalkələk  qəzasında  isə 
2438  türk  qeydə  alınmışdı1
 2.  1926-cı  ildə  aparılmış  siyahıyaalın­
maya  görə  isə,  Axalsix  qəzasında  ümumi  əhalinin  50,7  %-ini 
türklər, 25,1  %-ini gürcülər,  16,1  %-ini ermənilər təşkil ediblər3.
İ.  Stalinin  əmrilə  1944-cü il  noyabrın  17-de  Mesxet-Cavaxet 
bölgəsinin  230-a yaxın  kəndində  yaşayan  türk  əhalisinin  hamısı 
(o  cümlədən  qarapapaqlar)  öz  doğma  yurdlarından  M ərkəzi 
Asiya çöllərinə sürgün edildilər.  Hazırda Qazaxıstanda,  Qırğızıs­
tanda,  Azərbaycanda  və  Rusiyanın  Kuban  bölgəsində  toplu  hal­
da yaşayan  və  saylan  500  mindən  artıq  olan  bu  qıpçaq  törəm ə­
ləri  öz  tarixi  vətənlərinə  qayıtmaq  üçün  apardıqları  yarıməsrlik 
mücadilələrini böyük yurdsevərlik əzmilə davam etdirirlər.
1.5.  Q Ə RBİ AZƏRBAYCAN (ERM ƏNİSTAN) 
QARAPAP AQLARI
Qarapapaqlann və  ümumiyyətlə  türklərin yığcam halda yaşa­
dıqları  və  tamamən tərk  etmək  zorunda qaldıqları  coğrafi  ərazi­
lərdən  biri  də  indi  Ermənistan Respublikası  adlanan tarixi  türk - 
Qərbi  Azərbaycan  torpaqlarıdır.  Burada  qarapapaqlar  Ağbaba,
1 А. Ф. Ляйстер , Г. Ф. Чурсин. География 
Кавказа, 
Тифлис,  1924.
2 Yenə orada.
3 А.  Ф. Ляйстер,  Г.  Ф.  Чурсин.  География Закавказья, Тифлис,  1929.
64
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Loru  (Dağ Borçalı),  Gemibasar, Zəngibasar və  digər mahallarda 
məskun idilər.
1988-ci  ildə  Ağbaba  mahalının  Amasya  rayonunda  19000 
qarapapaq  və  2800  erməni  yaşayırdı,  27  kənddən  22-si  -   rayon 
m ərkəzi  olan  Amasya  (3000  nəfərdən  çox  əhalisi  olub), 
Güllübulaq (2580 nəfər),  Oxçoğlu (1670), Xozukənd//Quzukənd 
(1450),  Yeniyol  (Qaranamaz)  (1272),  Mağaracıq  (1109), 
Təpəköy  (1000-dən  çox),  Güllücə  (1000-dən  çox),  Göllü  (757), 
Düzkənd  (600-dən  çox),  Çivinli  (591),  Çaybasar  (İlanlı)  (581), 
Balıqlı  (472),  Ellərkənd  (Elləroyuğu)  (300-dən  çox),  Qaraçanta, 
Qoncah  (300-dən  çox),  Daşkörpü  (300-dən  çox),  Öksüz  (291), 
Qarabulaq,  Sultanabad  (Şurabad)  (291),  Xaxmax//Çaxmaq  (200 
nəfər),  Təzə İbiş kəndləri  qarapapaqlardan  ibarət  idi  (Mötərizə­
də  göstərilən  əhali  sayı  1979-cu  ilə  olan  məlumatlara  əsasən 
verilibdir). Ağbaba mahalının kəndlərinin əhalisinin XIX yüzilin 
sonlarına  aid  olan  statistikası  kitabımızın  növbəti  paraqrafının 
77-78-ci səhifələrində öz əksini tapır.
Mahalın Ermənistana qatılmasına razılaşmayan və təzyiqlərə 
məruz  qalan  bir  neçə  obası  -   Sınıx,  Mumuxan,  Ördəkli,  Selda- 
ğılan,  Mustoğlu/ZMustuqlu,  Bağçalı,  Söyüdlü kəndlərinin əhalisi 
1920-ci  illərdə  sərhədin  o  tayına,  yəni  Türkiyəyə  köçüb  gedib­
lər,  Qızıldaş, Qıdaşen, Xancallı, Qızılkilsə (Qarapapaq), Bozqala 
(Şindilər)  kəndləri  isə  1930-40-cı  illər  repressiyaları  zamanı 
xarabalığa çevrilib1.
1988-ci  ilə  qədər  Loru  mahalında  qarapapaqlar  Daşır  (Vo- 
rontsovka)  rayonunun  İlməzli  (3000  nəfərdən  çox  əhalisi  olub), 
Cücəkənd  (Qızıl  Şəfəq)  (1500  nəfər),  Qızılkilsə  (Qızıldaş) 
(1500  nəfər),  Molla  Eyyublu  (Evli),  Dəmirçilər,  Soyuqbulaq, 
Sanyal,  Qaraqala,  Qaraisa,  ...»  Barana  (Noyemberyan)  rayonu­
nun Ləmbəli (2000 nəfərdən çox), Y uxan Körpülü (2000 nəfər), 
Aşağı  Körpülü  (800  nəfər),  ...,  Cəlaloğlu  (Stepanavan)  rayonu­
nun  Çubuqlu,  G ərgər,  Qaraməmməd,  ...  kəndlərində  ömür-gün 
sürürdülər.
1 Ə. Ələkbərli. Qədim fürk-oğuz yurdu — «Ermənistan», Bakı,  1994, s. 36-37.
65


FƏXRİ VALEHOĞLU
İ.  Şopen «Tiflisskiye vedomosti» qəzetinin  1831-ci  il 24 yan­
var  nömrəsində  dərc  etdirdiyi  «Erivan  əyalətinə  statistik baxış» 
m əqaləsində  İrəvan  ətrafındakı  Qazaxların  2  əsas tayfaya -  Ço- 
bankərələrə  və  Qarapapaqlara  bölündüyünü,  Çobankərələrin 
420 evdən ibarət olduğunu və Böyük Çobankərə  (88  ev),  Saraçlı 
(88  ),  Kərimbəyli  (89),  Qafarlı  (84),  Dəmirçalı//Dəmirçili  (30), 
Şıxlar (18) və  Qaraqonlu//Qaraqoyunlu (23  ev) tirələrinin;  Qara- 
papaqlann  isə  777  evdən  ibarət  olduğunu  və  Qarapapaq  (677 
ev),  Çaxırlı  (42),  Kəlani//Kolanlı  (21),  Cəmkilli//Cam-milli  (5), 
Qarabağlar  (22)  və  Kəmibəmli//Gəmibəmli  (10  ev)  tirələrinin 
birləşməsindən  əm ələ  gəldiyini  yazırdı.  O,  bu  tirələrdən  Böyük 
Çobankərəlilərin  qışı  Zəngibasar mahalının  Şöllü -  Mehmandar 
kəndində;  Saraçlıların  bir  hissəsinin  -   Gəmibasar  mahalının 
Sabunçu  kəndində,  bir  hissəsinin  isə  Göycə  gölü  yaxınlığında; 
Qafarlıların  -   Gəmibasar  mahalının  Novruzlu  və  Sirbaqan 
kəndlərində;  Qaraqoyunluların  -  Cüvşlük  kəndində,  Kərimbəy- 
lilərin  Şərur  mahalının  Qaraburun,  Ağkənd,  Təzəkənd  kəndlə­
rində,  bir  qisminin  də  Gəmibasar  mahalında;  Dəmirçalıların  -  
Şərur  mahalının  Dəhnə kənd  kəndində;  Şıxların  -   Vedibasar 
mahalının  Xorvarab  kəndində;  Qarabağların  -   Gəmibasar  m a­
halının  Purço  kəndində  keçirdiklərini, yayda  isə  Göycə  gölünün 
güney  yüksəkliklərinə  köç  etdiklərini;  Kəlanilərın  yaylaq  və 
qışlaq  yerlərinin  Vedibasar  mahalının yuxarı  hissəsindəki  Cığın 
-   Carjaman  yüksəklikləri  olduğunu;  Qarapapaq,  Cəmkilli  və 
Kərnibəmli  tirələrinin  isə  ilboyu  Göycənin  cənubunda  yaşadıq­
larını  qeyd  edirdi  və  Çobankərəlilərin əkinçiliklə  məşğul  olma­
salar da hökumətin tələbi  qarşılığında xeyli  sayda mal-qara ver­
m əklə çox faydalı olduqlarını vurğulayırdı.
Əslən  Zəngibasar  mahalının  Böyük  Çobankərə  kəndindən 
olan tanınmış coğrafiyaçı-alim B.  Budaqov hesab edir ki, Çoban- 
kərə//Çoban Qara tayfası  öz mənşəyi baxımından  IV -  V əsrlər­
də  Qazax zonasında yaşamış Kəngər-peçeneqlərdən ayrılmış  bir 
etnik  şaxədir.  O,  Böyük  Çobankərə  kəndinin  əhalisinin  Qazax 
mahalının  Şıxlı  kəndlərindən  köçdüyünü  ehtimal  edir  və  bunu 
çobankərəlilərin İrəvan çuxumnun digər yerli türklərindən fərqli
66
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
olaraq,  Qazax  ləhcəsində  danışması  ilə  əsaslandırır1.  Böyük 
Çobankərənin  bəzi  nəsil  adları  (Qazaxlar,  Şıxlar,  Mursaqulular, 
Yadigarlar,  Yavıxlılar,  Avdallılar  və  b.)  da  bu  kəndin  Qazax- 
Borçalı bölgəsilə ilişgisi olduğunu göstərməkdədir.
XIX  əsrin  əvvəlində  İrəvan  bölgəsindəki  köçəri  tayfaları  2 
sultan idarə edirdi:
1)  Abaran  (Qazax)  çayı  sahilində,  D ərəçiçək  dərəsində  və
Göyçə gölü həndəverlərindəkiləri -  Pir Murad Sultan;
2)  Qışlaqları Araz çayı qırağında olanları -  Aslan Sultan.1
 2
Ermənistanda  mövcud  olmuş  bəzi  toponimlərin,  məsələn,
Ağbaba  mahalının  Baydar  (Alakilsə),  Şindilər,  Lom  mahalının 
İlməzli,  Ləmbəli,  Qaçağan,  Vedibasarm  Cəfərli,  Zəngibasann 
[Masis  rayonu]  Qaracalar,  Ulya-Sarvanlar,  Qullar,  Gəmibasarın 
[Qəmərli (Artaşat) rayonu] Dəller//Dəlilər, Uzun-Abdallı, Yuxa­
rı-Sarvanlar,  Saatlı,  Qırxbulaq  mahalının  [Ellər  (Abovyan)  ra­
yonu]  Qaracalar,  Bəzəkli,  Abdallar,  Axta  (Razdan)  rayonunun 
Təkəli,  Gümrü  şəhəri  yaxınlığındakı  Böyük və  Kiçik Kəpənək- 
çi,  Zəngəzur  mahalının  Dərbas//Derəbas//Darbaz,  Pəmbək  ma­
halının  Saral  və  vaxtilə  soydaşlarımızın  məskun  olduğu  bir sıra 
başqa  kəndlərin  adlarının  analoqları  Gürcüstanda  da  var.  Qeyd 
edək  ki,  Vedibasar  mahalının  Cığın  dərəsində  Tərəkəm ələr 
kəndi  olub.  Bu  kənd  1918-ci  ildə  erməni  daşnakları  tərəfindən 
dağıdılmış, əhalisi isə qəddarcasına qətlə yetirilmişdir.3
Ermənilər  sovetlər  hakimiyyəti  dövründə  m ərhələ-m ərhələ 
həyata keçirdikləri  «türksüz  Ermənistan»  planını  demək  olar ki, 
1988-ci  ilin  sonlarında  tamamladılar.  Bir  il  ərzində  185  yaşayış 
məntəqəsində  ömür  sürən  200  min  nəfərdən  çox  Azərbaycan 
türkü  öz  tarixi  vətənlərindən  -   əski  türk  torpaqları  üzərində 
yaradılmış Ermənistandan qovuldu.
1 B. Budaqov, göstərilən əsəri, s.  32.
2 O. Yevetski, göstərilən əsəri, s.  196.
3  Ə.  Ələkbərli.  Qərbi  Azərbaycan,  I  cild,  Vedibasar  mahalı,  Bakı,  2003,  s. 
597-598.
67


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə