KəXRİ valehoğlu qarapapaqlar


  TÜRKİYƏ QARAP AP AQLARI



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

FƏ XRİ VALEHOĞLU
1.6.  TÜRKİYƏ QARAP AP AQLARI
Türkiyə  Cümhuriyyətində  qarapapaqlar  əsasən  Anadolunun 
şimal-şərq  hissəsində  yaşayırlar.  Qars  və  Ərdahan 
ellərində 
150-yə  yaxın  qarapapaq kəndi  var.  Qars  elinin  (vilayətinin)  Ar- 
paçay,  Ağyaxa,  Selim  və  Susuz  elçelərində  (qəzalarında)  əhali­
nin  əksəri  qarapapaqlardan  ibarətdir.  A r p a ç a y   elçəsinin  Qoç- 
köy,  Tomarlı,  Doğruyol  (keçmiş  Cala),  Məlikköy,  Gülüzü  (keç­
miş  Pekrəşən),  Kümbət,  Poladköy,  Göyərçin//Güvərcin,  Bar- 
daqlı,  Aydıngün  (k.  Qızılverən),  Kiçik  Çatma,  Oxçuoğlu,  Daş­
başı,  Ağcalar,  Gədiksatılmış,  Qardaştəpə,  Çanaqsu  (k.  Kə-mər- 
van)„ Göldalı (k.  İrişli), Quyucuq, Qaraqala, Ağcaqala, Car-cıoğ- 
lu,  Qıraç, Aslanoğlu, Meydancıq,  Tələk,  Daşkörpü, Ağməz-dəm, 
Könülalan  (k.  İqnazor),  Bozigid,  Bacıoğlu,  Söyüdlü,  Qa-ğaç, 
B o rcalı//B u rcalı,  Kürdoy,  Quzğunlu,  Hasançavuş,  Dağ-köy,..., 
A ğ y a x a   elçəsinin Dəmirkənd (k.  Ərgine),  Əsenkənd/ /Əsənyay- 
la,  Boyundaş  (kecmis  D ələver),  Qaraxan,  Yerliqabaq,  Duraqlı, 
Sulaqbaxça,  Seydi,  Qalxanqala,  Kürəkdərə,  Cəbəci,  Hacıpiri, 
Süngüdərə,  Ağüzüm,  Ağbulaq,  Aslanxana,  H əm zəgə-rək,  Ağ- 
yol,  Baş  Gədiklər,  Orta Gədiklər,  Ayaq  Gədiklər,  Qum-lu,  Day- 
nalıq,  Oğuzlu,...  S u su z  elçəsinin  İncəsu,  Çamçavuş,  Yolboyu 
(k.  Uzunzayım),  Giziroğlu,  Porsuqlu,  Ortakisə,...,  S e lim   elçə­
sinin  Qamışlı,  Bölükbaşı,  Bayburt,  Əskikeçid,  B ənli-Ə hm əd,..., 
Qarsın  m ərkəzi  elçəsinə  bağlı  Ağbaba,  Tekneli,  Kümbətli  (k. 
Ladiqars,  bu  kənddə Ağbaba, Keşəli//Keşili və  İlməzli//Yılmazlı 
qarapapaqları  yaşayır),  Mağaracıq,  Mərkəzqa-la,  Bozqala,  Çağ­
layan,  Masucuq,  Qaraqala,  Böyük  Zavot,  Kiçik  Zavot,  Aydma- 
lan,  Azad,  Tikmə,  Yolaçan,  Çaxmaq,  Məzra,  Çal-kavur,  Hacı- 
vəli,  Qocabaxça,...  kəndləri  qarapapaq-tərəkəmə  kəndləridir. 
Elçə  mərkəzləri  olan  Arpaçay  (keçmiş  Zərşad),  Ağ-yaxa  (keç­
miş  Qızılçaxçax, burada Ağbaba mahalının Oxçuoğlu kəndindən 
köçmüş  qarapapaqlar  çoxdur),  Susuz  və  Selim  qəsə-bələrinin 
əhalisinin çoxu qarapapaqlardır.  Qars və Sarıqamış şe-hərlərində 
də  xeyli  sayda  qarapapaq  ömür-gün  keçirir  və  öz  əzəli  etnik 
özəlliklərini saxlayır.
68
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Quyucuq,  Meydancıq,  İncəsu,  Çamçavuş  və Duraqlı  kəndlə­
rində  yaşayan  qarapapaqlara  yerli  əhali  müridlər  deyir.  Onları 
başqa qarapapaqlardan  fərqləndirən başlıca xüsusiyyət keçirdik­
ləri  dini  mərasimdir.  Bu  mərasimdə  müridlər  tənəkə  parçası 
çalaraq Seyid H əm zə Nigarinin və digər şairlərin şerlərini söylə­
yirlər.1
Ərdahan elində qarapapaqlar ən sıx Çildir və Gölə elçələrin- 
də yaşayırlar. Çildir (keçmiş Zurzuna), Aşıq Şenlik köyü (keçmiş 
Suxara, Yaxınsu), Qaraqala, Aşağı Canbaz, Yuxan Canbaz,  Baş- 
köy,  Saymalı,  Sazlısu,  Eşməpınar  (k.  Purut),  Damlıca,  Beyrə- 
xatun,  Əski  Beyrəxatun,  Gölbələn  (k.  Urta),  Daşdəyirmən  (k. 
Çamdıra),  M əıyəmköy,  Güvənocaq,  Qoçgüdən,  Ağcaqala,  T ə ­
rə k ə m ə,  Sabaholdu  (k.  Kodas),  İldınmtəpə,  Göləbaxan  (k. 
M eredis),...  Ç ıld ır ın ;  Çullu,  Əski Dəmirqapı,  Yeni  Dəmirqapı, 
Böyük  Boğaztəpə,  Kiçik  Boğaztəpə,  Çayırbaşı,  İgid,  Uğurda- 
şı,_Gölə elçəsinin qarapapaq kəndləridir.
Çıldınn  Qurdqala  bucağının  (nahiyəsinin)  Tərəkəm ə  kəndi­
nin  qarapapaqları  İmir  oymağmdandırlar.  Fəxrəddin  Qırzıoğlu 
onların  «kaba türkcə konuşan koyunçu -  xalıçı -  keçəçi bir uruq 
olub, xalı və kilimlərində  Orxun yazısındakılara bənzər  12 hərfi 
süs olaraq kullandıklarmın» təsdiqləndiyini yazıb.
Osmanlının  Rusiya  İmperiyası  ilə  sərhəd  bölgələrində  yaşa­
yan  qarapapaq  türkləri  tarix  boyunca,  o  cümlədən  bu  ərazilərdə 
cərəyan  etmiş  çoxsaylı  müharibələr  dövründə  türk  torpaqlarına 
soxulmuş  düşməni  hüdudda  qarşılayıb  ilk  zərbələr  endirən  və 
qəfil  partizan  həm lələri  ilə  sarsıdan qorxmaz  sərhədçilər rolunu 
oynayıblar.  1806-1812-ci  illər  Osmanlı-Rusiya  savaşında  Qarsa 
doğru  irəliləyən  rus  qoşunlarına  onlar  Qarsın  Mağazberd  kən­
dinin  sahibi  Q a r a   b ə y i n   (Q a ra   M ah m u d   b ə y in )  rəhbərli­
yində  sərt  müqavimət  göstərirbər.  Qeyd  edək  ki,  o  zaman  Qars 
paşası Q ara  b ə y in   qardaşı M əm m əd   P a şa   olub.
Türkmənçay  müqaviləsi  nəticəsində  Qazax  və  Borçalı 
bölgələri yenidən Rusiya hakimiyyətində qaldıqdan və  1828-29-
1 Ensar Aslan.  Çıldırlı Aşıq Şenlik, Ankara,  1975,  s.  5-6.
69


FƏXRİ VALEHOĞLU
cu  illər  rus-türk  savaşmı  bitirən  Ədimə  sülh  sazişi 
sonucu 
Axısqa-Axalkələk bölgəsi'rusların tabeliyinə keçdikdən sonra bu. 
mahallarda  ömür  sürən  qarapapaqların  böyük  bir  hissəsi  öz 
yurdlarını  tərk  edib  Qars  yörəsində  Çildir  və  Ərdahana  bağlı 
kəndlərdə  binələnirlər.  1828-1829-cu illər rus-türk müharibəsin­
də Anadolu qarapapaqları rus mənbələrinin «cəsarətli  qarapapaq 
kəndxudası»  adlandırdığı  M a ğ a z b e r d l i   Ş ə r i f   a ğ a n ı n  
başçılığında  könüllü  süvari  dəstəsi  təşkil  edib  Osmanlı  ordusu­
nun ön cərgələrində döyüşürlər.
1853-56-cı  illər  türk-rus  savaşında  da  Türkiyə  qarapapaqları 
fəal  olublar.  Onlar əsasən Çildir sancaq rəisi A s l a n   P a ş a n ı n  
və  m əşhur  Borçalı  qaçağı,  Qarsdakı  türk  qarnizonunun  qeyri- 
nizami  dəstələrinin  ən  tanınmış  komandanlarından 
olmuş 
H ə ş i m o ğ l u n u n   rəhbərliyi  altında  ruslara  sarsıdıcı  zərbələr 
endiriblər.  M ənbələrdən  aydın  olur ki,  bu  savaş  əsnasında uzun 
müddət  mühasirədə  qalmış  Qars  şəhərinin  əhalisini  ərzaqla 
yalnız bölgənin qarapapaq kəndləri təmin ediblər.
1877-1878-ci  illər  rus-türk  müharibəsi  dövründə  Qars  qara- 
papaqları  savaş  öncəsi  hər  yanda  aranan,  fəqət  ələ  keçirilməsi 
mümkün  olmayan  şanlı  Borçalı  qaçağı,  türk  ordusunun  Qafqaz 
cəbhəsindəki  üç-dörd  ən   önəmli  isimlərindən  və  komandanla­
rından  biri,  yenilməz  sərkərdə  M e h r a l ı   b ə y i n   könüllülər 
dəstəsində  mərdliklə  döyüşür,  en  çətin  və  məsuliyyətli  əməliy­
yatlarda iştirak edib  ordu  komandanı tərəfindən verilən  tapşırıq­
ların  hamısının  öhdəsindən  uğurla  gəlirlər.  Onlardan  Şürəgəl 
qəzasının  Arpa  çayının  sağında  yerləşən  Aralıq  kəndindən  olan 
Xəlifəquluoğlularından  Hasan  və  Hüseyn  qardaşlarının  adlarım 
çəkmək yerinə düşərdi.
«Russki  vestnik»  («Русский  вестник»)  dergisi  1877-ci  il 
nömrələrinin  birində  Qars  bölgəsinin  də  daxil  olduğu  Ərzurum 
vilayətində  29  000  qarapapağın  yaşadığını  yazırdı.  1877-78-ci 
illər  savaşında  Qars  düşmən  əlinə  keçəndən  sonra  buradakı 
qarapapaqların böyük  bir hissəsi  Qarakösə  (indiki  Ağrı)  yörələ-
70
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
rinə  -   Ərzurum  vilayətinin  Bəyazid  sancağının  Antab//Əntəb 
qəzasına və  Zivin  çayı vadisinə köç  edirlər.1 Hazırda bu qarapa- 
paqlarm yurdları  Doğu Anadolu bölgəsinin Ağrı  elinin Daşhçay, 
Xamur,  Ələşgird,  Tutak  və  Muş  elinin  Bulanıq  və  Malazgird 
elçələrinə bağlıdır.  M e h ra lı  b ə y ə   b a ğ lı  qarapapaqlar isə Ana­
dolunun mərkəzində - Sivas vilayətində yurd salırlar.  Qeyd edək 
ki,  qarapapaqlardan  Sivas,  Toqat,  Amasya,  Çorum  kimi  Orta 
Anadolu  vilayətlərində,  eləcə  də  Ağrıda  daha  əvvəl,  Krım  mü­
haribəsi zamanından yerləşib yaşayanlar da çoxdur.
Bu  gün  Sivas  elinin  Qanqal-Ulaş-Uzunyayla-Gürün-Koyul- 
hisar  səmtlərində  30-40  qarapapaq  kəndi  mövcuddur.  Acıyurd, 
Qurdoğlu,  Quşqayası,  Çiftlikverən,  Qızıldikmə,  Yaraşar,  Tut- 
maç,  Böyükköy,  Sarıxarman,...  Sivasın,  Keçidverən,  Qumlubu- 
caq,  İkiyamac,  Yazılı  (keçmiş  M əngəsər),  Yuxan  Toklu, 
Yolluyazı  (Dambat),  Yoncalı,  Çakıroba,  Araqonaq,...  Ağrı-Muş 
bölgəsinin  adıbəlli  qarapapaq  kəndlərindəndir.  Toqat  elində 
qarapapaqlar  Zilə  elçəsinin  Süleymaniyyə,  Fateh,  Xətibpman, 
Osmanpman,  Çiçekpmarı  və  Rəşadiyyə1
 2, Amasya  elində Merzi- 
fo n   elçəsinin  Çayırözü  və  Suluova  elçəsinin  Alabədir,  Ayrançı, 
Qorudüzü,  Alaqadı  kəndlərində,  Çorumda  isə  Quyucaq kəndin­
də (Məcidözü elçəsi) məskundurlar.
1891-  ci  ildə  Şeyx  Şamilin  Osmanlıda  yaşayan  nəvəsi  M. 
Zəki  Paşanın təşəbbüsü və  Sultan Əbdülhəmidin  əmrilə Anado­
luda  yaşayan  kürd,  ərəb,  qarapapaq,  çərkəz,  türkmən  və  digər 
tayfalardan ibarət xüsusi H ə m id iy y ə   s ü v a r i  d ə s t ə l ə r i   yara­
dılır. Bu süvari dəstələr aşağıda göstərilən şərtlər əsasında təşkil 
olunurdu:
1) 
Süvari  Həmidiyyə  alaylarını  təşkil  edən  tayfalardan  hər 
ailə  bir süvari  verməli  idi.  Belə ailələrə  dövlət  tərəfindən  əkin- 
biçin  sahələri  verilirdi və  onlar əkinçilik məhsullarına və  qoyun 
sürülərinə qoyulan vergilər istisna olmaqla bütün digər vergilər­
1 О.  Грязнов. Военый обзор передового театра в Азиатской  Турции, т.  II, 
СПб,  1897, с. 70.
2 E. Aslan, göstərilən əsəri,  s.  5.
71


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə