KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

FƏ XRİ VALEHOĞLU
Tatarı  gümüş  silah  və  gümüş  xançalla  at  belində  çox  görər­
siniz.  Bu cəhətdən tatarların tələbatı daha çoxdur və onlara daha 
çox  m əsrəf tələb  olunur.  Lakin  sual  doğuran  budur  ki,  bu  fani 
dünyada  başqaları  kimi  əsarətdə  yaşayan  tatar  başqalarından 
artıqlamasıyla çox xərclədiyi m əsrəfi haradan tapır?»1
1905-ci  ildə  Şuşada,  İrəvanda  Bakıda,  Tiflisdə  v ə  Cənubi 
Qafqazın  digər  bölgələrində  baş  vermiş  erməni-müsəlman  da­
vası Borçalıdan da yan ötmür (Sözgəlişi:  Gürcü qəzeti «İveriya» 
İrəvanda erməni-türk qırğınının 20  fevralda  iki  «tatarın»  bir-biri 
ilə  dalaşıb  revolverlə  atışmasının  və  yoldan  ötən  bir  erməninin 
bunu  görüb  «erməniləri  öldürürlər»  deyə  vay-həşir 
s a lm a sın ın 
nəticəsində  başlandığını  yazırdı1
 2).  Borçalıda  bu  qarşıdurmanın 
dayandırılmasında Yakov Kanevskinin müdhiş bədən quruluşuna 
malik  olan,  özünəməxsus  zərifliyi  və  incəliyi  ilə  hamını  hey­
rətləndirən,  zövqlə  geyinən  yaraşıqlı  kişi  deyə  öydüyü  B olus- 
K ə p ə n ə k ç ili  E m in   a ğ a   A c a lo v u n   (H acıalıy ev in )  və knyaz 
general  Çavçavadzenin xüsusi  xidmətləri  olur3  (Qeyd  edək ki,  o 
dövrdə  Çavçavadze  soyadlı  iki  nəfər  general  rütbəsinə  malik 
olub.  Onlardan biri Zakariya Çavçavadze (1824-1905),  o  biri  isə 
İvane  Sulxanoviç  Çavçavadze  (1826-1913)  idi.  Zənnimizce,  bu­
rada söhbət general İvane Çavçavadzedən gedir).
1918-ci  ilin  sonlarında  Borçalı  və  Axalkələk qəzaları  üstün­
də  gürcü-erməni  müharibəsi  baş  verir.  Barışıq  nəticəsində  Bor- 
çalınm  güney  parası  -   Loru  nahiyəsi  neytral  zona  bəyan  edilir. 
Cənubi Qafqazda Sovet hakimiyyəti  qurulduqdan sonra Loru na­
hiyəsi  türk  torpaqları  üzərində  yaradılmış  Ermənistan  Sovet 
Sosialist Respublikasının  tərkibinə  qatılır (Mövzuyla əlaqəli  da­
ha  ətraflı  bax:  Ş.Məmmedli,  Paralanmış  Borçalı...,  Bakı,  1995). 
Bu  dövrdə  Borçalı  qəzasının  orta  hissəsində  əhalinin  93  %-i 
(36615  nəfər),  Qarayazıda isə 88,8 %-i (7419 nəfər) Azərbaycan 
türkü idi.
«İveriya» qəz.,  1896,21  sentyabr (№196).
2 «İveriya»,  1905,28 fevral (№12), s. 4.
3 Я. Каневский. Еминь-Ага Борчалинстй, Тула,  1915, с. 3.
56
QARAPAPAQLAR  VƏ ONLARM X IX  ƏSR HƏRB TARİX/
1926-cı  il  siyahıyaalınmasının nəticələrinə  görə,  Borçalı  qə­
zasının  88000 nəfərlik  əhalisinin  58,9  %-ini  «türk»lər,  17,3  %- 
ini  ermənilər,  9,2  %-ini  gürcülər,  Tiflis  qəzasının  əhalisinin  41 
%-ini  gürcülər,  28,4  %-ini  ermənilər,  Tiflis  şəhərinin  əhalisinin 
34  %-ini  (100148  nəfər)  ermənilər təşkil  edibdir.1 XIX  əsr  gös­
təricilərinə  nisbətən  Tiflisdə  ermənilərin  saylannm  gürcülərlə 
müqayisədə  faiz  nisbətinin  aşağı  düşməsinin  səbəblərindən  biri 
onların  bir  qisminin  gürcüləşməsi  idi.  «Tsnobis  Purtseli»  adlı 
gürcü  qəzeti  1902-ci  il  6  oktyabr  tarixli  1945-ci  sayında  «Nor 
Dar»  erməni  qəzetinin  1902-ci  il  138-ci  sayma  istinadən  gürcü 
soyadı qəbul etmiş ermənilərin bəzilərinin siyahısını dərc etmiş­
dir.
XX əsrin 30-cu  illərinin sonlannda Borçalı türklərinin öndə 
gələn  böyük  bir  bölümü  İ.Stalinin repressiya  qurbanına  çevrilir, 
güllələnir və yaxud da ki, Orta Asiya, Qazaxıstan çöllərinə, Sibi­
rə sürgün edilir.
Sovetlər  Birliyi  dağılmaq  üzrə  olduğu  dönəmdə  (1989- 
1991-ci  illər)  Güney  Qafqazın  digər  bölgələrində  olduğu  kimi 
Borçalıda  da milli  zəmində  konflikt yaratmaq  istəyənlər tapıldı. 
Xaosun  hökm  sürdüyü  o  illərdə  Borçalı  mahalının  Bolnis  rayo­
nunun  mərkəzində  və  Kazret  qəsəbəsində,  Dmanis  rayonunun 
mərkəzində  və  Dağ  Muğanlı,  Saatlı  kəndlərində  ömür  sürən 
qarapapaqlar etnik  sıxışdırılma və  fitnələr sonucunda dədə-baba 
yurdlarından  Azərbaycana  köç  etmək  zorunda  qaldılar.  Fəqət 
heç  nəyə  baxmayaraq,  çətinliklərə  sinə  gərərək  borçalılar  ağır, 
müdrik və dözümlü bir elat olduqlarını nümayiş etdirdilər.
Gürcüstan  Respublikaçılar  partiyasının  liderlərindən  David 
Berdzenişvili  və  Otar  Zoidzenin  «Kavkazski  aksent»  qəzetində 
dərc  etdirdikləri  «Postsovet  Gürcüstanı:  Millətin  intizamı  və 
dövlətin  bütövlüyü»  məqaləsindən  oxuyuruq:  «Cavaxetin  ermə­
ni əhalisi  muxtariyyət tələb edir. Kvemo-Kartli  (Borçalı - F .   V.) 
azərbaycanlıları  belə  tələbat  irəli sürmürlər...  Azərbaycanlıların
1 Бах:  А. Ф. Ляйстер, Г. Ф. Чурсин. География Закавказья, Тифлис,  1929.
57


FƏXRİ VALEHOĞLU
və  ermənilərin  bugünkü  gürcü  dövlətinə  m üxtəlif  münasibəti 
tarixi köklərlə qidalanır (aydındır ki, hazırda mövcud olan siyasi 
reallıqlar da səbəblərdən biridir).  Gürcüstanın  azərbaycanlı  əha­
lisinə  müstəqil  Kartli-Qaxet  çarlığında  yaşamaq  və  hətta  onun 
uğrunda  (o  cümlədən,  öz  dindaşlarına  v ə  etnik  qohumları  olan 
gəlm ələrə qarşı) vuruşmaq m üyəssər olub.
Cavaxetin  erməni  əhalisi  19-cu  əsrdə  buraya  mühacirət 
edənlərin  törəmələridir.  Onların  tarixi  yaddaşında gürcü  dövləti 
fenomeni  olmayıbdır.  SSRİ  dağıldıqdan  sonra  Cavaxetin  erməni 
əhalisi  tamamilə  yeni  siyasi  reallıq  qarşısında  qaldı  ki,  bu  da 
əlbəttə  Cavaxetin erməni  diasporasının gürcü  dövlətinə  münasi­
bətində əks olunur»1 1
.
H əqiqətən  də  qarapapaqlar  Gürcüstan  dövləti  ərazisində 
kompakt  halda  yaşayan  yeganə  etnik  qrupdur  ki,  digərlərindən 
fərqli  olaraq  daim,  özəlliklə  də  ölkənin  ən  sıxıntılı  günlərində 
dövlətçilik  mövqeyində  durublar  və  əsil  vətəndaşlıq  nümunəsi 
sərgiləyiblər.  Onlar tarixən doğudan batıya Sınıq Körpüdən Yaş 
dağlara (Mokrıye Qon//Sulu dağlar,  Qaraağac),  Türkiyə  sunurla- 
rına,  quzeydən güneyə  isə Tiflis-Trialet dağlan xettindən  indiki 
Ermənistan  Respublikası  hüdudlarına  qədər  uzanan  strateji 
bölgədə  sıx  yaşayaraq  Azərbaycan və Anadolu  türkləri  arasında 
körpü-keçid  rolunu oynamaqla yanaşı,  gürcü  xalqı  və  dövlətçili­
yi  üçün  də  əvəzolunmaz  xidmət  göstərmiş  olublar.  Son  yüzil­
liklərdə,  daha  doğrusu,  rusların  Qafqazlara  enməsindən  sonra 
aparılan  demoqrafik  siyasət  nəticəsində  XX  yüzilin  30-cu  illə­
rinə  qədər  Borçalı-Başkeçid-Bolus  səmtlərinin  qeyri-türk  yaşa­
yış məskənləri içində, eləcə də Tiflis ətrafında erməni m əntəqə­
lərinin  üstünlükdə  olması,  həmçinin  Tiflisin  özünün  o  zamankı 
etnik  tərkibi  dediklərimizə  tam  əsas  verir.  Çünki  Ermənistan- 
Gürcüstan  sərhədi  boyunca  məskunlaşmış  əhalinin  böyük  əksə­
riyyətini  mərd  və  qorxmaz  qarapapaqlar  təşkil  etməsə,  xəritəni 
göz önünə  gətirsək və tarixi reallıqlara diqqət yetirsək,  bugünkü
«Кавказский акцент» qəzeti, Tiflis, 2000,16-31  mart, № 7, s.12.
58
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Gürcüstan dövlətçiliyinin hansı durumla üzləşə  biləcəyini təsəv­
vür etm ək heç də çətin olmazdı.
Dr.  Səmra  Alyılmaz  Gürcüstan  sərhədləri  daxilindəki  türk- 
qarapapaq  elləri  barədə  yazır:  «Borçalı,  Qarayazı  və  Başkeçid 
deyilincə,  türk millətinin  Gürcüstanda vücuda gətirdiyi kültür və 
mədəniyyətə  aid maddi və  m ənəvi dəyərlərini  keçmişdən  günü­
müzə  daşıyan  ata-dədə  türk yurdları  və  Qarapapaqlar//Tərəkə 
m ələr ağla gəlir»}  Digər  bir  türk  alimi,  tanınmış  filoloq  prof. 
Leyla  Karahan  isə  S.  Alyılmazın  2003-cü  ildə  Ankarada  kitab 
şəklində  nəfis  tərtibatda  çap  olunmuş  «Borçalılı  bilim  adamı, 
eyitimci (maarifçi),  şair Valeh  Hacılar»  adlı doktorluq monoqra­
fiyasına verdiyi rəydə aşağıdakıları  söyləyir:  «Borçalı,  Qarayazı 
və  Başkeçid  Gürcüstan  sınırları  içində  üç  yerləşim  bölgəsi... 
M inlərcə  il  Türklərə  vətənlik  etmiş  dastanlar  coğrafiyası  Qaf- 
qazların  bir parçası...  Burada yaşayan  beş yüz  min  Türk,  Türk­
cəyi yaşadaraq,  Türk ədəbi gələnəyin  (ənənəsini) davam  etdirə­
rək Türk kimliyini qoruyur»2.
1.4.  CAVAXET  QARAPAPAQLARI
XX  əsrin  ortalarına  qədər  Gürcüstanda  türklərin,  o  sıradan 
qarapapaqların  yığcam  halda  yaşadıqları  və  ədəbiyyatımızın, 
mədəniyyətimizin inkişaf etdiyi bölgələrdən biri də onun cənub- 
qərbində yerləşən və vaxtilə Osmanlı səltənətinin Axısqa paşalı- 
ğım  təşkil  etmiş  Mesxet-Cavaxet  (Axalsıx-Axalkələk)  bölgəsi­
dir.  Qarapapaqlar  (tərəkəm ələr)  əsasən  bölgənin  Cavaxet//Ca- 
vax bölümündə yaşayıblar. Ancaq baş vermiş müharibələr və er­
m ənilərin  bu ərazilərə,  özəlliklə də  qarapapaq  kəndləri  ətrafına 
kütləvi  şəkildə  yerləşdirilmələri  onların  əkserinin  tədricən  Çil­
dir,  Ərdahan  və  Qars  mahallarına  üz  tutub  köçməsinə  səbəb 
olmuşdur.  1830-cu ildə, yəni  1828-1829-cu illər rus-türk mühari-
1 S. Alyılmaz, gösterilən eseri, s. 2.
«Türk kültürü» dergisi, Ankara,  2004, sayı 493-494, s.632.
59


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə