KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

FƏXRİ VALEHOĞLU
1854-56-cı  illərdə  Cənubi  Qafqazda  olmuş  və  buradakı 
qarapapaqlarm  yaşam  tərzi  ilə  yaxından  tanış  olmaq  fürsəti 
bulmuş  rus  tarixçisi V.  Potto  onların yaylağa köç  mərasimlərini 
öz  xatirələrində obrazlı bir şəkildə belə ifadə edirdi:
«Tiflis  ile Aleksandropol  (Gümrü -  F.  V.)  arasındakı  düzlər, 
xüsusilə  də  dağlıq ərazilər köçəri  tatar tayfaları  tərəfindən  tutu­
lubdur.  Ucsuz-bucaqsız otaracaqlarla bol  olan və  dərin  dərələrlə 
bir-birindən  kəsilmiş  bu  dağlar  yayın  qızmarından  gizlənən 
tatarların əsas yuvalarıdır.  Tatarlara dağların dərinliyinə  keçmək 
qəti  qadağan  edilsə  də  onlar  bu yerlərdə  payızın  sonuna  qədər, 
yəni  dağlarda  qarın  tez  düşməsi  ilə  əlaqədar  ot  çatışmazlığı  və 
soyuğun  onları  öz  aullarına  (kəndlərinə)  qayıtmağa  məcbur 
edənə qədər qalırlar.
Belə  köçlərin  görüntüsü  çox  mənzərəlidir,  qədim  xalqların 
köçlərini  xatırladır.  Çadraya  bürünmüş  qadınlar  kişi  kimi  at  üs­
tündə  oturub  qatar-qatar  düzülərək  gedirlər,  uşaqlar  da  ata  min­
dirilib  analarının  arxasında  otuzdurulur,  yan  tərəflərdən  isə  at 
üstündəki  aşırma  səbətlərdən  körpə  uşaqların  başları  görünür. 
Bu əsas  qrupdur,  onu qoyun sürüsü,  naxır,  çadır və  içərisinə  ev 
quşları  yerləşdirilmiş qəfəslərlə,  eyni  zamanda  digər ev  əşyaları 
ile  yüklənmiş  eşşəklər müşayiət  edir.  Səs-küy  xaosu  isə  araba­
ların  cırıltısı,  eləcə  də  nəğmə  oxuyaraq  və  atəş  açaraq  taborun 
böyür-başında cigitlik edən tatarların ucadan hayqırtıları arasında 
itib-batır.
Dağ  bozqırı  öz  köçləri  ilə  onu  canlandıran  tatarlar  uzaqla­
şandan  sonra  qəmgin,  monoton  şəklə  düşür.  Sarı,  qurumuş  otla 
örtülü bu yerlərdə yalnız qaçaqlar qalır.  Təhlükələr və  qaçaqlıq- 
lar haqqında tükənməyən hekayələr  axşamlar  dağətəyi  kəndlər­
də  yaşayan  ermənilərin  asudə  vaxtlarını  doldururdu.  Həqiqətən 
də  bu  səyahətçi  üçün ilin  ən pis vaxtıdır.  Yerli  rəhbərliyin  əmri 
ilə  dağlardakı  məntəqələri və yolayrıclarını  qorumaq məqsədilə 
gənc  tatarlar,  bəylər  və  ağalardan  ibarət  xüsusi  atlı  gözətçi 
dəstələri təşkil olunsa da, bu formallıq səyyahı  çox az rahatlayır.
48
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Çünki  çox  vaxt  elə  bu  ağalar  və  bəylərin  özləri  işsizlikdən 
bezərək bozqır qaçağının həyatını yaşamağa başlayırlar».1
Fon-Qakstqauzen  19-cu  əsrin  ortalarında  Tiflis  əhalisinin 
1/3-ni  (10000  nəfərini)  ermənilərin  təşkil  etdiyini,  onların  həm 
sayca,  həm  də  var-dövlətdə  gürcüləri  keçdiyini,  gürcülərin  er­
m ənilərə  nifrət  etdiklərini,  Koroğlunun  atmı  oğurlayan  Həm ­
zənin  erməni  olduğunu  və  ermənilərin  çoxunun  yalançı  oldu­
ğunu  yazırdı.1
 2  Gerçəkdən  də  XIX  əsrin  20-ci  ilərinin  sonlarında 
Güney Qafqaz ərazisinə kütləvi köçürülən ermənilər çox keçm ə­
dən  məskunlaşdıqları  ərazilərdə,  o  cümlədən  Tiflis  şəhərində 
rus  havadarlarının  yardımları  ilə  idarəetmə  qurumlarında  əsas 
vəzifələrə  təyin  olundular,  böyük  torpaq  sahələri  ələ  keçirdilər 
və demoqrafik vəziyyəti sürətlə öz xeyirlərinə deyişdilər.
Tiflis  quberniyasının  statistik  komitəsinin  1886-cı  ildə  nəşr 
olunmuş  siyahısında  Tiflis  şəhərindəki  torpaq  sahələrinin  əksə­
riyyətinin sahibinin erməni  olduğu göstərilir.3 Bu siyahıda yalnız 
bir  türk  isminə  -   Qırcanis-Ortacaladakı  6  desyat  600  sajendən 
ibarət  3  saylı  sahənin  sahibi  Mehdi  bəy  Hüseynoğlunun  adma 
rast gəlinir.
M ənbələr göstərir ki,  1876-cı ildə Tiflisdəki əhalinin 36,16 
%-i  (37610  nəfər)  ermənilər,  29,62  %-i  (30813  nəfər)  ruslar, 
21,3  %-i  gürcülər (22156 nəfər),  13  %-i  (13445  nəfər) isə  başqa 
millətlərdən4,  1896-cı  ildə  isə  48  %-i  ermənilərdən,  ibarət 
olubdur5.  1917-ci  ildə  Tiflis  quberniyasında  418651  gürcü  və 
139939  erməni,  Tiflis  şəhərinin  özündə  isə  62337  gürcü  və 
83977 erməni yaşayıbdır.6
1 В. Потто.  Воспоминания о Закавказском походе  1855-1856 г.,  «Военный 
сборник» məcmuəsi,  1864, may, XXXVIII  cild, s. 436-437.
2 A. Qakstqauzen, göstərilən əsəri, s. 7 6 ,8 4 ,1 5 3 ,2 2 8 .
3  Bax:  Труды  Тифлисского  губернского  статистического  комитета, 
Тифлисъ,  1886.
4 Е. Вейденбаум. Путеводитель по Кавказу, Тифлисъ,  1888, с. 317.
Encyclopaedia o f  Islam, I  cild, London,  1960, s. 644.
6 Ş. Tetvadze, O. Tetvadze,  Gürcüstanda ermənilər, s.  100 (gürcücə).
49


FƏXRİ VALEHOĞLU
XIII  əsrdə  Tiflisdə  olmuş  Zəkəriyyə  Qəzvini  bu  şəhərin 
Kür  çayı  ilə  iki  hissəyə  bölündüyünü,  sağ  sahildə  müsəlmanla­
rın,  sol  sahildə  isə  xaçpərəstlərin  yaşadığını,  kükürdlü  hamam­
lardan yalnız müsəlmanların  istifadə etdiyini  qeyd edirdi.1  1921- 
ci  ilin  yazında  Tiflisi  ziyarət  etmiş  türk  diplomatı  doktor  Riza 
Nur xatirələrində yazırdı:  «Tiflisə  gəldik...  Şəhərin dörddə  biri 
tamamilə  azəri  türkləri  ilə  məskundur  və  ticarətgahdır.  Digər 
əhali  xristyan  gürcülər  və  ermənilərdir.  Ermənilər  həm  gürcü­
lərdən ziyadə, həm də zəngindirlər».1
 2 Əlavə  edək ki,  Tiflisin bu 
gün  də  işlənən  köhnə  məhəllə  adlarından  Ortacala,  Meydan, 
Nəftluq, Avcala, Sululək (Sololak) türk ruhunun daşıyı-cılandır3.
1873-74-cü  illərdə  Tiflis  qubemiyasınm  əhalisinin  sayı 
1000-i ötmüş türk- qarapapaq kəndləri:
Sarvan  -   1671  nəfər,  Qızılhacılı  -   1524,  Qaracala  -   1475, 
Gorarxı  -   1470,  Sadaxlı  -   1065,  Böyük  K əpənəkçi  -   1055, 
Saraçlı -1038, Ağtəhlə -   1024 nəfər.4
1886-cı  ildə  Borçalı  qəzasının  Yekaterinenfeld  nahiyəsində 
ümuməhalinin  71,  8  faizi  (10,  028  nəfər),  Borçalı  nahiyəsində 
64,  8  faizi  (12,  377  nəfər),  Trialet,  Loru  nahiyələrində  20-30 
faizi,  Tiflis  qəzasının  Qarayazı  nahiyəsində  94,  6  faizi  (4754 
nəfər)  soydaşlarımızdan  ibarət idi,  Tiflis  şəhərinin  özündə  1275 
nəfər,  Sığnaq  qəzasında  3220  nəfər,  Telav  qəzasında  1600 
nəfərdən çox türk siyahıya alınmışdı.5
XIX  əsr  Tiflis  mətbuatında  Borçalı  mövzusuna  geniş  yer 
verilirdi.  Rus  publisisti  D.Y.Zubaryevin  «Tiflisskiye  vedomosti» 
qəzetinin (naşiri -  P.  Sankovski)  1830-cu il 3  sentyabr (№ 71) və 
30  oktyabr (№  87)  saylarında  müvafiq  olaraq  Borçalı  tarixi  abi­
dələrindən  Sımqkörpüyə  həsr  olunmuş  «Красный  Мост»/
1 П.  Иоселиани.  Описание древностей города  Тифлиса,  Тифлись,  1866, с. 
263.
2 Dr.  Riza Nur. Hayat veHatıratım, III cild, İstanbul,  1968,  s.733.
3 Bax:  T. Kvirkveliya.  Qədim Tiflisin yer adları, Tiflis,  1985  (gürcücə).
4 Сборник сведений о Кавказе, IV cild, s.  377-378.
5 Ş. Məmmədli, Alın yazımız, s. 69-71.
50
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
«Krasnıy  Most»  («Qırmızıkörpü»)  və  Ağcaqalaya  həsr  olunmuş 
«Серый 
3aMOK»/«Seny 
Zamok»  («Bozqala»)  məqalələri  dərc 
edilmişdi.  «Bozqala» məqaləsində m üəllif Borçalıdakı  Ağcaqa- 
lanın  əsasının  XV  əsrin  sonlarında  Ağqoyunlu  hökmdarı  Sultan 
Yaqub  tərəfindən  qoyulduğunu,  Borçalı  Osmanlı  tabeliyinə  ke­
çəndə  Ağcaqalada  Musa  Paşanın,  Kartli-Qaxet  çarlığının  tərki­
bində  olanda  Borçalı  mouravlannm  və  idarəçilərinin,  XVIII 
əsrin  axırlarında  şahzadə  Georginin  (sonralar  Kartli-Qaxet  çan 
oldu) yaşadığını,  bu  məqalənin  çap olunduğu  dövrdə  isə  qalanın 
Borçalı  baş pristavlanmn qış malikanəsi  olduğunu yazır və  onun 
ruslar  tərəfindən  Bozqala  adlanmasının  inşa  edildiyi  daşların 
rəngi ilə əlaqəli olduğunu  ehtimal edirdi.
«Tiflisskiye vedomosti»nin  1828-ci  il 5  sentyabr tarixli  10-cu 
sayında  Tiflis  yaxınlığındakı  Qocorda  «ətraf kəndlərin  qorxusu 
olan  Koroğlunun»  qalası,  1832-ci  il  2-ci  sayında  isə Başkeçiddə 
ovçulann  ayı  ilə  qarşılaşdıqları  barədə  məlumatlar  verilirdi. 
Eyniadlı  qəzetin  digər  nömrələrində  Axısqa  (Äxalsıx)  məscidi 
və  kitabxanası  barədə  P.  Sankovskinin  irihəcmli  məqaləsi, 
doğma türkcəmizi  bilən Zubaryevin  Borçälmm  Şamalı  kəndinin 
sayımlı-seçimli  sakini  «Usta  Molla»  M eh d i  B ay ram   o ğ lu   və 
onun  söylədiyi  bir  Borçalı  tıağılı  haqqında,  eləcə  də  «erməni 
vilayətində  yaşayan  tatarlara»  diş  ağrısını  və  qızdırmanı 
türkəçarələrlə nə cür müalicə etmələrinə dair yazılar dəyərlidir.
O  dövrün  Tiflis  mətbuatında  borçalılann  m əhkəm ə  pro­
sesləri  ilə  bağlı  materiallara  da  rast  gəlinir.  M əsələn,  «Zakav- 
kazski  vestnik»  qəzetinin  1854-cü  il  13  may  tarixli  sayında 
erməni  mülkədarları  Meliksedek  və  Bağdasar  Piradovlann  K ə ­
p ə n ək ç i  kəndinin  dövlət  kəndlilərinin  torpaqlanm  ələ  keçir­
m ələri  ilə  bağlı  sonunculara  iki  nümayəndəsinin  -   A b d u lla  
V əli  o ğ lunun  v ə   İb ra h im   X ə lil  o ğ lu n u n ,  1854-cü  il  27 may 
tarixli  sayında isə  Sarvan  v ə  Q ızılhacılı  sakinlərinin Orbeliani 
və  Salaqov  knyazlanyla  mübahisəli  torpaq  m əsələsi  ilə  bağlı 
Sarvan  kəndxudası,  podporuçik  İbrahim   X ə lil  oğlunun  knya- 
ginya Ketevan,  knyazlar -  Luarsab,  David,  Aslan,  Yakov və  Sa- 
maraqdo  Orbelianilər,  Zal  və  Keyxosrov  Salaqovlar  ilə  birlikdə
51


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə