KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

FƏXRİ  VALEHOÖLU
arada  Muravyov  Mustafa  bəy  Xırtızlının  məktubunu  alır.  M ək­
tubda  Barmaqsızda  köç  edənlərin  və  qarapapaq  qarovul  dəstə­
lərinin  onlar  tərəfə,  Ahısqa  paşalığının  ərazisinə  keçməsinin 
qadağan  olunması  xahiş  olunurdu.  Muravyov  cavab  məktubu 
yazaraq  onların  sakinlərinin  sərhədi  keçmədiyini  və  əg ər  keçsə 
belə qarapapaq qarovul  dəstələri tərəfindən dərhal  geri  qaytarıl­
dığını  bildirir  və  bu  məktubu  Q asım   Ş ə rif  oğ lu   vasitəsiylə 
Xırtıza göndərir.
1826-cı  il  8  iyulda Antonovun  Muravyova  göndərdiyi  başqa 
bir  raportundan  aydın  olur  ki,  soyğunçular  qarapapaq  yaylaqla­
rından  20  at  aparmağa  cəhd  etsələr  də  tez  bir  araya  toplanmış 
qarapapaq  qarovulçulan  yubanmadan  onları  təqib  edib  atları 
qaytarmağa müvəffəq olublar'.
1831- 
ci  ildə  bəzi  gürcü  knyazları  ruslan  Gürcüstandan  qov­
maq  üçün  gizli  təşkilat  yaradıb  qiyam  hazırlıqlarına  başlayırlar. 
Onlar məktub vasitəsilə Aleksandr Mirzəyə müraciət edib  hazır­
lanan qiyama rəhbərlik etmək üçün ondan Qaxetə  gəlməyi  xahiş 
edirlər.  Bu  məktubu  İranda  yaşayan  şahzadəyə  qiyamın  ən  fəal 
təşkilatçılarından  olan  knyaz  Aleksandr  Orbelianinin  təhkimli 
kəndlisi,  Borçalı  mahalının  H əsənxocalı  kəndinin  25  yaşlı 
sakini  M olla  Zaman  çatdırır  və  cavab  gətirir  ki,  Aleksandr 
Mirzə yaşlanıb və artıq «öz gürcülərinə» inanmır.
Qafqaz  Arxeoqrafiya  Komissiyasının  tərtib  etdiyi  aktlardan 
məlum  olur  ki,  knyaz  A.  Orbeliani  «hər  zaman  çılğınlığa  hazır 
olan  borçalıları»  qiyama  qaldırmağı  M olla  Z am an a  tapşırır.2 
M olla  Zam an  bu  məqsədlə  Çıldırlı  Kosa  M ustafanı,  B orçalı 
Qədim  N ağdəli  oğlunu  və  Vəli  Əli  Emin  oğlunu  A.  Orbelia­
ninin yanına gətirir.
1832- 
ci  ildə  xəyanət  nəticəsində  gizli  təşkilatın  mövcud 
olması  aşkar edildi,  onun  üzvləri  həbs  edildi  və  qiyam  layihəsi 
alt-üst  oldu.  Həbs  olunanlar  arasında  M olla  Z am an  və  onun 
adlarım  yuxarıda  göstərdiyimiz  3  qarapapaq  məsləkdaşı  da  var
1 M. E.  Kotsebu, göstərilən eseri,  s.  148-150.
2 AKAK, VIII c., Tiflis,  1881, s.  406-407.
44
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
idi.  1833-cü ildə M o lla  Z am an və qiyamın təşkilində günahlan- 
dırılanlardan  seminarist Taliyev  saxlanıldıqları  Avlabar zabit ka­
zarmasından  qaçırlar,  ancaq  çox  keçmədən  Borçalı-Dəmirçiha- 
sanlı  poruçik  P a ş a   b ə y   E m in o v   tərəfindən yenidən tutulurlar. 
Bu  xidmətinə  görə  1834-cü  ildə  Paşa  bəy  Em inova  baron 
Rozenin təqdimatı  əsasında ştabs-kapitan rütbəsi verilir.
Məhkəmənin  qərarı  nəticəsində,  qiyamda  suçlanan  qarapa- 
paqlardan  Q ədim   N ağdəli  oğlu  hərbi  xidmətə  göndərilir,  Kosa 
M ustafa  verdiyi  ifadələrdəki  səmimiliyinə  görə  bir  müddət 
Gürcüstanda təhkimlə işlədikdən sonra vətəni Çıldıra göndərilir, 
Vəli  Əli  Emin  oğlu  əvvəlcə  Sibirə,  oradan da  Saratov  quberni­
yasına sürülür.  M olla  Z am anın  cəzası isə həbsdən qaçdığı üçün 
ağır olur.  O, jandarmanm müşayiəti  ilə  1834-cü  il  12  iyunda No- 
voçerkasska,  oradan  da  daxili  mühafizə  batalyonunda  xidmət 
etmək üçün Arxangelskə sürülür.
Orest  Yevetski  yazırdı:  «Gürcüstanda  baş vermiş  daxili  çax­
naşmalar  və  qiyamlar  zamanı  ermənilər həmişə rus  hökumətinə 
sadiq idilər».1 O bunun səbəbini ermənilərin gürcülərlə düşmən­
çiliyində  və  onların  xüsusi  mülkiyyətlərinin  ruslar  tərəfindən 
toxunulmazlığının  təmin  edilməsində  görürdü.  [Qeyd  edək  ki, 
1804-cü  ildə  Tiflisə  2000  nəfərdən  çox,  1807-1808-ci  illərdə 
1906  nəfər  (əsasən  şəhərin  Avlabar//Hallavar  məhəlləsinə)  er­
məni  məskunlaşdırılmışdı,  1809-11-ci  illərdə  -   general  Torma- 
sovun canişinliyi dövründə  isə Borçalmın Bolnis bölgəsinə 2140 
nəfər (428 ailə) erməni köçürülmüşdü2].
O.Yevetskinin  verdiyi  göstəricilərə  inansaq,  1835-ci  ildə 
keçmiş  Kartli-Kaxet çarlığı  ərazisində  115000 gürcü,  144000  er­
məni,  77500  «tatar»,  20000  osetin,  6200  xevsur,  6120  tuş,  5180 
pşav  yaşayırmış,  25290  nəfər  əhalisi  olan  Tiflisin  isə  18820 1
 2
1 О.  Евецкий,  Статистическое описание Закавказского края,  СПб,  1835,  с. 
40.
2  Ş.  Tetvadze,  О.  Tetvadz^.Gürcüstanda  ermənilər,  Tiflis,  1998,  s.  54 
(gürcücə).
45


FƏXRİ  VALEHOĞLU
nəfəri  erməni,  4217  nəfəri  gürcü,  723  nəfəri  isə  müsəlman 
imiş.1
1838-ci  İldə  Borçalı  qəzasında  8479  «tatar»,  3634  erməni, 
767  yunan,  669  gürcü,  Siqnax  qəzasında  604  «tatar»,  Telav  qə­
zasında 771  «tatar» qeydə alınmışdır.1
 2 3
XIX  yüzilin  ikinci  qərinəsinin  başlarında  Cənubi  Qafqazın 
mərkəzində  yerləşən  və  tatar distansiyaları  adlanan  türk  bölgə- 
lərinin ərazisi və əhalisi təqribən belə idi:3 __________________
Distansiyalar
Ərazi  (kv. verstlə)
Əhali
Borçalı
6000
25000
Qazax
2800
33500
Pəmbək və  Şürəgəl
2800
22000
Şəmşəddil
3200
16500
Qafqaz  canişini  knyaz  general  M.S.Vorontsov  Axtalaya  get­
mək  üçün  1850-ci  il  aprelin  11-də  «Zakavkazski  vestnik»  qəze­
tinin redaktoru Platon Ioseliani, Tiflis Qəza M əhkəməsinin haki­
mi,  eyni  zamanda publisist Luka İsarlov  (1814-1893),  Canişinlik 
Dəftərxanasının  direktoru  Safonov  və  həkim  Sokolovun  müşa­
yiəti  ilə  Tiflisdən  çıxıb  Borçalıya  yola  düşür.  Canişini  Marab- 
dada D ə m irç ih a sa n lı  p ra p o rşik   Ə hm əd  S u lta n   İsa  Sultan 
o ğ lu ,  Q asım lı  D aşd əm ir  ağa,  A rap lı  M ə h ə m m ə d   ağa, 
S a rv a n lı  İb ra h im x ə lil  ağa,  K ə p ə n ə k ç i  M u sta fa   a ğ a   baş­
çılığında  at  belində  sıraya  düzülmüş  çoxsaylı  Borçalı  ağalan 
qarşılayır.  Yolçuluğu  Borçalı  çökəyinin  Sarvan-Sadaxlı  v ə  Şülə- 
ver-Arıxlı  yolu  üstündəki  qarapapaq  kəndlərindən  keçən  knyaz 
Vorontsovu  L.  İsarlov  yerli  mülkədar,  keçmişin  m əşhur  qaçağı 
A rıxlı  Əli  ağa  və  onun  5  oğlu  ilə  tanış  edir.  H əm   P.İoseliani, 
həm  də  L.  İsarlov bu  səfərdəki  müşahidələrini  qələm ə  alıb  ge­
1 O.Yevetski,  göstərilən əsəri, s.  131,142-143.
2  Bax:  Сборник  материалов  для  описания  Тифлисской  губернии,  т.  1, 
вып.  1,  Тифлисъ,  1870.
3  Yenə orada, s.  130.
46
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
niş  oxucu  ixtiyarına  vermişlər.  P.  İoselianinin  redaktoru  olduğu 
qəzetdə  dərc  etdirdiyi  «Tiflisdən  Axtalaya yol  qeydləri»  məqa­
ləsindən bəzi parçaları nəzərinizə çatdırırıq:  «Tiflisdən çıxıb cə­
nub  istiqamətindəki  Borçalı  yolu boyunca haqqında başqala-nn- 
dan eşidib kitablardan oxuduğum yerləri görmək çox xoş-dur...
Alget  çayından  tatarların yaşadığı  Borçalı  və  ya  Borçalı  ok- 
ruqu  (dairəsi)  başlayır.  Bu  çay  indi  də  pravoslav  xristyanlarla 
Şah  Abbas  zamanında  və  ondan  daha  əvvəl  buralarda  məskun­
laşmış  müsəlmanlar arasında sərhəd  rolunu  oynayır.  Alget  çayı­
nın  sol  sahili  boyunca  Kür  çayı  sahillərinə  qədər  uzanan  ərazi­
lərdə monqolların  qalıqlan  olan tatarlar ömür sürür.  Onlar taxıl­
çılıq,  pambıqçılıq,  ipəkçilik və əkinçiliklə məşğul olur-lar...  Ta­
tarlar məhsuldar əm əklə  məşğuldurlar və dövlət tərəfin-dən qo­
runurlar.  Bu  bizim  əcdadlarımıza mümkün  olmayan bir şey kimi 
görünə bilərdi...
Borçalı vadisinin eni 20 verstdir.  Vadinin ortasından Debeda 
və ya Borçalı  çayı  axır...  Debeda gürcü  sözü deyil, tatar sözüdür 
və dağ suyu mənasını verir...
Sadaxlı  300  evdən  ibarət  böyük  kənddir  v ə  hər  evin  qarşı­
sında  onların  «alaçıq»  adlandırdığı  çadır  qurulub.  Bu  çadırlar 
Çingiz  xan  və  Teymurun  ordularını  xatırladır.  May  ayının  orta­
sında  sadaxlılar  dağa  köçür.  Sentyabrda  kəndlərinə  qayıdırlar... 
Bu faydalı  səyahət mənim heyatımda ən fərəhli xatirələrdən biri 
kimi  qalacaqdır».1
L.  İsarlov  Axtala  səfərinə  dair  qeydlərində  Sınıq  körpü 
səmtindəki  Görarxı, Lecbəddin, Çələbili, Kəpənəkçi və Muğanlı 
kəndlərinin  əhalisinin  monqollar//moğollar dönəmində  (XIII  əs­
rin  2-ci  rübü)  Borçalıya  məskunlaşdıqlarını,  Muğanlı  toponimi­
nin  də  moğollardan  törədiyini,  Yaqublu,  Ağbabalı,  İmirhəsən, 
Qullar,  Faxralı,  Örmeşən  kəndlərinin  Osmanlı  mənşəli  olduqla­
rını,  Təhlə,  Qaracalar,  Saraçlı,  Bolus-Kəpənəkçi  əhalisinin  isə 
İran hakimiyyəti dövründə bölgəyə gəldiklərini yazırdı.2
«Закавказский вестник» qəz.,  1850, №  16-18.
2 L.İsarlov, göstərilən əsəri, s. 93-94.
47


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə