KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

FƏXRİ  VALEHOĞLU
Rus  başkomandanı  general  A.  P.  Yermolov  Borçalı,  Qazax 
ve  Şəm şəddil  distansiyalannm  sakinlərinə  1826-cı  il  26  iyulda 
m üraciət  edərək  deyirdi:  «Bilirsiniz  ki,  iranlılar  sərhədi  keçib 
Qarabağa girib...  Sizi şirnikləşdirib vətəndən uzaqlara, İrana kö ­
çürmək  istəyəcəklər.  Dəmirçihasanlılarm  çoxu  Xorasandan  geri 
köçüb,  onlardan  soruşsanız orada necə pis yerlərdə yaşadıqlarını 
söyləyəcəklər».1
Abbas M irzənin  Güney  Qafqaz  ərazisinə  daxil  olması  bura­
dakı  xan  və  bəyləri  ayağa  qaldırdı.  İrəvan  xam  Hüseynqulu  xa­
nın  qardaşı,  Sarı  Aslan  adı  ilə  tanınan  məşhur  H əsən  xan  Şirək 
və Pəm beyə hücum etdi, Qazax,  Şəmşəddil və Borçalıda qiyam­
lar baş  verdi,  Borçalmın böyük  alman  koloniyası  Yekaterinfeldə 
(İndiki  Bolnis  şəhəri)  hücum  edildi,  nəticədə  kolonistlərdən 
ölənlər və  əsir almanlar oldu,  qalanlar  isə  Tiflis  ətrafındakı  Ma- 
rienfeld  koloniyasına  və  almanlar  yaşayan  digər  yaşayış  mən­
təqələrinə  səpələndilər.1
 2  Çox  keçmədən  bir  neçə  il  bundan  qa­
baq  Axısqaya  sığınmış  bir  Borçalı  qaçağı  koloniyaya  düzənlə- 
nən  basqında  iştirakına  görə  həbs  olundu.3  Ruslar  ordu  üçün 
yerli türklərdən  ibarət süvari  milislər yaratmağa başladılar.  Bor- 
çalı  qarapapaqlan  Tiflisə  üz  tutub müvafiq məsul  dairələrdə  or­
duya atlı milislər verə bilməyəcəklərini dilə gətirdilər.4
Öz  qüvvələrini  Rusiyadan  gəlmiş  yeni  qoşunlarla,  o  cümlə­
dən  dekabristlərin  üsyanında  iştirak  etdiklərinə  görə  Qafqaza 
sürgün  edilmiş  qvardiya  hissələri  ilə  artıran  ruslar  əks  hücuma 
keçdilər.  25  iyulda  podpolkovnik  Simoniç  komandanı  olduğu 
Qafqaz  qrenadyor  polkunun  (seçmə  əsgər  alayının)  4  rotası 
(bölüyü)  v ə  4  topla  Tiflisdən  Şəmkir  istiqamətinə  hərəkət  etdi. 
Yolboyu  onlara  postları,  yəni  gözətçi  mövqeləri  tutan  Don 
kazaklan  da qoşuldu.  Qraf Simoniçin  xatirələrindən:  «25  iyulda 
biz  Soğanlığı  tərk  etdik...  M ən  D əm irçihasanlıda  dayandım.
1 AKAK, VI cild, I hissə, Tiflis,  1874, s. 717.
2 Yenə orada,  s. 718.
3 Yenə orada, s. 355.
4 AKAK, VII c., Tiflis,  1878, s. 334.
98
QARAPAP AQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Arxada  qalanlar  gecəboyu  gəlib  bizə  çatdılar  və  çayda  çimib 
sərinləndilər.  Burada bir günlük istirahət etməli  olduq.  Bu  geniş 
düzənlikdə  yürüş  zamanı  biz  heç  bir  insana  rast  gəlmədik.  Yay 
olduğu  üçün  dağlara  uzaqlaşmış  bəylərdən  heç  biri  mənimlə 
görüşm ək  və  öz  xidmətlərini  təklif  etmək  üçün  arana'enm əyi 
lazım bilmədi. Bu yerlərdə qiyamın başlanmasına dair  məlumat­
sızlığınla baxmayaraq,  bu pis işarə idi.  Yalnız kapitan Şnitnikov- 
dan  öyrəndim  ki,  Şəmşəddil  distansiyası  açıq-aydın  bizə  qarşı 
üsyan  edir.  Buna  görə  də  Çəldir  dərəsini  tutmaq  üçün  dağlara 
tə rə f hərəkət  etmək  barədə  heç  düşünməyə  dəymirdi.  M ən  To­
vuz  kəndinə  qayıtdım,  Şnitnikovun  kolonnası  isə  Tiflisə  yola 
düşdü...  Tiflisi  tərk  etdiyim  gündən  mənim  dəstəmin  gücü  200 
kazakm hesabına çoxalmışdı.
Silahlı  tatar  dəstələri  aryerqardm  (qoşunun  arxa  dəstəsinin) 
arxasında ilk dəfə 31  iyulda göründü, ancaq bizə qarşı heç nə et­
m ədilər. Növbəti gün,  1  avqustda tatarlar yenidən göründü ve bi­
zim  furajirlerə (atlar üçün yem tədarük edən hərbi xidmətçilərə) 
hücum etmək istədilər.  M ən bir rota,  top və düşərgədəki kazak- 
larla  onlara  qarşı  getdim.  Kazaklar əlbəyaxa  döyüşə  girdilər və 
tezliklə  düşmənin  hücumunu  d əf etdilər,  bu  zaman  kazaklann 
komandanı mayor Knyazev yaralandı.  2 avqustda səhər yeni toq­
quşma baş verdi.
Tovuzda  olduğum  vaxt  mənim  yanıma  ya  Şəmşəddil  prista- 
vmın və yaxud da ki, mourav polkovnik Ostrouxovun konvoyun­
dan (mühafizə dəstəsindən) olan bir yaralı kazak v ə polkovnikin 
nökəri  gəldi.  Onlar  birtəhər  tatarların  əlindən  yaxasını  qurtara 
bilmişdi, qalanlar isə ya öldürülmüş, ya da İrəvana aparılmışdı.

avqustda general Yermolovun ilk məktubunu aldım.  O m ə­
nə  Şirvan  batalyonu  ilə  birləşib  Q azax  tatarların ı  sakitlikdə 
saxlamaq  üçün  Ağstafa  çayı  istiqamətinə  hərəkət  etməyi  təklif 
edirdi.  M ən axşam tərpəndim və gecəyarısından sonra Həsənsu- 
ya  çatdım,  3  avqustda bütün  günü orada  durdum.  Bizim  dəstəni 
izləyən  və  avanpostlarla  (ön  qarovulçularla)  atışmaya  girən  ta­
tarların mənim geri  çəkilməyimi qaçmaq kimi qəbul etməmələri 
üçün  belə  dayanacaq  zəruri  idi.  Bununla  həm   də  m ən  öz
99


FƏXRİ VALEHOĞLU
kəndlərində  m öhkəm lənib  üsyançılardan  müdafiə  olunan  ermə­
niləri  ruhlandırmaq  istəyirdim ».1  4  avqustda  Həsənsunu  tərk 
edən  polkovnik  Simoniç  general  Yermolovun  növbəti  əmrini 
alır.  General polkovnikə  q azax lılarm   Dilcan dərəsini  tutmaları­
na dair məlumata sahib olduğunu bildirir, tezliklə Ağstafa çayma 
ulaşmaq əmrini  verir,  dağlara doğru irəliləməyi  isə qəti qadağan 
edirdi.
«Tatar»  distan siy aların d ak ı  üsyanları qraf Simoniç Yermo­
lovun  vaxtsız inzibati  islahatları  ilə  izah  edirdi.  O yazırdı:  «Gür­
cü çarları  zamanında tatar distansiyalannda idarəçi v ə ya mourav 
(idarəçi) vəzifələri knyaz familyalanna aid idi və  irsən ötürülür­
dü.  General  Yermolovun sələfləri  qaydaları  dəyişmirdi.  Qarışıq­
lıq  və  hərbi  təhlükə  vaxtı  nüfuzlu  familyalann  yardımı  onlara 
tabe olmağa alışmış əhaliyi  sakitlikdə saxlamaq üçün zəruri idi.
General  Yermolov  diyarda  hakimiyyətə  gəlib  inzibati  idarə­
də yeni  qayda yaratmaq  vaxtının  çatdığını  hesab  etdi  və  yenilik­
lərə  gürcü  idarəçilərini  rus  çinovnikləri  ilə  əvəz  etməklə  başla­
dı.  Sonra o yaxın gələcəkdə kəndlilərə tam azadlıq verməyi təx­
min edərək,  ağaların  onların  kəndliləri  üzərindəki  zülmkar haki­
miyyətini  məhdudlaşdırdı.  General  Yermolov  tez  başa  düşməli 
idi  ki,  bu  islahatlar  düzgünlüyə  əsaslansa  da,  vaxtından  qabaq 
həyata  keçirilirdi.  İş  orasındadır  ki,  yerli  əhali  iranlıların  distan- 
siyalarda (üç tatar dairəsi:  Borçalı,  Qazax  və  Şəmşəddil distansi- 
ya adlanır) göründüyü elə ilk gündəncə üsyan etdi.
Kəndli  o  dərəcədə  inkişaf etməmişdi  ki,  əldə  etdiyi  rifahın 
səbəbini  anlamış olsun, ona görə də o hakimiyyətə heç bir bağlı­
lıq  və  heç  bir  minnətdarlıq  duyğusunda  bulunmurdu.  Əksinə,  o 
ağalara  tabe  olmağı  öz  borcu  hesab  edirdi  və  onların  təlqininə 
kortəbii  tabe  olurdu.  M əgər  uzaq  olmayan  gələcəkdə  özünün 
mülki  və  ictimai  mövqeyini  itirməkdən  qorxan  ağalar bizə  sadiq 
qala bilərdilərmi?
Distansiyaları  heç  olmazsa  bir  azca  itaətdə  saxlamaq  üçün 
general Yermolov əvvəlki qaydalara qayıtmağı lazımi hesab etdi:
1 M.  E.  Kotsebu, göstərilən əsəri,  c.  10-13.
100
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
rus  çinovnikləri  gürcü  knyazları  ile  əvəz  olundu.  Qazağa  knyaz 
Aslan Orbelianovun mourav teyin edildiyini  eşidib,  onu bir neçə 
ağa ilə öz yanıma dəvət etdim.
Knyaz  Aslan  mənim  düşərgəmə  6  avqustda  ağaların  müşa­
yiəti  ilə  gəldi,  onların  arasında pirani  vəkil  Əli  ağa və  oğlanları 
da  var  idi.  Onların  gəlməsi  Qazaxda  üsyanın  sona  yetməsi  de­
m ək deyildi.  Bu  ağalar İrəvan sərdarının yanında da olmuşdular 
v ə  əlbəttə  ona  daha  çox  vədlər  vermişdilər,  həm  də  böyük  sə­
mimiyyətlə.  Bunlardan  heç  biri  rusların  öldürülməsində  iştirak 
etməmişdilər,  ona  görə  də  mənim  düşərgəmə  gəlməyi  cəsarət 
etdilər».1 Q raf Simoniç  ağalarla  çox  diqqətli  davrandığım,  onla­
rın  heç bir xahişini  yerə  salmadığını  və  azacıq  belə  ehtiyatsızlıq 
etsə  soyğunçuluqlann  Tiflis  qapılarına  qədər  yayıla  biləcəyi 
təhlükəsini qeyd edirdi.
13  avqustda  Ağstafa  çayı  yaxınlığında  Simoniçin  dəstəsinə 
knyaz  V.  Q.  Madatovun  və  mayor  Polyakovun  başçılığı  altında 
olan  hərbi  hissələr  birləşir.  Rus  ordusu  Şəmkirdə  olan  İran  qo­
şunlarına sarı hərəkət edir.  Bu zaman onlara yeni hərbi bölmələr 
de  qoşulur.  3  sentyabrda  rus  qoşunları  Şəmkir  çayı  yaxınlığında 
şahın  qvardiyasına hücum  edib məğlubiyyətə  uğradırlar,  bir gün 
sonra  ise  Yelizavetpola  (Gəncəyə)  daxil  olurlar.  13  sentyabrda 
Gəncə yaxınlığında daha bir döyüş baş verir.  Bu döyüşdən  sonra 
Qacar  qoşunları  Qarabağa  çəkilir.  Artıq  1826-cı  ilin  sonunda 
bədnam Gülüstan müqaviləsi  ilə Rusiyaya verilmiş  ərazi  rusların 
nəzarətində idi.
1827-ci  ilin  mart  ayında  çar  I  Nikolay  Yermolovu və  Velya­
minov,  Madatov  kimi  digər  yüksək  rütbəli  zabitləri  dekabrist- 
lərlə əlaqədə ittiham  edərək Qafqazdakı  ordu komandanlığından 
azad  etdi.  Yermolovun  yerinə  Qafqaz  canişini  vəzifəsinə  çara 
sadiq general İvan Fyodoroviç Paskeviç təyin edildi.
1827-ci  ilin yazında Paskeviçin  rəhbərliyi  ilə  rus  ordusu  İrə­
vana  hərəkət  etməyə  başladı.  Bu  tarixboyu  rusların  İrəvana 
üçüncü  yürüşü  idi.  İrəvana  hərbi  yürüşün  məqsədi  Abbas  Mir-
1 Yenə orada, s.  13-15.
101


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə