KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

FƏXRİ VALEHOĞLU
Bu dövrdə  Pəmbək qarapapaqları nüfuzlu ağalar Səid b əy və 
Rəhim  bəyin  başçılığı  altında  ruslara  qarşı  üsyan  etdi.  Onlara 
Qazax,  Borçalı  və  Şəmşəddil  mahallanndakı  soydaşları  da dəs­
tək verdi.  Pembəyin  Saral dərəsində mayor Montrezerin koman- 
danlığındakı  rus  qoşunu  ilə  1800-cü  ildə  Abbas  M irzəyə  sığın­
mış  gürcü  şahzadəsi  Aleksandr Mirzənin  başçılığmdakı  İran  sü­
variləri  və  Pəmbək,  Qazax,  Şəmşəddil  və  Borçalı  qarapapaqla- 
rının  6000  nəfərlik  birləşmiş  qoşunu  arasında  döyüş  baş  verdi. 
Bu  döyüşdə  Montrezerin  qoşunu  məğlubiyyətə  düçar  oldu,  özü 
isə öldürüldü.
1804-cü il 29 iyunda Pəmbəkli Nağı bəy Mehdibəyov Borça- 
lı  pristavı  Kananovun  köməkçisinə  hücum  edir.  Bu  hücumda 
Aleksandr  Mirzənin  bacanağı  Adam  Beburov  da  iştirak  edir. 
Həmin il Nağı bəy,  Rəhim bəy və Səid bəy Qars paşası q arap a- 
paq  M əm m əd  Paşaya  müraciət  edib  paşalığın  ərazisində, 
Mağazberdlə  Baş  Şürəgel  arasında  məskunlaşmaq  istədiklərini 
bildirirlər.  M ənbələrdən  Nağı  beyin  1804-cü  ildə  İran  təbəəli- 
yini götürüb İrəvana köçməsi məlum olur.
1804- 
cü  ilin  iyun-iyul  aylarında  İrəvan  bölgəsində  qanlı 
döyüşlər  getdi.  İyulun  sonlarında  İrəvan  qalasım  elə  keçirm ək 
m əqsədilə  həlledici  hücumlar  edən  general  P.  D.  Sisianov  ko- 
mandanlığındakı  ruslar sərt müqavimətlə üzləşərək heç  bir nəti­
cə əldə etməyib Tiflisə qayıtmağa məcbur oldular. Bundan sonra 
1804-cü ildə elə bir əhəmiyyətli hərbi əməliyyat olmadı.
1805- 
ci  ildə  Budaq  sultanın  rəhbərliyindəki  Şürəgəl  sultan­
lığı,  Qarabağ,  Şəki  və  Şirvan  xanlıqlan,  1806-cı  ildə  isə  Bakı, 
Quba və Dərbənd xanlıqlan Rusiyaya birləşdirildi.
1806- 
cı  ilin  dekabnndä  rusların  Osmanlı  İmperiyasının  Bal­
kan yanmadasındakı ərazilərinə -  Moldova və Valaxiyaya qoşun 
yeritməsi  həmin  il  dekabnn  30-da  Rusiya-Osmanlı  müharibəsi­
nin başlanmasına yol açdı.
İranla  müharibənin  davam  etməsinə  baxmayaraq,  bəzi  rus 
generalları  Balkanlarda başlanmış  rus-türk döyüşlərini  ermənilə­
rin  təhriki  ilə  Anadoluya  da  keçirməyə,  bununla  da  Qafqazda 
ikinci  cəbhə  xəttinin  açılmasına  cəhd  edirlər  və  buna  nail  olur-
86
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
lar.  M ənbələr bildirir ki,  general  Nesvetayev  canişin-başkoman- 
dan  qraf  Qudoviçə  1807-ci  ilin  başlarında  yazdığı  raportunda 
Qars  ermənilərinin  rus  qoşunlarının  yolunu  səbirsizliklə  gözlə­
diyini  söyləyib, onu Osmanlı torpaqlarına daxil olmağın zərurili­
yinə  inandırmağa  çalışırdı.  Qudoviçin  razılığım  aldıqdan  sonra 
isə  ilk  öncə  öz  nümayəndələrini  Qars  paşası  Məmməd  Paşanın 
hüzuruna  göndərib,  ona  könüllü  surətdə  Rusiyanın  himayəsi 
altına keçməyi  tək lif edir.  İstədiyi  cavabı  ala bilməyən Nesveta­
yev  23  fevral  1807-ci  ildə  M əm m əd  Paşaya  və  onun  qardaşı, 
Qars  qarapapaqlarm ın  başçısı  Q ara  bəyin(Q ara  M ahm ud 
bəyin)  hərəsinə  ayn-aynlıqda  məktub  göndərib  onlan  rus  qo­
şunlarının  sərhədi  keçəcəyi  təqdirdə  müqavimət göstərməmələ­
rinə  əzizləyərək,  şirindillə  razı  salmağa  səy  göstərir  (Bu  mək­
tubların  tam  m ətninə  bax:  Qafqaz  Arxeoqrafiya  Komissiyasının 
tərtib  etdiyi  aktlar,  III  cild,  s.  598-599).  Əvəzində  M əm m əd 
Paşa  ruslann  gözlənilən  hücumundan  müdafiə  olunmaq  üçün 
İrəvan xanı Hüseynqulu xandan kömək istəyir. Qara bəy isə qar­
daşı  T ək əl  ağa  ilə  birlikdə  400  piyada və  300  süvarinin  müşa­
yiətində  Şüregelin  sərhədə  yaxın  kəndlərinə  gələrək  bu  kənd­
lərin  əhalisini  təhlükəsizlik  məqsədilə  Qarsın  iç  bölgələrinə 
köçürür.
Nesvetayev 5 martda M əm m əd  Paşa və Q ara  b ə y ə  daha bir 
məktub  göndərib  bəlli  təklifini  onlara bu  dəfə  artıq  hədə-qorxu 
gələrək qəbul etdirmək istəyir. Cavab məktubunda Qara bəy sa­
vaşa hazır olduğunu bildirir.
Rus  qoşunları  sərhədə  düzülür.  Türkiyəyə  hərəkət  edəcək 
Saratov  (Santau)  muşketyor  polku,  Qafqaz  qrenader  alayının 
batalyonları  (qraf  Simoniçin  rəhbərliyində),  troitski  muşketyor 
alayı,  Qafqaz  artilleriya  briqadası  və  2  kazak  alayına  ümumi 
komandanlıq general Nesvetayevə həvalə olunur.
Ruslar turk  sərhədini  1807-ci  il  16  martda  pozub  keçir.  Qa- 
rapapaq Qara bəy həmin gün  1000 nəfər piyadayla Baş Şürəgəl 
kəndinin  qalasında  və  kənd  ətrafındakı  istehkamlarda  mövqe 
tutur.  Rus qoşunları  Baş  Şürəgəli mühasirəyə alır.  Kəndi döyüş­
süz təhvil  vermə təklifinə  qəti  rədd cavabı  aldıqdan sonra ruslar
87


FƏXRİ VALEHOĞLU
dörd bir tərəfdən hücum edərək onu zəbt edir.  Qara bəy öz dəs- 
təsiylə sahibi olduğu Mağazberd//Mağizberd kəndinə çəkilir.
25  martda,  rus  ordu  birlikləri  birbaşa  Qarsa  doğru  istiqamət 
götürdüyü  zaman  yol  qırağındakı  dərədən  onlara  Qara  bəyin 
min  nəfərlik dəstəsi  hücum  edir.  Qara  bəy  bu hücumla rusların 
ordu  bölmələrini  ikiyə  parçalamağa  cəhd  etsə  də,  bu  mümkün 
olmur.  Səhərisi  gün,  26 martda  Yeniköy tərəfdə  o,  öz süvariləri 
ilə düşmənə daha bir neçə hücum edir.  Bu hücumlar nəticəsində 
rus  əsgərlərinin  32-si  ölür,  27-si  isə  yaralanır.1  6  apreldə  Qara 
bəylə Nesvetayevin daha bir toqquşması olur.
Nesvetayev  Qarsın  10000  silahlı  şəhər  sakini  tərəfindən  60 
topla qorunduğu  və  qala  divarlarının  ikiqat olduğu üçün ruslann 
şəhərə girmək istəyəcəyi təqdirdə çox  itki  ilə üzləşəcəyini  ön­
cədən  bilirdi.  Buna  baxmayaraq,  o  Ərzurumdan  şəhər  sakinlə­
rinə  hərbi  yardım  gələnə  kimi  Qarsı  tutmaqda  israrlı  idi.  Ruslar 
Qarsa  etdikləri  hücumda  əvvəlcədən  gözləndiyi  kimi,  böyük 
itkilər  verərək  elə  şəhərin  kənar  m əhəllələrindəncə  geri  atıl­
dılar.  Bundan  sonra  Ərzurum paşası,  səraskər Y usuf Paşa  Qarsa 
Əli  Paşa  komandanlığında  2000  piyada  .və  1000  süvari  əsgər 
göndərir.  Əli  Paşa  eyni  zamanda Məmməd  Paşanı  tutduğu  vəzi­
fədə əvəz etməli idi.
Qars paşası təyin edilmiş Əli Paşa ilk öncə Q ara  b əy və qar­
daşı  Ç ahal  bəyi,  həmçinin  M əm m əd  Paşanın  iki  oğlunu  həbs 
etmək  istəyir  və  bunun  üçün  onları  aldadıb  Qarsa  gətirməyə 
cəhd  göstərir.  Ancaq  qardaşlar  Əli  Paşanın  əsl  niyyətini  başa 
düşüb  tələyə  düşmürlər.  Çahal  bəy  və  Q ara  bəyin  oğlu  Suli 
b ə y   80  silahdaşı  ilə  Mağazberddə,  Qara  bəyin  özü  isə  2000 
qarapapaq və kürd atlısıyla Mağazberd və rus sərhədi  arasındakı 
kəndlərdə möhkəmlənirlər.1
 2
9 mayda səraskər Yusuf Paşanın özü 3000 döyüşçü ile Qarsa 
gəlir və  yubanmadan ruslara qarşı  fəal  tədbirlər görməyə  başla­
yır.  Buradan  Axısqa  paşalığma  1000  yeniçəri  göndərir.  M əm ­
1 AKAK, III c., s. 604.
2 Yenə orada, s. 610.
88
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
məd  Paşa və  Əli  Paşaya  əm r edir ki,  tabeliklərindəki  qoşunlarla 
Baldərəvan  kəndində  düşərgə  salsınlar.  Y usuf Paşa  Qara  bəyin 
sərbəst  düşüncəli  və  məğrur  bir  komandan  olduğunu  bildiyi 
üçün,  onu qarapapaqlardan  ayırıb Öz nəzarəti  altında saxlamağı 
düşünür.  Bunun  üçün  o,  Qara  bəyi  Qarsda,  öz  yaxın  ətrafında 
vəzifəlendirir.  Qara  bəy dəstəsindəki  qarapapaqlara  başçılıq  et­
məyi  qardaşı  Ç ahal  bəyə  tapşırır.  « S ev im liləri  Q ara  bəy» 
Qarsda  məskunlaşdıqdan  sonra  onun  tabeliyindəki  qarapapaq- 
ların bir qismi İrəvan xanlığına köç edir.1
Y usuf  Paşa  Qazax-Borçalı  qarapapaqlarını  öz  tərəflərinə 
çəkm ək üçün  də  m üəyyən  işlər görür.  O,  bu m əqsədlə  əvvəlcə 
B orçalı  M olla  V əli,  sonra  da  1799-cu  ildə  Qazax  mahalının 
Xanlıqlar kəndindən Qarsa köçmüş  Əbdüləzim  vasitəsilə  borça- 
lılara  və  qazaxlılara  müraciətlər göndərib  onları  ruslar əleyhinə 
üsyana  səsləyir.  Bundan  başqa Yusuf Paşa  İrəvanlı  Hüseynqulu 
xanı  qarapapaqlan  üsyana  qaldırmaq  üçün  birləşib  ortaq  qüvvə­
lərlə  ruslann  nəzarətindəki  2  bölgəyə  -   Pəm bəyə  və  Göyçə 
tərəfdən Dilcan dərəsini keçərək Qazağa hücum etməyə çağırır.
Artıq  may  ayının  sonlannda  türk  qoşunlan  Gümrü  yaxınlı­
ğında idilər.  Beləliklə, görülmüş çevik tədbirlər nəticəsində rus­
lar türk sərhədlərindən tamamilə sıxışdırılıb çıxarılmışdırlar.
1807-ci ilin yayında Y usuf Paşa qarapapaqlar üzərində  idarə­
ni Q a ra   b ə y d ən   alıb Q aya  b əyə tapşırır.  Bu Y usuf Paşayla Qa­
ra  bəyin  arasının  dəym əsinə  və  sonuncunun  Naxçıvana  köçmə­
sinə  səbəb  olur.  Qara  bəyin  qardaşları  isə  əvvəlki  kimi  Qars 
paşalığmda qalırlar.
Nesvetayev  Qudoviçə  ünvanladığı  26.XI. 1807-ci  il  tarixli 
raportunda yazırdı:  «Pəmbək vilayətinə  icazəsiz keçdikləri  üçün 
həbs  olunmuş  iki  Qars  tatarının  məsələsi  ilə  bağlı  Mağazberdli 
Ş ə r if   b ə y ə   (Çox  güman  ki,  bu  Şərif bəy  Qara  bəydən  sonra 
Mağazberdin  sahibinə  çevrilmiş  və  1828-29-cu  illər  rus-türk 
savaşında qarapapaq süvarilərinə başçılıq etmiş  Ş ərif ağadır -  F. 
V.)  ö z  adamım  vasitəsilə  arayış  göndərdim.  Göndərdiyim  adam
1 Yenə orada, s. 615.
89


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə