KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

FƏXRİ VALEHOĞLU
rapapaqlanyla  A xalkələyə  tə rə f yol  alır.  Borçalılann  bir hissəsi 
Ə lyaz  a ğ a   başçılığında  polkovnik  Peçörşkinin  komandanlıq  et­
diyi  15-ci  yeger  alayında,  digər  hissəsi  isə  Borçalı  mouravı 
general-mayor Orbelianinin dəstəsində idilər.
General  Pauluççi  6  sentyabr  1810-cu  il  33  saylı  raportunda 
general  Tormasova yazırdı:  «Tatar  Ə lyaz  düşm ənin mövqe tut­
duğu  yer  barədə  cəsuslann  söylədiyini  təsdiqləm ək  və  onların 
düşərgəsinə  aparan  ən  yararlı  yolu  m üəyyənləşdirm ək  üçün  öz 
həyatını  təhlükə  altında  qoyaraq  yola  çıxdı  və  geri  qayıdanda 
lazım olan hər şeyi tam dəqiqliyi ilə izah etdi, həm  də dəstəmizə 
bələdçilik edərək bizi düşərgəyə hücum  etmək üçün ən əlverişli 
mövqeyə  çıxartdı.  Sizin  nəzərinizə  çatdırıram  ki,  mən  ona  bu 
xidmətlərinə görə rütbə və ildə 300 rubl  gümüş  pul veriləcəyinə 
əvvəlcədən  söz  vermişdim.  Ümidvaram  ki,  onu  siz  də  mükafat- 
sız  qoymayaraq,  mənim  xahişimi  yerə  salmayacaqsınız».1  Artıq 
1812-ci  ildə  Ə lyaz  ağa  podporuçik  rütbəsində  idi  (Bax:  Aktı..., 
V c.,  s.188).
1811-ci ildə ruslarla türklər arasında döyüşlər Balkan cəbhə­
sində davam  edirdi.  Bu rus-türk müharibəsi  1812-ci  il  15  mayda 
imzalanmış Buxarest sülh müqaviləsi ilə başa çatdı.  Müqaviləyə 
görə Bessarabiya, Abxaziya, Meqreliya və Quriya Rusiya tabeli­
yinə keçdi, Anapa, Poti və Axalkələk türklərə qaytarıldı.
Türklərlə  sülh  ruslara  Qafqazdakı  bütün  ordu  bölmələrini 
İrana qarşı yönəltməyə imkan yaratdı. P.  S.  Kotlyarevski koman- 
danlığmdakı rus qoşunları  1812-ci ilin oktyabrında Aslandüz vu­
ruşmasında (Araz çayı yaxınlığında),  1813-cü ilin yanvarında isə 
Lənkəranda İran qoşunlarına qalib gəldilər.  1813-cü  ilin oktyabr 
aymm  12-də  Qarabağın  Gülüstan  kəndində  Rusiya  ilə  İran  ara­
sında  sülh  sazişi  imzalandı.  Sazişin  şərtlərinə  görə  İran  Rusiya­
nın Şimali Azərbaycan torpaqları üzərində hakimiyyətini tanıdı.
Markiz  Pauluççi  3  mart  1812-ci  ildə  Rusiya  hərbi  nazirinə 
Qara  bəy barədə yazırdı:  «Q ara  bəy  sərt xasiyyətli,  əzmkar və 
bacarıqlı  adamdır...  Onun  tabeliyindəki  ərazilər  Gürcüstan  ya-
1 AKAK,  IV c., s.  738.
94
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
xınlığmda,  iki  böyük  dövlətin  sərhədində  yerləşir  və  müstəqil­
dir».  Qara bəyin xasiyyətindəki mətinlik, dönməzlik və  azadlıq- 
sevərlik  onun  qonşuları  ilə  -   o  çağlardakı  Qars  paşası  Abdulla 
Paşayla və İrəvan xanı ilə düşmənçiliyinə səbəb olur.  Həm xan, 
həm  də  paşa  Qara  bəyin  ixtiyarmdakı  torpaqlara  basqınlar edir­
lər. Abdulla Paşa Qara bəy üzərinə bir neçə dəfə hücum etsə de, 
Mağazberd qalasının sahibi sakinlər ilə birlikdə onu hər dönüşdə 
ağır  məğlubiyyətə  uğradıb  geri  qayıtmağa  məcbur  edir  (Bax: 
Aktı..., V c., s.  829).
Qaynaqlardan  1812-ci  ilin yayında  500  qarapapaq  və  İrəvan' 
türkünün  Rusiya  hüdudlanndakı  ərazilərə  hücum  etdiyi  məlum 
olur.  Pauluççi  general-leytenant  Rtişevə  Pəmbək  mahalına  biti­
şik torpaqların sahibi  olan Qara bəylə sıx əlaqələr qurmağı məs­
ləhət  görürdü.  Rtişev  1812-ci  il  31  avqust  tarixində  Qara  bəyə 
məktub yazıb ona İrəvan xanı ilə mübarizədə və Ərzurum səras- 
kəri  ilə  münasibətlərinin  qaydaya  salınmasında  öz  köməkliyini 
təklif edir.1 O  bu  məktubla  bərabər Qara  bəyə  dostluq əlaməti 
olaraq tülkü  dərisi  göndərir.  Rtişev  Ərzurum  səraskəri  M əhəm­
məd  Əmin  Paşaya  1812-ci  ilin  noyabrında  yazdığı  məktubunda 
Qara bəyin həm işə türklərə  sadiq olduğunu vurğulayır və səras- 
kərdən  Qars  paşasının  ona  qarşı  təzyiqlərini  kəsməsini  xahiş 
edir.  Qara  bəy  Rtişevlə  şəxsən  tanış  olmaq  üçün  1814-cü  ilin 
qışında  Tiflisə  gəlir.  Rtişev  Qara  bəyin  ondan  gözlədiyi  halda 
bir  dəfə  də  olsun  rus  himayədarlığını  qəbul  etmək  istəyini  dilə 
gətirmədiyini yazırdı.
1815-ci  ilin yayında Ərzurum səraskəri  Baba Paşa Pəhləvan 
4  minlik  qoşunla  Axısqa  üzərindən  hərəkət  edərək  Qara  bəyi 
Mağazberd qalasında mühasirəyə alır.  Qara bəy müqavimət gös- 
tərmeyəcəyi və Qars paşasınm hakimiyyətini qəbul edəcəyi təq­
dirdə ona toxunmayacaqları barədə səraskərin və Qars paşasının 
verdikləri  sözə  inanıb qoyulan  şərtləri  qəbul  edir və  qaladan  çı­
xır.  Qara bəyi aldadıb özləri  ilə bir yerdə Axısqaya getməyə ra-
1 AKAK, V c ., s.  781.
95


FƏXRİ VALEHOĞLU
zı  salırlar və Mağazberddən 20 verst aralı  əl-qolunu  qandallayıb 
Axısqa həbsxanasına salırlar.1
2.2 .  1826-28  İL L Ə R   R U SİY A -İR A N   SA VAŞINDA 
Q A R A PA PA Q LA R IN   İŞT İR A K I
1813-cü  ildə  Rusiya  ilə  İran  arasında  imzalanmış  Gülüstan 
sülh müqaviləsindən sonra da bu dövlətlər arasındakı münasibət­
lər  gərgin  olaraq  qalırdı.  İran  itirilmiş  Şimali  Azərbaycan  ərazi­
lərini  geri  qaytarmaq ümidində,  Rusiya  isə  İrandan  yeni  torpaq­
lar  qoparmaq  iştahasındaydı.  H ər iki  dövlət  gizlicə  müharibəyə 
hazırlaşır  və  bu  m əqsədlə  sərhəd bölgəsində  yaşayan  döyüşkən 
ruhlu qarapapaqlan öz tərəflərinə çəkmək üçün əllərindən gələ­
ni  əsirgəmirdi.  Rus  tarixi  qaynaqlan  və  rəsmi  yazışmalar  İran 
hakimiyyətinin  qarapapaqlan  tabeliyindəki  İrəvan  xanlığına  və 
digər  bölgələrə  köçürmək  üçün  hər  bir  vasitəyə  əl  atdıqlarını, 
rusların  isə  hər  bir  vəchlə  bunun  qarşısını  almağa  çalışdıqlarını 
sübut edir.
Rusların  Cənubi  Qafqazdakı  piyada  diviziyalarından  birinin 
komandanı,  polkovnik  knyaz  L.  Y.  Sevarsamidze  general-leyte­
nant A. A.  Velyaminova  1826-cı il 4 yanvarda Qarakilse kəndin­
dən  yazdığı  4  saylı  raportunda  deyirdi:  «İlk  növbədə  aşağıdakı­
ları  zati-alilərinizə  çatdırmağı  lazım  bilirəm.  İranlıların  onlar 
tərəfə keçən Gürcüstan sakinlərini nə məqsədlə Göyçə və  Dərə- 
çiçəkdə  məskunlaşdırdıqları,  öz tərəflərinə keçənlərin  sayını  ar­
tırmaq  naminə  onları  mükafatlandırdıqları  və  əzizlədikləri  sizə 
məlumdur.  Ağaların  hamısına  kəndlər  verdilər,  bütün  gəlirləri­
nin  hamısının  onların  özlərində  qalacaqlarını  və  Gürcüstandan 
gətirə  biləcəkləri  başqa  ailələrin  də  tabeliklərinə  verilmələrini 
təmin  etdilər.  M ən  görürəm ki,  İran hökuməti  onlara çox diqqət 
yetirir, tez-tez hədiyyələr verir, bununla da bizim  distansiyalarda 
yaşayan qeyri-xristyanlan öz tərəflərinə çevirməyi bacanr.
1 AKAK, V c., s.  829.
96
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
M ən  də  onlann  iranlılarla  aralarını  vurmaq  üçün  bütün  im­
kanlardan  istifadə  etdim  və  bir qədər buna  nail  ola  bildim.  İndi 
bəzi  ağalar  yazda  biz  tərəfə  keçib  Pəmbək  və  Dəlicanda  (Dil- 
canda) məskunlaşmaq istəyir, ancaq onlar özləri ilə gətirəcəkləri 
ailələrin əvvəlki ağalanna qaytanlmaması, yəni  İrəvan xanlığın­
da  olduğu  kimi  öz  tabeliklərində  qalması  şərtini  irəli  sürürlər. 
Hesab  edirəm  ki,  onlann  şərtini  qəbul  etmək  lazımdır.  Əgər 
Böyük  Satanağacla  Dəlican  arasındakı  «Hun»  adlanan  əraziyi 
məskunlaşmaq üçün onlara versək, onda İranın təbəəliyində  on­
lann çox az bir hissəsi qalar ve bundan biz xeyirdən başqa ziyan 
görmərik. Zaman keçdikcə bu ailələr tatar distansiyalanna:  Şəm- 
şəddil, Qazax v ə Borçalıya, öz qohumlannm yanma dağılacaq.
Zati-aliləri,  onu  da  nəzərinizə  çatdmm  ki,  onlann  sayı  iki 
min ailədən çoxdur və Gürcüstan üçün böyük ziyan, İran üçünsə 
heç  d ə  kiçik  olmayan  arxa-köməkdirlər.  Yalnız  bu  fakt  onlan 
qılıqlamağımız  üçün  yetərlidir».1  Sevarsamidze  Velyaminova 
1826-cı  il  12  fevralda  yazdığı  başqa  bir  raportunda  İrəvan  sər­
darının  qarapapaq  ağalanndan  Göyçədə  məskunlaşmış  N ağ ı 
xan  v e  Dərəçiçəkde  məskunlaşmış  İsm a y ıl  ağ a  ile  görüşdü­
yünü1
 2,  14  iyul  1826-cı  il  401  №-li  raportunda  isə  qarapapaq  və 
Göyçə atlılarının Balıqçay yaxınlığında toplandığını bildirirdi.3
Beleləiklə, uzunmüddətli  siyasi gərginlikdən sonra,  İran şahı 
Fətəli  şahın  böyük  oğlu  və  vəliəhdi  Abbas  Mirzə  Qacar  İngil­
tərənin təhriki  ilə Gülüstan müqaviləsini pozaraq,  müharibə elan 
etmədən  1826-cı il  16 iyulda 60 minlik qoşunla Qarabağa hücum 
etdi.  Ruslann sərheddəki  hərbi  hissələrini  darmadağın edən Qa­
car  qoşunları  26  iyulda  Şuşa  qalasını  mühasirəyə  aldılar.  Abbas 
Mirzənin  əsas  məqsədi  Tiflisin  ələ  keçirilməsi  idi.  Buna  görə 
də,  onun  qoşunlarının  bir  hissəsi  Şuşanı  mühasirədə  saxladı, 
qalanları isə Tiflisə doğru hərəkət etdi.
1 M.  E.  Коцебу.  Описание  вторжения  персиян  в  Грузию  в  1826-ом году. 
Материалы к истории персидской войны 1826-1828 годах, с. 26-27.
2 Yenə orada, s. 49.
3 Yenə orada, s.  151.
97


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə