KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

FƏXRİ VALEHOĞLU
gitm ək  üçün  sərhədə,  «qoçaq  q a r a p a p a q   kəndxudası» 'Şərif 
ağanın tabeliyinə 4000 süvari göndərməyi düşünürmüş.1
Ruslar  da  müharibənin  gedişində  ölkədaxili  sakitliyi  və ko- 
munikasiyalan  qorumaq üçün hər il  Osmanlı kürdləri  və qarapa- 
paqlarmm  basqınına  m əruz  qalan  Somxetiyaya  gürcülərdən ve 
B orçalı  qarapapaqlanndan  ibarət  zemski  milisi  göndərir1
 2.  Qaıs 
qalasına  hücuma  hazırlaşan  rus  ordusu  1828-ci  il  23  mayda Tif­
lisdə  G əncə  qalası  ilə  eyni  vaxtda,  yəni  «təqribən  1600-cü ildə 
əlçatmaz  qayalarda  türklər tərəfindən  inşa  olunmuş»  Nannqala- 
nın ələ keçirilməsi  ilə nəticələnən hərbi manevr keçirirlər.3
Balkanlarda  Moldova və  Valaxiyam  işğal  edib Dunay çayını 
keçən  ruslar  Qafqaz  cəbhəsində  də  ardıcıl  zəfərlər  qazanır.
1828-ci  il  14  iyulda  onların  qoşunları  q raf Paskeviç-Erivanski- 
nin  komandanlığı  altında  Gümrünü keçib  Qarsa  tə rə f irəliləmə­
yə başlayır. 20 iyunda Qars mühasirəyə almır. Muravyov, Osten- 
Saken,  Rayevski,  Reut kimi  tanınmış sərkərdələrin rəhbərliyi al­
tındakı  düşmən  qoşunlarının  hücumlarına  tab  gətirə  bilməyən 
türk  ordusu  23  iyunda  Qarsı  tərk  etmək  zorunda  qalır.  İşğal  za­
manı rusların ələ keçirdiyi  Qars paşalığının rəsmi  sənədlərindən 
mühasirədə  olan  Qars  qarnizonunda  Mağazberdli  Ş ə r if ağanın 
başçılığı  altında  300  qarapapaq  atlısının  da  olduğu  müəyyən 
olurdu.4  «Tiflisskiye  vedomosti»  qəzeti  də  1828-ci  il  11  iyul 
tarixli  2-ci  sayında  Qarsdakı  türk  qarnizonunda  qarapapaq  süva­
rilərinin bulunmasım bildirirdi.  Həmin qəzet başqa bir nömrəsin­
də  belə  bir məlumat  yayınlayırdı:  «M üharibənin  başlanğıcında 
İrəvan  q a ra p ap a q la n n d an   ibarət  olan  dəstə  Abaran  çayını 
keçib  Q arsa  gedirdi.  Onlar  yolda  rəsmi  sən əd lər  aparan  don 
kazakları  ilə  qarşılaşdılar və hücum  edib  onlardan  bir neçəsi­
ni öldürdülər,  ikisini  isə əsir aldılar...».5
1 Yenə orada, s.  197.
2 Yenə orada, s.1 6 0 ,165.
3 Yenə orada,  s.188.
4 Yenə orada, s. 208.
5  «Тифлисские ведомости» qəz.,  1828,21  noyabr, №21.
110
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Paskeviç qraf Dibiçə göndərdiyi məktubunda iqamətgahı Eç- 
miyədzində  olan  erməni  arxiyepiskopu  Nersesin  daim  onlara 
sədaqətli olmasma baxmayaraq, qoyduqları qadağanı pozub xari­
ci dövlətlərin nümayəndələri ilə gizlin yazışmalar apardığını xə- 
bərləyirdi.  O,  dediklərinə  sübut olaraq  Qarsın  işğalı  zamanı  ələ 
keçirilmiş  sənədlər  içərisində  tapılmış  xahiş  məktubunu  göstə­
rirdi.  Nersesin  «Qars  əyalətinin  ən  əsas  məmurlarından  və  tor­
paq  sahiblərindən  biri»  olan  Mağazberdli  Ş ə r if ağaya  ünvanla­
dığı və ondan Qars paşasının Mastara kəndinin  sakinlərinin əlin­
dən  aldığı  taxıl  məhsullarının  geri  qaytarılmasında  yardımçı  ol­
masını  xahiş  etdiyi  bu  məktub  aşağıdakı  cümlələrlə  başlanırdı: 
«Əvvəlcə  sizə  öz  dostluq  salamımı  yetirirəm.  İndiyə  qədər  bi­
zim  aramızda  dostluq  əlaqələrinin  olmamasına  rəğmən  və  sizin 
Rusiya hökumətinə itaət edənlərin hamısına qarşı düşmən müna­
sibət  bəsləməniz  barədə  həmişə  eşitdiklərimə  baxmayaraq,  ya­
xın  qonşu  olduğumuz  üçün,  yəni  çayın  bir  üzündə  biz,  o  biri 
üzündə  isə  siz yaşadığınız üçün  aramızdakı  düşmənçilik nə  qə­
dər böyük olsa da sizə müraciət etməyi lazım bildim...».1
Rus  qaynaqlan  onlara  işləyən  erməni  kəşfiyyatçılannın 
«ənənəvi  qorxaq və  olduqca  məhdud  düşüncəli»  olduqları  üçün 
faydalı ola bilmədiklərini vurğulayırdı2.
Qarsdan  sonra ruslann  növbəti  hədəfi  40  m inə yaxın  əhalisi 
olan Axısqa  (Axalsıx)  paşalığı  idi.  O  dövrdə  Axısqa paşalığı  24 
sancağa  bölünmüşdü  və  Qars  paşalığından  təqribən  5  dəfə  bö­
yük  idi.  Ona görə də ruslar hərbi  hərəkatı  davam etdirmək üçün 
əlavə  qüvvələrə  ehtiyyac  duyurdu.  Bu  səbəbdən  Məngilis,  Bar- 
maqsız,  Başkeçid  və  Gümrüdə  olan  hərbi  ehtiyat  hissələrinin 
gəlib  əsas  qoşunlara  birləşməyi  tələb  olunurdu.  B aşkeçiddə 
duran  ehtiyat qüvvələri  arasında  Borçalı  distansiyasmdan  yığıl­
mış 200 qarapapaq atlısı da var idi.3
' AKAK,  VII c., s. 256.
2 Uşakov, göstərilən əsəri, I hissə, s.  196.
3 Uşakov, gösterilən əsəri, I h., s.  250.
111


FƏXRİ  VALEHOĞLU
16  iyulda ruslar Qarsdan A xalkələyə doğru hərəkət edir.  Ge­
neral  Paskeviçin  1828-ci  il  24 iyul  tarixli  raportundan  aydın olur 
ki,  düşmən  yol  boyu  onları  narahat  eftnir,  yalnız  iyulun  22-də 
400  qarapapaq  atlısı  görünüb  qeyb  olur.1 Bunlar ailələrini  savaş 
bölgəsindən  uzaqlaşdırıb  özləri  rus  işğalçılarına  qarşı  döyüşmək 
üçün səfərbər olunmuş ə tra f kəndlərin qarapapaq lari idi.1
 2 3
1836-cı  ildə  Sankt-Peterburqda  nəşr  olunmuş  və  1843-cü 
ildə  Varşavada  təkrarən  basılmış  «1828-1829-cu  illərdə  Asiya 
Türkiyəsində  hərbi  əm əliyyatlar  tarixi»  kitabından:  «Ta  qədim­
lərdən  igidliklə  və  miniciliklə  məşhur  olan  Axalsıx paşalığının 
qara p a p a q la rı  ən yüngül süvari  dəstələrini  təşkil  edir  və sər­
həddə  yaşayırlar.  Onlar  kiçik partizan  döyüşləri  üçün  olduqca 
bacarıqlı  idilər»?  Bu  üzdən  qraf  Paskeviç  onları  öz  tərəfinə 
çəkmək  istəyirdi.  O,  «nadinc qarapapaq  tayfalarına» rus təbəəli- 
yini qəbul etdirmək üçün əvvəlcə onlara proklomasiyalar göndə­
rir.  Ancaq qarapapaqlar m üəyyən  səbəblərə görə rus  təbəeliyini 
qəbul  etməkdən  imtina  edirlər.  Paskeviç  daha  sonra  onların  ya­
nına  kapitan  Şemir-Beqlyarovu  göndərir.  «Təhlükəli  səfər»dən 
qayıdan  kapitan  general  Paskeviçə  qətiyyətlə  bildirir ki,  qarapa- 
paqların köməyinə ümid bəsləmək qeyri-mümkündür.

dövrdə  Axısqa  paşalığında  iki  nəsil  qarapapaq  yaşayırdı. 
Onlardan  biri  Əmirhəsən//İmirhesən//İmrəhəsən  qarapapaqları 
və  ya  tərəkəm ələri,  digəri  isə  sadəcə  qarapapaqlar  adlanırdı. 
Sonuncular buraya XVIII əsrin sonunda və  XIX  əsrin  əvvəlində 
Borçalı,  Qazax  və  Şəmşəddil  distansiyalarından  gəlib  məskun­
laşmışdılar.  Vergilərdən  tam  azad  idilər.  Onlar  paşanın  ilk  tələ- 
bindəcə  silahlanıb  vuruşmağa hazır olmalı  idilər.  Bu  qarapapaq­
lar  tədricən  köçəri  həyat  tərzindən  uzaqlaşıb  oturaq  həyat  tər­
zinə keçirdilər. Əmirhəsənler isə adlarını yuxanda sadaladığımız 
bölgələrdən  Axısqa paşalığma ikinci  nəsil  qarapapaqlara  nisbe-
1 AKAK, VI cild, II hissə, Tiflis,  1875, s. 245.
2 Uşakov, göstərilən əsəri, I h., s. 255.
3 Yenə orada, s. 61-62.
112
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
tən  çox  qabaq  mühacirət  etmişdilər,  əsasən  köçəri  həyat  sürür­
dülər və paşaya az miqdarda da olsa vergi ödəyirdilər.1
Əvvəlcə  ruslar  Axısqa  paşalığının  önəmli  istehkamlarından 
olan  Axalkələk  qalasını  mühasirəyə  alır.  Ruslann  qalanı 
döyüşsüz  tərk  etmək  təklifini  qalanın  mühafizləri  rədd  edir  və 
belə  bir mərdanə  cavab  verirlər:  «Biz  irəv an lılar  və  qarslılar 
d ey ilik .  B izim   n ə  ailəm iz,  nə  d e  varım ız-m ülküm üz  var. 
M in 
n əfərd ən   ib arət  ham ım ız  b ir  n ə fə r  kim i  qalam ızın 
d iv arların d a  şəh id   olm aq  qərarına  gəlm işik».  24  iyunda 
şiddətli  vuruşmadan  sonra  Axalkələk  zəbt  olunur.  Axalkələyə 
hücum  zamanı  türk  əsgərlərinin  inanılmaz  müqaviməti  ilə 
qarşılaşan  ruslar  öz  heyrətlərini  gizlədə  bilmirdilər:  «Q alanın 
rə is i,  keçm iş  A xalsıx  paşası  Səlim   paşanın  oğlu  Fərhad 
p a şa   c o m ərd cəsin ə  h ə la k   oldu.  A x alk ələ y in   cü rətli  m üda­
fiə s i  düşm ənin  nad ir  m ə ta n ət  obrazını  y aratd ı.  Ö zlərin i 
k ö n ü llü   su rə td ə   g ö rü n ən   ölüm ə  m əhkum   etm iş  b ir  ovuc 
in san   şü b h əsiz  ki,  haq lı  h ey rə tə   layiqdir.  Ö lə n lərin   ham ı­
sı  ağ  köy n ək d ə  id ilə r.  B u,  m üsəlm an  a d ə tin ə   görə  ə n   b ö ­
y ü k   əzm in  n işa n ə sid ir» .2  Axalkələk  sancağının  rəisi  Mutu 
b əy əsir alınır və  ruslara  sonrakı  əməliyyatlar  sırasında çox  yar­
dım  edir  (Yeri  gəlmişkən  qeyd  edək ki,  XIX yüzilin  ilk yarısında 
Axalkeləkdə en böyük torpaq sahələrinə Mutu bəyin oğlu Dədə bəy 
sahib olmuşdur).  Bundan  sonra ruslar heç  bir çətinliklə  üzləşmə­
dən  Xertvis  (Xırtız)  qalasına  girirlər.  Bu  arada  200  Borçalı  qa­
rapapaq atlısı Axalkələk yaxınlığında hücumçuların əsas qüvvə­
ləri  ilə birləşir.
1828-ci  il  10  avqustda  Axısqa  qalası  mühasirəyə  alınır.  Pas­
keviçin  (yerli  türklər  ona  Başkovuç  deyirdilər)  döyüşsüz  təslim 
olmaq  çağırışına  Axısqa  qarnizonunun  komendantı  «ayı  səm a­
dan  düşürə  b ilm əd iy in iz  kim i,  A xısqa  m əscid in d ən   d ə  ay­
p aran ı  düşürə  b ilm əy əcək sin iz»  - cavabını verir. Bir neçə gün 
davam  edən  mühasirədən  sonra  ruslar  15  avqustda  həlledici
1 Uşakov, göstərilən əsəri, I h., s. 61-62.
2 Y enə orada, s. 263.
113


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə