FƏXRİ VALEHOĞLXJ
çik D aşdəmir ağa başqa bir uğurlu əm əliyyat həyata keçirir.
Avqustun 13-den 14-nə keçən gecə o 30 nəfərlə Şorax yüksək
likləri yaxınlığına pusquya göndərilir. Səhərə yaxın gözləndiyi
daşların arxasından çıxıb mövqelərindən kənara çıxmış başıpo
zuq dəstəsinə hücum edir. Güclü atışma baş verir. N əticədə Daş-
dəm ir ağa qarşı tərəfi geri çəkilməyə m əcbur edərək üç başıpo
zuq və bir kargüzarı əsir götürür (Bax: Muravyov, göstərilən
əsəri, I c., s. 316; «Кавказ» qəz., 1855, № 67; «Закавказский
вестник» qəz., 1855, № 35; Aktı.. XI c., s. 388).
İyul ayının sonlarından Gölə sancağını n əzarət altında sax
lamaq Nijniy Novqorod alayının polkovniki Şultsa tapşırılır.
19 avqustda axşam 3 №-li atlı-müsəlman alayının sotnyası
kəşfiyyatdan qayıdarkən Samavat dərəsində Qarsdan çıxmış 15
silahlı piyada açarla üz-üzə gəlir. Süvariləri görən acarlar daş
mağaraya sığmır, Don kazakları süvarilərə yardıma gələnə q ə
dər təslim olmurlar. Həmin gün ruslar polkovnik Ö m ər b əy lə
bərabər türklər tərəfə keçmiş 4 milisin yerini müəyyən edirlər.
V. Potto: «Onlar silahlarını təhvil verməyi rədd edərək özləri
könüllü sürətdə polkovnik Şultsun yanına gəldilər. Onlara si
lahlarını qoymağı təklif etdilər, ancaq onlar uzun müddət
razılaşmırdılar. Tatarlar qüssə ilə cavab verirdilər:
- Biz silahlarımızı sizə verərdik, amma heyfimiz gəlir.
Onlara anlatdılar ki, əg ər baş komandan onları əfV etsə, si
lahlar öz yiyələrinə qaytarılacaq. Onda tatarlar xahiş etdilər ki,
onları güllələməsinlər.
- Ancaq sizin sərdar bizi əfv etmək istəməyib Sibirə sürgün
edəcəksə, güllədən ölməyimiz daha yaxşı olar - deyə onlar qü
rurla əlavə etdilər.
Polkovnik Şults onları peşman olduqlan üçün əfv olunmala
rını rica edən xüsusi raportla baş qərargaha göndərdi. Baş qərar
gahda onlardan soruşdular:
- Ö m ər b əy hanı?
142
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
- Ö m ər b əy Qarsdan çoxdan gedib və indi ya Ərzurumda
Vəli paşanın yanında, ya da ki, Pənəkdə Əli paşanın yanındadır
- deyə keçmiş m ilislər cavab verdilər.
- Ö m ər b ə y niyə Qarsa qaçdı?
- «Allah bilir».
- Bəs siz niyə qaçdınız?
- Rəis qaçdı, biz də onunla. Ö m ər bəy böyük rəis idi.
Bundan başqa tatarlar heç nə bilmirdilər. Təəssüf!... Xəyanə
tin əsl səbəbini bilmək çox maraqlı idi. Onların sözlərinə görə,
Ö m ər b əy in keçmiş milislərindən heç biri onun yanında qalma
yıb Türkiyə üzrə səpələniblər, əksəri öz həmyerliləri H ə -
ş i m o ğ l u n u n dəstəsində saxlanırlar».1
Avqustun 22-də gecəyarısı saat 2-də polkovnik Şultsa Çiqri-
qan kəndi tərəfdə silahlı osmanlıların göründüyünü bildirirlər.
O, təcili 3 № -li atlı-müsəlman alayının bir sotnyasını götürüb
kəsə yolla Çiqriqan istiqamətinə hərəkət edir və Qarsdan çıxmış
silahlı dəstəylə qarşılaşır. Vuruşma baş verir. Bu döyüşdə III at
lı-müsəlman alayının könüllüləri böyük miqdarda məxmər, ma
hud, ipək parçalan, qiymətli geyim əşyaları, qab-qaşıq, gümüş
əşyaları və onlan daşıyan atları ələ keçirib bir anda döyüş mey
danını tərk edirlər. Bu mallar Qarsda durumun kəskinləşəcə
yindən qorxub öz var-dövlətini, qiymətli əşyalannı şəhərdən
çıxan ordu hissəsi ilə göndərən Qars ticarətçilərinə məxsus idi.
Muravyov: «Bir neçə gün sonra biz onların (III süvari-müsəlman
alayının döyüşçülərinin - F. V.) əldə etdikləri əşyaların bir his
səsini gizlicə öz evlərinə göndərdiklərini, bir hissəsini Axal-
kələkdəki tanışlarına verdiklərini, bir hissəsini isə dərələrdə
daşların altında gizlətdiklərini öyrəndik. Bundan sonra onların
düşərgəsinə belə hallarda həmişə olduğu kimi, zabitlərin hər bir
cür mal ala bildikləri bazar gəldi».1
2 Muravyova görə, müsəlman
süvarilərin döyüş səhnəsini tərk etməsi osmanlıların əksərinin
1 «Военный сборник» dərgisi, 1863, mart, XV c., s. 132-133.
2 Muravyov, göstərilən əsəri, I c., s. 235.
143
FƏ XRİ VALEHOĞLU
əsirlikdən yaxa qurtarıb Qars, Ərdahan, Oltu tərəfə çəkilmələri
nə şərait yaratdı.
Başkomandan general-adyutant Muravyovun 21 sentyabr
1855-ci il əmri ilə 22 avqustdan 23 avqusta keçən gecə Qarsdan
çıxmış kavaleriyanın darmadağın edilməsində xüsusilə fərqlən
diklərinə görə 3 № -li süvari-müsəlman alayının milisləri: alay
komandirinin müavini, kapitan M u s ta f a a ğ a H ə s ə n ağa oğ
luna 2-ci dərəcəli «M üqəddəs Anna» ordeni; Şəmşəddil bəy
sotnyasınm komandiri praporşik M ə m m ə d b ə y Z ü lq əd əro v a
podporuçik rütbəsi, B orçalı bəy sotnyasınm başçısının müavini
M a n s u r a ğ a Ə l i b ə y o ğ lu n a və həmin sotnyanm vəkili Ə li
İ s g ə n d ə r a ğ a H ic a z o ğ l u n a gümüş temlyak gəzdirmək
hüququnda yunker rütbəsi, B orçalı bəy sotnyasınm sıravi atlısı
Ə li Q a y ıb o ğ lu n a müsəlmanlar üçün təyin olunmuş hərbi
ordenin 992 №-li fərqlənmə nişanı; Şəmşəddil bəy sotnyasınm
rəis müavini N ə s ib b ə y M e h d ix a n b ə y o ğ lu S u ltan o v v ə
C ə f ə r a ğ a Q a sım b ə y o ğ lu n a üzərində «igidliyə görə» ya
zısı olan qızıl medal, H ü se y n P a ra z a m a n o ğ l u n a üzərində
«igidliyə görə» yazısı olan gümüş medal, Qazax sotnyasınm ko
mandir müavini M u s ta f a a ğ a Ə li a ğ a o ğ lu Ş ı x l i n s k i y ə ,
həmin sotnyanm vəkili H a c ı R ə h im a ğ a H ə s ə n ağa o ğ l u
n a və Şəmşəddil sotnyasınm komandir müavini Ş a h n ə z ə r x a n
S u lta n o v a üzərində «igidliyə görə» yazısı olan qızıl medal ve
rilir.1
30 avqustda Pənək yaxınlığında rus birləşmələri və Əli Paşa
başçılığındakı Osmanlı dəstəsi arasında vuruşma olur. Bu vuruş
mada Əli Paşa əsir düşür. 30 avqustdakı döyüşdə göstərdikləri
mərdliyə görə təltif olunanlar arasında Daşdəmir ağa könüllü
lərinin üç sotnyasınm süvarisi M ə m m ə d a ğ a M i n a s a z o v d a
olur. Ona üstündə «igidliyə görə» yazısı olan gümüş medal veri
lir.1
2
1 «Кавказ» qəz., 1855, 8 oktyabr, № 79 və «Закавказский вестник» qəz.,
1855, 13 oktyabr, № 41.
2 «Кавказ» qəz., 8.10.1855, № 79.
144
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
2 sentyabrda Qars qalasındakı süvarilər atlarını yemləmək
üçün Azadköy istiqamətindəki düzənliyə çıxır. Bunu görən rus
lar onlar tə rə fə qoşun hissələri göndərirlər. Süvarilər düşmən
yaxınlaşmadan geri çəkilir. Daşdəmir ağanın könüllüləri və
qarapapaq m ilisləri onları təqib edir. Aralarında döyüş baş verir.
Qars süvariləri bir neçə nəfər itirir. 17 əsir və 40 at əldə edən
qarapapaqlann itkisi isə bir yaralı atdan ibarət olur. 4 sentyabrda
Daşdəmir ağanın dəstəsi və Osmanlı kavaleriyası arasında yeni
dən toqquşm a olur. Başkomandanın Çivtliqaya düşərgəsində 7
sentyabrda imzaladığı və «Zakavkazski vestnik» qəzetinin 1855-
ci il 38-ci sayının 1-ci səhifəsində dərc olunmuş əmrində oxuyu
ruq: «2 sentyabrda düşmən furajirləri ilə atışmada göstərdikləri
əla igidliyə və m ərdliyə görə Əlahiddə Korpusun baş dəstəsində
olan k ö n ü llü lə rin 3 sotnyası və Q arapapaq m ilisinin adlan
aşağıda çəkiləcək rütbəlilərinə mənə verilən ali səlahiyyətdən
istifadə edərək bu mükafatları təyin edirəm:
Könüllülərin 3 sotnyasınm rəis müavini, milis podporuçiki
O s m a n a ğ a Q a s ı m a ğ a o ğ lu na poruçik rütbəsi, vəkil A ğ a
b ə y Ş a h q u l u a ğ a o ğ lu n a gümüş temlyak gəzdirm ək hüqu
qunda yunker rütbəsi; Qarapapaq milisinin rütbəsi olmayan
sotnya komandirlərindən 1-ci sotnyanm komandiri H ə s ə n ağa
Ə z i z b ə y o ğ l u n a , 2-ci sotnyanm komandiri K ə r i m ağa
M u s a b ə y o ğ l u n a , 3-cü sotnyanm komandiri Ə li a ğ a Q u r
ban a ğ a o ğ l u n a yaxaya taxmaq üçün üzərində «igidliyə gö
rə» yazısı olan gümüş medal verilsin». Başkomandanın 18 sent
yabrda imzaladığı başqa bir əmrində 4 sentyabrda Qars yaxın
lığında baş vermiş atışmada fərqləndiyinə görə Daşdəmir ağanın
dəstəsinin üzvü D ü n y a m a lı A b d u lla o ğ lu yaxadan asmaq
üçün üstü «igidliyə görə» yazılı gümüş medalla təltif olunur'.
Qarapapaqlann öz üzərində heç bir daimi sahib tanımayan xalq
olduğunu vurğulayan general Muravyov Qarapapaq milisini
cidd-cəhdləri ilə zorla saxlaya bildiklərini və onların tez-tez öz
evlərinə dağılıb yenidən toplandığını qeyd edərək son döyüş-
1 «Кавказ» qez., 1855, 8 oktyabr (№79), s.l.
145
Dostları ilə paylaş: |