KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

FƏXRİ VALEHOĞLU
meydanında  bilərəkdən  köməksiz,  yalnız  qoyması  və Həşimoğ- 
lunu m əhv etmək üçün apardığı əməliyyatlardan biri, Kamkovun 
günahsız  insanların  ölümü  ilə  nəticələnən  vəhşi  aksiyası,  Un- 
qem-Ştemberqin,  Yadigarovun  və  Baklanovun  Gölə  və  Ərda- 
handan  Qars  şəhərinə  gedən  yolları  nəzarətdə  saxlamaq  üçün 
M əlikköydə birləşmələri Pottonun xatirələrində belə əks olunur: 
«2 iyulun axşamı id i....  Ön cərgədə səfər üçün nəzərdə tutulmuş 
dəstə (draqunlardan ibarət - F .   V.) toplanırdı.  Çox keçmədən dü­
şərgədən  öz  süvari  batareyası  ilə  nizami  kazak  alayı,  qarapa- 
paqlar,  kürdlər və  Başkeçid  qəzasının  yunanlarının yeni  forma­
laşdırdığı  drujina da yaxınlaşdı.  Baklanov gəldi və zabitləri ətra­
fına yığıb  bacardıqca  ehtiyatla getmək  əmrini  verdi.  Siqara çək­
mək,  danışmaq  olmazdı,  hətta  əm rlər  belə  pıçıltı  ilə  verilməli 
idi.  Gecə  yarısı  biz  atlara  oturduq  və  generalın  ardınca  hərəkət 
etdik.  H ər  yan  zülmət  qaranlıq  içində  idi.  İrəlidə  gedən bələdçi 
tatarın  atmın ağ sağrısını  zorla  seçirdik.  Çox keçmədən o da bizi 
bürüyən  zülmətdə  gözdən  itdi....  Yol  çay  qırağından  keçirdi. 
Bəziləri  deyirdi  ki,  bu  Qars  çayıdır.  Başqaları  isə  Qars  çayının 
xeyli sağ tərəfdə qaldığını əsaslandırırdılar. Bu çayın sağ sahilin­
dəki  düzdə  başıpozuqlar at  çapırdılar.  Bunlar bizi  izləmək üçün 
Qarsdanmı  göndərilmişdilər  və  yaxud  sadəcə  yaxınlıqdakı  dağ­
larda  daldalanan  silahlı  tör-töküntülər  yığınımı  idilər,  deyə  bil­
mərəm.  General  çayı  keçməyi  və  onlarla  atışmağı  qəti  qadağan 
etdi.  Dəstənin  arxasında  gedən  qarapapaqlar  qadağaya  dözə 
bilməyib  Berdık  çayını  keçərək  başıpozuqlara  hücum  etdilər, 
ancaq  çox  tez  də  geri  çevrildilər.  Aydındır  ki,  başıpozuqlar  tu­
tarlı  cavab  vermişdilər.  Bunu  görən  milislər  çayı  keçmək  istə­
dilər,  lakin  Baklanovun  hədələyici  səsi  onları  dayanmağa vadar 
etdi. D əstə qarapapaqların  qayğısına qalmayaraq yoluna davam 
etdi.
Cəzalarını çəkmək üçün öz gücləri ilə təkbaşına qalmış qara­
papaqlar  isə  pis  vəziyyətə  düşdülər.  Berdık  çayının  sıldırımlı 
sahillərinə  sıxışdırıldılar.  Çayı  keçə  bilmədilər  və  atlarından 
enib  daşların  arxasında  ağzı  üstə  yerə  yatdılar.  Bu  onları  xilas 
etdi.  Ehtiyatsız  başıpozuqlar  yaylım  atəşi  ilə  qarşılandılar  və
134
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
meydanda bir neçə  ölü buraxaraq geri  döndülər.  Bizim  dəliqanlı 
igidlər  isə  sağ-salamat  çayı  keçdilər  və  cəld  gəlib  dəstəyə 
yetişdilər.  Baklanov hesab etdi ki, onlar düşüncəsizliklərinə görə 
kifayət qədər cəza çəkiblər və heç bir söz dem ədi...
Biz  sürətlə  hərəkət  etdik  və  tezliklə  bir  dərədə  türklərin 
qaynaşdığını  gördük.  Baklanov  bütün  qeyri-nizami  kavaleriyanı 
hücuma buraxdı...  Selləm ə  yağışa  baxmayaraq  qarapapaqların 
çaxmaqdaşlı  tüfəngləri  hədəfdən  yayınmırdı.  Qadın  yubkasına 
bənzər  ağ  balaxonlar  geyinmiş  yunanlar  atəş  açmırdılar,  onlar 
qılıncla  çapırdılar.  K ürdlər havaya yaydıqları  kobud  hayqırtılan 
ilə iş görməkdən çox at çapmaqla məşğul idilər...
Qaranlıq  düşəndə  geniş  çəmənlikdə  dayandıq.  Yaxında 
Qars-Ərdahan v ə  Qars-Oltu yolu üzərində yerləşən  Susuz kəndi 
görünürdü.  Təhlükəsiz  yer  deyildi.  Ətrafdakı  dağlarda  tanınmış 
qaçaq  H ə ş i m o ğ l u n u n   dəstəsi  daldalanırdı.  B u H ə ş i m o ğ -  
lu   əcayib  şəxsdir.  O  bir  neçə  il  demək  olar  ki,  böyük  yollarla 
qaçaqlıq  etdiyi  bizim  müsəlman  əyalətlərinin  tatarıdır.  Keçən  il 
onu  azca  qaldılar  tutalar.  Ancaq  o  Türkiyəyə  qaçdı,  orada  yeni 
dəstə  yığdı  və  qışda  duxoborlann  sərhədyanı  kəndlərinə  cürətli 
hücum  etdi.  Düzdür,  orada  qışlayan  Novorossiysk  alayı  ona  öz 
məramını həyata keçirməyə imkan yaratmasa da, bizə sadiq olan 
Türkiyə ermənilərinin bir neçə kəndi yandırıldı və talan olundu.
İndi  onun  (H əşim oğlunun  -   F.  V.)  başlıca  məqsədi  dinc 
sakinləri qiyama qaldırmaq  idi.  Həqiqətən,  onların (əhalinin -  F. 
V )  bir  qismi  öz  ev-eşiyini  atıb  məmnuniyyətlə  onun  dəstəsinə 
qoşulurdu.  Qars  paşalığının  bütün  şimal-qərb  hissəsi  üsyan  edir­
di.  Fəal  tədbirlər  görmək  lazım  gəlirdi.  Bizim  dəstəyə  sakitlik 
yaratmaq və mümkün olsa,  H ə ş i m o ğ l u n u   öldürmək tapşırıl­
mışdı.
Gecə  qaranlıq  və  soyuq  idi,  yağış  vedrədən  tökən  kimi 
tökürdü....  Dan  yeri  ağaranda  biz  Ərdahan  tərəfdən  Qars 
düzənliyini  qapayan  dağlara  tərəf getdik.  H ə ş i m o ğ l u   burada 
dururdu.  Nizami  kazaklann  irəli  göndərilmiş  güclü  süvari 
kəşfiyyat  bölükləri  dindirmədə  şöhrətli  qaçağın  dəstəsinin 
üzvləri olduqlarını açıqlayan bir neçə silahlı adam ələ keçirdilər.
135


FƏXRİ VALEHOĞLU
Amma onlar H ə şim o ğ lu n u n   yuvasının yerini  bilmirdilər,  y a da 
ki,  dem ək  istəmirdilər.  Biz  bütün  günü  gəzdik  və  axşamüstü 
İncəsu  çayma  tə rə f geri  çəkildik.  Sübh  tezdən  yenidən  dağlara 
qalxdıq  və  Ərdahan  istiqamətinə  getdik.  Bizim  kəşfiyyatçı 
süvarilər  keçilməz  dərələri  keçib  daha  bir  neçə  evsiz  adam  
tutdular və  burada  daldalanan  sakinlərin  mal-qarasım  əllərindən 
aldılar.  Ə traf kəndlərin  bir  neçə  ağsaqqalı  düşərgəyə  gəlib  öz 
əvvəlki  m əskənlərinə  köçmək  istəyini  bildirdilər.  Ağsaqqallar 
diyarın  sakitliyinə  boyun  olurdular  və  inandırırdılar  ki,  H ə ­
ş im  o ğ 1 u  dağların  dərinliyinə  köç  edib  və  Ərdahan-Oltu  yolu 
arasındakı  bütün  məkan  onun  silahlı  cinayətkarlarından  təm iz­
lənib.  O nlan  əzizlədilər,  mühafizə  vərəqələri  verdilər  və  h ətta 
H ə ş i m o ğ l u y l a   vuruşmaq üçün dilə tutdular....
Qarsa  gedən  yollarda axtarış  aparmaq üçün polkovnik  Kam - 
kov  200  nizami  kazakla  axşama  yaxın  (15  iyulda  -   F.  V )  G ölə 
sancağına göndərildi....  İrəlidə görünən işıltılar onları  dayanm a­
ğa  m əcbur  etdi.  Kəşfiyyata  göndərilmiş  könüllülər  işığın  y an - 
dağılmış  kənddən  gəldiyini  və  xarabalarda  çox  sayda  silahlı 
adam lann  olduğu  xəbərini  gətirdilər.  Kazaklar  onların,  təbii 
olaraq,  H ə ş i m o ğ l u n u n   dəstələrindən biri olduğunu tə sə v v ü r 
edərək  bir  anda  kəndə  hücum  etdilər  və  bədbəxtlikdən  tü fən g  
atəşi  ilə  qarşılanınca  düşməni  öldürməyə  başladılar.  T ə ə sü f ki, 
sonradan ölənlər arasında qadın və uşaqların da olduğu m üəyyən 
edildi.  Döyüş  təkcə  bizim  qarşımızda  silahsız  sarınmış  əsirlər 
duranda  bitdi  və  türklər  yalnız  onda  bildirdilər  ki,  onlar  öz 
ailələri ilə Qarsdan qaçmış dinc sakinlərdir....
24 iyulda,  bizim  şanlı xatirə günümüzdə -  Kürəkdərə  vuruş­
masının  ildönümündə  dəstədə  nəhayət  ki,  H ə ş i m o ğ l u n u n  
öldürülməsi  barədə  şayiələr  yayıldı.  Ancaq  şayiələr  doğru  çıx­
madı,  çünki  H ə ş i m o ğ l u   sağ-salamat  idi,  Onların  yayılmasına 
səbəb  isə  polkovnik  baron  Unqem-Ştemberqin  Axalkələk  dəs­
təsinin  bir  hissəsi  ilə  Ərdahanı  ikinci  dəfə  zəbt  etməsi  idi.  Ona 
görə  general  Baklanov  Ərdahan  qalası  ilə  rabitəni  açmaq  üçün 
həmin  gecə  qeyri-nizami  süvarilərin  bir  hissəsi  ilə  Qarsın 
şimalında  yerləşən  Məlikköyü  tutdu.  Bir  az  əvvəl  polkovnik
136
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB  TARİXİ
Y a d i g a r o v   da  oraya  daxil  olmuşdu».1  Mətbuat  da  Yadigaro- 
vun Qars yaxınlığında olmasım təsdiqləyərək onun dəstəsinin 24 
iyulda bir neçə türk atı əldə etdiyini bildirirdi.1
 2
Baklanovun  həyata  keçirdiyi  başqa  bir  əməliyyatda  Ömər 
ağa kəndi yaxınlığındakı dərədə 6 nəfərlik qaçaq dəstəsi tutulur. 
Muravyov:  «Həmişə  mövcud  olmuş  belə  dəstələr bizim  Cənubi 
Qafqaz  diyarındakı  tatar  distansiyalanmn  sakinlərindən  ibarət 
idi.  Onlar  qarapapaq  əhalisinin  tərkibinə  daxil  olurdular  və  hər 
zaman,  hətta  sülh  vaxtı  da  basqınları  və  soyğunçuluqları  ilə  bi­
zim sərhəddə yaşayan əhalini narahat edirdilər».3
1855-ci  ilin  iyul  ayında  Qars  qalası  çevrəsində  elə  bir  ciddi 
silahlı  toqquşma baş verm əsə  də, yörəni  bürümüş  üsyan  dalğası 
zirvəyə  ulaşır.  V.  Potto:  «Qonşu  qarapapaq  kəndləri  öz  artıq 
yem tədarüklərini bizimlə bölüşmək arzusunda olmurdular və bu 
da  çox  vaxt  bizim  əsgərlərlə  o  kəndlərin  sakinləri  arasında  bir 
tərəfdən  yumruqların  fəal  hərəkəti,  digər  tərəfdən  xəncərlərin 
hədə-qorxusu ilə nəticələnən qarşıdurmaya gətirib çıxarırdı.
Bizim zabitlərdən birinə xidmət edən əsgər (denşik) bir dəfə 
belə  yem  tədarükü  üçün  yola çıxıb  geri  qayıtmadı.  Gecə  düşər­
gəyə  yalnız  xamıtsız  və  arabasız  atı  gəlib  çıxdı,  hamiyi  ciddi 
narahat edən bu m əsələ məni  sehərisi  gün 2  zabit və  2  draqunla 
bir hadisə  baş  verib-vermədiyini  öyrənmək məqsədi  ilə  qarapa­
paq kəndlərinə  gizli  səfər etməyə məcbur etdi.  Dözülməz dərə­
cədə  isti  gün  idi.  Biz  sıx  və  biçilmiş  taxıl  zəmilərinin  arası  ile 
gedirdik.  Draqunlar  yarımsəslə  oxuyurdular:  «başdan-başa  türk 
tarlası,  biz  səni  nə  vaxt  keçəcəyik».  Tappıltı  səsləri  gəldi.  Bizə 
qarşı iki kazak qaçırdı.
-  Dayanın!  Haradan belə, qardaşlar?
-   Kəndlərdən,  mənim  cənabım!  -  deyə  onlar  atlarını  saxla­
yaraq cavab verdilər.
-  Orada nə olub ki?
«Военный сборник» məcmuəsi, XIX cild,  1863, fevral, s. 476-483.
«Кавказ»  qez.,  13.10.1855;  «Закавказский вестник»  qəz.,  18.08.1855.
3 N.  Muravyov, göstərilən əsəri, I cild, s.  136.
137


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə