KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

FƏXRİ VALEHOĞLU
lərini  zəbt  edir.  Rusların  general-leytenant  Komarovun  başçılığı 
altında  Yengiköydə  yerləşən  və  14  batalyon,  8  eskadron,  34 
sotnya  (yüzlük)  və  64  topdan  ibarət  olan  bölmələrinə  Ərdahan- 
Gümrü və Qars-Gümrü yollarını nəzarət altında saxlamaq həvalə 
edilmişdi. Bu m əqsədlə bu bölmələrin bir hissəsi Qars yolu tərə­
fə,  digər  bir hissəsi  isə  Ərdahan  yolu  istiqamətinə  hərəkətə ke­
çir.  Ərdahan  tərəfə  hərəkətlənən  hərbi  birləşmələr  28  apreldə 
gecələm ək  üçün  Cəlaus  kəndində  dayanırlar.  Kişmişov  yazırdı: 
«Yengiköydən  Cəlausa gələrkən  bizim  qoşunlara  Qars  qarnizo­
nu  tərəfindən  heç  bir  maneəçilik  olmadı.  Yalnız  M eh r a lı n ın  
başçılıq etdiyi süvari dəstələri Ayqır gölə qədər gəldi və oradan 
bizi  izləməyə  başladı...  M e h r a l ı n ı n   hərdən  bir  Qarsdan  çıx­
ması  dinc  əhali  üzərində  hər  hansı  bir  zorakılığa  səbəb 
olmurdu.  O  Borçalıda  anadan  olmuşdu,  nəsə  bir  cinayət 
törətmiş  və  çoxları  kimi,  Türkiyəyə  qaçmışdı.  Burada M e h r a l ı  
M a ns uru n   dəstəsinə  qoşulmuşdu,  bütün  basqınların  iştirakçısı 
olmuş  və  çox  vaxt  igid  bir  atlı  kimi  atamanı  əvəz  etmişdi. 
Müharibədən  əvvəl  qarapapaqların  çoxu  korpus  komandirinin 
yanına gəlib əfv olunmalarını  istəsələr də,  təkcə  o, yoldaşlarına 
qoşulmamış,  Qarsa getmiş,  orada yeni dəstə yaratmışdı».'
Aprelin 29-da Cəlausdakı. birləşmələr Ərdahan  yoluna nəza­
rət etmək üçün yenidən hərəkətlərinə davam edirlər. Aprelin 30- 
da  onlara  bir  gün  əvvəl  kəşfiyyata  göndərilmiş  D a la v e rli 
M a n s u r  a ğ a n ın   başçılıq  etdiyi  qarapapaqlar  da  qoşulur.  Rus 
xidmətindəki  qarapapaqlar  kəşfiyyat  zamanı  Çarbaşı  kəndi 
yaxınlığında  laz  dəstəsiylə  qarşılaşır.  Lazlar  Batumdan  Qarsa 
gedən  iki  türk  mühəndisinin  konvoyunu  (mühafizə  dəstəsini) 
təşkil  edirdi.  Onları  mühasirəyə alan qarapapaqlara təslim olma­
yan  lazlar mağaralarda daldalanaraq gecə  düşənə  qədər müqavi­
mət göstərir,  sonra  isə  Batuma tərəf qaçmağı  bacarırlar.  Hər  iki 
tərəfdən ölən və yaralananlar olur.2
1 Kişmişov, göstərilən əsəri, s.  73-74.
2 Yenə orada, s.  75.
166
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Rus mənbələri onlar tərəfdəki kürdləri və qarapapaqları  nə­
dənsə  özlərini  ruslara  sadiq  göstərməyə  çalışan  və  bunun  üçün 
dəridən-qabıqdan  çıxan  qarğalar adlandırırdı.  [Bax:  Г.  Градовс- 
кий.  Война в  Малой Азии  в  1877  г,  СПб,  1879;  Война  1877  и 
1878  гг.,  том  III,  Война  в  Азиатской  Турции  (под.  ред.  Зы­
кова),  1882,  səh.  62].  Əhməd  Muxtar  Paşa  isə  xatirələrində 
yazırdı  ki,  müharibənin  gedişində  « M eh ralı  komandasındakı 
Q arapapaq  süvariləri kimi  rusların da bir-iki eşkiya (qaçaq) rəisi 
liderliyindəki  Q arapapaq  süvariləri,  dəvənin  yerdə  alıb  göydə 
yediyi  kimi,  bir  gecənin  içində  bir  çox  məsafə  aşıb  anidən  bir 
tərəfdə  görünmək  və  oranı  alt-üst  edib  dərhal  geri  çəkilmək 
kimi hərəkət göstərməkdə»  idilər.1
1877-ci il 5  mayda ruslar İqnazor kəndinin satqın sakini Hacı 
Vəli  ağanın  gizli  giriş  yollarını  göstərməsi  nəticəsində  Ərdahan 
qalasını  işğal  edir və  bundan sonra əsas qüvvələrini  Qars  istiqa­
m ətinə yönəldirlər.  May ayının  15-dən etibarən general  Heyma- 
nın  qoşun  dəstələri  qərbdən,  general  D evelin  qoşun  dəstələri 
isə  şimal-şərqdən  Qarsın  mühasirə  planı  ilə  məşğul  idilər.  Son 
müşahidə  işlərinə  şəxsən  general  Devel  rəhbərlik  edirdi.  Bu 
m əqsədlə  may ayının 21-də Bakı  və  Dərbənd  alayının üç  batal­
yonu, Tver divizyonunun iki draqun eskadronu, Ş ürəgəl  qarapa­
paq  alayının bir yüzlüyündən ibarət rus qoşunu Qars çayının sol 
sahili  ilə  irəliləyir.  Həmin  gün  Berdik  çayı  yaxınlığında  bu  qo­
şunlarla Mehralı  bəyin  dəstəsi  arasında  atışma  baş  verir.  Bu  dö­
yüşün  iştirakçısı  V.  Qippius xatirələrində yazırdı:  «Sonradan ço­
banlardan  öyrəndik ki,  bizim  işimiz  müharibədən  qabaq  türklər 
tərəfə  keçmiş  və  onlarda  irrequlyar kavaleriyanın  (qeyri-nizami 
süvari  dəstələrin)  bir  hissəsinə  komandanlıq  edən  bizim  əski 
B or çalı  qaçağı  M e h r a l ı y l a   idi».2
Bu döyüşün  başqa bir şahidi  Kişmişov  isə  öz müşahidələrini 
belə  təsvir  edirdi:  «B erdik  çayına  çatm am ış,  qoşun  dincəl-
1 Gazi  Ahmet  Muhtar  Paşa,  Anılar-2,  Sergüzeşt-i  hayatımın  cild-i sanisi,  1st., 
1996,  s.  107.
2 В.  Гиппиусъ.  Осады и штурм Карса 
в 1877 
г., СПб.,  1885,  с.  125.
167


FƏXRİ VALEHOĞLU
т е к   üçün  d ayandı.  E lə   bu  zam an  Ç alq au r  dağlarının  ətək­
lə rin d ə   b izə  t ə r ə f  irə lilə y ə n   atlı  d ə stə si  göründü.  Qarapa- 
paq lar*   d ə stə n in   önü n d ə  g ə lən   ağ   a tlın ı  ta n ıd ıla r   -   o, 
M e h r a l ı   id i,  arx asın ca  g ə lə n lə r  isə   onun  süvariləri  idi.
D üşm əni  g ö rən   qoşun  qalxdı.  D raqun  divizyonuna  Ber- 
dik   çayını  k e ç ə rə k   T opacı  y ü k sək liy in i  tu tm aq   əmri  veril­
di,  p iy ad alar  dö y ü şə  h azır  v ə z iy y ə tə   g ə tirild i,  Dərbənd 
polkunun  b ataly o n u n a  sağ  tə rə fd ə k i  yük sək liy i  tutmaq 
g ö stərişi  v erild i,  h əm in   y ü k sək lik d ə  də  b ir  neçə  atlı  gö­
rünm üşdü,  o n lara  atəş  açm ağa  h a zırlaşa rk ə n ,  qəflətən  bi­
zim   d iq q ətim izi  başqa  səm tə  y ö n əld ən   a təş  səsləri  eşidil­
di.
A tışm aya  D evelin  şəx si  konvoyunun  kazakları  başladı, 
onlar  draqunları  ö tə rə k   Topacı  y ü k sək liy in ə   ilk  yetişənlər 
idi.  A ncaq  M e h r a l ı   Ç alqaur  dağlarını  b əri  aşmadı,  dağlar 
arxasında  qeyb  oldu.  K azak  və  draqunlara  atəşi  kəsib  geri 
çək ilm ək   əm ri  v e rild i...
D ü şərg əy ə  q ay ıd ark ən   biz  cəsu slard an   öyrəndik  ki, 
M e h r a l ı   Q arsdan  ə tra f  k ə n d lərd ə  b izim lə  əlaq əd ə  olan­
ları  cəzalandırm aq  üçün  çıxıbm ış.
M e h r a l ı   m ayın  17-de  Iqnazora  da  b elə  bir  yürüş  et­
m işdi,  orada  xalqa  tə sir  gücünə  m alik  olan  varlı  torpaq  sa­
hibi  V eli  ağa  yaşayırdı.
V əli  ağa  ə slə n   A xalkalaklı  idi,  50-ci  illə rd ə   Türkiyəyə 
köçm üş,  xid m ətə  götürülm üşdü,  ə v v əlc ə   m üdir,  daha  sonra 
A ğbaba-Z ərşad  nah iy əsin ə  qaym əqam   köm əkçisi  təyin 
olunm uşdu.  B izim k ilər  sərhədi  keçən  kim i,  V əli  ağa  fəxri 
v ətən d aşlarla  birlikdə  bizim   korpus  kom andirinin  yanına 
gəlm iş  və  onun  qaym əqam   köm əkçisi  v əzifəsi  əlin d ən  
alınm am ış,  bizim   m araqlarım ıza  can-başla  xidm ət  etdiyinə 
görə  saxlanm ışdı.
Q arsın  kom endantı  V əli  ağanın  bizə  m ünasibətini  yaxşı 
bilirdi  və  m üsadirə  etdiyim iz  dövlət  taxıl  anbarlarının  y e ­
* Rus xidmətindeki  Şürəgəl qarapapaq alayının üzvləri -  F.  V.
168
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
rin in   bizə  g ö stərilm əsin d ə  onu  başlıca  m ü q əssir  hesab 
edirdi.  Q aym əqam   köm əkçisini  cəzalandırm aq  m əq sed iy lə 
kom endant  M e h r a l ı y a   onun  İqnazordakı  evini  darm ada­
ğın  etm ək,  V əli  ağanın  özünü  isə  tutub  Q arsa  g ətirm ək  
haqqında  əm r verdi.
M ayın  16-da  axşam   M e h r a lı  Q arsdan  çıxıb  A yqır  gö­
lünün  yanından  k e ç ə rə k   həm in  gün  kəşfiyyatdan  qayıdan 
general  Şerem etyevin  d əstəsiy lə  görüşm əm ək  üçün  cəld, 
çevik  bir m anevr  edir,  Çatax  səm tə  yol  a lır  və  m ayın  17-də 
sübh  çağı  İqnazora  g əlir.
K ənddə  ham ı  yatırdı.  V əli  ağanın  evinin  dam ım  
sö k m ə-y ə  b aşladılar.  Evdəki  hay-küy  v ə   atəş  səsləri 
qonşuları  oyatsa  da,  heç  kim  köm ək  üçün  çıxm ağa  cəsarət 
etm əd i,  basqın  e d ə n lə r  evi  bir  anda  darm adağın  etd ilər, 
qohum ları-nı  öldürdülər.  Vəli  ağanı  sağ  Q arsa  g ə tird ilə r, 
onu  qayadan  çaya  atdılar,  orada  ö ldü...
Onu  da  xatırlam am aq  olmaz  ki,  biz  d ə  öz  tərəfim izd ən  
V ə li  ağanın  bizə  olan  səd aq ətin ə  o  q ə d ər d ə  inanm ırdıq  və 
o n u n   tü rk lərlə  de  gizli  əlaq əd ə  ola  b ilə c əy in d ə n   şü b h ə­
lən ird ik .  B əzən  m üharibə  zamanı  m əlum at  g ə tirə n   şəxsin 
sad iq lik   d ərəcəsin i  v ə   səm im iyyətini  m ü əy y ən ləşd irm ək  
ç ə tin   olur,  bununla  yanaşı,  həm in  m əlu m atlar  b əzən   bu  və 
ya  d ig ə r təd b irlərin   görülm əsinə  ciddi  tə sir  g ö stərir»   (Gös­
terilən əsəri, s.  131-132).
22  mayda  ruslar Qarsı  tam  mühasirəyə  alsalar da,  bəzi  tək- 
tük  insanlar,  hətta  kiçik dəstələr cənub  və  şərq  istiqamətindən 
şəhərə  asanlıqla  girib-çıxa  bilirdilər.  General-mayor  Zıkovun 
redaktoru  olduğu  «1877  və  1878-ci  illərin müharibəsi»  kitabının 
III cildindən:  «Qarsda yerləşən türk qoşunlarının sıralarında olan 
Cənubi  Qafqazda  tanınmış  qaçaq  M e h r a lın ın   tez-tez  öz  dəs­
təsiylə  istehkamlarından  çıxıb  ətraf kəndlərə  yürüş  etməsi  Qar­
sın nə dərəcədə z əif mühasirəyə alındığını göstərirdi.  Bir dəfə o 
12 markitantı əsir götürdü...
Bir dəfə  də  M e h r a lı  İqnazor kəndinə  hücum  etdi  və  oranın 
fəxri  və  varlı  sakini,  Ərdahana  giriş  yollarını  bizə  göstərmiş  və
169


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə