KiÇİk qafqazin tektonik quruluşu və onun müASİr strukturu



Yüklə 20,9 Kb.
səhifə4/4
tarix23.04.2022
ölçüsü20,9 Kb.
#85982
1   2   3   4
New Microsoft Word Document

Misxan-Zəngəzur zonası şimal-şərqdən Göyçə-Həkəri, cənub-qərbdən Araz zonaları ilə məhdudlaşır. Bu zonanın əsas xüsusiyyəti geoantiklinal quruluşda olmasıdır. Zonada üst təbaşirdə, paleogen və lokal miosen çöküntülərindən ibarət törəmə çökəkliklər onun üstündə əmələ gəlmişlər. Üstəgəlmə və fay tipli iri qırılma strukturlarının inkişafı zonada üst paleogen-neogen zamanı Meqri-Ordubad və Dəlidağ kimi polifazalı və polifasial mürəkkəb qranitoid intruzivlərinin əmələ gəlməsinə səbəb olmuşdur.



Meqri-Ordubad Plutonu Zəngəzur horst-antiklinorisində yerləşir və onun oxu kembriyə qədərki metamorfik şistlərdən ibarət özülün qalxmasına şərait yaratmışdır. Qərbdə isə o devonun terrigen-karbonat çöküntülri ilə, cənub-qərbdə üst təbaşir və eosen vulkanogen əmələgəlmələrlə örtülmüşdür. Dəlidağ intruzivi isə Qoçaz qraben-sinklinorisinin Həkərəçay antiklinalının ox hissəsində yerləşmişdir. Qoçaz qrabeni təbaşir, paleogen, pliosen və antropogen çöküntürilə dolmuşdur və cənub-qərbdə dördüncü dövr lavaları ilə örtülmüşdür. Belə hesab edilir ki, qranitoid massivləri Araz kvaziplatforması ilə Misxan-Zəngəzur horst-qalxması və Zaqafqazya ada qövsü ilə konvergensiyası nəticəsində əmələ gəlmişdir. Bu mikroplitlərin kolliziyası hidrotermal məhlulları olan poligen qranitoid maqmatızmının formalaşmasına səbəb olmuşdur. Hidrotermal məhlulların hesabına isə mis-molibden (Paraqaçay, Qapıcıq, Dəlidağ), mis-molibden-porfir (Misdağ, Geydağ, Göygöl və s.), mis-polimetal (Başkənd-Ortakənd, Bağırsaq, Teymuruçandağ), qızıl-filizi (Munundərə, Pyəzbaşı və s), sulfoarsenid-kobalt (Kətəm, Kilit və s.) kimi filiz yataqları formalaşmışdır. Burada həmçinin qeyri-filiz yataqları da böyük miqyasda əmələ gəlmişdir.

Misxan-Zəngəzur zonasında bazalt-andezit-dasit, traxiandezit-dasit-riolit, andezit, qranodiorit-porfir, qabbro-monsonit-diorit kimi maqmatik formasiyalar geniş yayılmışdır ki, onlarla da mis- və molibden-porfir, kolçedan-polimetal, qızıl-sulfid və s. kimi filiz formasiyaları əlaqədardır.
Yüklə 20,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə