Кимйа фянни, онун вязифяляри


MÖVZU 3. V-A qrup elementləri



Yüklə 459,68 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix28.06.2022
ölçüsü459,68 Kb.
#90201
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
MÖVZU 3. V-A qrup elementləri. 
Azot. Elementin ümumi xarakteristikası. Təbiətdə tapılması, alınması, fıziki 
və kimyəvi xassələri. azot molekulunda kimyəvi rabitə. Azotun təsirsiz olmasının 
səbəbi. Hidrogenli birləşmələri, ammonyak. Laboratoriyada və sənayedə alınması 
üsulları. Ammonyakın xassələri, oksidləşmə, birləşmə, əvəzetmə reaksiyaları. 
Ammonium duzları. Onların termiki və elektrolitik dissosiasiyası. Hidrazin, azid 
turşusu. Azot oksidləri. Kimyəvi rabitə, molekul quruluşu, alınması və xassələri. 
Nitrit turşusunun oksidləşdirici və reduksiyaedicilik qabiliyyəti. Nitritlər, onların 
alınması və xassələri, nitrat turşusu, onun sənayedə alınması və xassələri. Kimyəvi 
rabitə və molekulun quruluşu. Metallar və qeyri-metallara təsiri. Oksidləşdiricilik 
xassəsi. «Çar arağı». Nitratlar, onların alınması və xassələri. Nitratların termiki 
parçalanması. Azot gübrələri. 
Fosfor. Elementin ümumi xarakteristikası. Təbiətdə tapılması. Allotropik 
şəkildəyişmələri, fosforun alınması üsulları, 
 
xassələri, metal fosfidləri. 
Fosfin, alınması, xassələri. Fosforun oksidləri (III, V). Onların alınması, 
xassələri və quruluşu. Turşuları. Fosfatlar. Mühüm fosforlu gübrələrin alınması. 
Arsen, stibium, bismut. Elementlərin ümumi xarakteristikası, təbiətdə 
tapılması, alınması və xassələri. Hidrogenli birləşmələri: alınması və xassələri, 
arsenid və stibidlərin (antimonidlər) yarımkeçiricilik xassələri. 
Elementlərin (III, V) oksigenli birləşmələri. elementlərin (III) hidroksidləri. 
Arsenin zəhərli birləşmələri. Turşuları və duzları. Tətbiqi. 
 


MÖVZU 4. VI-A qrup elementləri. 
Oksigen. Oksigenin ümumi xarakteristikası. Təbiətdə tapılması. Alınması, 
xassələri, tətbiqi.. Oksigen molekulunda kimyəvi rabitə. Ozon. Onun alınması, 
quruluşu, xassələri və oksidləşdirici kimi tətbiqi. Ozonitlor. Ozon molekulunda 
kimyəvi rabitə. 
Su. Fiziki xassələrinin anomaliyası. Su molekulunun quruluşu və onda 
kimyəvi rabitə. Su həlledici kimi. Ağır su. Peroksid və superoksidlər. 
Hidrogen-peroksid, onun alınması üsulları. Molekulunun quruluşu. Turşu 
kimi oksidləşdirici və reduksiyaedici xassələri. 
Kükürd. Ümumi xarakteristikası, təbiətdə tapılması, alınması, allotropik 
şəkildəyişmələri, fiziki və kimyəvi xassələri, hidrogenli birləşmələri. Hidrogen-
sullid. Aınması və xassələri. sulfidlər. Polisulfidlər. Kükürdün oksigenli 
birləşmələri. Kükürd 4-oksid. Sulfit turşusu və onun duzları. Oksidləşdirici və
reduksiyaedici xassəsi. Kükürd 6-oksid. Alınması. Sulfat turşusu. 
Molekulun quruluşu və xassələri. Sulfat turşusunun sənaye istehsalı, onun 
kənd təsərrüfatında tətbiqi. Sulfat turşusunun duzları. Hidrosulfatlar və sulfatlar. 
Kuporoslar. Zəylər. Tətbiqi. 
Tiosulfat turşusu. Quruluşu və xassələri, tiosulfatlar, digər turşuları və 
duzları. 
Selen, tellur və pollonium. Elementlərin ümumi xarakteristikası, hidrogenli 
birləşmələri və onların xassələri. Selenid və telluridlər yarımkeçirici kimi. Selen, 
tellur və poloniumun oksid və hidroksidləri (IV). Selenit və tellurit turşuları. 
Selenitlər və telluritlər. Selen (IV) və tellur (VI) oksid. Selen və tellurun oksigenli 
turşuları. Tətbiqi. 

Yüklə 459,68 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə