Кимйа фянни, онун вязифяляри



Yüklə 459,68 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix28.06.2022
ölçüsü459,68 Kb.
#90201
1   2   3   4   5   6   7   8   9   ...   15
 
 
I. MADDƏLƏRİN QURULUŞU 
 
MÖVZU 1. Atomun quruluşu 
Atomun tərkib hissələri - nüvə və elektronlar, onların yükü və kütləsi. 
Atomun ölçülərinin müəyyən edilməsi. Enerjinin şüalanması və udulmasının kvant 
xarakteri. Plank tənliyi. Spektr atomdakı elektronların energetik səviyyələrinin 
xarakteristikası 
 
kimi. Atomun mürəkkəbliyi və Rezerfordun planetar quruluş 
modeli. Kvant mexanikası haqqında anlayış. Atomun quruluşu haqqında Bor 
nəzəriyyəsi. Elektronun ikili təbiəti. De-Broyl tənliyi. Şredinger tənliyi, dalğa 
funksiyası. Heyzenberqin qeyri-müəyyənlik prinsipi. Atomların quruluşunun kvant 
mexanikası ilə izahı. Kvant ədədləri ilə elektronun atomda halının müəyyən 
edilməsi. Atom orbitalları. Çoxelektronlu atomlar. Pauli prinsipi. Hund və 
Kleçkovski qaydaları. Energetik səviyyələrində və yarımsəviyyələrində 
elektronların maksimal sayı. 
 
MÖVZU 2. D.İ.Mendeleyevin kimyəvi elementlərin dövri sistemi və dövri 
qanun 
D.İ.Mendeleyevə qədər elementlərin təsnifatı haqqında təşəbbüslər. 
Mendeleyevin dövri qanunu qeyri-üzvi kimyanın inkişafının əsası kimi, qanunun 
fəlsəfi məzmunu. Elementlərin sıra nömrəsinin fıziki mənası. Dövri qanunun 
müasir tərifi. Mozle qanunu. 
Elementlərin dövri sistemi və atomun quruluşu ilə onun əlaqəsi. Dövri 
sistemin quruluşu: dövrlər, qruplar və yarımqruplar. Əsas va əlavə yarımqruplar 
elementlərinin (s, p, d və f) atom quruluşunun xüsusiyyətləri, elementlərin 
xassələrinin dövri dəyişilməsi. Atom və ionların radiusu. Alomların ionlaşma 
enerjisi, elektrona hərislik və elektromənfilik. 
 


Dövri sistemdə elementlərin xassələrinin dəyişilməsi (üfiqi, şaquli və 
diaqonal istiqamətdə) Mendeleyevin dövri sisteminin öyrənilməmiş elementlərin 
xassələrinin əvvəlcədən xəbər verilməsində rolu.

Yüklə 459,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə