Кимйа фянни, онун вязифяляри


MÖVZU 3. Kimyəvi rabitə və molekulun



Yüklə 459,68 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix28.06.2022
ölçüsü459,68 Kb.
#90201
1   2   3   4   5   6   7   8   9   ...   15
 
MÖVZU 3. Kimyəvi rabitə və molekulun
quruluşu 
 
Valentlik və kimyəvi rabitə haqqında elektron təşəvvürlərinin inkişafı. 
Kimyəvi rabitənin kəmiyyət ölçüsü, atomlar arasındakı rabitənin uzunluğu, rabitə-
nin enerjisi, valent bucaqları. Oxşar birləşmələr sırasında bu xassələrin dəyişməsi. 
Kovalent rabitə. Valent rabitə metodunun əsas halları. Kovalent rabitənin 
xüsusiyyətləri: doymuşluğu, istiqamətliliyi. 

-, 

-, 

- rabitələr. Atom orbital-
larında hibridləşmənin tipləri və molekul quruluşu. Polyar və qeyri-polyar kovalent 
rabitə. Atom və molekullarda effektivlik. Dipol momenti. Molekulun polyarlığı. 
İon rabitəsi - kovalent rabitənin tam polyarlaşmış halı kimi. İon rabitəsinin 
doymamışlığı və istiqamətsizliyi. Atomların və molekullarda elementin oksidləşmə 
dərəcəsi. İonların polyarlaşması və qarşılıqlı polyarlaşma halı. İonların 
polyarlaşma dərəcəsinin maddələrin xassələrinə təsiri. Molekul orbitalı üsulu 
(MO). Birləşdirici və dağıdıcı molekulyar orbitallar. 
Molekullarda elektron sıxlığının paylanmasımn energetik sxemi. Rabitənin 
tərtibi. I dövr elementlərinin atomlarının əmələ gətirdiyi molekullarda molekulyar 
orbitallar metodunun tətbiqi. Molekulyar orbitallar metodu ilə maqnit xassələrinin 
və iki atomlu yüklü hissəciklərin mümkün olmasının izahı (NO, H
2
, CO, He
2
və s.) 
VR və MOM-nun müqayisəsi. 
Valent rabitə metodu ilə donor-akseptor mexanizminin izahı. Hidrogen 
rabitəsi, hidrogen rabitəsinin xüsusiyyətləri. Molekullararası və molekuldaxili 
hidrogen rabitəsi. Maddələrin xassələrinə hidrogen rabitəsinin təsiri. 
Molekullararası qarşılıqlı təsir qüvvələri. Oriyentasiya qüvvəsi, induksiya 
qüvvəsi və dispersiya qüvvəsi. 
 
MÖVZU 4. Maddələrin kondensləşmiş halı 
 
Maddələrin aqreqat halları onları təşkil edən hissəciklərin arasında qarşılıqlı 
təsir kimi. Maddələrin bərk, maye və qaz halı. Maddələrin plazma halı. Kristal halı. 
İzomorfizm va polimorfizm. 
İon, atom və molekul kristal qəfəsləri. Maddələrin xassələrinin onların 
kristallarını təşkil edən hissəciklərin arasındakı rabitə tipindən asılılığı. Maddələrin 
metal halı, onun xüsusiyyətləri. Metal rabitəsi. Elektron və deşik keçiriciliyi 
anlayışı. Keçiricilər, yarımkeçiricilər və dielektfiklər. 
Maddələrin amorf halı, onun xüsusiyyətləri. 

Yüklə 459,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə