1(45)2014
56
-
metodik prinsiplərin tətbiqində, kimyanın metodikası sahəsində tədqiqat
aparan alimlər, haqlı olaraq müəyyən konkret fikirlərə əsaslanırlar.
Alimlərin
bəziləri kimya təliminin qanunlarını (professorlar N.Y. Kuznetsova, V.P.
Qarkunov, D P. Yerikin, İ. L. Drijan və. başqaları), bəziləri kimya fənninin əsas
xüsusiyyətlərini (professor R.Y. Əliyev), bəziləri isə kimyanın tədrisində
şagirdlərə kimya dilinin öyrədilməsi qanunauyğunluqlarını (dosent İ. N. Borisov)
əsas götürmüşdülər. Bizim fikrimizcə, kimyanın tədrisində kimyanın təliminin
metodikasını müəyyənləşdirərkən iki prinsip əsas götürülməlidir:
1-
ci kimya təliminin qarşısında duran məqsəd və vəzifələr;
2-
ci şagirdləri praktik həyata hazırlamaq baxımından kimya fənninin əsas
xüsusiyyətləri.
Beləliklə, müəllim kimyanın tədrisi prosesində metodik prinsiplərə istinad
etməklə, yuxarıda qeyd olunmuş məqsədə, yəni,
şagirdlərə tam, konkret, dərin,
dəqiq, aydın, sistemli, möhkəm və həqiqi bilik vermək məqsədinə nail ola bilər.
Şagirdləri daim, fasiləsiz təkmilləşməyə, tədris boyu biliklər qazanmağa
hazırlamaq, onları elmi faktlarla silahlandırmaq, onları idrak metodlarına
yiyələnməyi öyrətmək lazımdır. Bu metodlarla şagirdlər bilikləri şüurlu
mənimsəyi və müxtəlif situasiyalarda tətbiq etməyi bacarırlar. Ona görə də, kimya
müəllimləri öz dərslərinin düzgün təşkil edilib keçirilməsi, həyatla, istehsalatla,
ölkədə gedən quruculuq işləri praktikası ilə əlaqələndirilməsi
və bu vasitələrlə
şagirdlərə yaxşı mənimsənilməsi, əməli əhəmiyyəti olan bacarıq və vərdişlər
aşılanması, gənclərdə möhkəm əqidə və inamın yaradılması və milli iftixar
hissinin tərbiyə edilməsi üsulu təşkil edir. Şagirdin fərdi imkanları, təlimə marağı
əldə etdiyi uğurlu nəticələrin dəyərləndirilməsi onun fəaliyyətini stimullaşdırır,
şagird əldə etdiyi bilik və bacarıqlardan sonrakı fəaliyyəti prosesində daha
səmərəli istifadə etməklə uğurlara nail olur. Şagirdin kimyanın tədrisi prosesində
praktik vərdişlərə yiyələnməsi, müşahidə və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf
etdirilməsi, digər bilik mənbələrindən bacarıqla istifadə etməsi onun müstəqil,
davamlı fəaliyyətini stimullaşdırır. Orta məktəblərdə kimyanın tədrisinin
keyfiyyətinin yüksəldilməsi müəllimin öz işinin yaxşılaşdırılmasından
xeyli
asılıdır. Tədris prosesi elə qurulmalıdır ki, şagird əldə etdiyi bilik və bacarıqları
genişləndirməyə hazırlansın, o gələcəkdə də sinifdən və məktəbdənkənar
vəziyyətdə belə öz bilik və bacarıqlarını inkişaf etdirməyə meyl etsin, nəticədə
bacarıqlara nail olmuş olsun.Hər bir müəllim tədrisin müxtəlif tərəflərini dərk
etməli, təhsil sisteminin digər iştirakçıları ilə anlaşma əldə etməli, pedaqoji
peşənin çətinliyini nəzərə almalı və peşəkarlıq
səviyyəsinin fasiləsiz
yüksəldilməsinə çalışmalıdır. Professor Ə.Ö. Əbdürrəhimov və dosent İ.N.
Borisov qeyd etmişdilər ki, kimyanın tədrisində metodik prinsiplər praktik təlim
işində (laborator təcrübələri və praktiki məşğələlərdə) istifadə edilən qaydalardan
ibarətdir. Kimya fənninin tədrisinin təkmilləşdirilməsində, kimya müəllimlərinin
Kimya məktəbdə
57
yeni metod və vasitələrdən düzgün istifadə etməsi,
dərsdə elmilik prinsipinin
gözlənilməsi, dərsin vaxtından səmərəli istifadə, əyani vəsaitlərdən, və.s.
istifadənin vacibliyi və səmərəliliyi böyük rol oynayır.
N.Ə. Xəlilov. Ə.T. Əzizov Kimya tədrisi üsulu praktikumu. BDU. 2008-
ci il. Tağıyev T.İ. “Kimyanın tədrisi metodikası”. Bakı. 2012- il və 2013- il.
Kərimov Y.S. Təlim metodları. Bakı. 2007 – il. Abbasov V.M., Abbasov M.M. və
başqaları. Kimyadan orta məktəb dərslikləri. Bakı. 2005- il, 2009- il, 2010- il.
2011- il. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı. 2009- il. Əliyev A.
Siniflərdə kimyanın tədrisi. Bakı. 2011- il. Kimyəvi analizin əsasları. H.A.
Verdizadə. M.M. Mehdiyev. Azərbaycan Respublikası Təhsil Nazirliyi. M.Ə.
Rəsulzadə adına Bakı Dövlət Universiteti. Qeyri-üzvü və fiz. kimyanın müasir
problemləri. və.s. ədəbiyyat vəsaitlərindən kimya müəllimlərimizin istifadə
etməsi məqsədəuyğundur.
Dostları ilə paylaş: