2.4.
Taxılçılıqda fərdi sahibkarlıq təsərrüfatlarının fəaliyyəti
Aqrar islahatların həyata keçirilməsi nəticəsində Respublikamızda müxtəlif
növ t
əsərrüfat formaları yaradılmışdır. Bu təsərrüfatlarda daha çox üstünlük təşkil
ed
ən fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarıdır. Fərdi sahibkar təsərrüfatları
Respublikamızda 2000-ci ildə 3248 ədəd, 2005-ci ildə 2681 ədəd, 2008-ci ildə
2613
ədəd, 2009-cu ildə 2571 ədəd, 2010-cu ildə 2618 ədəd və 2011-ci ildə 2593
ədəd olmuşdur. Təsərrüfatların sayı 2011-ci ildə 2000-ci ilə nisbətən 3,3% və
2010-cu il
ə nisbətən isə 1% azalmışdır. Fərdi sahibkar təsərrüfatlarının sayının
d
əyişməsi iqtisadi rayonlar üzrə də baş vermişdir. Respublikamızda mövcud olan
f
ərdi sahibkar təsərrüfatlarının 2011-ci ildə 1267 ədədi (48,9%) Aran iqtisadi
rayonunda, 252
ədədi (9,7%) Abşeron iqtisadi rayonunda,151 ədədi (5,8%)
Naxçıvan MR-da yerləşir.
F
ərdi sahibkar təsərrüfatlarının ümumi torpaq sahəsi 2000-ci ildə 62216 ha,
2005-i ild
ə 23493 ha, 2008-ci ildə 25150 ha, 2009-cu ildə 27137 ha, 2010-cu ildə
47314 ha, 2011-ci ild
ə 43691 ha olmuşdur. Ümumi torpaq sahəsi 2011-ci ildə
2000-ci il
ə nisbətən 29,8% azalmış, 2005-ci ilə nisbətən 85,9% artsada, 2010-cu ilə
nisb
ətən 7,7% yenidən azalmışdır. 2011-ci ildə kənd təsərrüfatına yararlı torpaq
sah
əsi ümumi torpaq sahəsinin 95,2%, əkinə yararlı torpaq sahəsi isə kənd
t
əsərrüfatına yararlı torpaq sahəsinin 69,6%-ni təşkil etməklə 28919 hektar
olmuşdur.
F
ərdi sahibkar təsərrüfatlarının kənd təsərrüfatına yararlı torpaq sahəsi
Respublika üzr
ə kənd təsərrüfatına yararlı torpaq sahəsinin 0,9%-ni təşkil edir. Bir
f
ərdi sahibkar təsərrüfatına düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi 2011-ci
ild
ə 16,0 ha, əkin sahəsi 11,2 hektar təşkil etmişdir. Hesablamalar göstərir ki,
2000-ci il
ə nisbətən 2011-ci ildə təsərrüfatlara düşən ümumi torpaq sahəsi 22%
azalsada lc
ənd təsərrüfatına yararlı torpaq sahəsi 70,2%, əkin yeri 41,8% artmışdır.
Bu göst
əricilər 2005-ci ilə nisbətən 2011-ci ildə müvafiq olaraq 91,0%; 90,4% və
86,7%) artmışdır. Lakin, 2010-ci ilə nisbətən fərdi sahibkar təsərrüfatına düşən
ümumi torpaq sah
əsi 7,2%; kənd təsərrüfatına yararlı torpaq sahəsi 8,6% və əkin
yeri 13,2% azalmışdır.
Qeyd ed
ək ki, təsərrüfatlarda baş verən dəyişikliklər onların fəaliyyətlərinin
maliyy
ə nəticələri ilə birbaşa bağlıdır. Əldə edilən gəlirlər təsərrüfatlarda geniş
t
əkrar istehsalı həyata keçirməyə və ailənin ehtiyaclarını tam ödəməyə kifayyət
etm
ədiyindən kənd təsərrüfatına olan maraqlar və baxışlar da dəyişir. 2011-ci ildə
mövcud olan f
ərdi sahibkar təsərrüfatlarından əldə edilən gəlir 2005-ci ildə 2854
min manat, 2008-ci ild
ə 5538 min manat, 2009-cu ildə 4924 min manat, 2010-cu
ild
ə 8111 min manat və 2011-ci ildə 9814 min manat olmuşdur.
F
ərdi sahibkar təsərrüfatlarında satışdan əldə edilən gəlirin 2005-ci ildə
61,7%-i (2893 min manat) bitkiçilikd
ə, 34,9%-i (1632 min manat) heyvandarlıqda,
2009-cu ild
ə müvafiq olaraq 58,3% (2216 min manat) bitkiçilikdə, 41,5% (1578
min manat) heyvandarlıqda, 2010-cu ildə 60%-i (3051 min manat) bitkiçilikdə,
39,8% (2021 min manat) h
eyvandarlıqda, 2011-ci ildə 70,7% (5180 min manat)
bitkiçilikd
ə 29% (2125 min manat) heyvandarlıqda əldə edilmişdir. Bir təsərrüfata
düşən mənfəət 2005-ci 1064,5 manat, 2008-ci ildə 2119,3 manat, 2009-cu ildə
2
1915,2 manat, 2010-cu ild
ə 3092,2 manat və 2011-ci ildə 3785 manat olmuşdur.
2011-ci ild
ə bir təsərrüfata düşən mənfəət 2005-ci ilə nisbətən 3,5 dəfə, 2009-cu ilə
nisb
ətən 91,6%, 2010-cu ilə nisbətən 22,2% çox olmuşdur. Eyni zamanda bir ailə
üzvün
ə düşən mənfəət 2005-ci ildə 248,7 manat, 2008-ci ildə 498,8 manat, 2009-
cu ild
ə 434,3 manat, 2010-cu ildə 770 manat, 2011-ci ildə 918 manat olmuşdur.
2011-ci ild
ə bir ailə üzvünə düşən mənfəət 2005-ci illə müqayisədə 3,7 dəfə, 2009-
cu ill
ə müqayisədə 2,1 dəfə və 2010-cu illə müqayisədə 19,2% artmışdır. Lakin,
əldə edilən gəlirlər təsərrüfatların inkişafı üçün yetərli deyildir.
Respublikamızda dənli bitkilərin əkin sahəsi 2000-ci ildə 648,2 min hektar,
2005-ci ild
ə 802,3 min hektar, 2008-ci ildə 897,0 min hektar, 2009-cu ildə 1125.5
min hektar, 2010-cu ild
ə 968.0 min hektar və 2011-ci ildə 967,3 min hektar
olmuşdur. Dənli bitkilərin əkin sahəsinin 2000-ci ildə 92,4%-i (538,9 min hektar),
2005-ci ild
ə 96,2% (772,1 min hektar); 2008-ci ildə 96,1%-i (862,0 min hektar);
2009-cu ild
ə 92,0% (1125,5 min hektar); 2010-cu ildə 92,6%-i (896,9 min
hektar), 2011-ci ild
ə 93,4% (903,8 min hektar) fərdi sahibkar, ailə-kəndli və ev
t
əsərrüfatlarında olmuşdur.
Qeyd ed
ək ki, aparılan müşahidə və tədqiqatlar göstərir ki, dənli bitkilərin
əkin sahələrinin 3-5%-i fərdi sahibkar təsərrüfatlarının, 85-90% ailə-kəndli və ev
t
əsərrüfatlarının payına düşür.
F
ərdi sahibkar təsərrüfatlarında 1 sentner dənli bitkinin maya dəyəri 2008-ci
ild
ə 11,19 manat, 2009-cu ildə 10,31 manat, 2010-cu ildə 17,46 manat, 2011-ci
ild
ə 17,37 manat olmuşdur 2011-ci ildə bir sentnerin maya dəyəri 2008-ci ilə
nisb
ətən 55,2% artsada, 2010-cu ilə nisbətən 0,5% azaltmışdır. Bir sentnerin satış
qiym
əti 2008-ci ildə 24,13 manat, 2009-cu ildə 23,8 manat, 2010-cu ildə 17,37
manat, 2011-ci ild
ə 23,8 manat olmuşdur, 2011-ci ildə bir sentnerin satış qiyməti
2008-ci il
ə nisbətən 1,4% azalmış 2010-ci illə müqayisədə isə 4,4% artmışdır. Bu
göst
əricilər iqtisadi rayonlar üzrə də müxtəlif olmuşdur. Aran iqtisadi rayonunda
2011-ci ild
ə 1 sentnerin maya dəyəri 2008-ci ilə nisbətən 32,6%, 2010-cu ilə
nisb
ətən 16,7% artmışdır. Bir sentnerin satış qiyməti isə müvafiq olaraq 3,6% və
9,4%
artmışdır. Qeyd edək ki istehsal olunan məhsulun maya dəyəri və satış
qiym
əti arasındakı fərqin uyğunsuzluğu, və məhsuldarlığın aşağı olması onların
g
əlirlərinə mənfi təsir edir.
Respublikada istehsal olunan d
ənli paxlaların 2000-ci ildə 94,9% ( 1462,0
min ton), 2005-ci ild
ə 97,2% (2068,1 min ton), 2008-ci ildə 26,5% (2411,8 min
ton), 2009-cu ild
ə 93,2% (2786,0 min ton), 2010-cu ildə 93,6% (2000,5 min ton)
2011-ci ild
ə 94,0%-i (2310,7 min ton) fərdi sahibkar, ailə-kəndli və ev
t
əsərrüfatlarında istehsal olunmuşdur.
F
ərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında istehsal olunan dənli və
d
ənli paxlalıların məhsuldarlığı Respublika üzrə məhsuldarlıqdan 2000-ci ildə
2,5%, 2005-ci ild
ə 1,1%, 2008-ci ildə 0,4%, 2009-cu ildə 1,1%, 2010-cu ildə 1,4%
v
ə 2011-ci ildə 0,8%) çox olmuşdur.