9
Ərzaq paxlalı bitkiləri və onların becərilməsi
Respublikamızın torpaq-iqlim şəraiti paxlalı bitkiləri becərmək üçün
əlverişlidir və noxud, lobya, mərcimək və s. bizdə qədimdən becərilir. Yeni iqtisadi
münasibətlər dövründə əkin sahələri sxemlərinin dəyişməsi və təlabatla əlaqədar
olaraq p
axlalı bitkilərin səpin arealının genişlənməsini tələb edir. Bu bitkilərdən
yüksək məhsul almaq üçün bölgələr üzrə ən yaxşı sortunu seçmək, onun səpini
üçün torpağın, toxumun səpinə hazırlanmasını, səpin müddətini, üsulunu,
norm
asını, əkinə edilən qulluq işlərini və s. qaydalarını bilmək lazımdır.
Azərbaycanda ən geniş yayılmış və əhali tərəfindən istifadə edilən ərzaq
paxlalarından noxud, adi lobya, mərci və lobyadır, inəlc noxudu).
Noxudun becərilmə aqrotexnikası
Noxudun səpini üçün ən yaxşı sələf payızlıq taxıllar və cərgə arası becərilən
bitkilərdir. Taxıl məhsulu toplandıqdan sonar kövşən üzlənir. Səpinə 30-35 gün
qalmış 25-30 sm dərinlikdə əsas şum aparılır. Şum altına hektara 200-250 kq
superfosfat gübrəsi verilir. Səpin qabağı 75-100 kq gübrə kultivasiya zamanı
vermək lazımdır. Sonra sahə malalanır və səthi hamarlanır.
Toxum materi
alı kimi təmizlənmiş və çeşidlənmiş toxumdan istifadə olunur.
Toxum standarta cavab verməlidir.
Səpin dağətəyi bölgələrdə noyabr ayınm 1-2 dekadasında, aran bölgələrdə
isə dekabr ayının 1-2 dekadasında və ya erkən yaz qabağı fevral ayının 2-3
dekadasında, və ya mart ayının 1 dekadasında aparılmalıdır. Noxudun ən yaxşı
səpin üsulu iki cərgəli lent-zolaq üsuludur. Bu zaman zolaqlar arasında 45-60 sm,
zolaqda cərgələr arasında 15-20 sm ara qoyulur. Dəmyə şəraitində cərgə arası 30-
45 sm olmaqla bir başa səpin üsulu da yaxşı nəticə verir. Səpin normasına gəldikdə
hektara
səpilən cücərən toxumların sayına görə müəyyən edilir. Lentvari səpin
üsulunda payız səpini üçün 400 min, yaz səpini üçün isə 300-350 min cücərən
toxum effektiv nəticə verir. Başdan-başa səpində isə hektara 0.3-0.4 milyon
cücərən toxum səpilir.
Noxud toxumları orta hesabla 5-6 sm dərinliyə bastırılır. Ağır toıpaqlarda
dayaz, yüngül torpaqlarda
dərin bastırılır.
Səpinə qulluq işlərinə gəldikdə isə sahəyə cücərtilər alındıqdan sonra erkən
yazda 75-100 kq (f.ç) ammo
nium şorası verilir. Alaq otlarına qarşı (2-4 yarpaq
fazasında) əsas bitkinin inkişaf fazasından asılı olmayaraq Fyuzilad Forte 0-75-1.0
1/hek. və ya Fyuzilad Super 1-2 1 hek. Çilənir. Cərgə araları vaxtaşırı kultivasiya
edilir.
Məhsulun toplanmasına gəldikdə paxlalar tam yetişdikdən sonra bir başa
kombaynla həyata keçirilir. Bunun üçün kombaynın iş rejimi dəyişdirilir və
müvafıq olaraq paxlalı bitkilərin yığımı üçün nizamlanır. Toplanmış məhsul
təmizləyici və çeşidləyici maşınlardan keçirilir. Azərbaycanda noxudun yerli
Ağdənli, Astarxanbazar yerli, AzNİİZ 303, Nərmin və s. sortları rayonlaşmışdır.
10
Nərmin noxud sortu
Xəstəliklərə və stress iqlim şəraitlərə davamlılığı: Sort noxudun askoxitoz və
fuzarioz xəstəliklərinə davamlıdır. Quraq şəraitlərə qarşı da davamlı sayılır.
Səpin müddəti: respublikanın Aran bölgələrində (Cənubi Muğan) I-II dek.
dekabr, dağətəyi və dağlıq bölgələrində (Dağlıq Şirvan) II-III dek. martadək səpini
aparılmalıdır.
Səpin norması: optimal səpin müddətində dəmyə bölgələrində hektara 300-
350 min, suvarma şəraitində isə 400-450 min cücərən toxum səpilməlidir.
Gübrə norması: yüksək məhsul almaq üçün N
30
P
45-50
K
45-50
(təsir edici
maddə), fıziki çəkidə N
90-100
(ammonium şorası-selitra), P
200-250
sadə superfosfat, K
100-115
kq (kalium
sulfat) və ya K
80-90
kq (kalium xlorid) tətbiq edilməlidir.
Mərcimək
Ərzaq üçün istifadə edilən ən qiymətli paxlalı bitkilərdən biridir. Onun dəni
qidalılıq keyfıyyətinə görə çox yüksək qiymətləndirilir. Mərciməyin dəni nitrat,
toksiki maddələr, radionuklidləri toplanır və ekoloji cəhətcə təmiz məhsul hesab
edilir.
Əlcin
dövriyyələrində
və
heyvandarlığın
yem
bazasının
möhkəmləndirilməsində də mühüm rol oynayır.
Respublikamızda iri dənli "Arzu" və xırda dənli "Azər" mərci sortları
rayonlaşmışdır.
Arzu m
ərci sortu
Bitkiləri 35-40 sm olub, vegetasiya dövrü qış qabağı əkinlərdə (I-II dek.
Dekabr) 170-
175 gün, erkən yaz əkinlərində (I-II dek. Fevral) isə 120 günə kimi
davam edir. Qış qabağı əkinləri yaz əkinlərinə nisbətən yüksək məhsul verir.
Səpin norması: cücərən dən hesabı ilə 2.2-2.5 (çəlci norması 120-150
kq/hek) mln/hek əkilməlidir. 1000 dənin kütləsi 60-65 qr-dır. Gübrə norması:
torpaqda qida maddələri P
120
N
60
K
90
olmalıdır.
Məhsuldarlıgı: potensial məhsuldarlığı 17-18 sent/hek təşkil edir. Dənin
qabığı yaşımtıl ləpə yarpaqları açıq sarıdır.
Becərmə texnologiyası əsas şum altına qeyd edilən miqdarda fosfor və
kalium gübrələri verilir. Azot gübrəsi isə cücərtilər tam alındıqdan sonar verilir.
Səpin cərgə arası 30-35 sm olmaqla aparılır. Adi taxıl səpən (SZU-3.6) qurğu ilə
hektara 120-
150 kq toxum səpilir.
Alaqlara qarşı (birləpəli və ot alaqları) Fyuzilad forte herbisidi (11/hek-250-
300 L.su) bitkilər 7-10 sm olduqda çilənir.
Toxum böcəklərinə qarşı çiçəkləmədən qabaq və 10 gün ara vaxtı olmaqla
(yəni iki dəfə) dentis 25 Ec 40 ml/dekar, Sumusudin 20 EC 20 ml/dekar, Koru
Alpha 5 Ec 20 ml/dekar kimi insektosidlər çilənir.
Məhsulun toplanması: mərcinin aşağı paxlaları 75% yetişdikdə başlamaq
lazımdır. Yığım səhər saat 11
00
-
ə kimi həyata keçirilir. Yığım zamanı kombaynın
iş rejimi paxlalı bitkilərin yığım rejiminə (ropox) keçirilməlidir.