2.3.
Payızlıq buğdanın becərilmə texnologiyası
Respublikamız şəraitində payzılıq buğda növbəli əkinlərdə əsasən çoxillik
otlardan, cərgəarası becərilən (pambıq, qarğıdalı, şəkər çuğunduru), tərəvəz, bostan
dənli-paxlalı, taxıl bitkilərindən, dəmyə şəraitdə qara və bitkili herikdən sonra
yerləşdirilir.
Suvarma şəraitində payızlıq buğdanın becərilməsi
Torpağın əsas və səpinqabağı becərilməsi:
Taxıl yığıldıqdan sonra sahə üzlənir, sonra mineral və üzvi gübrələr
verildikdən sonra 25-27 sm dərinlikdə şumlanır. Cərgəarası becərilən bitkilərdən
sonra 10-
12 sm dərinlikdə səthi becərmə ilə kifayətlənmək olar. Səpin qabağı
diskli mala ilə malalanır və hamarlanır.
Toxum materialı Raksil (0.08-0.1 L/200 kq toxum) preparatı ilə dərmanlanır.
Səpin oktyabrın sonu noyabrın əvvəlində hektara 4.5-5.0 mln cücərən dən
hesabı ilə 200-220 kq toxum normasında aparılır.
Müvəqqəti suvarma arxları açıldıqdan sonra səpsuvar aparılır.
Yazda, buğdanın kollanma fazasında hektara 300-350 lcq fıziki çəkidə
yemləmə şəklində amonium şorası verilir.
Alaqlara qarşı mübarizə aparmaq üçün 1 ləpəlilərə qarşı 0.6-0.8 L/ha Puma
Super və ya 0.3-0.4 L/ha Topik, 2 ləpəlilərə qarşı 1.6-2.0 L/ha 2.4 D Amin duzu və
ya 0.15-
0.18 kq/ha lintur herbisidləri ilə çiləmə aparılır.
Vegetasiya dövründə 2-3 dəfə suvarma aparılır.
Məhsul yığımı vaxtında və qısa müddətdə dənlərin tam yetişkənliyi
mərhələsində aparılır.
Dəmyə şəraitində taxıl sələfındən sonra payızlıq buğdanın becərilməsi
Torpağın əsas və səpinqabağı becərilməsi:
Sahə 10-12 sm dərinlikdə diskli alətlə üzlənir, üzvi və mineral gübrələr
verildikdən sonra 20-22 dərinlikdə şumlanır.
Səpinqabağı sahə 10-12 sm dərinlikdə disklənir və malalanır.
Toxumlar 200 kq üçün 0.08-
0.1 litr və yaxud 0.6 L Vitovaksla dərmanlanır.
Hektara 4.0-
4.5 milyon ədəd cücərən dən hesabı ılə (180-200 kq) sentyabrın
axırı oktyabrın əvvəllərində səpin aparılır.
Yazda, buğdanın kollanma fazasında hektara 250 kq fıziki çəkidə yemləmə
şəklində azot gübrəsi (amonium şorası )verilir.
Birləpəli alaqlara qarşı hektara 0.6-0.8 L Puma Super və ya 0.3-0.4 L/ha
Topik, ikiləpəlilərə qarşı 1.6-2.0 L/ha 2.4 D- Amin duzu və ya 0.15-0.18 kq/ha
lintur herbisidləri çilənir.
Yazda buğdanın kollanma fazasında əkinlərin köndələni istiqamətində
yüngül dişli mala (yaşıl mala) çəkilir.
Məhsul yığımını vaxtında və qısa müddətdə başa çatdırmaq lazımdır.
2
Dəmyə şəraitində qara herikdən sonra payızlıq buğdanın becərilməsi
Qara herik üçün şumun qaldırılması:
Sələf bitkisi yığıldıqdan sonra üzvi və mineral gübrələr verildikdən sonra
iyul-
avqust aylarında qara herik üçün 25-27 sm dərinlikdə şum qaldırılır.
Qaldırılmış şum bir il ərzində növbəti səpinə qədər 2-3 dəfə becərilir. Becərmə
zamanı alaqlara qarşı mexaniki mübarizə aparılmaqla payız-qış dövründə torpaqda
t
oplanmış nəmliyin buxarlanmasının qarşısı alınır.
Sonra t
orpaq səpinqabağı malalanır və hamarlanır. Toxumlar
dərmanlandıqdan sonra hektara 4.0-4.5 mln ədəd cücərən dən hesabı ilə (180-200
kq) sentyabrın axırı və oktyabrın əvvəllərində səpin aparılır.
Yazda buğdanın kollanma fazasmda hektara 200 lcq fıziki çəkidə yemləmə
şəklində azot gübrəsi (amonium-şorası) verilir.
Mart-
aprel aylarında birləpəli alaqlara qarşı hektara 0.6-0.8 L Puma Super
və 0.3-0.4 L/ha Topik, ikiləpəlilərə qarşı 1.6-2.0 L/ha 2.4 D Amin duzu və ya 0.15-
0.18 kq/ha lintur herbisidləri verilir.
Yazda buğdanın kollanma fazasında əkinlərin köndələni istiqamətində
sahəyə yüngül dişli mala ( yaşıl mala) çəkilir.
Məhsul yığımı qısa müddətdə və itkisiz başa çatdırılır.
Arpanm becərilmə aqrotexnikası demək olar lci, buğdada olduğu kimidir.
Lakin toxum
ların səpin normasını və gübrələrin illik miqdarını buğda bitkisinə
nisbətən 15-20 % azaltmaq məsləhət bilinir.
Suvarma şəraitində qarğıdalının dən üçün becərilməsi
Sahənin əsas və səpinqabağı becərilməsi.
Sələf bitkisi yığıldıqdan sonra üzvi və mineral gübrələr verilir və sahədə
sentyabr ayında 28-30 sm dərinlikdə dondurma şumu aparılır.
Arat üçün müvəqqəti su arxları açılır və yanvar-mart ayları dövründə hektara
1200-1400 m
3
normada su verilir.
İlk yazda nəmliyin buxarlanmasının qarşısmı almaq üçün dondurma şumu
dişli mala ilə malalanır.
Səpin qabağı torpaq herbisidləri (Qoldminin 2 L/ha) verilir. Illik azot
normasının (5.4 s/ha amonium şorası) 30 %-i (1.6 s/ha) səpin qabağı verildikdən
sonra səpin aparılır.
Suvarma şəraitində əlverişli səpin müddəti aprel ayı hesab olunur.
Səpin hektara 15-20 kq toxum norması ilə aparılır.
Səpindən sonra vegetasiya suvarmaları üçün arxlar açılır. Vegetasiya
dövründə hər biri 600-700 m
3
olmaqla 4-
5 dəfə suvarma aparılır.
Cücərtilər alındıqdan sonra 1-ci cərgəarası becərmə aparılır. Vegetasiya
dövrün ən çoxu 3 dəfə cərgəarası becərmə aparmaq mümkündür.
Azot gübr
əsinin illik normasınm 40 %-i (2.2 s/ha), 1-ci cərgəarası
bec
ərmədə, qalan 30 %-i (1.6 s/ha) 3-cü cərgəarası becərmədə verilir.
Qıcada dənin nəmliyi 40 %-dən aşağı olduqda məhsulu yığmaq olar.