2
zaman bir qayda olaraq qarğıdalı altından çıxmış tarlalar alaq otlarından
t
əmizlənmiş olur. Qarğıdalıdan sonra tarlada torpağın təmiz və kifayət qədər
yumşaq olması və qarğıdalının nisbətən gec yığılmasını nəzərə alaraq, belə tarlaları
d
ərindən şumlamaq məsləhət görülmür. Belə tarlalarda taxıl əkini zamanı
qarğıdalının gövdələri yığıldıqdan sonra torpağı 10-12
sm dərinliyində diskli
üzl
əyicilərlə iki dəfə becərmək kifayət edir. Müşahidlər və aparılan təcrübələr
göst
ərir ki, bu becərmələr laydırlı üzləyici və ağır diskli malalarla aparıldıqda daha
yaxşı nəticə alınır.
Pambıqdan sonra torpağın becərilməsi. Pambıq bitkisi taxıl üçün ən yaxşı
s
ələflərdən biridir. Lakin pambıq əkilmiş yerin taxıl üçün hazırlanması onun tez və
gec yığılması ilə əlaqədardır. Pambıq nə qədər tez yığılarsa, torpağın keyfiyyətli
bec
ərilməsinə çox vaxt qalar.
Respublikanın əksər bölgələrində pambığın yığılması gec başa çatdığından
(h
ətta yığım bəzən noyabr ayına qədər davam edir) bu hal torpağın taxıl üçün
hazırlanmasına maneçilik törədir.
Son ill
ərin müşahidələri göstərir ki, pambıq bitkisindən sonra sahə alaqsız və
pambığın cərgəaralarının müntəzəm becərilməsi ilə əlaqədar torpaq yumşaq
olduğuna görə belə sahələri taxıl üçün kotanla dərindən şumlamadan 10-15 sm
d
ərinliyində diskli alətlərlə üzləmə aparmaq kifayət edir. Lakin, bunun üçün sahə
qabaqcadan bitki qalıqlarından (quzapayı) təmizlənməlidir. Səthi becərmə
yastıkəsici və diskli yumşaldıcı alətlərlə aparıldıqda daha yaxşı nəticə alınır. Qeyd
etm
ək lazımdır ki, havalar quraq keçərsə, pambıq əkilmiş sahəni şumlamaq da olar,
lakin bel
ə olduqda şum həddindən artıq kəltənli olur. Bu halda sahəni səpinə
yararlı vəziyyətə salmaq üçün əlavə olaraq bir neçə dəfə diskli və başqa alətlərlə
bec
ərmək lazımdır.
Şəkər çuğunduru da pambıq kimi cərgəarası becərilən bitki olduğundan
ondan sonra torpağın əsas becərilməsi pambıqdan sonra olduğu kimi aparılır.
Taxıldan sonra torpağın becərilməsi. Cərgəarası becərilən bitkilərdən fərqli
olaraq taxıl altından çıxan tarlalarda şum gecikdirilərsə, şum qatı həddindən artıq
quru olur.
Mineral gübr
ələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan
t
ələbini ödəyir və buna görə də müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz
olaraq
əkilir. Belə hallarda taxıldan sonra taxıl əkiləcək sahənin hazırlanmasına
kövşənliyin üzlənməsindən başlanmalıdır. Bu əməliyyat adətən torpaqda olan
n
əmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır.
Lakin, t
ədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan şəraitində
suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur
ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi
özünü doğrultmur, əksinə, quru torpaqda aparılan üzləmə onu daha da qurudur və
strukturunu pozur ki, n
əticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış
şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa
al
ətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl
3
üçün hazırlanması zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 sm
d
ərinlikdə şumlamaq məsləhətdir.
Torpağın səpin qabağı becərilməsi
Bütün bölg
ələrdə səpinqabağı becərmə aşağıdakı məqsədləri yerinə
yetirm
əlidir:
a)
tarlanı alaq otlarından təmizləmək;
b)
toxumu lazımi dərinliyə basdırmaq üçün şumun səthinin hamarlığını və
yumşaqlığını təmin etmək;
c)
s
əpinqabağı verilən gübrənin lazımi dərinliyə basdırılmasını təmin etmək.
Bunl
ara nail olmaq üçün taxıl səpininə 2-3 gün qalmış şum edilmiş sahə
yumşaldıcı kultivator, ziq-zaq mala və s. alətlərlə dayaz yumşaldılır və hamarlanır.
S
əpin
Taxıl əkinlərindən yüksək və sabit məhsul alınmasında optimal səpin
müdd
əti əsas aqrotexniki tədbirlərdən biridir. Taxıl səpininin vaxtından tez və
yaxud gec aparılması məhsuldarlığa mənfı təsir göstərir.
Optimal müdd
ətdə səpilmiş taxıllar qış düşənə kimi güclü kök sistemi
formalaşdırır, yaxşı kollanır və qışın əlverişsiz şəraitinə davamlı olurlar. Payızlıq
taxılların xəstəliklərə, ziyanvericilərə davamlılığı və dəninin vaxtında yetişməsi
optimal s
əpin müddətlərindən asılıdır. Belə səpin tarlada bitkilərin sıxlığına, dərin
biokimy
əvi və texnoloji xüsusiyyətlərinə, məhsuldarlığına müsbət təsir göstərir.
Ona gör
ə də iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuş bütün
bölg
ələrdə payızlıq buğdanın səpini
optimal müddətdə, yəni 6-8 iş günü ərzində
yerin
ə yetirilməli və oktyabrın 3-cü ongünlüyünün axırına kimi başa
çatdırılmalıdır.
S
əpin üsulları və toxumun basdırılma dərinliyi
Hazırda payızlıq dənli bitkilərin toxumu əasən 2 üsulla səpilir: adi cərgəvi və
tir
əli. Tirəli səpin aqrotexniki və iqtisadi baxımdan səmərəlidir. Bu səpin üsulunda
toxumun s
əpin norması 30-40% azalır, suvarma suyuna qənaət olunmaqla yanaşı,
suçunun
əmək məhsuldarlığını 2 dəfə yüksəldir. Tirəli səpin üsulunda toxum səpən
maşın bir gedişə həm tirə düzəldir, həm də tirələr üzərində cərgəarası məsafə 15-20
sm olmaqla 3 v
ə yaxud 4 cərgədə səpin aparır.
Payızlıq dənli bitkilərin toxumunun basdırılma dərinliyi torpaq-iqlim
şəraitindən asılı olaraq dəyişir. Toxumun basdırılma dərinliyi nəinki cücərtilərin
sıxlığına və vəziyyətinə (xüsusilə torpağın yuxarı qatı quru olarkən), həmçinin
onların qışlamasına və məhsuldarlığına da təsir göstərir. Ona görə də toxumun
torpağın nəm qatına düşməsi vacibdir. Onun normal cücərməsi səpin qatının
hazırlanmasından, fıziki-mexaniki vəziyyətindən, hidrotermik və hava rejimindən
asılıdır. Payızlıq dənli bitkilərin toxumlarını mexaniki tərkibcə yüngül torpaqlarda