Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə49/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   45   46   47   48   49   50   51   52   ...   273

 

zaman  bir  qayda  olaraq  qarğıdalı  altından  çıxmış  tarlalar  alaq  otlarından 



t

əmizlənmiş  olur.  Qarğıdalıdan  sonra  tarlada  torpağın  təmiz və  kifayət qədər 

yumşaq olması və qarğıdalının nisbətən gec yığılmasını nəzərə alaraq, belə tarlaları 

d

ərindən  şumlamaq  məsləhət görülmür. Belə  tarlalarda  taxıl  əkini  zamanı 



qarğıdalının  gövdələri  yığıldıqdan  sonra  torpağı  10-12 sm dərinliyində  diskli 

üzl


əyicilərlə  iki dəfə  becərmək kifayət  edir.  Müşahidlər və  aparılan  təcrübələr 

göst


ərir ki, bu becərmələr laydırlı üzləyici və ağır diskli malalarla aparıldıqda daha 

yaxşı nəticə alınır. 



 

Pambıqdan sonra torpağın becərilməsi. Pambıq bitkisi taxıl üçün ən yaxşı 

s

ələflərdən biridir. Lakin pambıq əkilmiş yerin taxıl üçün hazırlanması onun tez və 



gec yığılması ilə əlaqədardır. Pambıq nə qədər tez yığılarsa, torpağın keyfiyyətli 

bec


ərilməsinə çox vaxt qalar. 

Respublikanın əksər bölgələrində pambığın yığılması gec başa çatdığından 

(h

ətta  yığım  bəzən  noyabr  ayına  qədər  davam  edir)  bu  hal  torpağın  taxıl  üçün 



hazırlanmasına maneçilik törədir. 

Son ill


ərin müşahidələri göstərir ki, pambıq bitkisindən sonra sahə alaqsız və 

pambığın  cərgəaralarının  müntəzəm becərilməsi  ilə  əlaqədar  torpaq  yumşaq 

olduğuna  görə  belə  sahələri  taxıl  üçün  kotanla  dərindən  şumlamadan  10-15 sm 

d

ərinliyində diskli alətlərlə üzləmə aparmaq kifayət edir. Lakin, bunun üçün sahə 



qabaqcadan  bitki  qalıqlarından  (quzapayı)  təmizlənməlidir. Səthi becərmə 

yastıkəsici və diskli yumşaldıcı alətlərlə aparıldıqda daha yaxşı nəticə alınır. Qeyd 

etm

ək lazımdır ki, havalar quraq keçərsə, pambıq əkilmiş sahəni şumlamaq da olar, 



lakin bel

ə  olduqda  şum  həddindən  artıq  kəltənli olur. Bu halda sahəni səpinə 

yararlı vəziyyətə salmaq üçün əlavə olaraq bir neçə dəfə diskli və başqa alətlərlə 

bec


ərmək lazımdır. 

Şəkər  çuğunduru  da  pambıq  kimi  cərgəarası  becərilən  bitki  olduğundan 

ondan sonra torpağın əsas becərilməsi pambıqdan sonra olduğu kimi aparılır. 

 

Taxıldan sonra torpağın becərilməsi. Cərgəarası becərilən bitkilərdən fərqli 

olaraq taxıl altından çıxan tarlalarda şum gecikdirilərsə, şum qatı həddindən artıq 

quru olur. 

Mineral gübr

ələrin elmi əsaslarla verilməsi  taxılın  qida  maddələrinə  olan 

t

ələbini ödəyir və buna görə də müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz 



olaraq 

əkilir. Belə  hallarda  taxıldan  sonra  taxıl  əkiləcək sahənin  hazırlanmasına 

kövşənliyin üzlənməsindən  başlanmalıdır.  Bu  əməliyyat adətən torpaqda olan 

n

əmliyin  saxlanması  və  alaq cücərtilərinin məhv edilməsi məqsədilə  aparılır. 



Lakin, t

ədqiqatlar nəticəsində  müəyyən  edilmişdir  ki,  Azərbaycan  şəraitində 

suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur 

ki,  burada  aparılan  üzləmə  nəmlik toplamaq və  onu saxlamaqda bir tədbir kimi 

özünü doğrultmur, əksinə, quru torpaqda aparılan üzləmə onu daha da qurudur və 

strukturunu pozur ki, n

əticədə  əsas  şumun  aparılması  da  gecikir.  Gec  aparılmış 

şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa 

al

ətlərlə  yenidən becərmək  lazım  gəlir. Ona görə  də  taxıldan sonra sahənin taxıl 




 

üçün  hazırlanması  zəmi biçilən  kimi  torpağı  dərhal  laydırlı  kotanla  25-30 sm 



d

ərinlikdə şumlamaq məsləhətdir. 

 

Torpağın səpin qabağı becərilməsi 

 

Bütün bölg



ələrdə  səpinqabağı  becərmə  aşağıdakı  məqsədləri yerinə 

yetirm


əlidir: 

a)

 



tarlanı alaq otlarından təmizləmək; 

b)

 



toxumu lazımi dərinliyə basdırmaq üçün şumun səthinin hamarlığını və 

yumşaqlığını təmin etmək; 

c)

 

s



əpinqabağı verilən gübrənin lazımi dərinliyə basdırılmasını təmin etmək. 

 

Bunl



ara  nail  olmaq  üçün  taxıl  səpininə  2-3  gün  qalmış  şum  edilmiş  sahə 

yumşaldıcı kultivator, ziq-zaq mala və s. alətlərlə dayaz yumşaldılır və hamarlanır. 

 

S

əpin 

 

Taxıl  əkinlərindən yüksək və  sabit məhsul  alınmasında  optimal  səpin 



müdd

əti  əsas aqrotexniki tədbirlərdən  biridir.  Taxıl  səpininin  vaxtından  tez  və 

yaxud gec aparılması məhsuldarlığa mənfı təsir göstərir. 

Optimal müdd

ətdə  səpilmiş  taxıllar  qış  düşənə  kimi güclü kök sistemi 

formalaşdırır, yaxşı kollanır və qışın əlverişsiz şəraitinə davamlı olurlar. Payızlıq 

taxılların  xəstəliklərə, ziyanvericilərə  davamlılığı  və  dəninin  vaxtında  yetişməsi 

optimal s

əpin müddətlərindən asılıdır. Belə səpin tarlada bitkilərin sıxlığına, dərin 

biokimy


əvi və  texnoloji xüsusiyyətlərinə, məhsuldarlığına  müsbət təsir göstərir. 

Ona gör


ə  də  iri  taxılçılıq  təsərrüfatlarının  yaradılması  nəzərdə  tutulmuş  bütün 

bölg


ələrdə  payızlıq  buğdanın  səpini optimal müddətdə, yəni 6-8  iş  günü  ərzində 

yerin


ə  yetirilməli və  oktyabrın  3-cü  ongünlüyünün  axırına  kimi  başa 

çatdırılmalıdır. 

 

S

əpin üsulları və toxumun basdırılma dərinliyi 

 

Hazırda payızlıq dənli bitkilərin toxumu əasən 2 üsulla səpilir: adi cərgəvi və 



tir

əli. Tirəli səpin aqrotexniki və iqtisadi baxımdan səmərəlidir. Bu səpin üsulunda 

toxumun s

əpin norması 30-40% azalır, suvarma suyuna qənaət olunmaqla yanaşı, 

suçunun 

əmək məhsuldarlığını 2 dəfə yüksəldir. Tirəli səpin üsulunda toxum səpən 

maşın bir gedişə həm tirə düzəldir, həm də tirələr üzərində cərgəarası məsafə 15-20 

sm olmaqla 3 v

ə yaxud 4 cərgədə səpin aparır. 

Payızlıq  dənli bitkilərin  toxumunun  basdırılma  dərinliyi torpaq-iqlim 

şəraitindən  asılı  olaraq  dəyişir.  Toxumun  basdırılma  dərinliyi nəinki cücərtilərin 

sıxlığına  və  vəziyyətinə  (xüsusilə  torpağın  yuxarı  qatı  quru  olarkən), həmçinin 

onların  qışlamasına  və  məhsuldarlığına  da  təsir göstərir. Ona görə  də  toxumun 

torpağın  nəm  qatına  düşməsi vacibdir. Onun normal cücərməsi səpin  qatının 

hazırlanmasından, fıziki-mexaniki vəziyyətindən, hidrotermik və hava rejimindən 

asılıdır. Payızlıq dənli bitkilərin toxumlarını mexaniki tərkibcə yüngül torpaqlarda 




Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə