Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə52/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   48   49   50   51   52   53   54   55   ...   273

 

Tir



ə  üsulu ilə  səpin Türkiyənin  istehsalı  olan  «Öztekin»  və  ya «Altınöz» 

markalı toxum səpən, tirə düzəldən və şırım açaraq gübrə səpən kombinə edilmiş 

maşınlarla aparılır. 

Respublikanın  əksər  suvarılan  bölgələrində  taxılçılıqla  məşğul  olan 

fermerl

ər payızlıq buğdanı 220-250 kq olmaqla adi səpin üsulu ilə səpib becərirlər. 



Ekstensiv s

əpin üsulundan fərqli olaraq yeni səpin texnologiyası olan tirəli səpin 

üsulunda payızlıq buğdanın optimal səpin norması hektara 130-140 kq hesabı ilə 

s

əpib becərərək ondan yüksək və keyfiyyətli məhsul almaq mümkündür. 



Taxıl  əkinlərində  alaq  otlarına  qarşı  kimyəvi mübarizənin  vaxtında 

aparılması mühüm aqrotexniki tədbirlərdən biridir. 

Tir

əli səpin texnologiyasında adi cərgəvi səpin üsulundan fərqli olaraq erkən 



yazda  taxılın  kollanma  fazasında  alaq  otlarının  yayılma  dərəcəsi 

əyyənləşdirilərək cərgəarası  becərən  kultivatorla  şırımlar  becərilir,  alaq  otları 



mexaniki üsulla m

əhv edilir, torpağın su-hava rejimi yaxşılaşaraq bitkilərin inkişafı 

üçün optimal şərait yaranır. 

Əkin sahələrində  alaq  otlarının  yayılması  iqtisadi  ziyan  həddinə  çatdıqda 

ikinci mübariz

ə  tədbiri olaraq iki ləpəli və  bir ləpəli  alaqlara  qarşı  kimyəvi 

mübariz

ədən (herbisidlərin çilənməsindən) istifadə olunur. 



T

əcrübələr göstərir ki, taxıl əkinlərində alaq otlarına qarşı kimyəvi mübarizə 

vaxtında  təşkil  edilsə, hər hektardan əlavə  olaraq 2-3 sentner və  daha  artıq  dən 

götürm


ək olar. 

Adi s


əpin üsulundan fərqli olaraq tirəli səpin üsulundan bitkilərin müxtəlif 

inkişaf mərhələlərində  xəstəlik və  zərərvericilərə  qarşı  əkinlərə  heç bir ziyan 

vurmadan traktorla kimy

əvi mübarizə aparmaq mümkündür. Yəni traktorlar taxıl 

sah

əsində  hərəkət üçün heç bir məhdudiyyət  olmadan  şırımlarla  sərbəst hərəkət 



edir. Herbisidl

ər taxılın kollanma fazası ilə boruya çıxma fazası arasındakı dövrdə 

çil

ənməlidir. Sünbülləmə fazasının əvvəlindən başlayaraq herbisidlərin işlədilməsi 



m

əhsuldarlığı aşağı salır. 

Tir

ə  üsulu ilə  becərilən  taxıl  sahələrində  adi səpin üsulundan fərqli olaraq 



yeml

əmə  gübrələrini bitkilərin istənilən  inkişaf  mərhələlərində  traktorla sahəyə 

verm

ək olar. 



Payızlıq  dənli-sünbüllü bitkilərin tirəli səpin  texnologiyası  ilə 

bec


ərilməsində səpsuvarın suvarma şırımları vasitəsi ilə aparılması ekoloji, iqtisadi 

v

ə  aqronomik  baxımdan  səmərəli  hesab  olunur.  Payızlıq  taxıl  əkinlərinin 



vegetasiya  suvarmalarının  vaxtında  və  keyfiyyətlə  keçirilməsi yüksək məhsul 

alınmasını təmin edən əsas amillərdən biridir. 

əyyən  edilmişdir  ki,  vegetasiya  suvarmalarının  vaxtını  elə 



əyyənləşdirmək lazımdır ki, köklərin olduğu torpaq qatında nəmlik tarla rütubət 

tutumunun 70-75%-i q

ədər olsun. Lazer malalar vasitəsi ilə mailliyi 0,002-0,008 

d

ərəcə olan hamarlanmış sahələrdə suvarma şırımlarının uzunluğu 300-400 metr, 



su s

ərfi isə  1-1,5 l/saniyə  olmalıdır. Bu üsulla suvarmada suçunun əmək 

m

əhsuldarlığı yüksəlir və suvarma suyuna qənaət 25-30% olur. 



Suvarma suyunun şırımlar arasında bərabər paylamaq, əlavə su itkisinə yol 

verm


əmək üçün səpin üsuluna müvafiq olaraq 70 sm-dən  bir  deşikləri olan 

borulardan, sifonlardan yaxud da sip

ərlərdən istifadə edilir. 



 

Tir



əli səpin texnologiyasının üstünlükləri 

 



 

S

əpin norması 30-40% azaldır; 



 

suvarma suyuna q



ənaət etməklə, suçunun əmək məhsuldarlığı artır; 

 



verilmiş gübrənin səmərəsi yüksəlir; 

 



alaq otlarına qarşı mexaniki mübarizə üsulundan istifadə olunur

 



x

əstəlik və zərərvericilərin inkişafı üçün qeyri-əlverişli şərait yaranır; 

 

m



əhsuldar gövdələrin miqdarı çoxalır, 1000 dənin kütləsi artır, məhsuldarlıq 

v

ə keyfiyyət yüksəlir. 



 

Qarğıdalı bitkisinin becərilmə texnologiyası 

 

M



ədəni bitkilər  arasında  qarğıdalı  hələ  qədimdən  insanlar  arasında  geniş 

yayılmış mühüm kənd təsərrüfatı bitkilərindəndir. Keçmiş SSRİ Respublikalarında 

h

ələ  1986-1990-cı  illərdə  suvarılan  əkin sahələrindən 20-22 milyon ton dən 



m

əhsulu, 540-550 milyon ton yaşıl kütlə məhsulu alınırdı. Bizim respublikada isə 

müxt

əlif torpaq-iqlim şəraitində 110 min hektar əkin sahəsi qarğıdalı əkinləri üçün 



istifad

ə  olunurdu.  Qarğıdalı  xalq  təsərrüfatında  müxtəlif məqsədlər üçün istifadə 

edilir. Onun d

ənindən un, yarma və  konserv  hazırlanır.  Sənayedə  qarğıdalı 

d

ənindən  nişasta,  etil  spirti,  desktirin,  şəkər,  bal,  yağ,  E  vitamini,  askarbin  və 



qlutamin  turşuları  alınır.  Bu  bitkinin  gövdəsindən,  yarpaq  qıçalarından  kağız, 

linollium, süni probka, plastik kütl

ə  və  başqa  məmulatlar  alırlar.  Qarğıdalı  dəni 

qaramal v

ə quş üçün ən qiymətli yemdir, 1 kq quru dəndə 1,34 yem vahidi və 78 q 

h

əzm olunan protein var. Dənindən həm də  qarışıq  yem  istehsalında  istifadə 



olunur. Bu bitkid

ən çox keyfiyyətli silos alınır ki, bu da yaxşı həzm olmaqla yanaşı 

h

əm də  pəhriz xüsusiyyətinə  malikdir.  Qarğıdalının  süd-mum  yetişmə 



m

ərhələsində  hazırlanmış  100  kq  silosda  21  yem  vahidi  və  tərkibində  1800 qr 

h

əzm olunan protein olur. 



Bir s

ələf bitkisi kimi də qarğıdalının əhəmiyyəti böyükdür. Respublikamızın 

c

ənub bölgələrində bu bitkinin gec səpinləri və təkrar səpinləri vahid sahədən bir 



ild

ə 2 dəfə və daha artıq məhsul almağa imkan verir. 

 



Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə