Kitab Azərbaycanın kənd təsərrüfatının inkişafında və təşəkkül tapmasında misilsiz



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə51/273
tarix27.10.2017
ölçüsü7,67 Mb.
#6951
1   ...   47   48   49   50   51   52   53   54   ...   273

 

üçün şərait yaradılır. Sahələrə yağış düşdükdən sonra alaq toxumlarının müəyyən 



hiss

əsi cücərir və həmin cücərtilər şumlama zamanı məhv edilir. 

Payızda  imkan  daxilində  taxıl  səpinini müəyyən qədər gecikdirməklə  alaq 

otlarının toxumlarının cücərməsi üçün şərait yaratmaq və səpinqabağı becərmə ilə 

h

əmin cücərtiləri məhv etmək lazımdır. 



Növb

əli əkinlərin tətbiqi. Payızda taxılların cərgəarası becərilən bitkilərdən 

(pambıq,  qarğıdalı,  şəkər  çuğunduru)  və  çoxillik otlardan (yonca) sonra 

yerl


əşdirilməsi alaqlarla səmərəli mübarizə üsuludur. 

 

Herbisidl



ərin tətbiqi 

 

Alaq  otlarına  qarşı  herbisidlərin tətbiq edilməsi  əkinçilikdə  geniş  yayılmış 



mübariz

ə üsuludur. Herbisidlərin təsiri ilə əlaqədar demək olar ki, tamamilə məhv 

olur v

ə mədəni bitkilərin inkişafı üçün əlverişli şərait yaranır. 



M

əlumdur ki, alaq otlarının taxılçılığa vurduğu ziyanın 2 həddi var: 

1)

 

z



iyanlı hədd 

2)

 



i

qtisadi ziyanlı hədd 

Əgər  alaq  otlarının  vurduğu  ziyan  iqtisadi  hədd səviyyəsinə  qalxmışdırsa, 

onda herbisidl

ərin tətbiqi iqtisadi cəhətdən  faydalı  hesab  olunur.  Alaq  otları 

t

ərəfindən vurulan ziyan sadəcə  olaraq  ziyanlı  hədd səviyyəsindədirsə, onda 



herbisidl

ərin tətbiqinə  ehtiyac  qalmır.  Ona  görə  ki, bu zaman herbisidlərin 

t

ətbiqinə çəkilən xərclər onların tətbiqi hesabına alınan əlavə məhsulun dəyərindən 



çox olur. Ona gör

ə də alaq otlarının vuracağı ziyanı qabaqcadan müşahidə edərək 

əyyənləşdirdikdən sonra herbisidləri tətbiq etmək olar. 



Hazırda birləpəli alaq otlarına qarşı istifadə olunanlar əsasən Puma-Super və 

Topik herbisidl

əridir. 

Puma-Super herbisidi hektara 0,8-1,0 litr, Topik herbisidi is

ə hektara 0,4 litr 

hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı 250-300 litr suda həll edilərək 

yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə çilənir. 

Taxıl  əkinlərində  yayılmış  ikiləpəli  alaq  otlarına  qarşı  2.4-D herbisidinin 

amin duzu v

ə lintur herbisidi tətbiq olunur. 2.4-D-nin amin duzu hektara 1-1.2 kq, 

lintur herbisidi is

ə hektara 0.2 kq hesabı ilə çilənir. 

Dövl

ət qeydiyyatından keçməmiş, insanların sağlamlığı və ətraf mühit üçün 



t

əhlükəli olan herbisidlərdən istifadə olunmasına icazə verilmir. 

 

D

ənli sünbüllü bitkilərin tirəli səpin üsulu ilə becərilməsi 

 

Respublikanın  suvarılan  bölgələrində,  iri  taxılçılıq  təsərrüfatlarında  dənli 



sünbüllü bitkil

ərdən yüksək və  sabit məhsulun  alınması  üçün  bu  bitkilərin 

bec

ərilməsində  mütərəqqi və  səmərəli texnologiyalardan istifadə  edilməsi  əsas 



t

ədbirlərdən hesab edilir. Bu texnologiyaların əsas və başlıca elementlərindən biri 

bu bitkil

ərin tirəli səpin üsulu ilə becərilməsidir. 

Bu üsulda d

ənli taxıl bitkiləri şırımlar arası məsafə 60-70; 70-80; və 80-90 

sm olan genc

ərgəli tirələrə səpilir. Tirələrin üzərində 2;3 və 4 cərgədə cərgəarası 




 

m



əsafə 15-20 sm, olmaqla toxum səpilir və tirələr arası şırımlar vasitəsilə suvarılır. 

Bu üsul çox müt

ərəqqi və iqtisadi cəhətdən səmərəli üsul hesab olunur. 

Respublikanın  suvarılan  bölgələrində  tirə  üsulu ilə  səpin  texnologiyasını 

t

ətbiq etmək üçün torpağı yüksək aqrotexniki qaydada hazırlamaq lazımdır. 



Qarabağ düzənliyinin fermer təsərrüfatlarında payızlıq buğdanın əsas sələfi 

pambıq,  çoxillik  paxlalı  otlar,  şəkər  çuğunduru,  soya,  taxıl  və  digər cərgəarası 

bitkil

ərdir. Ona görə də torpağın səpinə hazırlanması sələf bitkilərindən asılı olaraq 



d

əyişə bilər. 

Taxıl sələfindən sonra sahə kövşəndən təmizlənir və diskli alətlə 10-12 sm 

d

ərinliyində  üzlənir və  torpaqda asan mənimsənilən qida maddələrinin 



miqdarından  asılı  olaraq  hektara  60-90 kq fosfor gübrəsi və  15-20 ton peyin 

verildikd

ən sonra kotanla 28-30 sm dərinlikdə şum aparılır. 

D

ənli sünbüllü bitkilərin tirəli səpin  texnologiyası  ilə  səpilib becərilməsi 



respublikamızın  düzən və  suvarılan  bölgələrində  həyata keçirilməlidir.  Əkin 

sah


əsinin mailliyi l

0

-2



0

 

yaxın olmalıdır. Bunun üçün sahə lazerli mala vasitəsi ilə 



hamarlanmalı,  sahənin mailliyi dəqiq müəyyənləşdirilməlidir. Lazerli mala ilə 

düz


əlmiş əkin sahələrində sudan səmərəli istifadə olunaraq suvarmanın keyfiyyəti 

yüks


əlir,  torpağın  təkrar  şorlaşmasının  qarşısı  alınır,  torpaq  deqradasiyası 

minumuma endirilir, keyfiyy

ətli səpin aparılaraq bərabər səviyyəli cücərtilər alınır. 

Lazerli mala Türkiy

ə respublikasında «İlgi» zavodunda istehsal olunmuşdur. 

Əkin sahələrinin lazerli mala ilə düzəldilməsi hər 2-3 ildən bir təkrar olunmalıdır. 

Lazer mala il

ə hamarlanmış əkin sahələrində münbitlik qorunaraq artıq su itkisinin 

v

ə qida maddələrinin yuyulmasının, eləcə də torpaq deqradasiyasının qarşısı alınır. 



Payızlıq buğda üçün səpinqabağı becərmə bölgənin torpaq-iqlim şəraitindən, 

s

ələf bitkilərindən,  alaq  otlarının  yayılma  dərəcəsindən və  xarakterindən  asılı 



olaraq mü

əyyənləşdirilir. 

S

əpinqabağı becərmə torpaq iqlim şəraitindən asılı olaraq 5-10 sm dərinlikdə 



aparılır. 

Müasir fermer t

əsərrüfatlarında  enerji  resurslarına  qənaət etmək, sahədə 

traktor  gedişlərinin sayını  azaltmaq,  torpaq  münbitliyini  qorumaq  məqsədi ilə 

kombin

ə edilmiş aqreqatlardan istifadə olunur. 



Şumlanmış sahədə bir gedişdə torpağı səpin üçün tam hazırlamaq məqsədi 

il

ə  diskli alətin  arxasına  xırdalayıcı  və  hamarlayıcı  mala  qoşulur.  Bu  üsulla 



hazırlanmış əkin sahəsində yüksək keyfiyyətli səpin aparmaq üçün şərait yaranır. 

Suvarılan torpaqlarda hər şeydən əvvəl sahənin hamarlanmasına fikir verilməlidir. 

Hamarlama z

əif  aparılan  əkin sahələrində  suvarma çətinləşərək torpaq qeyri-

b

ərabər rütubətlənir və  səpinin keyfiyyətli  aparılması  mümkün  olmur,  nəticədə 



bitkil

ərin məhsuldarlığı  aşağı  düşür.  Səpinqabağı  becərmə  tarlanın  və  həmin 

tarlada 

əkiləcək bitkinin xüsusiyyətlərinə müvafiq olaraq aparılmalıdır. 

Payızlıq buğda əkinlərində toxumun basdırılma dərinliyi, bərabər səviyyəli 

cüc


ərtilərin alınması, onların inkişafı, məhsuldarlığı birbaşa vaxtında və keyfiyyətli 

aparılan səpinqabağı becərmə əməliyyatlarından asılıdır. 

Payızlıq  dənli bitkilərdən yüksək və  sabit məhsul almaq üçün ən mühüm 

aqrotexniki t

ədbirlərdən biri səpin müddətinə düzgün əməl edilməsidir. 



Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə